Maliyyənin idarə edilməsinin obyekt və subyektləri
Maliyyənin idarəedilməsi metodları
M
A
L
İY
Y
ƏN
İN
İ
D
A
R
Ə
E
D
İL
M
ƏS
İ
İD
A
R
ƏE
T
M
Ə
O
B
Y
E
K
T
L
ƏR
İ
İD
A
R
ƏE
T
M
Ə
S
U
B
Y
E
K
T
İ
M
Ü
ƏS
S
İS
Ə
-
L
ƏR
İN
M
A
Lİ
Y
Y
Ə
M
Ü
H
A
S
İ-
B
ƏTLƏR
İ
S
IĞ
O
R
TA
M
Ü
N
A
S
İ-
B
ƏTLƏR
İ
D
Ö
V
L
ƏT
M
A
Lİ
Y
-
Y
ƏS
İ
S
IĞ
O
R
-
TA
T
Ə
Ş
-
K
İLA
T
-
LA
R
I
M
A
Lİ
Y
-Y
Ə
O
R
-
Q
A
N
-
LA
R
I
В
ЕР
Э
И
О
Р
Г
А
Н
-
ЛА
Р
Ы
M
Ü
ƏS
S
İS
Ə
L
ƏR
İN
M
A
Lİ
Y
Y
Ə
Ş
Ö
B
ƏLƏR
İ
MALİYYƏNİN İDARƏ EDİLMƏSİ
METODLARI
MALİYYƏ PLANLAŞDIRILMASI
89
5.4. Azərbaycanda maliyyənin idarə edilməsinin
təkmilləşdirilməsi
Müstəqil dövlət kimi Azərbaycan Respublikasında güclü və çevik
maliyyə idarəçiliyi siyasətinin olması çox vacibdir. Bu, həm də bazar
iqtisadiyyatının mühüm imperativlərindən biridir. Ona görə də indi
90
Azərbaycanda konservativ maliyyə idarəçiliyi kökündən dəyişməli və bazar
iqtisadiyyatının tələblərinə uyğun şəkildə yenidən qurulmalıdır.
Bazar iqtisadiyyatı, hər şeydən əvvəl, azad və demokratik
iqtisadiyyatdır. Burada hər bir hüquqi və fiziki şəxsin müəyyən
qanunvericilik hüdudlarında azadlığı nəzərdə tutulur. Bu səbəbdən maliyyə
münasibətlərinin, pul fondlarının idarə edilməsi də demokratik prinsiplər
əsasında qurulmalı, bu prosesdə hər bir subyektin müstəqilliyi təmin
olunmalıdır.
Bütövlükdə bazar iqtisadiyyatı şəraitində maliyyə idarəçiliyi aşağıdakı
yollarla təkmilləşdirilməlidir:
1. Maliyyənin qəbul olunmuş qanunvericilik aktlarına uyğun olaraq
idarə edilməsi. Həmin aktlar ümumiyyətlə cəmiyyətin, iqtisadiyyatın, eləcə
də maliyyənin idarə edilməsinin əsasını təşkil etməlidir. Bütün subyektlər
yalnız bu qanunlara tabe olmalı və onlar qarşısında məsuliyyət
daşımalıdırlar.
Bu normalara əməl olunması ölkənin maliyyə sisteminin tam sabit
fəaliyyət göstərməsinin əsas şərtlərdən biridir. İdarəetmədə spesifik
xüsusiyyətlərin nəzərə alınması üçün, hər şeydən əvvəl, bu qanunlar
hazırlanarkən
ölkənin
daxili
inkişaf
qanunauyğunluqlarına
və
xüsusiyyətlərinə əsaslanılmalıdır.
2. Maliyyə idarəçiliyi orqanları arasında funksiyaların yenidən
bölüşdürülməsi, yuxarı təşkilatların funksiyalarının məhdudlaşdırılaraq
aşağı maliyyə orqanlarının funksiyalarının genişləndirilməsi. İnzibati-
amirlik dövründə bütün əsas məsələləri yuxarı təşkilatlar həll etdiyindən
yerlərdə və müəssisələrdə maliyyə orqanlarının heç bir müstəqilliyi yox idi.
Bazar iqtisadiyyat bütün maliyyə orqanlarına müstəqil olmasını nəzərdə
tutur. Maliyyə orqanları qəbul olunmuş qanunlar və digər qanunvericilik
aktları çərçivəsində əksər məsələləri müstəqil həll etməlidirlər. Həmin
qanunlarla yuxarı təşkilatlara spesifik funksiyalar həvalə edilir ki, onlar da
yalnız həmin funksiyaların yerinə yetirilməsi ilə məşğul olmalıdırlar. Hər
bir idarəedici subyektin öz funksiyalarını dəqiq və aydın bilməsi, onların
müstəqil, heç kəsin müdaxiləsi olmadan yerinə yetirilməsi iqtisadiyyatın
inkişafına çox müsbət təsir göstərir.
3. Maliyyə idarəçiliyi orqanlarının strukturuna bazar iqtisadiyyatının
prinsiplərinə uyğun olaraq yenidən baxılması, yeni struktur vahidlərinin
yaradılması. Burada, hər şeydən əvvəl, heç bir zərurət olmayan bərabər
tabeçilik məsələsi aradan qaldırılmalı və təşkilatlar müstəqilləşdirilməlidir.
Bu məqsədlə ölkədəki bir sıra təşkilatlar birləşdirilməlidir. Elə artıq
strukturlar var ki, iqtisadiyyatın inkişafına yardımçı olmaq əvəzinə, əksinə,
ona mane olurlar. Məmur işsiz qalanda özünə idarəçilik prosesini ləngidən
iş tapmağa məcbur olur. Məsələ kəskin durur: vergilər nazirliyi, gömrük
91
komitəsi, yaxud əlahiddə formalaşmış neft fondu kimi qurumlar
lazımlıdırmı? Axı onlar maliyyənin operativ və çevik idarə olunmasına
əngəl törədir. Maliyyənin idarə olunmasının təkmilləşdirilməsi sahəsində
Azərbaycanda artıq bir sıra mühüm işlər görülməkdədir. Sığorta nəzarəti
Maliyyə Nazirliyinin tərkibinə verilib, həmin nazirlikdə xəzinədarlıq,
Parlamentdə Hesablama Komissiyası və Auditorlar Palatası yaradılıb. Özəl
maliyyə şirkətlərinin , auditor qurumlarının formalaşdırılması üçün
qanunvericilik bazası işlənib hazırlanmışdır və s. Lakin bunlar səmərəli
maliyyə idarəçiliyi sisteminin yaradılmasına hələ tam imkan vermir.
Dediyimiz kimi, bazar iqtisadiyyatında maliyyə münasibətlərinin
fəaliyyət meydanı çox genişdir. Bu münasibətlərin səmərəliliyini, sabitliyini
və nəzarətliliyini təmin etmək üçün hökmən bir sıra zəruri dəyişikliklər
əməli olaraq həyata keçirilməlidir. Bu məqsədlə Azərbaycan prezidenti
maliyyənin idarəedilməsi orqanı olan Maliyyə Nazirliyinin fəaliyyətinin
təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb. Fərmana əsasən,
Nazirliyin yeni strukturu və əsasnaməsi təsdiqlənib.
VI FƏSİL. MALİYYƏ NƏZARƏTİ
6.1. Maliyyə nəzarətinin mahiyyəti və zəruriliyi
Maliyyə nəzarəti – bütün iqtisadi subyektlər: dövlət, müəssisə və
təşkilatların maliyyə fəaliyyətləri üzərində qanunverici və icraedici
hakimiyyət orqanlarının nəzarətidir.
Maliyyə nəzarəti maliyyənin nəzarət funksiyasının reallaşdırma
formasıdır. Maliyyə nəzarəti – xüsusi forma və üsul tətbiq etməklə təsərrüfat
və idarəetmə obyektlərinin maliyyə fəaliyyətinin və onunla bağlı
əməliyyatların yoxlanılması məcmusudur.
İdarəetmənin mühüm amili kimi maliyyə nəzarətinin təşkili
prinsiplərini aşağıdakı kimi qruplaşdırmaq olar:
- Maliyyə nəzarətinin tam aşkarlıq şəraitində həyata keçirilməsi;
- Gələcəkdə baş verə biləcək qanuna zidd hadisələrin qarşısının
alınması tədbirlərinin nəzərə alınması;
92
- Təftişin əhatəliliyi;
- Nəzarətin demokratik əsaslarla həyata keçirilməsi.
Şərti olaraq maliyyə nəzarətinin planlaşdırılmasını aşağıdakı
mərhələlərə bölmək olar:
- İlkin planlaşdırma. Bu mərhələdə ilkin yoxlamanın aparılması
şərtləri, yoxlayıcının vəzifəsi, yoxlama nəticələri və s. şərh edilməlidir.
- Yoxlama aparılacaq təsərrüfat subyekti haqqında məlumatların
toplanması. Bu məlumatları aşağıdakı qaydada əldə etmək olar: keçmiş
illərdə aparılmış yoxlamaların nəticələri ilə tanış olmaq, müəssisədə çalışan
işçilərlə söhbət aparmaq, müvafiq nəşr olunmuş materialları nəzərdən
keçirmək, yoxlanan subyektin fəaliyyət sahələrinə və xidmət binalarına
baxış keçirmək və s.
- Nöqsanların ciddiliyinə, biznes və təsərrüfat daxili riskə qiymət
verilməklə hüquqi öhdəlikləri müəyyən etmək;
- Ümumi nəzarət planının və nəzarət proqramının hazırlanması yolu
ilə.
Maliyyə nəzarəti aparılarkən əsasən aşağıdakı sənədlər yoxlanılır:
müəssisənin nizamnaməsi, təsis müqaviləsi, mühasibat və maliyyə
hesabatları, hesabatlarda göstərilən məlumatlar.
Təcrübədə planlaşdırmanın həyata keçirilməsinin səmərəli üsulu
yaddaş qeydləri və ya müxtəlif yoxlama vərəqələri şəklində tərtib edilən
qeydlərdir. Həmin qeydlər aşağıdakı bölmələrdən ibarətdir: əvvəlki illər
üçün maliyyə nəzarəti proqramının təhlili, sonuncu dəfə aparılan
yoxlamadan sonra müəssisədə baş verən mühüm təşkilatı dəyişikliklərlə
tanışlıq. Nəzarət planının həyata keçirilməsi üsullarının seçilməsi, nəzarətin
təşkili, riskin qiymətləndirilməsi, uçot məlumatlarının öyrənilməsi və s.
Maliyyə nəzarəti aşağıdakı vəzifələrin yerinə yetirilməsinə xidmət
edir:
- maliyyə vəsaitlərinə olan tələbatlar vəsaitlərin formalaşması
arasında tarazlığın təmin edilməsinə kömək etmək;
- dövlət büdcəsi qarşısında maliyyə öhdəliklərinin tam və vaxtında
təmin edilməsi;
- müəssisə və təşkilatların pul vəsaitlərindən səmərəli istifadə
olunmasına, uçot və hesabat işlərinin düzgün aparılmasına kömək etmək;
- qüvvədə olan qanunvericilik və normativ aktlara riayət olunması,
o cümlədən təşkilati – hüquqi formasından asılı olmayaraq müəssisələrin
vergiyə cəlb olunması sahəsində nəzarəti həyata keçirmək;
- müəssisələrin xarici - iqtisadi fəaliyyətində yüksək faydalığa
nail olunmasına köməklik etmək.
