DƏrs vəSAİTİ (İKİNCİ buraxiliş)


 Bələdiyyə büdcənin gəlirləri və xərcləri



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə18/41
tarix07.06.2020
ölçüsü2,33 Mb.
#31840
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   41
Maliyye


9.3 Bələdiyyə büdcənin gəlirləri və xərcləri 

 

Yerli 


büdcənin 

gəlirləri 

– 

Azərbaycan 



Respublikasının 

qanunvericiliyinə  uyğun  olaraq  əvəzsiz  olaraq    yerli  özünüidarəetmə 

orqanlarının sərəncamına daxil olan pul vəsaitləridir. 

Yerli  büdcənin  gəlirləri  müxtəlif  mənbələrdən  formalaşır.  Bu 

mənbələr aşağıdakılardır: 

  yerli vergilər və digər ödənişlər, habelə bələdiyyələrin öz ərazisində 

hasil edilən təbii ehtiyatların istifadəsindən haqq; 

  bələdiyyə  mülkiyyətində  olan  torpaqlarda,  binalarda  və  digər 

obyektlərdə yerləşdirilən küçə reklamlarına görə ödəniş;  

  kurort  rüsumu,  mehmanxana  rüsumu,  avtomobillərin  dayanacaqları 

üçün rüsum və qanunla müəyyən edilən digər yerli ödənişlər;  

  Azərbaycan  Respublikasının  dövlət  büdcəsindən  verilən  dotasiya, 

subvensiya və ssudalar;  

  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq 

bələdiyyə  əmlakının  özəlləşdirilməsindən  və  icarəyə  verilməsindən 

gəlirlər,  lotereyalardan  daxil  olan  vəsait,  habelə  bələdiyyələrin 

fəaliyyətindən əldə edilən digər gəlirlər;  

  fiziki  və  hüquqi  şəxslərin,  beynəlxalq  təşkilatların  və  fondların 

maliyyə yardımları və qrantları;  

  dövlət  əhəmiyyətli  tədbirlərin  və  dövlət  orqanlarının  qərarları 

nəticəsində yaranan xərclərin ödənilməsi üçün maliyyə vəsaiti; 

  yerli  (bələdiyyə)  vergilər  və  ödənişlərə  görə  qanunvericiliklə 

müəyyən edilmiş qaydada hesablanmış faiz və sanksiyalar. 


 

171 


Yerli  vergilər  dedikdə,  qanunla  müəyyən  edilən,  bələdiyyələrin 

qərarlarına  əsəsən  tətbiq  edilən  və  bələdiyyələrin  ərazilərində  ödənilən 

vergilər nəzərdə tutulur. Yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi 

və  güzəştlərin  verilməsi  qaydası,  habelə  onların  dərəcələrinin  yuxarı  və 

aşağı  həddi  Vergi  Məcəlləsi  ilə  müəyyən  edilsədə,  tətbiqi  qaydaları  isə 

bələdiyyələrin qərarları ilə müəyyənləşdirilir. 

«Yerli(bələdiyyə)  vergilər  və  ödənişlər  haqqında»  qanunun  6-cı 

maddəsi vergitutmanın aşağıdakı formalarını nəzərdə tutur; 

 

bilavasitə  mənbədən  (verginin  gəlir  və  ya  mənfəət  əldə 



edilməsinədək tutulması); 

 

bəyannamə  üzrə  (verginin  gəlir  və  ya  mənfəət  əldə 



edilməsindən sonra tutulması); 

 

bildiriş üzrə (vergitutma obyektinin dəyər və sahəsi əsasında, 



bələdiyyələrin  vergi  xidməti  orqanlarının  hesabladığı  məbləğ  üçün  təqdim 

etdiyi tədiyyə bildirişi üzrə vergi ödəyicisi tərəfindən verginin ödənilməsi) 

Yerli  vergilərin  və  ödənişlərin  düzgün  hesablanmasına,  tam  və 

vaxtında  ödənilməsinə  nəzarəti  bələdiyyələrin  vergi  xidməti  orqanları  

həyata  keçirirlər.  Qeyd  etmək  lazımdır  ki,  yerli    vergilərin  və  ödənişlərin 

ödənilməsi və yığılması qaydalarının, vergi ödəyicilərinin və bələdiyyələrin 

vergi  xidməti  orqanlarının  hüquq  və  vəzifələrinin,  vergi  nəzarətinin  forma 

və  metodları,  vergi  qanunvericiliyinin  pozulmasına  görə  məsuliyyəti, 

bələdiyyələrin  vergi  xidməti  orqanlarının  və  onların  vəzifəli  şəxslərinin 

hərəkələrindən  (hərəkətsizliyindən)  şikayət  edilməsi  qaydalarının  ayrıca 

Əsasnamə  ilə  tənzim  edilməsi  nəzərdə  tutulur.  «Yerli  vergi  xidməti 

orqanları  haqqında»  Əsasnamə  adlanan  bu  sənəd  hazırda  Milli  məclisin 

yalnız ikinci oxunuşdan keçmişdir.  

Qüvvədə olan qanunvericiliyə əsasən hazırda 4 növ vergi yerli büdcəyə 

ödənilir.  

  Fiziki şəxslərdən torpaq vergisi; 

  Fiziki şəxslərdən əmlak vergisi; 

  Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi; 

  Bələdiyyə  mülkiyyətində  olan  müəssisə  və  təşkilatlardan  mənfəət 

vergisi; 

Bələdiyyələrin  müstəqilliyi  onlara  məxsus  maliyyə  ehtiyatları 

barəsində  sərbəst  sərəncam  verməsində  də  ifadə  olunur.  Maliyyə-büdcə 

qanunvericiliyinə  müvafiq  olaraq  yerli  büdcələrin  xərclərinin  həcmi  və 

istiqamətlərini  büdcə  təsnifatına  uyğun  olaraq  bələdiyyələr  özləri  müəyyən 

edirlər. Büdcənin məxaricinə aşağıdakı xərclər daxildir:  

  Bələdiyyələrin idarəetmə xərcləri;  



 

172 


  Sosial,  məişət,  yaşayış,  mədəniyyət  və  idman  obyektlərinin, 

habelə əhalinin ümumi istifadəsində olan küçə, həyət və bağların saxlanması 

xərcləri;  

  Yerli  sosial  müdafiə,  sosial  və  iqtisadi  inkişaf,  habelə  ekoloji 

proqramların maliyyələşdirilməsi üçün xərclər.  

Yerli xərclər gəlirlərə müvafiq olmalıdır. Büdcənin tarazlaşdırılması 

prinsipi  normal  büdcə  fəaliyyətinin  zəruri  şərtidir.  Bu  prinsipin  pozulması 

yerli  büdcənin  kəsirdə  olması  ilə  nəticələnir.  Yerli  büdcədə  kəsirin  olması 

iqtisadiyyatın  və  maliyyənin  zəifləməsi,  vergilərin  kifayət  qədər 

ödənilməməsi  ilə  şərtlənir.  Bələdiyyə  büdcəsinin  icrası  prosesində  kəsirin 

son  həddi  aşmamaqla  məxaricin  ixtisarı  mexanizmi  tətbiq  olunur. 

«Bələdiyyələrin 

maliyyəsinin 

əsasları 

haqqında» 

Qanunun 


12-ci 

maddəsində  göstərilir  ki,  əgər  yerli  büdcələrin  icrası  prosesində  mədaxil 

mənbələri üzrə daxil olan vəsait azalarsa və bu, büdcə kəsirinin son həddini 

aşmasına  gətirib  çıxararsa,  məxaricin  ixtisarı  mexanizmi  tətbiq  edilə  bilər. 

Məxaricin  ixtisarı  müdafiə  olunmuş  maddələr  istisna  olmaqla,  büdcənin 

bütün  maddələri  üzrə  məxaricin  mütənasib  surətdə  azaldılmasından 

ibarətdir.  

Qanunvericiliyə  müvafiq  olaraq  yerli  büdcənin  kəsiri  dövlət  büdcəsindən 

alınan dotasiya ilə örtülə bilər. 

 

 

9.4. Bələdiyyələrin büdcədənkənar fondları və onların yaradılması 

mənbələri 

 

«Bələdiyyələrin  statusu  haqqında»  Qanunun  45-ci  maddəsi 

bələdiyyələrin 

Azərbaycan 

Respublikasının 

qanunvericiliyi 

ilə 

müəyyənləşdirilmiş  qaydada  və  şərtlərlə  məqsədli  büdcədənkənar  fondlar 



yaratmaq hüququnu təsbit edir.  

Bələdiyyələrin  büdcədənkənar  fondları  yerli  maliyyənin  tərkib 

hissələrindən  biridir.  Bu  fondlar  yerli  əhəmiyyətli  məsələlərin  həlli  üçün 

zəruri pul vəsaitlərini əldə etmək məqsədilə yaradılır. 

Büdcədənkənar fondlar aşağıdakı mənbələr hesabına yaradılır:  

 Vətəndaşların, idarə, müəssisə və təşkilatların könüllü ianələri;  

 Ətraf  mühitin  çirkləndirilməsi,  təbii  ehtiyatlardan  qeyri-səmərəli 

istifadə  və  təbiəti  mühafizə  qanunvericiliyinin  digər  pozuntularına  görə 

sanitar  norma  və  qaydaların  pozulmasına  görə  edilən  cərimələr,  eləcə  də 

vurulan  ziyanın  ödənilməsi  ilə  bağlı  ödənişlər.  Bu  cərimə  və  ödəmələrin 

məbləği təbiəti mühafizə tədbirlərinin keçirilməsinə istifadə olunur. 

 

Tarixi-mədəniyyət 



abidələrinin 

dağıdılması 

və 

korlanmasından  tutulan  cərimələr.  Vurulan  ziyanın  kompensasiyası  üçün 



 

173 


ödəmələr  üzrə  əldə  olunmuş  vəsait  tarixi-mədəniyyət  abidələrinin 

qorunması və bərpası üçün istifadə olunur.  

Bələdiyyələrin  büdcədənkənar  fondlarının  vəsaitləri  bankda  xüsusi 

hesabda  cəmlənir  və  bələdiyyənin  nümayəndəli  orqanının  qərarı  ilə 

xərclənir.  

 

 



9.5. Bələdiyyələrin kredit-sığorta təşkilatları ilə maliyyə münasibətləri 

 

Yeni  qurum  olan  bələdiyyələrin  zəif  daxili  maliyyə  ehtiyatları 

hesabına  yerli  problemləri  həll  etməsi  əlbəttə  ki,  mümkün  deyildir.  Buna 

görə də qanunvericilik bələdiyyələrə öz maliyyə imkanlarını gücləndirmək, 

istehsal  və  xidmət  sferasını  genişləndirmək  üçün  müvafiq  maliyyə 

qurumları  ilə  müstəqil  münasibətlər  yaratmaq  hüququnu  nəzərdə  tutur. 

«Bələdiyyələrin  maliyyəsinin  əsasları  haqqında»  Qanunun  14-cü  maddəsi 

bələdiyyələrin  maliyyə-kredit  və  sığorta  təşkilatları  ilə  əlaqələrinə  dair 

münasibətləri 

tənzim 


edir.  

Bələdiyyələrin  kredit  təşkilatları  ilə  əlaqələrində  hər  hansı  ərazi 

məhdudiyyəti  yoxdur.  Yəni  bələdiyyələr  Azərbaycan  Respublikasının 

istənilən  ərazisində  fəaliyyət  göstərən  rezident  kredit  və  sığorta təşkilatları 

ilə  işgüzar  münasibətlərdə  ola  bilərlər.  Bələdiyyələrin  bu  təşkilatlarla 

qarşılıqlı  əlaqəsi  onlar  arasında  bağlanmış  müqavilə  əsasında  həyata 

keçirilir. 

Bələdiyyələr  kredit-sığorta  təşkilatları  ilə  münasibətlərdə  aşağıdakı 

hüquqlara malikdirlər:  

  Özünün  hesablaşma  və  kassa  əməliyyatlarının  aparılması  üçün 

müvəkkil bankı seçmək və xəzinədarlığı yaratmaq;  

  Azərbaycan  Respublikasının  rezidenti  olan  banklardan  və  digər 

kredit təşkilatlarından qısamüddətli və uzunmüddətli kreditlər almaq;  

  Bələdiyyə 

mülkiyyətində 

olan 


obyektlərin, 

bələdiyyə 

qulluqçularının sığortalanması haqqında qərar qəbul etmək.  

Qanunvericilik 

bələdiyyələrin 

kredit 


təşkilatları 

qarşısında 

öhdəliyinə görə məsuliyyəti bələdiyyələrin öz üzərinə qoyur. Dövlət heç bir 

halda  bələdiyyələrin  kredit  təşkilatları  qarşısında  öhdəliklərinə  görə 

məsuliyyət daşımır.  

 

 



 

 

 



 

174 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

X. FƏSİL. DÖVLƏT MALİYYƏSİ 

 

10.1. Dövlət maliyyəsinin  mahiyyəti  və iqtisadi inkişafda rolu  

 

Dövlət  maliyyəsi ölkənin  maliyyə sisteminin tərkib  hissəsidir.  Dövlət 

maliyyəsi  -  milli  sərvətin  bir  hissəsinin  və  ictimai  məhsulun  dəyərinin 

bölgüsü  və  yenidən  bölgüsü    ilə  əlaqədar  olaraq    dövlətin  və  dövlət 

müəssisələrinin  maliyyə  resurslarının  formalaşdırılması  və  cəmiyyətin 

sosial-mədəni  ehtiyaclarını ödəyən,  istehsalın təmin edilməsi, genişləndiril-

məsi,  ölkənin  müdafiəsi  və  idarəedilməsi  tələbatlarının  ödənilməsi  məq-

sədilə  yaranan  pul  münasibətləridir.  Dövlətin  iqtisadi  və  sosial  sahələrdə 

yerinə  yetirməli  olduğu  vəzifələrin  vacibliyi  maliyyə  resurslarının  məqbul 


 

175 


hissəsinin  onun  əlində  cəmləşdirilməsini,  mərkəzləşdirilməsini  zəruri  edir. 

Bu  resurslardan  istifadə  forması  isə  dövlətin  iqtisadi,  siyasi  və  sosial  vəzi-

fələrinin  yerinə  yetirilməsi  tələbatın n  maliyyə  təminatçısı  rolunda  çıxış 

edən dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondlarıdır. Dövlət maliyyəsinin 

iqtisadi  inkişafdakı  rolu  iqtisadiyyatın  sabitləşdirilməsi,  bazar  münasibətlə-

rinə uyğunlaşma, investisiya fəallığının stimullaşdırılması kimi fəaliyyəti ilə 

izah olunur. Dövlət maliyyəsinin əsas prinsipləri aşağıdakılardır:  

  qanunverici və normativ bazanın vahidliyi; 

  aşkarlıq və şəffaflıq; 

  məqsədli istiqamətlənmə; 

  qənaətcillik və rasionallıq; 

  məqsədlərin reallaşdırılmasına elmi yanaşma; 

  maliyyə axınlarının mərkəzləşdirilmiş əsasda idarə edilməsi. 

Bütün mövcud sistemlər kimi dövlət maliyyəsinin də mahiyyəti onun 

funksiyaları  vasitəsilə  təzahür  edir.  Dövlət  maliyyəsinin  funksiyalarını 

aşağıdakı kimi sıralamaq mümkündür: ÜDM və MG-in bölgüsü  və yenidən 

bölüşdürülməsi, iqtisadiyyatın dövlət tənzimlənməsi və onun  stimullaşdırıl-

ması    və  məhdudlaşdırılması,  qeyri-istehsal  sahələrinin  və  dövlətin  sosial 

siyasətinin aparılmasının maliyyə vəsaitləri ilə təmin olunması, məqsədli pul 

vəsaiti  fondlarının  yaradılması  və  istifadəsi  üzərində  nəzarətin  həyata 

keçirilməsi. 

Dövlət  maliyyəsinin  bölgü  funksiyası  yeni  yaranmış  dəyərin  bölgüsü 

və  yenidən  bölgüsü  vasitəsilə  ümumdövlət  tələbatlarının  təmin  edilməsi, 

iqtisadiyyatın 

ictimai 

bölümünün 

maliyyələşdirilməsi 

mənbələrinin 

formalaşdırılması, 

vahid 


büdcə 

sistemi 


dairəsində 

büdcələr 

və 

büdcədənkənar fondların  balanslaşdırılmasında təzahür edir. 



  Dövlət  maliyyəsinin  iqtisadiyyatın  dövlət  tənzimlənməsi  və 

stimullaşdırılması  funksiyası  dövlət  gəlirlərinin  iqtisadiyyatın  prioritet 

sahələrinin  inkişafının  maliyyələşdirilməsi  və  investisiya  qoyuluşlarının 

həyata keçirilməsində təzahür edir. 

 Bildiyimiz kimi, cəmiyyətin inkişafı bilavasitə həyata keçirilən sosial 

siyasətlə bağlıdır. Dövlət maliyyəsinin qeyri istehsal sahələrinin və dövlətin 

sosial  siyasətinin  aparılmasının  maliyyə  vəsaitləri  ilə  təmin  olunması 

funksiyası  vasitəsilə  infrastruktur  sahələrin  inkişafı  və  sosial-mədəni 

tədbirlərin maliyyələşdirilməsi həyata keçirilir. 

Məqsədli  pul  vəsaiti  fondlarının    yaradılması  və  istifadəsi  üzərində 

nəzarət funksiyası aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirilir: 

 

Vəsaitlərin  vaxtında  və  düzgün  olaraq  mərkəzləşdirilmiş 



fondlara köçürülməsi üzərində nəzarət; 

 

İstehsal və sosial inkişaf tələbatlarını nəzərə almaqla mərkəz-



ləşdirilmiş pul vəsaiti fondlarının həcmi üzərində nəzarət; 

 

176 


 

Maliyyə  vəsaitlərindən  məqsədəuyğun  və  səmərəli  istifadə 

edilməsi üzərində nəzarət.  


 

177 


Dövlət maliyyəsinin tərkibi 

 

 

 

 

 

 

 

 

 

Дювлят 

бцдъяси 

 

Дювлят 

кредити 

 

Бцдъя-

дянянар 

дювлят 

фондлары 

Дювлят 

мцяссися-

ляринин 

малиййяси 

 

Дювлят 

сыьорта 

малиййяси 

 

Бялядиййя-

лярин 

малиййяси 

 

ДЮВЛЯТ МАЛИЙЙЯСИНИН ТЯРКИБИ 



 

178 


10.2. Dövlət gəlirlərinin formalaşması metodları 

 

Dövlət gəlirləri anlayışının məzmununu təşkil edən pul münasibətlərinin 



obyekti  bölgü  prosesinin  müxtəlif  mərhələlərindən  müxtəlif    maliyyə 

formalarında çıxış edən ictimai məhsuldur.  

Dövlət  maliyyəsinin  fəaliyyəti  zamanı qarşılıqlı  surətdə əlaqəli olan  iki 

prosesin,  yəni  maliyyə  resurslarının  dövlət  strukturlarının  sərəncamında 

səfərbərliyə  alınması  yəni  gəlirlərin  formalaşması  və  vəsaitlərin  müxtəlif 

dövlət tələbatlarının təmin  edilməsi üçün  istifadəsinin qarşılıqlı əlaqəsi  baş 

verir. Bu proseslərin birincisi öz ifadəsini dövlət gəlirləri, ikincisi isə dövlət 

xərcləri anlayışında tapır. ölkəmizdə dövlət hələ ki istehsal vəsaitlərinin bir 

hissəsinin  mülkiyyətçisidir.  Bu  isə  ictimai  istehsalın  bütün  bölmələrindən 

maliyyə  resurslarının  formalaşdırılması  və  istifadəsi  ilə  əlaqədar  olan 

maliyyə  münasibətlərinin  ümumi  sistemində  dövlət  gəlirlərinin  və 

xərclərinin aparıcı rolunu müəyyənləşdirir. 

Dövlət  gəlirləri  dövlətin  və  dövlət  müəssisələrinin  sərəncamından 

maliyyə  resurslarının  formalaşdırılması  ilə  əlaqədar  olan  maliyyə 

münasibətləridir.  Bu  zaman  dövlətin  sərəncamında  olan  maliyyə  resursları 

mərkəzləşdirilmiş,  dövlət  müəssisə  və  təşkilatlarının  sərəncamında  olan 

maliyyə  resursları  isə  qeyri-mərkəzləşdirilmiş  vəsaitlərə  aid  edilir. 

Mərkəzləşdirilmiş  dövlət  gəlirləri  əsasən  vergilərdən  daxilolmalar,  xarici 

iqtisadi  fəaliyyətdən  gəlirlər  və  əhali  tərəfindən  ödəmələr  hesabına 

formalaşdırılır. Qeyri mərkəzləşdirilmiş vəsaitlər isə müəssisələrin özlərinin 

pul  gəlirləri  və  yığımları  hesabına  yaradılır.  dövlət  gəlirlərinin 

mərkəzləşdirilmiş 

və 

qeyri 


mərkəzləşdirilmiş 

gəlirlərə 

ayrılması 

ümumdövlət və kollektiv maraqların təmin edilməsi mənbələrini daha aydın 

təsəvvür  etməyə  imkan  verir.  Bu  günün  əsas  vəzifəsi  müxtəlif  maraqların 

tam  reallaşmasını  təmin  etmək  və  dövlət  gəlirlərinin  təsərrüfatçılığın 

səmərəliliyinə  təsirini  gücləndirmək  məqsədilə  dövlət  gəlirlərinin  daha 

optimal nisbətlərinin əldə edilməsidir. 

Mərkəzləşdirilmiş  dövlət  gəlirlərinin  tərkibində  cəmiyyətin  inkişafının, 

iqtisadi  və sosial  vəzifələrinin  həllinin təmin  edilməsində  böyük əhəmiyyət 

kəsb edən dövlət büdcəsi  mühüm yer tutur. Müxtəlif səviyyəli büdcələrdən 

dövlət gəlirlərinin əhəmiyyətli  hissəsinin  mərkəzləşdirilməsi  vahid  maliyyə 

siyasətinin  yürüdülməsinə,  vəsaitlərin  xalq  təsərrüfatının  daha  mühüm 

əhəmiyyət  kəsb  edən  sahələrinin    inkişafına  yönəldilməsinə,  qeyri-istehsal 

sferasının  tələbatlarının  mümkün  qədər  eyni  səviyyədə  təmin  edilməsinə 

imkan  yaradır.  Büdcə  vəsaitlərindən  əlavə  mərkəzləşdirilmiş  dövlət 

gəlirlərinə  dövlət  büdcədənkənar  fondların  –  sosial  sığorta,  təqaüd  fondu, 

məşğulluq vəsaitləri  də  aiddir. 



 

179 


Dövlət müəssisələrində bölgü obyekti kimi məhsul satışından əldə edilən 

gəlir  və  onun  əsas  elementləri  olan  mənfəət,  sosial  sığorta  ayırmaları, 

amortizasiya  ayırmaları  və  s.  çıxış  edir.  Büdcə  münasibətlərinin  obyektini 

isə  mənfəət    və    əmək  haqqı,  vergi  ödəmələri  təşkil  edir.  Öz  növbəsində 

dövlət  krediti  münasibətlərinin  obyektini  müəssisə  və  təşkilatların 

müvəqqəti  olaraq  sərbəstləşən  pul  vəsaitləri  və  əhalinin  əmanətləri  təşkil 

edir. 

Dövlət  gəlirlərinin  formalaşdırılmasının  əsas  mənbəyi  milli  gəlirdir. 



Lakin  bəzi  fövqəladə  hallarda  (müharibə  şəraiti,  təbii  fəlakət)  dövlət 

gəlirlərinin mənbəyi kimi əvvəllər toplanılmış milli sərvət də çıxış edə bilər. 

Dövlət  gəlirlərinin  bütün  mənbələrini  iki  qrupa  ayırmaq  olar:  daxili  və 

xarici.  Daxili  mənbələrə  ölkə    daxilində  yaradılan  və  dövlətin  öz 

funksiyalarının  yerinə  yetirilməsi  üçün  istifadə  edilən  Milli  gəlir  və  Milli 

sərvət aid edilir. Xarici mənbələrə isə Milli gəlir və  müstəsna hallarda digər 

ölkələrin Milli sərvəti də aid edilə bilər. 

 

Dövlət gəlirlərinin mənbələri. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Dövlət  gəlirlərinin  tərkibi  əhəmiyyətli  dərəcədə  dövlətin  ona  lazım 

olan  pul  vəsaitlərinin  səfərbərliyə  alınması  metodları  ilə  şərtlənir.  Bazar 

iqtisadiyyatı  şəraitində  dövlət  gəlirlərinin  səfərbərliyə  alınmasının  əsas 

metodları vergilər, istiqrazlar və emissiyadır. Bu metodlar arasındakı nisbət 

müxtəlif iqtisadi dövrlərdə eyni deyildir və bir sıra amillərlə müəyyən edilir: 

maliyyə siyasətinin məzmunu, konkret iqtisadi və sosial şərait. 

Müxtəlif  metodlar  vasitəsilə  formalaşan  bütün  növ  dövlət  gəlirlərinin 

məcmusu  dövlət gəlirləri  sistemini təşkil edir.  dövlət gəlirləri sistemi təkcə 

fiskal  deyil,  həmçinin  iqtisadi  vəzifələrin  də  istehsalın  artımının 

DGM 

Xarici 


Milli gəlir 

Müstəsna hallarda 

milli sərvət 

Daxili gəlir 

Milli sərvət 

Milli gəlir 



 

180 


stimullaşdırılması  və  onun  səmərəliliyinin  yüksəldilməsi,  ölkə  ərazisində 

istehsal  güclərinin  yerləşdirilməsinə  təsir  etməsi,  elmi-texniki  tərəqqinin 

gücləndirilməsinin maliyyələşdirilməsinin həll edilməsinə xidmət etməlidir. 

dövlət  gəlirləri  sistemi  öz  fiskal  funksiyasını  yerinə  yetirərkən 

təsərrüfatçılığın  əsas  həlqəsi  olan  müəssisə  və  təşkilatların  maliyyə 

stabilliyinə mane olmamalıdır. 

Dövlət  gəlirləri  sistemində  mərkəzi  yeri  vergilər  tutur.  Onlar  bazar 

tipli  inkişaf  etmiş  iqtisadi  sistemdə  fəaliyyət  göstərən  maliyyənin  əsas 

xüsusiyyətlərini  ifadə  edirlər.  Məhz  bazar  iqtisadiyyatının  fəaliyyəti 

şəraitində  maliyyə  münasibətlərinin  ümumi  sistemində  vergilər  xüsusi  yer 

tuturlar. 

Vergilər  Milli  gəlirin  yenidən  bölgüsünün  əsas  aləti  olmaqla  yanaşı, 

həm  də  büdcədənkənar  fondların  vəsaitlərin  formalaşdırılması  zamanı 

maliyyə  resurslarının  əhəmiyyətli  hissəsinin  səfərbərliyə  alınmasını  təmin 

edirlər.  Vergi  daxilolmalarının  növləri,  onların  tutulması  mexanizmi 

qanunvericiliklə  müəyyən  edilir.  Vergilər  fiskal,  iqtisadi  və  sosial 

əhəmiyyətə  malikdirlər.  dövlət  hakimiyyət  orqanlarını  zəruri  pul  vəsaitləri 

ilə təmin edərkən vergilər öz fiskal funksiyalarını yerinə yetirirlər. Bununla 

bərabər,  vergilərin  hesablanması  mexanizmi,  tətbiq  edilən  vergi  güzəştləri 

ictimai  istehsalın  səviyyəsinə,  onun  sahəvi  və  ərazi  strukturunun 

təkmilləşdirilməsinə,  zəruri  infrastruktur  obyektlərinin  yaradılmasına 

müsbət  təsir  göstərə  bilər.  Nəhayət,  vergilər  vasitəsilə  mühüm  sosial 

vəzifələr həll edilir: əhalinin müxtəlif sosial qruplarının gəlirləri tənzimlənir, 

əhalinin  aztəminatlı  təbəqələri  üçün,  demoqrafik  siyasətin  tələbləri 

baxımından vergi güzəştləri tətbiq edilir. 

Dövlət  büdcəsinin  gəlirlər  sistemində  öz  fiskal  əhəmiyyətinə  görə 

mühüm  yeri  dövlət  istiqrazları  tutur.  dövlət  istiqrazlarından  təkcə  büdcə 

kəsirinin  örtülməsi  üçün  deyil,  həmçinin  müxtəlif  kapital  məsrəflərinin, 

xüsusən də iqtisadiyyatın dövlət bölməsində investisiya layihələrinin həyata 

keçirilməsinin  təmin  edilməsində  istifadə  edilir.  İqtisadiyyatın  yarana 

biləcək  böhran  vəziyyətində,  yəni  maliyyə  sisteminin  müxtəlif  həlqələrinin 

maliyyə  gərginliyi  gücləndikdə  istiqrazların  əhəmiyyəti  xüsusilə  artır.  Bir 

qayda  olaraq,  maliyyə  gərginliyinin  artımı  yüksək  hərbi  xərclərlə,  əvvəllər 

götürülmüş  dövlət  istiqrazları  üüzrə  iri  ödəmələrlə,  iqtisadiyyata  dövlət 

müdaxiləsinin zəruriliyi və artan sosial proqramların maliyyələşdirilməsi ilə 

sıx  əlaqədardır. İqtisadi  böhranlar zamanı istiqrazların artımı hətta vergiləri 

də  üstələyə  bilər.  Belə  ki,  vergilər  bu  zaman  kifayət  qədər  qeyri-elastikliyi 

ucbatından  iri  həcmli  maliyyə  resurslarını  tez  bir  zamanda  səfərbərliyə  ala 

bilmir. 

İstiqrazlar  dövlət  maliyyəsinin  müxtəlif  sahələrində  öz  tətbiqini 

tapırlar: 

büdcədənkənar 

fondların 

formalaşdırılmasında, 

dövlət 


 

181 


müəssisələrinin cəlb edilmiş vəsaitlərinin tərkibində, dövlət büdcəsində. Son 

zamanlar  büdcə  daxilolmalarında  istiqrazların  xüsusi  çəkisi  artmışdır. 

İstiqrazlardan  həmçinin  həm  yerli,  həm  də  digər  müxtəlif  səviyyəli 

büdcələrin  kəsirlərinin  örtülməsində  istifadə  edilə  bilər.  Maliyyə  bazarının 

fəaliyyət  göstərməsi  istiqrazlardan  dövlət  müəssisələrinin  xərclərinin 

örtülməsində  də  istifadə  edilir.  Müəssisələrin  yeniləşməsinə  istiqamətlənən 

kapital  qoyuluşlarının  maliyyələşdirilməsi  və  onların  maddi-texniki 

bazasının  genişləndirilməsi  indi  artıq  istiqrazların  reallaşdırılması  yolu  ilə 

əlavə maliyyə resurslarının cəlb edilməsi hesabına həyata keçirilə bilər. 

Vergilərlə  dövlət  istiqrazları  arasında  sıx  əlaqə  mövcuddur.  Bu  əlaqə 

onunla  müəyyənləşir  ki,  istiqrazların  ödənilməsinin  maliyyə  bazasını 

vergilər təşkil edir. Dövlətin istiqrazların və onlar üzrə faizlərin ödənilməsi 

üzrə  artan  xərcləri  öz  növbəsində  vergilərin  də  artırılmasının  zəruriliyini 

şərtləndirir. Bu isə ya artıq qüvvədə olan vergilərin dərəcəlilərin artırılması 

yolu  ilə,  ya  da  yeni  vergi  növlərinin  tətbiqi  ilə  həyata  keçirilə  bilər. 

Vergilərin  istiqrazlara  əks  təsiri  də  mövcuddur.  Bəzi  hallarda  vergilərin 

artımı,  vergi  ödəyicilərinin  müqaviməti  ilə  müşayiət  olunur.  Hökumət  isə 

sosial  vəziyyətin  gərginliyinin  artmasından  ehtiyatlanaraq  daha  yeni 

istiqrazların buraxılışı axtarışında olur. Bu yolda yeganə maneə əhalinin və 

müəssisələrin dövlət qiymətli kağızlarına adəmə qabiliyyətli tələbidir. 

Dövlət  gəlirlərinin  səfərbərliyi  alınmasının  digər  bir  metodu 

emissiyadır.  Burada  söhbət  kağız  pulların  emissiyasından  deyil,  eyni 

zamanda  kredit  emissiyasından  da  gedir.  Emissiyaya  dövlət  yalnız  vergilər 

və  istiqrazlar  üzrə  daxilolmaların  dövlət  xərclərinin  örtülməsini  təmin  edə 

bilmədikdə,  maliyyə  bazarında  isə  yeni  növ  istiqrazların  buraxılışı  üçün 

qeyri-əlverişli vəziyyət yarandıqda əl atır. Həm kağız pullar, həm də kredit 

emissiyası  əgər  təsərrüfatçılıq  tələblərinin  ödənilməsi  üçün  deyil,  büdcə 

kəsirinin  örtülməsi  üçün  həyata  keçirilərsə,  bu  zaman  iqtisadiyyatda 

inflyasion proseslər daha da güclənəcəkdir. 

Dövlət  gəlirlərinin  yuxarıda  göstərilən  formalaşma  metodları  dövlət 

idarəetməsinin  müxtəlif  səviyyələrində  büdcə  vəsaitlərini  formalaşdırmağa 

imkan verir. büdcədənkənar fondlar əsasən qeyri vergili ödəmələr vasitəsilə 

yaradılır.  Onların  yaradılmasında  emissiyadan  istifadə  edilmir.  Qeyri  – 

mərkəzləşdirilmiş  pul  fondlarının  yaradılmasında  digər  metodlardan  da, 

yəni ayırmalar, könüllü daxilolmalar və s. – dən də istifadə edilir. 

Son  illərdə  təsərrüfatçılığın  bazar  əsaslarına  keçidi  və  özəlləşdirmə 

prosesinin  getməsi  ilə  əlaqədar  olaraq  qeyri-vergili  mənbələrdən 

daxilolmaların  həcmi  bir qədər artmışdır.  Buraya, hər  şeydən əvvəl,  dövlət 

mülkiyyətinin  icarəyə  verilməsindən  və  əmlakın  satışından  və  dividentlər 

aid edilir. Bu gəlirlər həm tam həcmdən, həm də qismən  büdcə gəlirinə aid 



 

182 


edilə  və  ya  müvafiq  müəssisələrin  inkişaf  ehtiyaclarının  ödənilməsinə 

istiqamətləndirilə bilər.  

 

  

 



 


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin