6.4. Vergi nəzarəti
Vergi nəzarəti - hüquqi normalarla müəyyən edilən, ictimai orqanlar
tərəfindən həyata keçirilən nəzarət tədbirləri sistemidir. Bu tədbirlər borcu
olan şəxslər tərəfindən vergi qanunvericiliyi tam və vaxtlı-vaxtında yerinə
yetirilməsinin təmin olunmasına və yoxlanılmasına istiqamətlənir.
Vergi nəzarətinin məqsədlərini aşağıdakı qrupda birləşdirək.
1. Vergi pozuntularının və vergi cinayətlərinin aşkarlanması
2. Gələcəkdə onların baş verməsinin qarşısının alınması
3. Vergi məsuliyyətinin baş verməsinin qaçılmazlığının təmin
olunması
Dövlət maliyyə nəzarətinin mühüm həlqəsi olan vergi nəzarəti
tədbirləri özündə aşağıdakı məsələləri birləşdirir:
1. Vergi hesabına vəsaitin qoyuluşu haqqında qanunvericiliyin
tələblərinin və digər öhdəliklərinin uçotu ilə bağlı məsələlərinin vergi
ödəyici tərəfindən tutulan vergi və rüsumların hesablanması və büdcəyə
98
müvafiq şəkildə (dövlət qeyri-büdcə fondu ) köçürülməsi üzrə öhdəliklərin
agentlər tərəfindən yerinə yetirilməsinin yoxlanılması
2.
Vergi
ödəyiciləri
və
digər
şəxslər
tərəfindən
vergi
qanunvericiliyində nəzərdə tutulmuş prosessual qaydaya riayət olunmasının
yoxlanılması
3. Banklar tərəfindən vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş
öhdəliklərə riayət olunmasının yoxlanılması
4. Əhali tərəfindən pul ödənişlərinin aparılması zamanı nəzarət-kassa
maşınlarının düzgün tətbiq olunmasının yoxlanılması
5. Vergi və rüsum haqqında qanunvericiliyinin pozulması hallarının
qarşısının alınması
6. Vergi qanunvericiliyini pozan şəxslərin aşkarlanması və onların
məsuliyyətə cəlbi
Vergi nəzarəti tədbirləri də həyata keçirmək üçün müəyyən forma
və üsullardan istifadə olunur. Bu formaları aşağıdakı kimi qruplaşdıraq:
1) Vergi yoxlamaları
2) Maliyyə borcu olan şəxslərin izahatlarının əldə edilməsi
3) Uçotun və hesabat məlumatlarının yoxlanılması
4) Gəlirlərin əldə edilməsi üçün istifadə olunan otaqlara və əraziyə
baxılmas. Bu sadaladığımıız proseduralar ümumilikdə dövlət maliyyə
nəzarətinin formalarıdır ki, hər bir dövlət bu növdən olan bütün prossedurlar
dəqiq və ciddi nəzarət edir.
V
V
e
e
r
r
g
g
i
i
n
n
ə
ə
z
z
a
a
r
r
ə
ə
t
t
i
i
n
n
i
i
n
n
n
n
ö
ö
v
v
l
l
ə
ə
r
r
i
i
o
o
n
n
l
l
a
a
r
r
ı
ı
n
n
k
k
e
e
ç
ç
i
i
r
r
i
i
l
l
m
m
ə
ə
m
m
ü
ü
d
d
d
d
ə
ə
t
t
i
i
n
n
d
d
ə
ə
n
n
v
v
ə
ə
a
a
p
p
a
a
r
r
ı
ı
l
l
m
m
a
a
m
m
ə
ə
n
n
b
b
ə
ə
y
y
i
i
n
n
d
d
ə
ə
n
n
a
a
s
s
ı
ı
l
l
ı
ı
o
o
l
l
a
a
r
r
a
a
q
q
m
m
ü
ü
ə
ə
y
y
y
y
ə
ə
n
n
e
e
d
d
i
i
l
l
i
i
r
r
.
.
Vergi nəzarətinin növləri
Keçirilmə müddətinə görə
Aparılma mənbəyinə görə
Оператив
Дюври
Сянядли
Фактики
99
Vergi nəzarətinin formaları vergi orqanları tərəfindən həyata keçirilən
tədbirlər kompleksidir.
Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi
ödəyicisi olan hüquqi şəxslər, filial və nümayəndəliklər olduqları yer üzrə,
fərdi sahibkarlar və bəyannamə verməli olan rezident fiziki şəxslər isə
yaşadıqları yer üzrə vergi orqanlarında uçota alınırlar.
Vergi ödəyicisinin uçotda olduğu vergi orqanının ərazisindən kənarda
fəaliyyət göstərən filialı, nümayəndəliyi və digər təsərrüfat subyekti
olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də onun
filialının, nümayəndəliyinin və digər təsərrüfat subyektinin olduğu yer üzrə
uçota alınır.
Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən
onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi
orqanına ərizə hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, AR-da
filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə
Vergi nəzarətinin formaları
Fiziki şəxslərin
xərclərinin
onların gəlirlərinə
uyğunluğuna nəzarət
Vergi daxilolmalarının
operativ-mühasibat
uçotu
Vergi ödəyijilərinin
uçotu
Vergi yoxlamaları
100
isə — filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün
müddətində verilməlidir
Dövlət qeydiyyatını həyata keçirən orqan göstərilən şəxslərin dövlət
qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə
həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir
Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi tərəfindən ərizə
verilir. Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və
nümayəndəlikləri uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına
müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq edilmiş onların dövlət
qeydiyyatına alınması haqqında şəhadətnamənin nizamnaməsinin, rəhbərin
təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, habelə
rəhbərin şəxsiyyətini təsdiq edən sənədin bir nüsxədə surətlərinin və olduğu
yer haqqında məlumat vergi orqanına təqdim etməlidirlər
Vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna
alınması haqqında ərizə və digər vergi orqanına sənədlər daxil olduğu
gündən sonrakı 2 gün müddətində həyata keçirməli və həmin müddətdə də
vergi ödəyicisinə müvafiq şəhadətnamə verməlidir. Şəhadətnamə vergi
ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi
ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya
yararsız
hala
düşdükdə
vergi
ödəyicisinin
müraciəti
əsasında
şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində
şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır.
Uçota alınma, yenidən uçota alınma, uçotdan çıxarılma ödənişsiz
həyata keçirilir.
Vergi yoxlamaları vergilərin hesablanmasının düzgünlüyünə və
tamlığına nəzarəti bilavasitə təmin edir.
Vergi yoxlamasının mahiyyətini xarakterizə edən əsas elementlər
aşağıdakılardır:
Vergi yoxlamasının məqsədi;
Vergi yoxlamasının subyekti;
Vergi yoxlamasının obyekti;
Vergi yoxlaması aparılmasının baza üsulu
Vergi yoxlamaları aparılma yerinə, yoxlanılan məsələlərin həcminə,
təşkili üsuluna və aparılma üsuluna görə aşağıdakı kimi təsnifləşdirilir:
Keçirilmə
yerinə görə
Yoxlanılan
məsələlərin
həcminə görə
Yoxlamanın
təşkili
üsuluna görə
Yoxlamanın
aparılma
üsuluna görə
Kameral
Kompleks
Növbəti
Başdan-başa
VERGİ YOXLAMALARI
101
Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən
vergi orqanındı olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi
hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks
etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər
sənədlər əsasında keçirilir.
Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin
hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına
təqdim edildiyi gündən 30 gün müddətində keçirilir
Kameral vergi yoxlamasının məqsədi aşağıdakılardan ibarətdir:
- vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinə əməl edilməsinə
nəzarət;
- vergi hüquq pozuntularının müəyyənləşdirilməsi və qarşısının
alınması;
- aşkar edilmiş pozuntular üzrə qismən və ya tam ödənilməmiş
məbləğlərin tutulması;
- yol verilmiş qanun pozuntularına görə müqəssir şəxslərin vergi və
inzibati məsuliyyətə cəlb edilməsi;
- səyyar vergi yoxlamalarının keçirilməsi üçün vergi ödəyicilərinin
seçilməsinin əsaslandırılması üçün informasiyanın hazırlanması
Kameral vergi yoxlaması əsasən aşağıdakı mərhələlərdən ibarət olur:
- hesabatlara vizual nəzarət. Bu zaman hesabatların tərtib edilməsinin
düzgünlüyü yoxlanılır.
- hesabatların təqdim edilməsi müddətinə nəzarət. Bu zaman hesabatların
vergi orqanına vergi qanunvericiliyində nəzərdə tutulmuş müddətdə daxil
olması yoxlanılır.
- riyazi əməliyyatların düzgünlüyünə nəzarət. Bu zaman vergi məbləğinin
riyazi hesablanmasının düzgünlüyü yoxlanılır.
102
- vergi dərəcələri və güzəştlərinin tətbiqinin qanunauyğunluğuna nəzarət.
Bu zaman vergi ödəyicisinin tətbiq etdiyi vergi dərəcəsinin düzgünlüyü və
vergi güzəştindən istifadə hüququnun olub -olmaması yoxlanılır.
- vergitutma bazasının müəyyənləşdirilməsinin düzgünlüyünə nəzarət. Bu
zaman vergitutma bazasının düzgün təyin edilməsi yoxlanılır
Səyyar vergi yoxlaması vergi nəzarətinin ən səmərəli formasıdır.
Səyyar vergi yoxlamasının əsas vəzifələri aşağıdakılardır:
- vergilərin tam və vaxtında ödənilməsi, onların düzgün hesablanması
məqsədilə yoxlanılan şəxsin maliyyə-təsərrüfat fəaliyyətinin hərtərəfli
tədqiqi;
- tədqiq edilən sənədlərin məzmunundakı uyğunsuzluqların, hesabatların
və vergi bəyannamələrinin tərtib edilməsində, mühasibat uçotunun
aparılması qaydalarında pozuntu faktlarının aşkar edilməsi;
- müxtəlif növ vergilər üzrə vergitutma bazasının formalaşmasına aşkar
edilmiş pozuntuların təsirinin təhlili;
- aşkar edilmiş vergi qanunvericiliyinin pozulması faktları üzrə
dəlillərin toplanması və bu pozuntuların sənədlər əsasında öz əksini
tapmasının təmin edilməsi;
- vergi ödəyicisinin vergitutma bazasını azaltması və ya vergini düzgün
hesablanmaması nəticəsində qismən və ya tam ödənilməmiş vergilərin
hesablanması;
- aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün təkliflərin
hazırlanması;
- vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi
Səyyar vergi yoxlamasının hazırlanması və aparılması prosesi aşağıdakı
ardıcıllıqla həyata keçirilir
Səyyar vergi yoxlamasının keçirilməsinə həzırlıq
Vergi ödəyicisinin ərazisində yoxlamanın aparılması
Səyyar vergi yoxlaması aktının tərtib edilməsi
Yoxlama materiallarına baxılması və qərarın qəbul edilməsi
Aktın imzalanması və onun vergi ödəyicisinə təqdim edilməsi
Qəbul edilmiş qərarın həyata keçirilməsi
103
Maliyyə nəzarətinin mülkiyyət formasına görə təsnifləşdirilməsi
DÖVLƏT
MALİYYƏ
NƏZARƏTİ
QEYRİ-DÖVLƏT
MALİYYƏ
NƏZARƏTİ
İCTİMAİ NƏZARƏT
AUDİTOR
NƏZARƏTİ
TƏSƏRRÜFAT-
DAXİLİ NƏZARƏT
MALİYYƏ NƏZARƏTİ
104
6.5. Maliyyə nəzarətini həyata keçirən orqanlar
Maliyyə nəzarəti Azərbaycan Respublikasının Konstitusiyasına
əsasən aparılır. Maliyyə nəzarətinin mühüm tərkib hissəsi olmaqla dövlət
maliyyə nəzarəti: icra hakimiyyəti orqanlarının nəzarəti (AR Maliyyə
Nazirliyi, AR Vergilər Nəzirliyi, AR Milli Bankı, AR Hesablama Palatası
və s.), qanunverici orqanların nəzarəti (Prezidentin İcra Aparatının Dövlət
Nəzarəti şöbəsi, Milli Məclis), məhkəmə hakimiyyəti nəzarətindən
ibarətdir.
Səlahiyyətli orqanlar tərəfindən maliyyə nəzarəti sistemində
Hesablama Palatası xüsusi yer tutur. Onun fəaliyyəti «Hesablama Palatası
haqqında» Azərbaycan Respublikasının 2 iyul 1999-cu il tarixli Qanunu ilə
müəyyən edilir.
Azərbaycan Respublikasının Konstitusiyasının 92-ci maddəsinə
əsasən Milli Məclis Hesablama Palatası yaradır. Hesablama Palatası AR
hökumətindən asılı olmayan, Milli Məclisə hesabat verən, daimi fəaliyyət
göstərən, geniş səlahiyyətlərə malik dövlət büdcə nəzarəti orqanıdır.
Hesablama Palatasının səlahiyyət sferası - dövlət mülkiyyətinə və dövlət
pul vəsaitlərinə nəzarət etməkdir. Bütün hüquqi şəxslərə - büdcədənkənar
dövlət fondları və AR-nın Mərkəzi Bankı da daxil olmaqla dövlət orqanları
və idarələrinə; yerli özünüidarəetmə orqanları, kommersiya bankları və
sığorta firmalarına, digər kommersiya fondları və qeyri-dövlət, qeyri-
kommersiya təşkilatlarına, xüsusilə, dövlət büdcəsindən və büdcədənkənar
fondlardan vəsait almaqla, köçürməklə və onlardan istifadə etməklə
əlaqədar olanlara, dövlət mülkiyyətindən istifadə edənlər və habelə dövlət
orqanları tərəfindən onlara verilmiş mövcud vergi, gömrük və digər
güzəştləri olanlara nəzarət edilir.
Hesablama Palatasının vəzifəli şəxsləri qarşısında aşağıdakı
vəzifələr qoyulmuşdur:
dövlət büdcəsi və büdcədənkənar fondlardan istifadəyə nəzarəti təşkil
etmək;
aşkar edilmiş pozuntuların aradan qaldırılması və büdcə prosesinin
yaxşılaşdırılması üzrə təkliflər hazırlamaq;
dövlət vəsaitlərindən, o cümlədən qaytarılmaqla verilən dövlət
vəsaitlərinin səmərəliliyi və xərclənməsinin məqsədyönlülüyünü
105
qiymətləndirmək ;
dövlət büdcəsi və büdcədənkənar fondların layihələrinin maddələrinin
əsaslığı dərəcəsini müəyyən etmək;
maliyyə ekspertizası, yəni büdcə üçün qəbul edilmiş dövlət
qanunlarının maliyyə nəticələrini qiymətləndirmək;
bank hesablarına büdcə vəsaitlərinin daxil olmasına və hərəkətinə
nəzarət etmək;
dövlət büdcəsinin icrasının gedişi haqqında Milli Məclisə müntəzəm
olaraq informasiya vermək;
dövlət
mülkiyyətinin
özəlləşdirilməsindən
dövlət
büdcəsinə
daxilolmalara, onun satışına və idarə edilməsinə nəzarət etmək;
Hesablama Palatası eyni zamanda AR-nın dövlət daxili və xarici
borclarının vəziyyətinə və habelə AR Milli Bankının dövlət borclarına
xidmət edilməsi üzrə fəaliyyətinə, AR Hökuməti tərəfindən alınmış xarici
kreditlərin səmərəli istifadə edilməsinə və Azərbaycanın borc formasında və
qaytarılmamaqla xarici ölkələrə və beynəlxalq təşkilatlara verdiyi vəsaitlərə
nəzarət etməyə borcludur.
Hesablama Palatasının həyata keçirdiyi nəzarətin əsas formaları
tematik yoxlamalar və təftişdir. Aşkar edilmiş pozuntuların aradan
qaldırılması üzrə tədbirlər görmək, dövlətə dəymiş zərərin ödənilməsi və
qanunvericiliyi pozan və təsərrüfatsızlıqda günahlandırılan vəzifəli şəxsləri
məsuliyyətə, o cümlədən cinayət məsuliyyətinə cəlb etmək üçün Hesablama
Palatası yoxlanılmış müəssisənin, idarənin və ya təşkilatın rəhbərliyinə
təqdimat göndərir.
Dövlətə birbaşa zərər vuran qanunçuluğun və maliyyə intizamının
kobud surətdə pozulması faktları aşkar edildikdə və ya Hesablama
Palatasının təqdimatının baxılması qaydasına və müddətinə əməl
edilmədikdə o, icra üçün müvafiq göstəriş vermək hüququna malikdir.
Göstəriş yerinə yetirilmədiyi hallarda Hesablama Palatası Milli Məclisin
razılığı ilə yoxlanılmış hüquqi şəxsin hesabları üzrə maliyyə, ödəniş və
hesablaşma əməliyyatlarını dayandırmaq haqqında qərar qəbul edə bilər.
Hesablama Palatasının fəaliyyətinin nəticələri qanun üzrə kütləvi
informasiya vasitələrində işıqlandırılmalıdır.
Maliyyəyə prezident nəzarəti AR-nın Konstitusiyasına uyğun olaraq
maliyyə məsələləri üzrə fərman vermək, qanunları imzalamaq, Maliyyə
Nazirini vəzifəyə təyin və azad etmək, AR Milli Bankının İdarə Heyətinin
sədri vəzifəsinə təyin etmək üçün Milli Məclisə namizədlərin təqdim
edilməsi yolu ilə həyata keçirilir.
Maliyyə nəzarətinin müəyyən funksiyasını AR Prezidentinin Nəzarət
İdarəsi həyata keçirir. Prezident Aparatının struktur bölməsi kimi o,
bilavasitə Prezidentə tabedir, lakin bütün icra hakimiyyəti orqanları ilə
106
qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Onun funksiyalarına respublika icra
hakimiyyəti orqanları yanında Prezident Aparatı bölməsinin və AR
subyektlərinin icra hakimiyyəti orqanları yanında nəzarət orqanlarının
fəaliyyətinə nəzarət etmək, vətəndaşların və hüquqi şəxslərin şikayətlərinə
və müraciətlərinə baxmaq və s. daxildir.
Nəzarət
idarələrinə
dövlət
orqanlarından,
təşkilatlardan
və
müəssisələrin (mülkiyyət formasından asılı olmayaraq) rəhbərlərindən
yoxlamanı aparmaq üçün sənədləri, materialları, hər hansı informasiyasını
tələb etmək, yoxlamalara mütəxəssisləri və hüquq mühafizə orqanlarının
nümayəndələrini cəlb etmək və yoxlamaların nəticələri üzrə prezidentə
baxılmaq üçün təkliflər vermək hüququ verilmişdir. O, maliyyə
pozuntularının aradan qaldırılması haqqında göstəriş vermək hüququna
malikdir ki, bu da müvafiq vəzifəli şəxslər tərəfindən 10 gün ərzində
baxılmalıdır. Lakin o, müstəqil olaraq hər hansı sanksiya qəbul etmək
hüququna malik deyil. Bütün səviyyəli icra hakimiyyəti orqanları bilavasitə
öz səlahiyyətləri çərçivəsində maliyyə nəzarətini həyata keçirirlər və onlara
tabe olan maliyyə-idarəetmə strukturlarının fəaliyyətlərini istiqamətləndirir
və nəzarət edirlər.
AR-nın Konstitusiyasına və AR-nın Nazirlər Kabineti haqqında
Qanuna əsasən AR-nın hökuməti dövlət büdcəsinin hazırlanması və icrası
prosesinə, maliyyə, pul və kredit sahəsində vahid siyasətin həyata
keçirilməsinə nəzarət edir, nazirlik və idarələrin maliyyə fəaliyyətini
tənzimləyir, onlara tabe olan maliyyə nəzarətinin xüsusi orqanlarının
fəaliyyətini istiqamətləndirir.
İcra hakimiyyəti orqanları tərəfindən maliyyə orqanları sistemində
mühüm yeri AR-nın Maliyyə Nazirliyi tutur. Maliyyə Nazirliyi nəinki
ölkənin maliyyə siyasətini hazırlayır və habelə onun həyata keçirilməsinə
nəzarət edir. Maliyyə Nazirliyinin bütün strukturları bu və ya digər formada
maliyyə münasibətlərinə nəzarət edir. Hər şeydən əvvəl Maliyyə Nazirliyi
maliyyə nəzarətini dövlət büdcəsinin hazırlanması prosesində həyata keçirir,
büdcə və büdcədənkənar dövlət fondlarının vəsaitlərinin daxil olması və
xərclənməsinə nəzarət edir, valyuta nəzarətinin həyata keçirilməsində iştirak
edir. AR Hökumətinin qərarı əsasında ayrılmış dövlət investisiyasının
istiqamətləndirilməsinə və istifadəsinə nəzarət edir.
Maliyyə Nazirliyi nəzarətin nəticəsi üzrə aşağıdakıları tələb etmək
hüququna malikdir:
aşkar edilmiş pozuntuların aradan qaldırılmasını tələb etmək;
müəssisə və təşkilatlarda vəsaitlərin qeyri-qanuni xərclənməsi faktı
olduqda və habelə onlar tərəfindən müvafiq hesabatlar vaxtında təqdim
edilmədikdə dövlət büdcəsindən maliyyələşdirməni məhdudlaşdırmaq
və dayandırmaq;
107
nəzərdə tutulmuş cərimə qoymaqla öz təyinatına istifadə edilməmiş
dövlət vəsaitini geri almaq;
Maliyyə nəzarətinin həyata keçirilməsində Maliyyə Nazirliyinin
mühasibat uçotunun təşkilinə metodiki rəhbərliyi və habelə audit üzrə
attestasiyanın və auditor fəaliyyətinin lisenziyalaşdırılmasının böyük rolu
vardır.
Qeyd etmək lazımdır ki, AR-nın Maliyyə Nazirliyinin nəzarət
səlahiyyəti yalnız dövlət səviyyəsində maliyyə vəsaitlərinə aid edilir, AR-
nın
büdcə
qanunvericiliyi
AR-nın
subyektlərinin
və
yerli
özünüidarəetmənin maliyyə müstəqilliyini nəzərdə tutur. Onlar öz
büdcələrinin və büdcədənkənar fondların formalaşması və istifadəsinə
özləri məsuliyyət daşıyırlar.
AR-nın Maliyyə Nazirliyi çərçivəsində operativ maliyyə nəzarətini
Dövlət Maliyyə Nəzarəti Xidməti, Dövlət Sığorta Nəzarəti Xidməti və
Dövlət Xəzinədarlığı Agentliyi həyata keçirir.
Dövlət Maliyyə Nəzarəti Xidməti dövlət büdcəsinin, o cümlədən
məqsədli büdcə fondlarının və büdcə təşkilatlarının büdcədənkənar
vəsaitlərinin, eləcə də dövlət zəmanəti ilə alınan kreditlərin məqsədli və
səmərəli xərclənməsi üzərində dövlət maliyyə nəzarətini həyata keçirəcək.
Dövlət büdcəsinin, o cümlədən məqsədli büdcə fondlarının
vəsaitlərinin xərclənməsi, habelə büdcə təşkilatlarının büdcədənkənar
əməliyyatlar üzrə vəsaitlərinin əldə edilməsi və xərclənməsi üzərində dövlət
maliyyə nəzarətinin, dövlət zəmanəti ilə alınmış və dövlət büdcəsinin vəsaiti
hesabına verilmiş kreditlərin xərclənməsi üzərində dövlət maliyyə
nəzarətinin həyata keçirilməsi, Azərbaycan Respublikasında dövlət maliyyə
nəzarətinin həyata keçirilməsi işinə metodiki rəhbərlik edilməsi, bu sahədə
mövcud olan nöqsanları və neqativ halları doğuran səbəblərin aradan
qaldırılması məqsədilə mütəmadi tədbirlər görülməsi, qanunvericiliklə
müəyyən edilmiş digər ləri xidmətin fəaliyyət istiqamətləridir.
Xidmət aşağıdakı vəzifələri həyata keçirir:
o
dövlət büdcəsindən maliyyələşən və dövlət büdcəsindən dotasiya
alan təşkilatlarda Azərbaycan Respublikasının xarici dövlətlərdə və
beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik xidmət orqanlarında
dövlət maliyyə nəzarətini təmin etmək məqsədilə nəzarət tədbirləri yerinə
yetirmək;
o
dövlət büdcəsinin, o cümlədən məqsədli büdcə fondlarının
vəsaitlərinin əldə edilməsi və xərclənməsi üzərində dövlət maliyyə
nəzarətini təmin etmək məqsədilə nəzarət tədbirləri yerinə yetirmək;
o
büdcə təşkilatlarının büdcədənkənar əməliyyatlar üzrə vəsaitlərinin
əldə edilməsi və xərclənməsi üzərində dövlət maliyyə nəzarətini təmin
etmək məqsədilə nəzarət tədbirləri yerinə yetirmək;
108
o
dövlət büdcəsinin rayon və şəhərlər üzrə yerli gəlir və xərclərinin
tərtibi və icrası üzrə rayon və şəhər maliyyə idarələrinin (şöbələrinin)
işlərini və həmin rayon və şəhərlərin ərazilərində fəaliyyət göstərən büdcə
təşkilatlarının büdcə və büdcədənkənar vəsaitlər üzrə gəlir və xərc
smetalarının icralarını təftiş etmək;
o
qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmə qərarlarına və
hüquq-mühafizə orqanlarının müraciətlərinə əsasən təftiş və yoxlamalar
aparmaq;
o
həyata keçirilən nəzarət tədbirləri nəticəsində tərkibində cinayət
əlamətləri olan maliyyə pozuntuları aşkar olunduğu hallarda yoxlama
materiallarını hüquq-mühafizə orqanlarına göndərilməsi üçün Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə təqdim etmək;
o
nəzarət tədbirinin keçirilməsi nəzərdə tutulan obyektlərdə uçot-
hesabat işləri mövcud qanunvericiliyin tələblərinə cavab vermədikdə uçot-
hesabat işlərinin bərpa edilməsini və sonradan nəzarət tədbirinin həyata
keçirilməsi üçün bu barədə məlumatların verilməsini yoxlanılan obyektdən
tələb etmək;
o
nəzarət tədbirləri nəticəsində aşkar olunmuş nöqsanların aradan
qaldırılması və gələcəkdə belə nöqsanlara yol verilməməsi məqsədilə,
habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslərin intizam
məsuliyyətinə cəlb edilməsi üçün yoxlanılan təşkilatların tabe olduqları
yuxarı təşkilatlara təqdimatlar vermək;
o
maliyyə nəzarəti tədbirlərinin nəticələrinin rəsmiləşdirilməsini
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən
olunmuş qaydada həyata keçirmək;
o
maliyyə nəzarəti tədbirləri nəticəsində aşkar edilmiş hüquq
pozuntularını təhlil etmək və onların aradan qaldırılması barədə təkliflər
vermək;
o
fəaliyyət istiqamətinə uyğun təhlillər və ümumiləşdirmələr aparmaq,
analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə araşdırmalar aparmaq və
təkliflər vermək;
o
qanunvericiliklə nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında
işlərə baxmaq;
o
nəzarət tədbirlərinin aparılması zamanı inzibati xətalar haqqında
qəbul edilmiş qərarların icrası barədə müvafiq qaydada Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə hesabat vermək;
o
dövlət maliyyə nəzarətini təmin etmək məqsədilə Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin rəhbərliyi ilə razılaşdırmaqla müvafiq il
üçün iş planı hazırlamaq və təsdiq etmək;
109
o
vətəndaşların qəbulunu təşkil etmək, onların şifahi və yazılı
müraciətlərində göstərilənləri müvafiq qaydada araşdıraraq qərar qəbul
etmək və qəbul edilmiş qərar barədə vətəndaşa cavab vermək;
o
Xidmətin
fəaliyyətinin
təkmilləşdirilməsi
istiqamətində
öz
səlahiyyətləri
daxilində
tədbirlər
görmək
və
müvafiq
normativ
tənzimləmənin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinə təkliflər təqdim etmək;
o
öz fəaliyyətini Azərbaycan Respublikası Maliyyə Nazirliyinin digər
struktur bölmələri ilə əlaqələndirmək;
o
nəzarət tədbirlərinin həyata keçirilməsi zamanı qanunvericiliyə
uyğun olaraq dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;
o
mövcud qanunvericiliyə uyğun olaraq Xidmətin fəaliyyəti prosesində
yaranan arxiv sənədlərinin komplektləşdirilməsi, saxlanılması və uçotunun
aparılmasını təmin etmək;
o
fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə
tutulmuş digər vəzifələri yerinə yetirmək.
Öz növbəsində Dövlət Sığorta Nəzarəti Xidməti sığorta fəaliyyəti
sahəsində dövlət tənzimləməsini və nəzarətini təmin edəcək.
Dövlət Xəzinədarlığı Agentliyi isə dövlət büdcəsinin kassa icrasını
həyata keçirən və həmin maliyyə əməliyyatlarının uçotunu aparan qurum
kimi fəaliyyət göstərəcək.
Eyni zamanda, Xəzinədarlıq Agentliyi büdcə xərcləri üzrə hökumət
adından büdcə təşkilatları qarşısında öhdəlikləri qəbul edən və dövlətə
məxsus maliyyə vəsaitlərinin vahid mərkəzdən idarə edilməsini həyata
keçirəcək.
Xəzinədarlıq orqanlarına dövlət büdcə siyasətini həyata keçirmək,
dövlət vəsaitlərinin daxil olmasına, məqsədyönlü və qənaətlə istifadə
edilməsinə ciddi nəzarəti həyata keçirməklə dövlət büdcəsinin icrası
prosesini idarə etmək həvalə edilmişdir.
Xəzinədarlıq aşağıdakılara nəzarət edir:
dövlət büdcəsinin icrası prosesində onun gəlir və xərclər
hissəsinə;
bütövlükdə dövlət maliyyəsinin vəziyyətinə və AR Hökumətinin
maliyyə əməliyyatları və büdcə sisteminin fəaliyyəti haqqında hesabatların
ali qanunvericilik və icra hakimiyyəti orqanlarına təqdim edilməsinə;
AR-nın Milli Bankı ilə birlikdə AR-nın daxili və xarici dövlət
borclarının vəziyyətinə;
büdcədənkənar dövlət fondlarına, onlar arasında və onlarla dövlət
büdcəsi arasındakı maliyyə münasibətlərinə.
Qeyri-dövlət maliyyə nəzarəti auditor nəzarətini və ictimai
nəzarəti, müəssisədaxili nəzarəti əhatə edir.
110
Auditor nəzarətinin başlıca məqsədi mühasibat və maliyyə
hesabatlarının doğruluğunu, maliyyə və təsərrüfat əməliyyatlarının normativ
aktlara uyğunluğunu müəyyən etmək, hesablaşma sənədlərinin, vergi
bəyannamələrinin və iqtisadi subyektlər tərəfindən yoxlanılan digər maliyyə
öhdəliklərinin təftişindən ibarətdir.
Təsərrüfatdaxili maliyyə nəzarəti müəssisə və təşkilatların özlərinin
mühasibat və maliyyə şöbələri, menecment xidməti və s. tərəfindən aparılır.
Dostları ilə paylaş: |