93
Yoxlamaların əksəriyyəti planlı xarakter daşıyır. Bəzi hallarda vergi
idarələri müəssisələrin və sahibkarlıq fəaliyyəti ilə məşğul olan
vətəndaşların
təsərrüfat
maliyyə
fəaliyyətini
qəflətən
yoxlamaq
səlahiyyətinə də malikdir.
6.2. Maliyyə nəzarətinin obyektləri və subyektləri
Maliyyə nəzarətinin obyekti təsərrüfat subyektlərinin maliyyə
resurslarının yaradılması və istifadəsi zamanı yaranan pul münasibətləri və
yenidən bölgü prosesləridir.
Maliyyə nəzarətinin predmetinə - maliyyə göstəriciləri, mənfəət,
əlavə dəyər vergisi, bütün növ gəlirlər, maya dəyəri, rentabellik, fondlar və
s. aiddir.
Maliyyə nəzarətinin subyektləri maliyyə nəzarətini həyata keçirən
hüquqi və fiziki şəxslərdir.
6.3. Maliyyə nəzarətinin təsnifləşdirilməsi
Maliyyə nəzarəti aşağıdakı əlamətlərə görə təsnifləşdirilir:
- Mülkiyyət formasına görə: dövlət maliyyə nəzarəti və qeyri-dövlət
maliyyə nəzarəti;
Dövlət maliyyə nəzarəti konstitusiya və müvafiq qanunvericilik
aktları əsasında aparılmaqla bilavasitə dövlətin maliyyə siyasətinin həyata
keçirilməsi, ölkədə maliyyə sabitliyinin təmin edilməsi, dövlət büdcəsinin
və büdcədənkənar fondların vəsaitlərinin yaradılması və istifadə olunması
üzərində nəzarətdən ibarətdir.
Dövlət maliyyə nəzarəti dövlət hakimiyyəti orqanları və idarələri
tərəfindən həyata keçirilir. İdarəçilik tabeliyindən asılı olmayaraq o, nəzarət
obyektlərinə yönəldilir. İdarə maliyyə nəzarəti nazirliyin şöbələri, şirkətlər,
yerli hakimiyyət orqanları idarələr və s. tərəfindən aparılır. Onun obyektləri
istehsal və maliyyə fəaliyyəti hesab edilir. Daxili maliyyə nəzarəti müəssisə,
idarə və təşkilatlarda iqtisadiyyata xidmət edənlər (mühasibat, maliyyə
şöbəsi və s.) tərəfindən həyata keçirilir. Burada nəzarət obyekti müəssisə və
təşkilatin özünün təsərrüfat və maliyyə fəaliyyəti və eləcə də onun ayrı-ayrı
sahələri (şöbələr, sexlər, filiallar, sahələr) hesab edilir. İctimai maliyyə
nəzarəti əvəzsiz və könüllülük əsasında ayrı-ayrı fiziki şəxslər
(mütəxəssislər) tərəfindən aparılır. Nəzarətin obyekti yoxlayıcı qarşısında
qoyulan konkret məsələdən asılıdır. Müstəqil maliyyə nəzarətini
ixtisaslaşdırılmış auditor firma və xidmətləri həyata keçirirlər.
94
Dövlət maliyyə nəzarəti özlüyündə bir sıra sahələrdə birləşirlər ki,
bunlar da dövlətin nəzarət obyektinin əsasını təşkil edir. Dövlət maliyyə
nəzarətin özlüyündə aşağıdakı kimi sxemdə göstərək.
Qeyri-dövlət maliyyə nəzarəti təsərrüfatdaxili və auditor nəzarətindən
ibarətdir.
Dövlət və qeyri-dövlət maliyyə nəzarəti həyata keçirilmə forma və
metodlarına görə müəyyən ümumi cəhətlərə malik olmasına baxmayaraq
son məqsədlərinə görə bir-birindən fərqlənir. Belə ki, dövlət maliyyə
nəzarətinin son məqsədi dövlət büdcəsinə gəlirlərin maksimum səviyyədə
tam daxil olmasını təmin etmək, dövlət xərclərini minimuma endirmək, re-
surslardan səmərəli istifadə olunmasından ibarətdir.
Qeyri-dövlət maliyyə nəzarətinin son məqsədi mənfəətin artırılması
üçün müəssisələrin pul vəsaiti fondlarının səmərəli istifadə olunması,
Büdcədən kənarlaşan fond və
vəsaitlərinə nəzarət
Dövlət maliyyə nəzarəti
Vergi
Büdcə
95
israfçılığın qarşısının alınması və mərkəzləşdirilmiş fondların təşkilinə
zəruri miqdarda vəsait ayrılmasından ibarətdir.
- Həyata keçirilmə vaxtına görə: ilkin nəzarət, cari nəzarət,
sonradan nəzarət;
İlkin nəzarət maliyyə əməliyyatları yerinə yetirilənə qədər həyata
keçirilir. Bu proses maliyyə planlarının, smetaların, bütün səviyyələrdə
büdcələrin və büdcədənkənar fondların maliyyə planlarının tərtibindən əvvəl
baş verir. Bu isə vəsaitlərdən daha səmərəli və qənaətlə istifadə etməyə
zəmin yaradır. Cari maliyyə nəzarəti əməliyyat yerinə yetirilərkən, vəsait
bölüşdürülərkən, xərclənərkən, bu və ya digər tədbirin həyata keçirilməsi
üçün büdcədən vəsait ayrılarkən və s. hallarda tətbiq olunur. Sonradan
nəzarət maliyyə əməliyyatları başa çatdıqdan sonra aparılmaqla maliyyə
hesabat və mühasibat sənədlərinin düzgün tərtib edilməsini müəyyən edir.
- Maliyyə fəaliyyəti sahələrinə görə: büdcə, vergi, valyuta, kredit,
sığorta, investisiya və pulun tədavülü nəzarəti;
Büdcə vəsaitinin səfərbər edilməsi və istifadə olunması üzərində
nəzarət əsasən maliyyə orqanları tərəfindən həyata keçirilir. Ona görə də
maliyyə nəzarətinin bu növü büdcə nəzarəti adlanır. Büdcə nəzarəti
iqtisadiyyatın inkişafına və dövlət büdcəsinə daxil olan vəsaitin maksimum
artırılmasına və optimal maliyyə-büdcə siyasətinin işlənib hazırlanmasına
şərait yaradır.
Büdcə nəzarəti - Hüquqi normalarda müəyyən edilmiş ictimai
orqanlar tərəfindən həyata keçirilən nəzarət tədbirlər sistemidir. Bu tədbirlər
Azərbaycan Respublikasında
həyata keçirilən
büdcə
fəaliyyətinin
qanuniliyini və məqsədəuyğunluğunu yoxlamağa istiqamətlənir. Büdcə
nəzarətinin də özlüyündə aşağıdakı formaları var.
Büdcə nəzarətinin subyektləri.
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti
2. Azərbaycan Respublikasının Hesablama Palatası
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
4. Baş sərəncamçı və büdcə vəsaitlərinin sərəncamçıları
5. İcra hakimiyyəti və orqanlarının nəzarət-təftiş xidmətləri
6. Azərbaycan Respublikasının nümayəndə subyektlərinin (qanunvericilik)
hakimiyyəti.
Vergi nəzarəti vergilərin bütün səviyyəli büdcələrə tam və vaxtında
yığılması, vergitutma obyektlərinin uçotu, habelə vergi qanunvericiliyinə
riayət olunması üzərində nəzarətdən ibarətdir.
Valyuta nəzarəti xarici iqtisadi fəaliyyətlə bağlı
maliyyə
əməliyyatlarını əhatə edir.
Valyuta nəzarətinin məqsədi valyuta əməliyyatları
aparılarkən valyuta qanunvericiliyinə əməl olunmasını təmin etməkdir.
Valyuta nəzarətinin əsas istiqamətləri aşağıdakılardır:
96
a) aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə
uyğunluğunu və bunun üçün lisenziya və icazələrin olmasını müəyyən
etmək;
b) dövlət qarşısında xarici valyuta üzrə və Azərbaycan Respublikasının
valyuta bazarında valyutanın satışı üzrə öhdəliklərin rezidentlər tərəfindən
yerinə yetirilməsi vəziyyətini yoxlamaq;
v) xarici valyuta ilə ödənişlərin əsaslandırılmış olduğunu yoxlamaq;
q) valyuta əməliyyatları, o cümlədən qeyri-rezidentlərin milli valyuta
ilə əməliyyatları üzrə uçot və hesabatın tamlığı və obyektivliyini yoxlamaq.
Azərbaycan Respublikasında valyuta nəzarəti valyuta nəzarəti
orqanları və onların agentləri tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasında valyuta nəzarəti orqanları Azərbaycan
Respublikasının Milli Bankı və Azərbaycan Respublikasının Dövlət
Gömrük Komitəsidir.
Valyuta nəzarəti agentləri Azərbaycan Respublikasının Milli Bankı
qarşısında hesabat verən müvəkkil banklardır.
Valyuta nəzarəti orqanları və agentləri
вязифяляри
Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlər tərəfindən
həyata keçirilən valyuta əməliyyatlarının mövcud qanunvericiliyə,
lisenziya və icazələrin şərtlərinə nə dərəcədə uyğun gəlməsinə,
həmçinin valyuta nəzarəti orqanlarının aktlarının yerinə yetirilməsinə
nəzarət edirlər
rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyatlarını yoxlayırlar
rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyatları üzrə uçotun,
hesabatın və sənədləşmələrin forması və qaydalarını müəyyən edirlər
97
Kredit nəzarəti kommersiya banklarının kredit əməliyyatlarını:
müştərilərə kreditin verilməsi, kreditin vaxtında qaytarılması, kreditə görə
faizlərin ödənilməsi və s. əhatə edir.
Sığorta nəzarəti – sığortaçının maliyyə vəziyyətinin tədqiq
olunmasında və onun sığorta etdirən şəxs qarşısındakı müqavilə öhdəliyini
qəbul etməsi üçün ödəniş qabiliyyətinə malik olmasında öz əksini tapır.
- Aparılma metoduna görə: yoxlama, müayinə aparma, nəzarət etmə,
təhlil, müşahidə, təftiş;
Yoxlama – hesabat sənədləri əsasında maliyyə fəaliyyətinin ayrı-ayrı
mərhələləri üzrə aparılır və aşkar edilmiş nöqsanların aradan qaldırılması
üçün tədbirlər həyata keçirilir.
Tədqiqat aparma – yoxlamadan fərqli olaraq tədqiqat aparılan
müəssisə və təşkilatın maliyyə vəziyyətini və mümkün perspektiv
imkanlarını müəyyən etmək üçün onun maliyyə-iqtisadi göstəricilərini daha
geniş sferada əhatə edir.
Təftiş – müəssisə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətinin
hesabat ili ərzində təhlilini nəzərdə tutur. Obyektdən asılı olaraq təftiş tam,
qismən, kompleks və tematik kimi fərqləndirilir.
Təhlil – dövrü və illik hesabatlara əsasən aparılmaqla planın yerinə
yetirilməsi səviyyəsinin, maliyyə vəsaitlərinin səmərəli istifadəsinin
təhlilini əks etdirir.
- Tətbiqi formasına görə: məcburi nəzarət və təşəbbüs əsasında
aparılan nəzarət.
Dostları ilə paylaş: |