DƏrs vəSAİTİ (İKİNCİ buraxiliş)



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə8/41
tarix07.06.2020
ölçüsü2,33 Mb.
#31840
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   41
Maliyye


d

övl

ət

 



ğor

ta 

m

al

iy

y

əs



 

Mülki  

Məsuliyyət  sığortası 

 

Sahibkarlıq 

riski sığortası 

 

İctimai maliyyə (dövlət 

və bələdiyyə maliyyəsi) 

 

 



 

 

 



 

Xüsusi 


sektorun və 

digər hüquqi 

şəxslərin – 

ictimai 


təşkilat 

qeyri-


kommersiya 

təşkilatı və – 

in maliyyəsi  

 

Maliyyə 



institutları 

 

 



 

 

 



 

 

 



 

 

Banklar, sığorta 



təşkilatları, fond 

bazarı və s. 

 

Mərkəzi 


Bank 

 

 



 

 

 



 

Xarici maliyyə 

institutları – 

beynəlxalq 

maliyyə 

qrumları, 

beynəlxalq 

maliyyə 


yardımı, 

banklar, fond 

bazarı və s. 

 

Ev təsərrüfatlarının 



maliyyəsi 

 


 

62

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəssisələrin maliyyəsi  

 

 

 

 

 

İc

ti

m

ai

 

b

ir

li

k



ri

n

 

m

al

iyy

əs



 

 

63

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Dövlət maliyyəsi 

 

 

 

 

 

 

 

V

er

gi

 yoxl

amal

ar

ı 

Dövlət büdcəsi

  

 

 



D

övl

  

 

 



 

64

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sığorta maliyyəsi  

 

 

 

 

 

 

SIĞORTA MALİYYƏSİ 

 

Dövlət  sığortasının 

maliyyəsi 

 

Qeyri – dövlət 



sığortasının maliyyəsi  

 

S

os

ial

 s

ığ

or

ta

 

 

əxs





ğor

ta 

 

 

Əm

lak

 s

ığor

tas

ı 

 

 

ə

su

li

yy

ə





ğo

r

tas

ı 

 

S

ah

ib

k

ar



q

 r

is

k





ğor

tas

ı 

 

 

65

V  FƏSİL. MALİYYƏNİN İDARƏ EDİLMƏSİ 



 

5.1. Maliyyənin idarə  edilməsinin mahiyyəti 

 

     İdarəetmə  -  müəyyən  nəticələr  əldə  etmək  üçün  hər  hansı  bir 

obyektə şüurlu  surətdə təsir  etmə  vasitəsi olmaqla çoxcəhətli  bir prosesdir. 

Bu proses siyasi, iqtisadi və sosial  idarəetmə sistemindən ibarətdir. İqtisadi 

idarəetmənin  tərkib  hissəsi  olmaqla  maliyyənin  idarə  edilməsi  maliyyə 

metodları tətbiq etməklə müəyyən nəticələr əldə edilməsi prosesidir. 

Maliyyənin  idarəetmə  obyektinə  müxtəlif  növ  maliyyə  münasibətləri, 

subyektlərinə isə idarəetməni həyata keçirən təşkilatların strukturları aiddir.  

Maliyyə  münasibətləri  sferası  3  qrup  obyektə  bölünür:  müəssisələrin 

maliyyəsi  (təşkilatlar  və  idarələr),  sığorta  münasibətləri,  dövlət  maliyyəsi. 

İdarəetmənin  subyektlərinə    müəssisələrin  (təşkilat  idarələrin)  maliyyə 

şöbəsi  (xidməti),  sığorta  təşkilatları,  maliyyə  və  vergi  orqanları  aiddir. 

Bütün  təşkilatların  strukturlarının  məcmusu  maliyyənin  idarə  edilməsini 

həyata keçirir ki, buna da maliyyə aparatı deyilir. 

İdarəetmə  subyekti  üçün  bütün  sferalardan  istifadə  edirlər  və  hər  bir 

maliyyə  həlqəsinin  müəyyən  xüsusiyyətləri  vardır  ki,  bu  xüsusiyyətlər 

özünü maliyyədə əks etdirir. 

  Maliyyənin  idarə  edilməsi  bir-biri  ilə  qaşlılıqlı  əlaqədə  olan  iki 

mərhələdən – hazırlıq və birbaşa fəaliyyət mərhələsindən ibarətdir.  

  Hazırlıq  mərhələsi  özü  də  maliyyə  informasiyalarının  əldə 

edilməsindən  və  planlaşdırmadan  ibarətdir.  Maliyyə  informasiyalarının 

dəqiqliyi və vaxtında alınması hər hansı bir prosesin gedişini araşdırmağa və 

son  nəticəni  təhlil  etməyə  imkan  yaradır.    Maliyyə  planlaşdırması  dəyər 

formasında tərtib olunur.  Pul gəlirlərinin  səfərbərliyə alınması  və bölgüsü, 

milli  gəlirin  bölgüsü  və  yenidən  bölgüsü,  pul  fondlarının  yaradılması  və 

istifadə edilməsi maliyyə planlaşdırılmasının obyekti kimi çıxış edir. 

  Maliyyə  planlaşdırılması  vasitəsilə  aşağıdakı  vəzifələr  həyata 

keçirilir: 

 Pul fondlarının yaradılması mənbələrinin müəyyənləşdirilməsi; 

 Maliyyə ehtiyatlarının istifadə olunma istiqamətləri; 

 Maliyyə nəzarətinin həyata keçirilməsi; 

 Gəlir və xərclərin balanslaşdırılması. 

  İdarəetmənin  birbaşa  fəaliyyət  mərhələsi    operativ  idarəetmə, 

tənzimləmə və nəzarətdən ibarətdir.   

Operativ  idarəetmə  maliyyə  məsələlərinin  birbaşa  idarə  olunması 

deməkdir və maliyyə vəzifələrinin yerinə yetirilməsi sahəsindəki tədbirlərin 

məcmusundan  ibarətdir.  Bunu  da  nəzərə  almaq  lazımdır  ki,  bu  tədbirlər 

müxtəlif olur və digər iqtisadi tədbirlərlə bağlıdır. 



 

66

Bu mərhələdə hadisə və proseslər geniş təhlil edilir, konkret iqtisadi, 



siyasi,  inzibati  tədbirlər  görülür,  lakin  nəzərdə  tutulmuş  planlar  heç  də 

maneəsiz  yerinə  yetirilmir,  daha  doğrusu,  bu,  mümkün  olmur.  Əvvəlcədən 

duyulmayan 

hadisələr, 

proseslər 

meydana 


çıxır, 

qeyri-tarazlıq, 

disproporsiyalar meydana gəlir. 

Məhz bu və digər disproporsiyaların ləğv olunması üçün tənzimləmə 

prosesindən istifadə edilir. Bu minvalla, yarana biləcək təsadüfi və ya mənfi 

hadisələrin,  proseslərin  başvermə  ehtimalı  azaldılır.  Maliyyə  ehtiyatlarının 

yenidən  daha  səmərəli  bölüşdürülməsi,  vəsaitin  bir  sahədən  digərinə 

yönəldilməsi  (transfer  edilməsi),  maliyyə  ehtiyatlarının  işə  salınması  yolu 

ilə  maliyyə  münasibətlərində  yaranmış  disproporsiyalar  imkan  dairəsində 

ləğv olunur. 

Maliyyənin  idarə edilməsi  və təşkili  şüurlu  və qanunauyğun şəkildə 

həyata  keçirilir.  Bu  isə  bütün  proseslərdə  maliyyə  nəzarətini  zəruriləşdirir. 

İdarəedici subyekt nəzarətdən kənarda qala bilməz. 

Nəzarət,  ümumiyyətlə,  maliyyənin  ən  mühüm  funksiyalarından  biri 

olduğu üçün maliyyənin idarə edilməsinin birbaşa fəaliyyət mərhələsində də 

əsas funksiyalardan birini yerinə yetirir. 

Bütün  bu  mərhələlərin  həyata  keçirilməsi  hər  bir  ölkədə  müəyyən 

orqanlara  həvalə  olunur.  Maliyyəni  idarəçiliyi  orqanları  bazar  iqtisadiyyatı 

şəraitində çox böyük bir missiya yerinə yetirirlər. 

 

5.2. Maliyyənin idarə  edən orqanlar, onların funksiya və 



vəzifələri 

Azərbaycan  Respublikasında  maliyyənin  idarə  edilməsini  ali 

qanunverici hakimiyyət orqanı olan Milli Məclis, Azərbaycan Respublikası 

Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan 

Respublikası  Dövlət  Gömrük  Komitəsi,  Azərbaycan  Respublikası  Milli 

Bankı və müvafiq orqanların yerli təşkilatları həyata keçirir. 



Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vəzifə və 

funksiyaları 

Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyi 

 

Azərbaycan 



Respublikasının  maliyyə  siyasətini  işləyib  hazırlayan  və  həyata  keçirən, 

dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin 

layihələrini  hazırlayan  və  dövlət  büdcəsinin  kassa  icrasını  təmin  edən, 

sığorta  fəaliyyəti,  dövlət  borcunun  idarə  edilməsi,  mühasibat  uçotunun 

təşkili  və  aparılması  sahələrində  dövlət  tənzimlənməsinin,  dövlət  büdcəsi 

vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı 

və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən 

mərkəzi icra hakimiyyəti orqanıdır. 



 

67

 Nazirlik 



öz 

fəaliyyətində 

Azərbaycan 

Respublikasının 

Konstitusiyasını,  Azərbaycan  Respublikasının  qanunlarını,  Azərbaycan 

Respublikası  Prezidentinin  fərman  və  sərəncamlarını,  Azərbaycan 

Respublikası  Nazirlər  Kabinetinin  qərar  və  sərəncamlarını,  Azərbaycan 

Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni 

rəhbər tutur. 

 Nazirlik  öz  vəzifələrini  yerinə  yetirərkən  və  hüquqlarını  həyata 

keçirərkən  digər  icra  hakimiyyəti  orqanları,  yerli  özünüidarəetmə  orqanları 

və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. 

Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 

1. Azərbaycan Respublikasının maliyyə, büdcə, vergi sahəsində dövlət 

siyasətini  işləyib  hazırlayır  və  həyata  keçirilməsini  aidiyyəti  dövlət 

orqanlarının və digər təşkilatların iştirakı ilə təmin edir;    

2.  dövlət  və  icmal  büdcələrin  layihələrinin  mövcud  qanunvericiliyə 

uyğun olaraq hazırlanmasını təmin edir; 

 3.  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  dövlət  büdcəsinin 

icrasını  təmin  edir,  dövlət  büdcəsindən  ayrılan  vəsaitlərin  və  dövlət 

zəmanəti  ilə  alınan  kreditlərin  təyinatı  üzrə  xərclənməsi  üzərində  dövlət 

maliyyə nəzarətinin həyata keçirilməsini təşkil edir;  

 4.  Azərbaycan  Respublikasında  sığorta  fəaliyyəti  sahəsində  dövlət 

siyasətinin  və  sığorta  bazarının  peşəkar  iştirakçılarının  fəaliyyətinə  dövlət 

nəzarətinin həyata keçirilməsini təmin edir; 

5.  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  və  hallarda  ölkədə 

dövlət əyar nəzarətinin və qiymətli metalların və qiymətli daşların istehsalı, 

emalı  və  dövriyyəsi  sahələrində  dövlət  nəzarətini  təşkil  edir  və  həyata 

keçirilməsini təmin edir; 

 6. dövlət borcunun idarə edilməsini və dövlət zəmanətinin verilməsini 

təşkil  edir,  dövlət  borclanma  siyasətini  işləyib  hazırlayır  və  həyata 

keçirilməsini təmin edir; 

 7.  Azərbaycan  Respublikası  ərazisində  fəaliyyət  göstərən  hüquqi 

şəxslər,  habelə  hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul 

olan  fiziki  şəxslər  tərəfindən  mühasibat  uçotunun  təşkili  və  aparılması,  o 

cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi sahəsində 

dövlət  siyasətini  işləyib  hazırlayır  və  həyata  keçirilməsi  üzrə  öz 

səlahiyyətləri daxilində tədbirlər görür; 

 8.  Azərbaycan  Respublikasında  audit  fəaliyyəti  sahəsində  dövlət 

siyasətini işləyib hazırlayır və həyata keçirilməsi ilə bağlı təkliflər verir; 

9.  dövlət  investisiya  proqramlarının  tərtib  olunmasında,  dövlət 

investisiya  siyasətinin,  dövlət  proqramlarının  inkişaf  konsepsiyası  və 

strategiyalarının  hazırlanmasında  və  həyata keçirilməsində qanunvericiliklə 

müəyyən edilmiş qaydada iştirak edir; 



 

68

10.  ölkədə  maliyyə  bazarının  inkişafı,  iqtisadiyyata  xarici  və  daxili 



kreditlərin  cəlb  edilməsi  sahəsində  zəruri  tədbirlərin  həyata  keçirilməsini 

təmin edir; 

11. büdcə sistemi, vergi, dövlət xəzinədarlığı, dövlət maliyyə nəzarəti, 

sığorta  fəaliyyətinə  nəzarət,  dövlət  borcunun  idarə  edilməsi,  qiymətli 

metallar  və  qiymətli  daşlara  nəzarət,  audit,  mühasibat  uçotunun  təşkili  və 

aparılması  sahəsində  qanunvericiliklə  və  bu  Əsasnamə  ilə  Nazirliyin 

fəaliyyət  dairəsinə  aid  edilmiş  digər  məsələlər  üzrə  normativ  hüquqi 

tənzimlənməni həyata keçirir; 

12. 

Azərbaycan 



Respublikasında 

makroiqtisadi 

göstəricilərin 

proqnozlaşdırılması,  iqtisadiyyatın  dövlət  tənzimlənməsi,  onun  inkişaf 

istiqamətləri barədə təkliflər hazırlayır; 

13. Nazirliyin fəaliyyət istiqamətləri üzrə sahəvi mərkəzi və yerli icra 

hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirir; 

14.  qanunvericiliklə  müəyyən  edilmiş  digər  istiqamətlərdə  fəaliyyət 

göstərir. 

 Nazirlik müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq 

aşağıdakı vəzifələri həyata keçirir:  

  aidiyyəti  dövlət  orqanları  ilə  birlikdə  ölkə  iqtisadiyyatının  mövcud 

vəziyyətini təhlil etmək  və sosial-iqtisadi problemlərin  həllinə dair təkliflər 

vermək; 


  maliyyə,  büdcə,  vergi,  mühasibat  uçotu,  dövlət  borcunun  idarə 

edilməsi  və  audit  fəaliyyəti  sahəsində  dövlət  siyasətinin  hazırlanmasına  və 

təkmilləşdirilməsinə dair təkliflər vermək; 

  dövlətin  pul-kredit  və  gömrük  siyasətinin  əsas  istiqamətlərinin 

müəyyənləşdirilməsinə dair təkliflərin hazırlanmasında iştirak etmək; 

  dövlət  büdcəsinin  və  icmal  büdcənin  gəlirlərinin  və  xərclərinin 

proqnozlaşdırılmasını beynəlxalq standartlara uyğun metodologiya əsasında 

aparmaq, hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin 

layihələrini  və  sonrakı  üç  il  üçün  icmal  büdcənin  göstəricilərini  hazırlayıb 

qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  təqdim  etmək,  dövlət 

büdcəsinin  tərtibi  və  icrası  prosesinin  təkmilləşdirilməsi  barədə  təkliflər 

vermək; 


  müvafiq büdcə ili üzrə dövlət büdcəsinin təsdiq olunmuş göstəriciləri 

əsasında onun vahid büdcə təsnifatına uyğun olaraq mənbələr üzrə müvafiq 

mərkəzi  icra  hakimiyyəti  orqanları  ilə  razılaşdırmaqla  gəlirlərinin  və 

xərclərinin  rüblük,  zəruri  hallarda  aylıq  bölgüsünü  müəyyən  etmək  və 

aidiyyəti təşkilatlara göndərmək; 

  dövlət  satınalmalarının  dövlət  vəsaitindən  səmərəli  və  qənaətlə 

istifadə  edilməsi  prinsipləri  əsasında  həyata  keçirilməsini  təmin  etmək 

məqsədilə  həmin  sahə  üzrə  dövlət  tənzimlənməsində,  dövlət  siyasətinin, 



 

69

normativ hüquqi aktların hazırlanmasında və ekspertizasının aparılmasında, 



həmçinin  dövlət  satınalmaları  haqqında  qanunvericiliklə  müəyyən  edilmiş 

hallarda dövlət müəssisələri və büdcədən maliyyələşən təşkilatlar tərəfindən 

malların  (iş  və  xidmətlərin)  satınalınması  üzrə  yaradılan  tender 

komissiyalarının işində iştirak etmək; 

  Nazirliyin  Dövlət  Xəzinədarlığı  Agentliyi  vasitəsilə  müəyyən 

olunmuş  qaydada,  lakin  büdcə  proqnozlarından,  dövlət  büdcəsinin  təsdiq 

olunmuş göstəricilərindən artıq olmamaq şərtilə büdcə xərcləri üzrə dövlətin 

adından  büdcə  təşkilatları  qarşısında  öhdəlik  götürmək,  bu  öhdəliklər 

çərçivəsində  alınmış  mal,  iş  və  xidmətləri  xəzinə  uçotuna  qəbul  etmək  və 

kassa  xərcləri  aparmaq,  dövlət  büdcəsindən  maliyyələşən  təşkilatların 

sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə 

tutulmuş  vəsaitlər  həddində  maliyyələşməsini  həyata  keçirmək  və  həmin 

maliyyə əməliyyatlarının uçotunu təşkil etmək; 

  dövlət  büdcəsinin  vəsaiti  hesabına  maliyyələşdirilməsi  nəzərdə 

tutulan dövlət proqramlarının və inkişaf konsepsiyalarının icrası ilə əlaqədar 

maliyyə təminatını həyata keçirmək; 

  zərurət yarandıqda, müvafiq büdcə ili ərzində qanunvericiliyə uyğun 

olaraq dövlət büdcəsinin dəqiqləşdirilməsi barədə təkliflər hazırlamaq; 

  büdcə  xərcləri  üzrə  müəyyən  olunmuş  limitdən  artıq  borc  yaradan 

təşkilatlar  barədə  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  tədbirlər 

görmək; 

  dövlət büdcəsinin icrasına, dövlət büdcəsindən, o cümlədən məqsədli 

büdcə  fondlarından  ayrılan  vəsaitlərdən  təyinatı  üzrə  istifadə  olunmasına, 

habelə  büdcə  təşkilatlarının  büdcədənkənar  əməliyyatlar  üzrə  vəsaitlərinin 

əldə  edilməsinə  və  maliyyə  orqanları  ilə  razılaşdırılmış  qaydada  təsdiq 

edilmiş  smetaya  uyğun  istifadəsinə  öz  səlahiyyətləri  daxilində  nəzarəti 

həyata keçirmək; 

  dövlət  büdcəsinin  icrası  haqqında  aylıq,  rüblük  və  illik  hesabatları 

tərtib etmək və onları müvafiq dövlət orqanlarına təqdim etmək; 

  dövlət  büdcəsi  ilə  digər  büdcələrin  qarşılıqlı  əlaqələrinin 

nizamlanmasını  və  qarşılıqlı  hesablaşmaları  həyata  keçirmək,  o  cümlədən 

müvafiq ilin dövlət büdcəsi haqqında qanunla təsdiq olunan ümumi məbləğə 

və istiqamətlərə riayət olunmaqla dövlət büdcəsindən ssuda (borc) vermək; 

  dövlət 

büdcəsinin 

icrası 


prosesində, 

zərurət 


yarandıqda, 

qanunvericiliyə uyğun olaraq səlahiyyətləri daxilində təsdiq olunmuş büdcə 

ayırmaları  həddində,  funksional  təsnifatın  bölmələri  daxilində,  iqtisadi 

təsnifatın  bölmə,  köməkçi  bölmə,  paraqraf,  maddə  və  yarımmaddələri 

arasında dəyişikliklər etmək; 

  dövlət  büdcəsinin  icrası  prosesində  iqtisadi  təsnifatın  müvafiq 

bölmə,  köməkçi  bölmə,  paraqraf,  maddə  və  yarımmaddələrində  nəzərdə 


 

70

tutulmuş  birdəfəlik  təyinatlı  vəsaitlər  üzrə  yaranmış  qənaətin  dövlət 



büdcəsinin 

ehtiyat 


fonduna 

yönəldilərək, 

digər 

tədbirlərin 



maliyyələşdirilməsinə  sərf  edilməsi  barədə  təkliflərin  hazırlanmasında 

iştirak etmək; 

  büdcə  gəlirlərinin  proqnozlaşdırılmasını  və  ona  metodiki  rəhbərliyi, 

habelə  maliyyə ehtiyatlarının aşkara çıxarılması  və səfərbər olunması  üçün 

zəruri tədbirlər həyata keçirmək; 

  dövlət  rüsumlarının,  vergilərin  və  digər  məcburi  ödənişlərin 

məbləğləri  və  dərəcələri  ilə  bağlı  təkliflər  hazırlamaq  və  aidiyyəti  dövlət 

orqanlarına təqdim etmək; 

  vergi  hesab-fakturalarının  və  qanunvericilikdə  müəyyən  edilmiş 

hallarda  digər  ciddi  hesabat  blanklarının,  habelə  ciddi  hesabat  sənədi  kimi 

tətbiq  edilən  blankların  mərkəzləşdirilmiş  qaydada  sifarişini,  təqdim 

edilməsini və uçotunun aparılmasını təmin etmək; 

  aksiz  markalarının  hazırlanması  üçün  sifarişlər  vermək,  onların 

satışını  və uçotunu təşkil etmək,  habelə  istehsalçıların  və  idxalçıların aksiz 

markaları ilə təchiz olunmasını təmin etmək;  

  Azərbaycan  Respublikasında  təşkilati-hüquqi  formasından  asılı 

olmayaraq, 

təşkilatların 

və 

fərdi 


sahibkarların 

maliyyə-təsərrüfat 

fəaliyyətində  əmtəə-pul  dövriyyəsini  əks  etdirən  xüsusi  seriya  və  nömrəyə 

malik  ilkin  uçot  sənədi  olan  ciddi  hesabat  blanklarının  forma  və 

rekvizitlərinin  işlənib  hazırlanmasını  və  müəyyən  olunmuş  qaydada  təsdiq 

edilməsini təmin etmək; 

  Azərbaycan Respublikasının toplu maliyyə balansını tərtib etmək və 

tədiyyə balansının tərtibində iştirak etmək; 

  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  dövlət  büdcəsinə  artıq 

ödənilmiş  vergilərin  və  qeyri-vergi  ödənişlərinin  dövlət  büdcəsindən 

qaytarılmasını həyata keçirmək; 

  dövlət  büdcəsindən  ayrılan  vəsaitlərlə  bağlı  xərclər  smetasının 

tərtibi, təsdiqi və icrasının ümumi qaydalarını müəyyən etmək; 

  büdcə  təşkilatlarında,  onların  tabeliyində  fəaliyyət  göstərən  qeyri-

büdcə  qurumlarında,  büdcədənkənar  dövlət  fondlarında,  habelə  həmin 

təşkilatların  tabeliyində  fəaliyyət  göstərən  təsərrüfat  hesablı  müəssisələrdə, 

Azərbaycan  Respublikasının  xarici  dövlətlərdə  və  beynəlxalq  təşkilatlarda 

fəaliyyət  göstərən  diplomatik  xidmət  orqanlarında  dövlət  büdcəsindən 

ayrılan  vəsaitlərin,  o  cümlədən  məqsədli  büdcə  fondlarının,  büdcə 

təşkilatlarının  büdcədənkənar  əməliyyatlar  üzrə  vəsaitlərinin  əldə  edilməsi 

və  xərclənməsi  üzərində  dövlət  maliyyə  nəzarətinin  həyata  keçirilməsini 

təmin etmək; 

  yerli maliyyə orqanlarının xəzinə əməliyyatlarının aparılmasına bank 

xidməti göstərilməsi üçün Agent-bankların seçilməsini təmin etmək; 



 

71

  Nazirliyin 



Dövlət 

Maliyyə 


Nəzarəti 

Xidməti 


vasitəsilə 

qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmə qərarlarına və hüquq 

mühafizə orqanlarının müraciətlərinə əsasən idarə, müəssisə və təşkilatlarda, 

məqsədli  büdcə  və  büdcədənkənar  dövlət  fondlarında  təftiş  və  yoxlamalar 

aparmaq; 

  dövlət  maliyyə  nəzarəti  tədbirləri  nəticəsində  tərkibində  cinayət 

əlamətləri  olan  maliyyə  pozuntuları  aşkarlandığı  hallarda  mövcud 

qanunvericiliyin  tələblərinə  uyğun  olaraq  yoxlama  materiallarını  hüquq-

mühafizə orqanlarına göndərmək; 

  Azərbaycan  Respublikasının  sığorta  qanunvericiliyinə  uyğun  olaraq 

sığorta  fəaliyyətinə  nəzarəti  təşkil  etmək,  sığorta  işinin  inkişafı  və 

təkmilləşdirilməsi  ilə  bağlı  səlahiyyətləri  daxilində  tədbirlər  həyata 

keçirmək; 

  qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  sığorta  broker 

təşkilatlarının və sığorta bazarının digər peşəkar iştirakçılarının fəaliyyətinə, 

təkrar  sığorta  işinə,  sığorta,  ehtiyat  və  digər  fondların  yaradılmasına, 

sığortaçıların  sığorta  haqları  və  tariflərinin  əsaslandırılmasına,  maliyyə 

sabitliyinin  və  ödəmə  qabiliyyətinin  təmin  olunmasına  Nazirliyin 

strukturuna  daxil  olan  Dövlət  Sığorta  Nəzarəti  Xidməti  vasitəsilə  nəzarət 

etmək; 


  qanunvericiliyə  uyğun  olaraq  dövlət  borcalmalarının  həyata 

keçirilməsini,  dövlət  borcunun  idarə  edilməsini  və  dövlət  zəmanətlərinin 

verilməsini  təmin  etmək,  habelə  dövlət  borclarının  ödənilməsi  sahəsində 

müvafiq tədbirlər həyata keçirmək; 

  dövlətin 

daxili 


və 

xarici 


borclarının 

yuxarı 


həddini 

müəyyənləşdirmək üçün təkliflər vermək; 

  beynəlxalq  maliyyə  bazarlarında  ölkənin  imicinin  daha  da 

möhkəmləndirilməsi  istiqamətində  beynəlxalq  reytinq  agentlikləri  ilə  sıx 

əməkdaşlıq etməklə zəruri tədbirlər həyata keçirmək; 

  qanunvericiliyə  uyğun  olaraq  dövlət  borcunun  və  dövlət 

zəmanətinin,  habelə  xarici  dövlətlərin  Azərbaycan  Respublikasına  olan 

borcunun  reyestrinin  aparılmasını,  vahid  xəzinə  hesabında  olan  vəsaitin 

qalığının  (sərbəst  qalığın)  idarə  etməyə  verilməsini  və  ya  idarə  edilməsini, 

dövlət qiymətli kağızlarının  emissiyasını Nazirliyin Dövlət Borcunun  İdarə 

Edilməsi Agentliyi vasitəsilə həyata keçirmək; 

  dövlət investisiya proqramlarının layihələrinin növbəti il üzrə dövlət 

büdcəsinin  və  icmal  büdcənin  layihələrinə,  habelə  sonrakı  üç  il  üzrə  icmal 

büdcənin  göstəricilərinə  uyğunluğuna  və  həmin  proqram  layihələrinin 

maliyyə təminatına dair rəy vermək; 

  Azərbaycan  Respublikasında  investisiya  fəaliyyəti,  investisiyaların 

qoyulması  və təşviqi sahəsində, o cümlədən kreditlərin,  maliyyə  və texniki 


 

72

yardımların  (qrantların)  və  sair  formada  maliyyə  vəsaitlərinin  cəlb 



edilməsində,  dövlət  investisiya  proqramlarının  hazırlanması  və  həyata 

keçirilməsində,  habelə  həmin  proqramların  icrası  üçün  nəzərdə  tutulan 

vəsaitlərin  konkret  layihələr  üzrə  bölgüsündə  öz  səlahiyyətləri  daxilində 

iştirak etmək; 

  Azərbaycan 

Respublikasının 

beynəlxalq 

maliyyə 


bazarına 

inteqrasiya  etməsi,  ölkəyə  xarici  kapitalın  cəlb  edilməsi,  iqtisadiyyatın 

müvafiq  sahələrində  dövlət  əhəmiyyətli  layihələrin  maliyyələşdirilməsi 

üçün dövlət istiqrazlarının buraxılması istiqamətində təkliflər vermək; 

  qiymətli  kağızlar  bazarının  inkişafı  üzrə  təkliflərin  hazırlanmasında 

iştirak  etmək  və  qanunvericiliyə  uyğun  olaraq  dövlət  qiymətli  kağızlarının 

emissiyası ilə bağlı funksiyaları həyata keçirmək; 

  dövlət  idarəetməsi,  qiymətli  kağızlar  bazarı,  gömrük-tarif,  qiymət-

tarif  siyasəti  və  digər  sahələr  üzrə  dövlət  siyasətinin  və  normativ  hüquqi 

aktların  hazırlanmasında  və  ekspertizasının  aparılmasında  həmin  sahələrdə 

dövlət idarəçiliyini həyata keçirən orqanlarla birlikdə iştirak etmək; 

  dövlət  proqramlarının  layihələrinin,  həmçinin  dövlət  büdcəsinin 

vəsaiti və dövlət zəmanəti ilə alınan kreditlər hesabına həyata keçirilən digər 

layihələrin  maliyyə  ekspertizasını  həyata  keçirmək,  təşkilati-hüquqi 

formasından  asılı  olmayaraq  dövlət  vəsaitləri  hesabına  maliyyələşdirilməsi 

nəzərdə tutulan qurumların yaradılmasına, dövlət büdcəsindən maliyyələşən 

qurumların 

strukturunun, 

əməyinin 

ödənilməsi 

sisteminin 

təkmilləşdirilməsinə  və  ştat  vahidlərinin  müəyyən  edilməsinə  rəy  və 

təkliflər vermək; 

  iqtisadiyyata  investisiyaların  cəlb  edilməsi,  kreditlərin  (o  cümlədən, 

dövlət  zəmanəti  ilə  alınmış  kreditlərin),  qrantların,  maliyyə  (texniki) 

yardımlarının  alınması  ilə  bağlı,  habelə  investisiya  layihələri  üzrə 

danışıqlarda öz səlahiyyətləri daxilində iştirak etmək;  

  aidiyyəti  dövlət  orqanları  ilə  birlikdə  dövlət  büdcəsinin  vəsaiti 

hesabına  maliyyələşməsi  nəzərdə  tutulan  investisiya  və  innovasiya 

proqramlarının  hazırlanmasında  iştirak  etmək,  ayrılan  vəsaitdən  səmərəli 

istifadə olunmasına nəzarət etmək; 

  öz səlahiyyətləri daxilində dövlət zəmanəti ilə kredit alınan hallarda 

beynəlxalq  maliyyə  (maliyyə-kredit)  və  iqtisadi  (ticarət)  təşkilatları,  xarici 

dövlətlər  və  kredit  təşkilatları  tərəfindən  verilən  kreditlərdən  istifadə 

məqsədilə  investisiya  layihələrinin  (təkliflərinin),  habelə,  qanunvericilikdə 

nəzərdə  tutulmuş  hallarda  kreditlərin,  qrantların,  maliyyə  (texniki) 

yardımlarının  layihələri  üzrə  müqavilələrin  (sazişlərin,  kontraktların)  və  ya 

təkliflərin iqtisadi ekspertizasında iştirak etmək; 

  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  və  hallarda  beynəlxalq 

maliyyə-kredit  təşkilatları  ilə  əməkdaşlıq  etmək,  bu  təşkilatlarda 



 

73

Azərbaycan Respublikasını təmsil etmək, maliyyə-kredit məsələləri ilə bağlı 



həmin  təşkilatların  nümayəndələri  ilə  danışıqlar  və  məsləhətləşmələr 

aparmaq,  onlar  tərəfindən  Azərbaycan  Respublikasına  kreditlərin  ayrılması 

üzrə  danışıqlarda  iştirak  etmək,  beynəlxalq  təşkilatlara  üzvlüklə  əlaqədar 

tələb olunan xərclərin ödənilməsi üçün təkliflər vermək; 

  beynəlxalq 

iqtisadi 

əməkdaşlıqla 

bağlı 


maliyyə-valyuta 

problemlərini  təhlil  etmək,  xarici  dövlətlərlə  maliyyə-valyuta  və  kredit 

münasibətlərinin  təkmilləşdirilməsinə  dair  təkliflər  vermək,  dövlət 

büdcəsinin  xarici  valyutada  olan  vəsaitlərinin  səmərəli  idarə  olunmasını 

təmin etmək; 

  dövlət büdcəsindən  maliyyələşən  idarə  və təşkilatlarda  vəzifə (tarif) 

maaşlarının  düzgün  tətbiqinə  öz  səlahiyyətləri  daxilində  nəzarət  etmək, 

dövlət  orqanlarının  strukturunun  təkmilləşdirilməsi  və  ştat  vahidlərinin 

müəyyən edilməsi ilə bağlı təkliflər vermək; 

  büdcədən  maliyyələşən  təşkilatlarda  çalışan  işçilərin  əməyinin 

ödənilməsi  sisteminin  təkmilləşdirilməsi  və  əhalinin  sosial  müdafiəsi  üzrə 

tədbirlərin həyata keçirilməsində iştirak etmək; 

  dövlət idarə, müəssisə və təşkilatlarının, o cümlədən məqsədli büdcə 

və  büdcədənkənar  dövlət  fondlarının  maliyyə-təsərrüfat  fəaliyyətini  təhlil 

etmək; 

  təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq 



Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən  hüquqi  şəxslər,  habelə 

hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər 

üçün  qanunvericiliyin  tələblərinə  müvafiq  olaraq  mühasibat  uçotunu 

tənzimləyən  Milli  Mühasibat  Uçotu  Standartlarını,  onların  tətbiqi  üzrə 

Şərhlər və Tövsiyələri, habelə Qaydaları işləyib hazırlamaq; 

  Maliyyə  Hesabatlarının  Beynəlxalq  Standartlarının  və  Milli 

Mühasibat  Uçotu  Standartlarının  tətbiqi  ilə  bağlı  təsərrüfat  subyektlərinə 

metodiki  köməklik  göstərmək  və  qanunvericiliklə  nəzərdə  tutulmuş  digər 

zəruri tədbirləri həyata keçirmək;  

  məhkəmənin  qanuni  qüvvəyə  minmiş  qərarı  əsasında  dövlət 

mülkiyyətinə  keçməklə  müsadirə  edilmiş,  qanunvericiliyə  uyğun  olaraq 

sahibsiz hesab edilən, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən 

əmlakın  və  dövlətin  maliyyə  orqanlarına  təhvil  verilən  dəfinələrin  operativ 

uçotunun aparılmasını təşkil etmək; 

  qanunvericiliklə 

müəyyən 


edilmiş 

qaydada 


Azərbaycan 

Respublikasının  Milli  Bankı  və  digər  kredit  təşkilatları  ilə  Azərbaycan 

Respublikası  adından  kredit  müqavilələri  bağlamaq,  alınmış  kreditlərin 

vaxtında qaytarılmasını təmin etmək, onlardan məqsədli istifadə olunmasına 

nəzarət etmək; 


 

74

  qanunvericiliyə uyğun olaraq ölkənin qiymət-tarif siyasətinin həyata 



keçirilməsi üçün qiymətləri dövlət tərəfindən tənzimlənən məhsulların (iş və 

xidmətlərin)  qiymətlərinin  və  tariflərinin  tənzimləmə  qaydalarının 

hazırlanmasında iştirak etmək; 

  dövlət  büdcəsinin  layihəsinin  tərtibi,  təsdiq  edilmiş  göstəricilərə 

uyğun  olaraq  büdcə  xərclərinin  bölgüsü,  dövlət  büdcəsinin  kassa  icrası, 

dövlət  maliyyə  nəzarəti,  dövlət  borcunun  idarə  edilməsi,  ölkədə  əyar 

nəzarəti,  sığorta  fəaliyyətinə  nəzarət,  mühasibat  uçotunun  beynəlxalq 

standartlar  əsasında  inkişaf  etdirilməsi  və  maliyyə  hesabatlarının  tərtibi 

sahələrində  öz  səlahiyyətləri  çərçivəsində  normativ  tənzimləməni  həyata 

keçirmək; 

  qanunvericiliklə  nəzərdə  tutulan  hallarda  və  qaydada  müvafiq 

fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə vermək; 

  qanunvericiliklə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  öz 

səlahiyyətləri  çərçivəsində  səhmlərinin  nəzarət  zərfi  dövlətə  məxsus  olan 

banklarda  dövləti  təmsil  etmək,  onlardan  rüblük  hesabatlar  almaq  və 

fəaliyyətləri barədə təkliflər hazırlamaq; 

  Azərbaycan Respublikasında istehsal olunmuş, habelə ölkə ərazisinə 

satış  məqsədilə  gətirilmiş  qiymətli  metallar  və  qiymətli  daşlardan 

hazırlanmış  bütün  zərgərlik  və  digər  məişət  məmulatları  üzərində  əyar 

nəzarətini  və  qiymətli  metalların  və  qiymətli  daşların  istehsalı,  emalı  və 

dövriyyəsi  sahələrində  dövlət  nəzarətini  Nazirliyin  strukturuna  daxil  olan 

Qiymətli  Metallara  və  Daşlara  Nəzarət  Dövlət  Xidməti  vasitəsilə  həyata 

keçirilməsini təmin etmək; 

  qanunvericiliklə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  müvafiq 

inzibati xətalar haqqında işlərə baxmaq; 

  maliyyə orqanları  işçilərinin peşə  hazırlığı,  yenidən  hazırlanması  və 

ixtisaslarının  artırılması,  habelə  maliyyə  orqanları  üçün  mütəxəssislərin 

hazırlanması ilə bağlı tədbirlər həyata keçirmək; 

  Azərbaycan 

Respublikasının 

tərəfdar 

çıxdığı 


beynəlxalq 

müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək; 

  öz  səlahiyyətləri  daxilində  insan  və  vətəndaş  hüquqlarının  və 

azadlıqlarının  həyata  keçirilməsini  təmin  etmək  və  onların  pozulmasının 

qarşısını almaq; 

  Nazirliyin  fəaliyyəti  ilə  bağlı  vətəndaşlardan  daxil  olan  təklif,  ərizə 

və  şikayətlərə  baxılmasını  və  onların  qəbulunu  təmin  etmək,  daxil  olmuş 

müraciətlərə vaxtında, o cümlədən yaradılmış İnternet saytı vasitəsilə cavab 

vermək  və  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  digər  tədbirlər 

görmək; 


  öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını təmin etmək; 

 

75

  Nazirliyin 



fəaliyyətinin 

təkmilləşdirilməsi 

istiqamətində 

öz 


səlahiyyətləri  daxilində  tədbirlər  görmək,  onun  strukturuna  daxil  olan 

qurumların  işini  əlaqələndirmək  və  onların  fəaliyyətinə  nəzarəti  həyata 

keçirmək; 

  Nazirliyin tabeliyində olan qurumlar tərəfindən onların səlahiyyətləri 

daxilində  müvafiq  vəzifələrin  yerinə  yetirilməsi  üçün  istifadə  edilən 

məqsədli  büdcə  vəsaitinin  təyinatı  üzrə  istifadəsi  proqramlarını  və  xərclər 

smetalarını təsdiq etmək,  həmin  vəsaitlərin təyinatı üzrə  istifadəsi üzərində 

nəzarətin həyata keçirilməsini təmin etmək;   

  tabeliyində  olan  qurumlarda  dövlət  qulluğu  keçmə  və  əmək 

münasibətləri məsələlərini tənzimləyən tədbirlər görmək; 

  qanunvericiliyə  uyğun  olaraq  dövlət  sirrinin  və  məxfilik  rejiminin 

qorunması  üçün  zəruri  tədbirlər,  habelə  fəaliyyət  istiqamətlərinə  uyğun 

təhlükəsizlik tədbirləri görmək; 

  digər  icra  hakimiyyəti  orqanlarının  dövlət  büdcəsi,  dövlət  borcunun 

idarə  edilməsi,  mühasibat  uçotunun  təşkili  və  aparılması,  qiymətli  metallar 

və  qiymətli  daşlar  üzrə  dövlət  tənzimlənməsi,  dövlət  maliyyə  nəzarəti  və 

dövlət sığorta nəzarəti sahələri ilə bağlı fəaliyyətini əlaqələndirmək; 

  Nazirliyin  fəaliyyət  sahələrinə  ayrılan  büdcə  vəsaitləri,  kreditlər, 

qrantlar  və  digər  maliyyə  vəsaitlərindən  təyinatı  üzrə  səmərəli  istifadə 

olunması üçün tədbirlər görmək və ona nəzarət etmək; 

  fəaliyyət  istiqamətlərinə  uyğun  olaraq  qanunvericiliklə  nəzərdə 

tutulmuş digər vəzifələri yerinə yetirmək. 

 Nazirlik öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara 

malikdir: 

  mövcud  qanunvericiliklə  müəyyən  edilmiş  müddət  ərzində  və 

qaydada növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin 

layihələrinin,  sonrakı  üç  il  üçün  icmal  büdcənin  göstəricilərinin 

tərtibi  üçün  lazım  olan  əsaslandırıcı  materialları  və  hesablamaları 

mərkəzi  və  yerli  icra  hakimiyyəti  orqanlarından,  habelə  onların 

struktur  bölmələrindən,  dövlət  büdcəsindən  maliyyələşən  büdcə 

təşkilatlarından,  zərurət  yarandıqda  mülkiyyət  və  təşkilati-hüquqi 

formasından 

asılı 

olmayaraq 



digər 

hüquqi 


şəxslərdən, 

bələdiyyələrdən və büdcədənkənar dövlət fondlarından almaq; 

  büdcə  təşkilatları  və  dövlət  büdcəsindən  dotasiya,  subsidiya, 

subvensiya  və  digər  maliyyə  yardımları  alan  təşkilatlardan  həmin 

vəsaitlərdən istifadə barədə müəyyən olunmuş qaydada aylıq, rüblük 

və  ilin  əvvəlindən  artan  yekunla  funksional,  iqtisadi  və  təşkilati 

təsnifat üzrə hesabatlar almaq; 

  ayrılmış  vəsaitlərin  təyinatı  üzrə  xərclənməməsi  halları  aşkar 

olunduqda,  kredit  resursundan  artıq  xərcə  yol  verildikdə,  əvvəl 


 

76

ayrılmış  vəsaitlərin  xərclənməsinə  dair  hesabatların  vaxtında  və 



düzgün  təqdim  edilmədiyi  hallarda  müvafiq  icra  hakimiyyəti 

orqanlarının  rəhbərlərini  xəbərdar  etməklə  müəssisələrin,  idarələrin 

və  təşkilatların  dövlət  büdcəsindən  maliyyələşdirilməsini  (müdafiə 

olunan xərclər istisna olmaqla) məhdudlaşdırmaq və artıq ödənilmiş 

vəsaiti  qanunvericiliklə  nəzərdə  tutulmuş  qaydada  dövlət  büdcəsinə 

bərpa etdirmək; 

  dövlət  büdcəsindən,  o  cümlədən  məqsədli  büdcə  fondlarından 

ayrılmış 

və 

təyinatı 



üzrə 

istifadə 

olunmayan 

vəsaitləri 

qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  müəssisələrdən, 

idarələrdən,  təşkilatlardan  və  bələdiyyələrdən  geri  almaq  üçün 

tədbirlər görmək; 

  dövlət  büdcəsinin  mədaxil  hissəsini  təmin  edən  müvafiq  icra 

hakimiyyəti  orqanlarından  mütəmadi  olaraq  rəsmi  məlumatlar, 

hesablanmış vergilər və qeyri-vergi daxilolmaları  barədə hesabatlar, 

gəlirlər üzrə proqnozların  yerinə  yetirilməsi  barədə arayışlar almaq, 

dövlət  büdcəsinin  gəlirləri  proqnozlaşdırılan  məbləğdən  aşağı 

olduqda  səbəbini  araşdırmaq,  müvafiq  arayışlar  hazırlamaq  və 

aidiyyəti üzrə təqdim etmək; 

  dövlət  orqanlarından,  təşkilati-hüquqi  formasından  asılı  olmayaraq 

hüquqi  şəxslərdən  dövlət  büdcəsinin  və  məqsədli  büdcə  fondlarının 

icrası,  büdcə  təşkilatlarının  büdcədənkənar  vəsaitlərindən  və  dövlət 

zəmanəti  ilə  alınmış  və  dövlət  büdcəsinin  vəsaitləri  hesabına 

verilmiş  kreditlərdən  istifadə  haqqında  statistik  və  digər  hesabat 

göstəriciləri almaq; 

  tabeliyində  olan  müvafiq  Dövlət  Xidməti  vasitəsilə  mülkiyyət 

formasından  asılı  olmayaraq,  qiymətli  metalları  və  qiymətli  daşları 

istehsal,  emal  və  istifadə  edən  hüquqi  şəxslərdə  qanunla  müəyyən 

edilmiş  yoxlama  aparmaq,  habelə  onlarla  əməliyyatlar  aparan  fərdi 

sahibkarların  qiymətli  metallar  və  qiymətli  daşlardan  istifadə  üzrə 

fəaliyyətini  qanunla  müəyyən  edilmiş  hallarda  və  qaydada 

yoxlamaq,  aşkar  olunmuş  hüquqpozmalar  barədə  materialları 

aidiyyəti üzrə səlahiyyətli dövlət orqanlarına təqdim etmək; 

  sığortaçılar  və  brokerlər  tərəfindən  sığorta  qanunvericiliyi  dəfələrlə 

pozulduqda  onların  ləğv  edilməsi  barədə  qanunvericiliklə  nəzərdə 

tutulmuş 

qaydada 


müvafiq 

məhkəmədə 

iddia 

qaldırmaq, 



sığortaçıların  ödəmə  qabiliyyətinin  olmaması  ilə  əlaqədar  onların 

müflis  elan  edilməsi  barədə  məsələlərə  baxılmaq  üçün  məhkəməyə 

müraciət etmək; 

  tabeliyində  olan  müvafiq  dövlət  orqanı  vasitəsilə  sığortaçılardan, 

brokerlərdən  və  sığorta  bazarının  digər  peşəkar  iştirakçılarından 


 

77

onların  fəaliyyəti  haqqında  məlumat  və  maliyyə  vəziyyəti  barədə 



hesabatlar  almaq,  qanunvericiliklə  müəyyən  olunmuş  qaydada 

onların fəaliyyətini yoxlamaq, təqdimatlar vermək; 

  aidiyyəti  dövlət  orqanları  ilə  birlikdə  dövlət  büdcəsi  gəlirlərinin 

artırılması 

imkanlarının 

araşdırılması 

məqsədilə 

dövlət 


mülkiyyətində  olan  müəssisələrin  maliyyə-təsərrüfat  fəaliyyətini 

təhlil  etmək  və  bu  təhlil  üçün  tələb  olunan  məlumat  və  sənədləri 

həmin müəssisələrdən sorğu etmək və almaq; 

  müxtəlif layihələrin icrası üçün dövlət zəmanəti ilə alınmış və dövlət 

büdcəsinin  vəsaitləri  hesabına  verilmiş  kreditlərin  təyinatı  üzrə 

xərclənməsinin yoxlanılmasını təmin etmək; 

  tabeliyində olan müvafiq Dövlət Xidməti vasitəsilə maliyyə nəzarəti 

tədbirlərinin  həyata  keçirildiyi  dövlət  təşkilatlarında,  büdcə  və 

büdcədənkənar dövlət  fondlarında  malların (iş  və xidmətlərin) satın 

alınmasının  qanuniliyinin  dəqiqləşdirilməsi  zərurəti  yarandıqda,  bu 

məqsəd üçün vəsaitin ödəndiyi digər təşkilatlarla, o cümlədən qeyri-

hökumət  təşkilatları  ilə  müəyyən  edilmiş  qaydada  maliyyə  nəzarəti 

obyektinin  vəsaitlərinin  xərclənməsi  üzrə  sənədlərin  qarşılıqlı 

yoxlanılmasını aparmaq; 

  aparılan  nəzarət  yoxlamalarının  nəticələri  üzrə  müvafiq  tədbir 

görülməsi üçün aidiyyəti dövlət orqanlarına təqdimatlar vermək; 

  maliyyə  nəzarəti  tədbirlərinin  həyata  keçirilməsi  zamanı  dövlət 

vəsaitlərinin  xərclənməsində  cinayət  əlamətləri  olan  qanun 

pozuntusu  aşkar  olunduğu  halda  nəzarət  obyektlərindən  ilkin 

sənədləri götürmək üçün hüquq-mühafizə, prokurorluq və məhkəmə 

orqanlarına təqdimatlar vermək; 

  dövlət  borcu  və  dövlət  zəmanətləri  ilə  bağlı  müqavilələrin 

hazırlanmasında  iştirak  etmək,  Azərbaycan  Respublikası  adından 

borcun  alınması  və  zəmanət  verilməsi,  dövlət  borcunun  vaxtında 

ödənilməsi  və  ölkə  daxilində  dövlət  qiymətli  kağızları  bazarının 

inkişafı barədə təkliflər vermək; 

  dövlət  borcalmasının  ölkənin  sosial-iqtisadi  inkişafına  yönəldilmiş 

müvafiq 


proqramların, 

dövlət 


investisiyalarının 

maliyyələşdirilməsinə  və  dövlət  büdcəsinin  kəsirinin  örtülməsinə 

yönəldilməsi barədə təkliflər vermək; 

  iqtisadiyyatın  prioritet  sahələrinin  inkişafı  üçün  müvafiq  investisiya 

layihələrinin  daxili  maliyyə  mənbələri  hesabına  həyata  keçirilməsi 

məqsədilə  ölkənin  iqtisadi  artım  dinamikasına  uyğun  olaraq  dövlət 

istiqrazlarının emissiyasına dair təkliflər vermək; 


 

78

  beynəlxalq  maliyyə-kredit  təşkilatları  və  xarici  dövlətlər  tərəfindən 



verilən  kreditlər  hesabına  aparılan  investisiya  layihələrinin 

müsabiqələrinin təşkil edilməsində və keçirilməsində iştirak etmək; 

  \öz  səlahiyyətləri  daxilində  icra  hakimiyyəti  orqanları  və 

büdcədənkənar  dövlət  fondları  tərəfindən  işlənib  hazırlanmış 

mühasibat  uçotu  sahəsində  normativ  hüquqi  aktların  və  tövsiyə 

xarakteri  daşıyan  sənədlərin  təsdiq  və  tətbiq  edilməsinə  razılıq 

vermək; 

  öz səlahiyyətləri çərçivəsində ciddi  hesabat blanklarının  istifadəsinə 

nəzarəti həyata keçirmək; 

  iri  dövlət  vergi  ödəyicilərinin  gəlir  və  xərclər  smetalarının 

layihələrini  aidiyyəti  orqanlarla  birlikdə  razılaşdırmaq  və  onların 

gəlir  və  xərclər  smetalarının  icrasına  nəzarətin  təmin  edilməsi  üçün 

öz  səlahiyyətləri  daxilində  qanunvericilikdə  nəzərdə  tutulmuş 

tədbirlər görmək; 

  qanunvericiliklə  müəyyən  edilmiş  hallarda  və  qaydada  ayrı-ayrı 

fəaliyyət  növlərinə  xüsusi  razılıq  (lisenziya)  vermək,  onun 

fəaliyyətini dayandırmaq və ya ləğv etmək; 

  Nazirliyin  səlahiyyətlərinə  aid  edilən  məsələlərlə  bağlı  məhkəmədə 

iddiaçı və cavabdeh qismində çıxış etmək; 

  maliyyə  siyasətinin  həyata  keçirilməsi  zamanı  Azərbaycan 

Respublikasının  müvafiq  beynəlxalq  müqavilələrə  tərəfdar  çıxması 

barədə təşəbbüslə çıxış etmək; 

  müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki 

və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək 

və onlardan belə məlumatları (sənədləri) almaq; 

  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  müvafiq  beynəlxalq 

təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) 

ilə  əməkdaşlıq  etmək,  xarici  dövlətlərin  müvafiq  təcrübəsini 

öyrənmək; 

  müəyyən  olunmuş  qaydada  Nazirliyin  səlahiyyətlərinə  aid  olan 

qanunvericilik  aktlarının  layihəsini  hazırlamaq  və  ya  onların 

hazırlanmasında iştirak etmək; 

  fəaliyyət  istiqamətlərinə  uyğun  rəy  vermək,  təhlillər  və 

ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, maliyyə 

sahəsi üzrə elmi tədqiqatlar aparmaq, təkliflər vermək; 

  müstəqil  ekspertləri  və  mütəxəssisləri  qanunvericiliklə  müəyyən 

edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək; 

  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  dövri  mətbuat  orqanı 

təsis  etmək,  xüsusi  bülletenlər  və  digər  nəşrlər  buraxmaq,  İnternet 

saytı yaratmaq və ondan istifadə etmək; 



 

79

  üzərinə  qoyulmuş  vəzifələri  həyata  keçirmək  məqsədilə  müəyyən 



edilmiş  qaydada  özünümaliyyələşdirmə  prinsipi  əsasında  fəaliyyət 

göstərən mətbəə orqanı yaratmaq; 

  fəaliyyət  istiqamətlərinə  uyğun  olaraq  qanunvericiliklə  nəzərdə 

tutulmuş digər hüquqları həyata keçirmək 

 Nazirliyin  aparatı  və  Nazirliyin  strukturuna  daxil  olan  Dövlət 

Xəzinədarlığı Agentliyi, Dövlət Borcunun İdarə Edilməsi Agentliyi, Dövlət 

Maliyyə  Nəzarəti  Xidməti,  Dövlət  Sığorta  Nəzarəti  Xidməti,  Qiymətli 

Metallara və Daşlara Nəzarət Dövlət Xidməti, Nazirliyin yerli bölmələri və 

tabeliyində olan digər qurumlar Nazirliyin vahid sistemini təşkil edir. 


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin