DƏrs vəSAİTİ (İKİNCİ buraxiliş)



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə22/41
tarix07.06.2020
ölçüsü2,33 Mb.
#31840
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   41
Maliyye


 

 

 

 

 

 

 

XIII  FƏSİL. BÜDCƏ PROSESİNİN TƏŞKİLİ 

 

13.1. Büdcə prosesinin  mahiyyəti və mərhələləri 

 

Büdcə prosesi – mərkəzi və yerli büdcələrin tərtibi, baxılması, təsdiqi 



və icrası üzrə hakimiyyət orqanlarının  qanunvericiliklə reqlamentləşdirilmiş 

fəaliyyətidir.  Onun  məzmunu    ölkənin  dövlət  və  büdcə  quruluşu,  habelə 

müvafiq orqanların hüquqi  və  fiziki  şəxslərin  büdcə hüquqları  ilə  müəyyən 

edilir.  Büdcə  prosesinin  iştirakçıları  aşağıdakılardır:  ölkə  Prezidenti, 

qanunverici və icraedici orqanlar, pul-kredit tənzimlənməsini həyata keçirən 

orqanlar, dövlət  maliyyə  nəzarəti orqanları,  büdcədənkənar dövlət fondları, 

büdcə  vəsaitlərinin  əsas  sərəncamçıları,  büdcə,  vergi  səlahiyyətləri  verilən 

digər orqanlar. 



  Büdcə prosesi aşağıdakı mərhələlərdən ibarətdir: 

  1.  Maliyyə  planlaşdırılması  və  proqnozlaşdırılması.  Bu  mərhələ 

ÜDM-un  dövriyyəsi  ilə  əlaqədardır.  Maliyyə  vəsaitlərinin  yaradılması, 

bölgüsü,  yenidən  bölgüsü  və  istehlakı  prosesinin  idarə  edilməsi  maliyyə 

planlaşdırılması  vasitəsilə  həyata  keçirilir.  Maliyyə  planlaşdırılması 

iqtisadiyyatda  təsərrüfatlararası  nisbəti  balanslaşdırır,  əmək,  maddi  və 



 

209 


maliyyə  ehtiyatlarından  səmərəli  istifadə  yollarını  müəyyən  edir.  Maliyyə 

planlaşdırılması  maliyyə  planları  sistemi  ilə  müəyyən  olunur.  Bu  sistemə 

perspektiv  və  toplu  maliyyə  balansı  daxildir.  Perspektiv  maliyyə  planı 

ölkənin  sosial-iqtisadi  inkişaf  proqnozuna  əsaslanaraq  özündə  büdcə 

gəlirlərinin  səfərbərliyə  alınması  üzrə  imkanları,  büdcənin  əsas  xərclərinin 

maliyyələşdirilməsini  əks  etdirən  sənəddir.  Büdcənin  inkişaf  proqnozunda 

onun  gəlir  və  xərc  hissələrinin  inkişaf  yollarının  ehtimal  qiymətləri 

kompleksi  nəzərdə  tutulur.  Büdcə  proqnozunun  məqsədi  mövcud  konkret 

sosial-iqtisadi  şəraitdə  və  perspektiv  qiymətləndirmə  əsasında  büdcənin 

inkişafının 

əlverişli 

yollarını 

işləmək, 

əsaslandırmaq 

və 

onun 


möhkəmləndirilməsi üçün təkliflər hazırlamaqdan ibarətdir. 

  2.  Büdcə  prosesinin  ikinci  mərhələsi  büdcə  layihəsinin  tərtibi, 

baxılması və təsdiqindən ibarətdir. Büdcə layihəsinin tərtibinin əsas vəzifəsi 

dövlətin  funksiyalarının  iqtisadi  və  sosial  proqnozlaşdırılmasında  nəzərdə 

tutulan  tədbirlərin  maliyyə  təminatının  həyata  keçirilməsi  məqsədilə  mər-

kəzləşdirilmiş pul vəsaitlərinin həcminin müəyyən edilməsidir. 

  Maliyyə  orqanlarından  müvafiq  büdcə  layihələrini  aldıqdan  sonra, 

icra  hakimiyyəti  orqanları  layihəyə  baxış  keçirir,  zəruri  hallarda  düzəlişlər 

və əlavələr edirlər. Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun la-

yihəsinin  müzakirəsi  və  təsdiqi  Milli  Məclis  tərəfindən  onun  daxili 

nizamnaməsinə uyğun olaraq həyata keçirilir. 

  3.  Büdcə  prosesinin  digər  mərhələsi  onun  icra  edilməsidir.  Bu 

prosesdə  icra  hakimiyyəti  orqanları,  maliyyə  və  vergi  orqanları,  kredit 

təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edirlər. Büdcənin icrası xəzinənin 

vahidliyi  prinsipinə  əsaslanır.  Bu  prinsip  daxil  olan  gəlirlərin  vahid  büdcə 

hesabına  köçürülməsini  və  nəzərdə  tutulmuş  bütün  xərclərin  vahid  büdcə 

hesabından həyata keçirilməsini nəzərdə tutur. 

  4.  Büdcə  prosesinin  son  mərhələsi  büdcənin  icrasının  təhlili  və 

nəzarətdən ibarətdir. Büdcə ili ərzində maliyyə orqanları büdcənin tərtibi və 

icrasının  nəticələri üzrə analitik  iş  aparırlar. Büdcə təhlilinin aparılmasında 

məqsəd aşağıdakılardan ibarətdir: büdcənin tərtibi və icrasının nəticələrinin 

qiymətləndirilməsi,  hökumətin  maliyyə-büdcə  siyasətinin  əsaslandırılması, 

büdcənin  plan  göstəricilərinin  yerinə  yetirilməsinə  mane  olan  amillərin 

aşkarlanması,  büdcənin  tərtibi  və  icrası  zamanı  ehtiyatların  aşkarlanması, 

büdcəyə  gəlirlərin  tam,  vaxtında  və  stabil  yığılmasının  təmin  edilməsi, 

büdcə  vəsaitlərinin  səmərəsiz  istifadəsinə  səbəb  olan  amillərin  aşkar  edil-

məsi.  Büdcənin  icrasına  nəzarət  Milli  Məclis  və  Hesablama  Palatası  tərə-

findən həyata keçirilir. 

 

 

 

 



 

210 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Büdcə prosesinin mərhələləri 



 

                         Qanunvericilik təşəbbüsü                 



 

                                                                              

 

 

 



 

 

             Qanunverici hakimiyyət   



  İcra orqanları 

 

 

 

 

 

 

 

 

             

 

 

   



İcra hakimiyyətinin 

 

 



 

   İcra hakimiyyəti 

(orqanlarının)  hesabatının 

 

 



 

parlament tərəfindən təsdiqi 

                                                                                                               

 

                       Hesablama palatası              İcra orqanları  



                       tərəfindən hesabatın            tərəfindən hesabatın 

                                yoxlanılması                təqdim edilməsi      

 

 

БЦДЪЯ 

ПРОСЕСИНИН 

МЯРЩЯЛЯ-

ЛЯРИ 


 

211 


 

 

 

 

 

 

 

 

 

 

13.2. Büdcə planlaşdırılmasının prinsipləri 

 

Büdcə  planlaşdırılması  –  dövlətin  maliyyə  siyasətinin  tələblərinə 

uyğunlaşdırılan maliyyə planlaşdırılmasının tərkib hissəsidir.  

Büdcə  planlaşdırılmasının  əsas  prinsipləri  aşağıdakılardır:  büdcə 

məsələlərinin  vahid  hüquqi  normalarla  tənzimlənməsi,  büdcə  vəsaitlərinin 

ünvanlı  və  məqsədli  şəkildə  istiqamətləndirilməsi,  illik  büdcənin  fasiləsiz 

planlaşdırılması, maliyyə göstəricilərinin stabilliyi, balans metodu. 

 

13.3. Büdcə prosesində xəzinədarlığın rolu 



 Xəzinədarlıq  –  maliyyənin  əsas  tərkib  hissəsi  kimi  dövlətin 

gəlirlərinə və xərclərinə nəzarət edən və pul-valyuta hərəkətini tənzimləyən 

mühüm dövlət orqanıdır.  Bazar iqtisadiyyatı şəraitində maliyyə sistemi və o 

cümlədən, xəzinədarlıq çoxsaylı funksiyaları yerinə yetirir. Bu funksiyaların 

lazımi  səviyyədə  yerinə  yetirilməsi  üçün  xəzinədarlığın  mükəmməl  struk-

turu yaradılmalıdır. Büdcənin icrası prosesində xəzinədarlıq sistemi aşağıda-

kı funksiyaları yerinə yetirir: 

-  kassanın  vahidliyi  prinsipi  baxımından  büdcə  gəlirlərinin  və 

xərclərinin  icrası üzərində nəzarət; 

-  dövlət  büdcəsi  ilə  büdcədənkənar  dövlət  fondları  arasında  maliyyə 

münasibətlərinin tənzimlənməsi; 

dövlətin 



maliyyə 

resurslarının 

həcminin 

qısamüddətli 

proqnozlaşdırılması; 

- dövlət  maliyyəsinin  vəziyyəti  haqqında   informasiyanın toplanması, 

işlənməsi,  təhlili  və  yuxarı  səviyyəli  qanunverici  və  icraedici  orqanlara 

təqdim edilməsi; 

-  daxili  və  xarici  dövlət  borclarının  milli  bank  və  digər  səlahiyyətli 

banklar tərəfindən idarə edilməsi. 



 

 

 

 

212 


 

 

 

 

 

XIV FƏSİL. DÖVLƏT BÜDCƏSİNİN GƏLİRLƏRİ 

 

 

14.1. Dövlət büdcəsi gəlirlərinin  iqtisadi mahiyyəti 

 

  Büdcə  gəlirləri  –  dövlətin  funksiyalarının  yerinə  yetirilməsi  üçün  

mərkəzləşdirilmiş  maliyyə  vəsaitləridir.  Onlar  pul  vəsaitləri  fondlarının 

formalaşması prosesində dövlətlə hüquqi və fiziki şəxslər arasında yaranmış  

iqtisadi  münasibətləri  əks  etdirir  və  müxtəlif  səviyyəli  hakimiyyət  orqan-

larının fəaliyyətinin həyata keçirilməsinə xidmət edir. 

  Büdcə  gəlirlərinin  tərkibi,    pul  vəsaitlərinin  büdcəyə  səfərbərliyə 

alınma  formaları  təsərrüfatçılıq  sistemi  və  metodlarından,  habelə  dövlətin 

qarşısında  duran  iqtisadi  vəzifələrdən  asılı  olaraq  müəyyənləşdirilir.  Büdcə 

gəlirləri  bir  tərəfdən    ÜDM-un  dəyərinin  geniş  təkrar  istehsal  prosesinin 

müxtəlif  iştirakçıları  arasında  bölgüsünün  nəticəsi  kimi,  digər  tərəfdən  isə 

dövlətin  əlində  cəmləşdirilmiş  dəyərin  sonrakı  bölgüsünün  obyekti  kimi  

çıxış edir. Ölkənin dövlət quruluşundan asılı olaraq büdcə gəlirləri mərkəzi 

(dövlət) büdcənin və yerli büdcələrin gəlirlərini təşkil edir. 

  Büdcə gəlirləri dövlət gəlirlərindən fərqli olaraq daha dar məna kəsb 

edir. Dövlət gəlirlərinə bütün səviyyəli büdcələrin maliyyə vəsaitləri, habelə 

büdcədənkənar  fondların  və  bütün  dövlət  sektorunun  vəsaitləri  daxildir. 

Büdcə gəlirlərinin  əsas  maddi  mənbəyini  milli gəlir  təşkil edir.  Əgər  ma-

liyyə  tələbatının  ödənilməsi  üçün  bu  vəsait  kifayət  etməzsə,  dövlət  milli 

sərvəti  maliyyələşdirməyə  cəlb  edir.  Milli  gəlirin  bölüşdürülməsinin  əsas 

hissəsi  vergilər  vasitəsilə  bölüşdürülür.  Dövlət  büdcəsi  gəlirlərində 

vergilərdən  daxilolmalar  onun  9/10  hissəsini  təşkil  edir.  Büdcə  gəlirləri 

dedikdə  –    müvafiq  qanunvericilik  aktları  ilə  müəyyən  olunmuş    qaydada 

dövlət  büdcəsinə,  Naxçıvan  MR-nın  büdcəsinə  və  yerli  (bələdiyyə) 

büdcələrə  daxil  olan  vergilər,  rüsumlar,  digər  ödənişlər  və  daxilolmaların 

məcmusu başa düşülür. 

 

14.2. Büdcə gəlirlərinin təsnifatı 

  Dövlət  büdcəsi  gəlirlərinin  təsnifatı  müxtəlif  səviyyəli  büdcələrin 

gəlirlərinin  qruplaşmasını  təşkil  edir  və  həmin  səviyyəli  büdcələrin 

gəlirlərinin formalaşması mənbəyini müəyyən edən  qanunvericilik aktlarına 

əsaslanır.  Büdcənin  gəlirlər  bölməsi  onların  mənbələri  və  alınması 

qruplarına  görə  konkret  gəlir  növlərini  birləşdirir.  Büdcə  gəlirlərini  dörd 

bölmə üzrə təsnifləşdirmək olar: 


 

213 


1.  Vergilərdən  daxilolmalara    Vergi  Məcəlləsinə  əsasən  tətbiq  edilən 

vergi növləri üzrə gəlirlər aiddir; 

2. Vergi olmayan gəlirlərə  inzibati tədiyyələr  və  rüsumlar, cərimə  və 

sanksiyalar və vergi olmayan sair daxilolmalar aiddir; 

  3.  Əsaslı  gəlirlərə  əsaslı  vəsaitlərin  özəlləşdirilməsindən,  dövlət 

maddi  ehtiyatlarının  satışından  daxilolmalar,    qeyri-maddi  aktivlərin 

satışından daxilolmalar və s.  daxildir; 

  4.  Rəsmi  qaydada  alınan  vəsaitlərə  xaricdən,  digər  səviyyəli 

büdcələrdən alınan kreditlər və transferlər aid edilir. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Büdcə gəlirləri (1992-2011) 

  

Milyon manatla 

Бцдъя эялирляринин тяснифаты 

Верэилярдян дахилолмалар 

Верэи олмайан эялирляр 

Ясаслы эялирляр 

Рясми гайдада алынан вясаитляр (трансфертляр) 

 

214 


  

İllər 

Büdcə gəlirləri  Büdcə gəlirlərinin 

ÜDM-də payı, % 

  

1992 


1,5  

30,2  


1993 

10,7  


34,1  

1994 


101,0  

26,9  


1995 

415,6  


19,5  

1996 


498  

18,2  


1997 

513  


16,2  

1998 


465,5  

13,5  


1999 

549,7  


14,6  

2000 


715,5  

15,2  


2001 

783,8  


14,7  

2002 


910,2  

15,0  


2003 

1225,5  


17,1  

2004 


1481,2  

17,4  


2005 

2055,2  


17,3  

2006 


3881,2  

21,9  


2007 

6006,6  


23,8  

2008 


10762  

26,8  


2009 

10325,9  

29,9  

2010 (proqnoz) 



11505  

30,4  


2011 (proqnoz) 

12061  


30,0 

 

 

 

 

 

 

 

 

Yerli büdcənin gəlirləri 

 

 



 

 

Йерли бцдъянин  эялирляри 



 

215 


 

 

 



 

 

 



 

 

 

 

 

Физики шяхслярдян  торпаг верэиси  

Дювлят органларынын  гярарары нятиъясиндя йаранан  

хярълярин  юдянилмяси  

Физики шяхслярдян ямлак верэиси  

Йерли ящямиййятли тикинти материаллары цзря  мядян верэиси  

Бялядиййя мцлкиййятиндя  олан мцяссися  вя тяшкилатлардан  

мядян  верэиси  

Кцчя рекламларынын йерляшдирилмяси  вя йайымы цчцн юдяниш  

Азярбайъан Республикасынын  дювлят бцдъясиндян верилян дотасийа вя 

субвенсийалар  

Бялядиййя ямлакынын юзялляшдирилмясиндян  вя иъаряйя 

верилмясиндян  эялирляр  

Лотарейалардан  дахил олан  вясаит  

Физики вя щцгуги шяхслярин, бейнялхалг тяшкилатларын  вя фондларын  

малиййя йардымлары  вя грантлары   

Дювлят ящямиййятли  тядбирлярин  хяръляринин юдянилмяси  цчцн  

малиййя вясаити  

Дювлят органларынын гярарлары нятиъясиндя йаранан хярълярин 

юдянилмяси  

 

216 


14.3. Vergilərin  mahiyyəti və funksiyaları 

 

Büdcə  gəlirləri  –  dövlətin  funksiyalarının  yerinə  yetirilməsi  üçün  

mərkəzləşdirilmiş  maliyyə  vəsaitləridir.  Onlar  pul  vəsaitləri  fondlarının 

formalaşması prosesində dövlətlə hüquqi və fiziki şəxslər arasında yaranmış  

iqtisadi  münasibətləri  əks  etdirir  və  müxtəlif  səviyyəli  hakimiyyət  orqan-

larının fəaliyyətinin həyata keçirilməsinə xidmət edir. Büdcə gəlirləri vergili 

və qeyri-vergili  gəlirlərə bölünür 

Vergilər  dövlət  büdcəsi  gəlirlərinin  əsas  mənbəyidir.  Vergilər  – 

dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə  vergi 

ödəyicilərinin  mülkiyyətində  olan  pul  vəsaitlərinin    özgəninkiləşdirilməsi  

şəklində    dövlət  büdcəsinə  və  yerli  büdcələrə  köçürülən    məcburi  ödəniş-

lərdir.  AR-nın  müasir  vergi  sistemi  2001-ci  ildən  qüvvədə  olan  «Vergi 

Məcəlləsi»  ilə  müəyyən  edilir  və  dövlət  və  yerli  (bələdiyyə)  vergilərin, 

onların prinsiplərinin,  formalarının, tətbiqi üsullarının dəyişdirilməsi,  ləğvi, 

ödənilməsinin  təmin  edilməsi  üsullarının,  vergi  nəzarətinin  həyata 

keçirilməsinin,  vergi  qanunvericiliyinə  görə  məsuliyyətə  cəlb  edilməsi 

yollarının məcmuudur. Bu məcəlləyə əsasən respublikamızda aşağıdakı ver-

gilər müəyyən edilmişdir: dövlət vergiləri, Muxtar Respublika vergiləri, yer-

li  vergilər  (fiziki  şəxslərin  əmlak  vergisi,  fiziki  şəxslərin  torpaq  vergisi, 

bələdiyyə  mülkiyyətində  olan  müəssisələrin  mənfəət  vergisi,  yerli 

əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi).  

Vergilər  cəmiyyət  üzvləri  arasında  gəlirlərin  yenidən  bölgüsü 

vasitəsidir  və  gəlirlər  üzrə  bərabərsizliyin  azaldılması  məqsədi  daşıyır. 

Müasir  vergi  sistemi  sosial-iqtisadi  inkişaf  perspektivləri  nəzərə  alınmaqla 

bazar  münasibətləri  tələblərinə  əsaslanır.  Vergi  sistemi  büdcə  gəlirlərinin 

yığılmasını  təmin  edir,  əhalinin  müxtəlif  təbəqələrinin  gəlirlərinin 

formalaşması və yenidən bölgüsü xüsusiyyətləri nəzərə alınmaqla bütövlük-

də  və  təsərrüfatın  ayrı-ayrı  sahələrində  istehsalın  və  istehlakın  tənzim-

lənməsi üçün şərait yaradır.  

Vergilər aşağıdakı funksiyaları yerinə yetirir: 

 

fiskal funksiya-dövlət xərclərinin maliyyələşdirilməsini təmin 



etmək  üçün  ayrı-ayrı  fiziki  və  hüquqi  şəxslərin  gəlirlərinin  müəyyən 

hissəsinin dövlət büdcəsinə cəlb edilməsidir. 

 

bölgü  funksiyası-gəlirin  əhalinin  ayrı-ayrı  kateqoriyaları 



arasında yenidən bölgüsündən ibarətdir. 

 

nəzarət  funksiyası  vasitəsilə  dövlət  tərəfindən  müəssisələrin 



və vətəndaşların maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət həyata keçirilir. 

 

tənzimləyici  funksiya  vasitəsilə  vergilər,  təkrar  istehsal  pro-



sesinə onun sürətini stimullaşdırmaq və ya ləngitməklə təsir göstərir, kapital 

yığımını  gücləndirir. 



 

217 


Hər  bir  ölkədə  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  tutulan 

vergi,  yığım,  rüsum  və  digər  ödənişlərin  məcmu  həmin  ölkənin  vergi 

sistemini  təşkil  edir.  Səmərəli  vergi  sistemi    bir  tərəfdən  dövlətin  maliyyə 

ehtiyatlarına olan tələbatını ödəməli, digər tərəfdən  isə  vergi ödəyicilərinin 

sahibkarlıq fəaliyyətinə olan maraqlarını stimullaşdırmalıdır. 

Azərbaycan Respublikasında qəbul edilmiş Vergi Məcəlləsinə əsasən 

aşağıdakı  növ vergilər tətbiq edilir: 

 

Gəlir vergisi 



 

Hüquqi şəxslərin mənfəət vergisi 

 

Əlavə dəyər vergisi 



 

Aksiz vergisi 

 

Əmlak vergisi 



 

Torpaq vergisi 

 

Yol vergisi 



 

Mədən vergisi 

 

Sadələşdirilmiş vergilər 



  Vergi  sistemi  aşağıdakıları  əhatə  edir:  vergiyə  cəlbetmə  subyekti  - 

vergi  ödəyicisi;  vergiyə  cəlbetmə  obyekti  –  vergiyə  nə  cəlb  edilir;  vergi  

məzənnələri – vergi məbləğinin hesablanma faizi. 

Vergilərin iki əsas tipi mövcuddur: 

1.  Birbaşa  vergilər  -  vergi  ödəyicilərinin  bilavasitə  gəlirlərindən  və 

əmlaklarından müvafiq dərəcələrlə dövlət tərəfindən alınan vergilərdir. 

  2.  Vasitəli  vergilər  –  məhsulların  qiymətinə,  məhsul  satışı 

dövriyyəsinə, iş və xidmətlərə əlavə kimi tətbiq edilir.  

  Vergi  məzənnəsinin  müəyyən  edilməsindən  asılı  olaraq  vergiyə 

cəlbetmənin üç tipi vardır: proporsional, proqressiv və reqressiv. 

-  Proporsional  vergi  -  gəlirlərin  səviyyəsindən  asılı  olmayaraq  orta 

vergi məzənnəsi dəyişilməzliyini nəzərdə tutur. 

-  Proqressiv  vergi  –  vergi  məzənnəsi  gəlirlərin  səviyyəsinin  artıb-

azalmasından asılı olaraq dəyişilir. 

    -  Reqressiv  vergi  –  vergi  məzənnələri  gəlirlərin  səviyyəsi  ilə  tərs 

mütənasiblik  təşkil  edir.  Yəni,  gəlirlərin  səviyyəsi  yüksəldikcə  vergi 

məzənnələri  azalır  və  əksinə,  gəlirlərin  səviyyəsi  azaldıqda  vergi 

məzənnələri artır.  

  Vergitutma  prosesi  həyata  keçirilərkən  aşağıdakı  prinsiplər  nəzərə 

alınmalıdır: 

1.  Ədalətlilik  prinsipinə  əsasən  ölkədə  hər  bir  vergi  ödəyicisi  dövlət 

xərclərinin  maliyyələşdirilməsində  öz  gəlirlərinə  və  imkanlarına  uyğun 

olaraq iştirak etməlidirlər. 

  2.  Tarazlıq  prinsipi.  Bu  prinsipin  əsas  məqsədi  dövlətin  və  vergi 

ödəyicilərinin 

maraqlarının 

tarazlaşdırılmasından 

ibarətdir. 

Vergi 


 

218 


dərəcəsinin  artırılması  büdcə  gəlirlərinin  artımına  səbəb  olur.  Lakin  nəzərə 

almaq lazımdır ki, bu yüksəliş elə bir həddə çata bilər ki, istehsalçının xalis 

gəlirinin  əsas  hissəsi  tamamilə  vergilərin  ödənilməsinə    sərf  edilər.  Bu  isə 

iqtisadi  fəallığın  azalmasına,  vergidən  yayınma  hallarının  kütləvi  xarakter 

almasına səbəb ola bilər. 

  3.    Vergi  ödəyicilərinin  maraq  və  imkanlarının  nəzərə  alınması 

prinsipinə  əsasən  verginin  məbləği,  onun  ödənilmə  müddəti  vergi 

ödəyicisinə  əvvəlcədən  məlum  olmalıdır.  O,  vergi  qanunvericiliyindəki 

bütün dəyişikliklər barədə qabaqcadan xəbərdar edilməlidir. 

  4.  Səmərəlilik  prinsipinə  əsasən  yığılmış  verginin  məbləği  onun 

yığılmasına çəkilən xərclərin cəmindən çox olmalıdır. 


 

219 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin