DƏrs vəSAİTİ (İKİNCİ buraxiliş)



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə38/41
tarix07.06.2020
ölçüsü2,33 Mb.
#31840
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   41
Maliyye


Qiymətli  kağızlar  bazarında  olduğu  kimi  dövlət  qiymətli  kağızlar 

bazarında  da  emitentin  işi  təkcə  qiymətli  kağızları  tədavülə  buraxmaqla 

bitmir. Emitent tədavülün bütün mərhələlərində çıxış edir. Çünki o, alıcılar 

(investorlar)  qarşısında  daşıdığı  öhdəliyə,  eləcə  də  bu  öhdəliklər  əsasında 

təqdim  etdiyi  hüquqların  icrasına  görə  həmişə  məsuliyyət  daşıyır.  Bununla 

yanaşı,  emitent  öz  qiymətli  kağızlarının  alış  və  satış  əməliyyatlarını  özü 

tənzimləyir. 

Qiymətli kağızlar bazarında investorun yeri və rolunu dəyərləndirmək 

olduqca  çətindir.  Çünki,  bütün  qiymətli  kağızlar  bazarının  mövcudluğu  və 

inkişafı məhz, investorun ona olan marağından asılıdır. 

İnvestor  –  emitentin  (satıcının)  məqsədini  reallığa  çevirən  tərəfdir 

(alıcıdır).  Bundan  başqa,  investor  –  emitentin  ehtiyac  duyduğu  kapitalın  – 

sərbəst  pul  vəsaitlərinin  ilk  və  son  sahibidir.  Yalnız  və  yalnız  qiymətli 

kağızların  tədavülü  ərzində  emitent  həmin  vəsaitlərin  müvəqqəti 

istifadəçisinə çevrilir. 

Əgər  emitentlərin  heyətinə  görə  dövlət  qiymətli  kağızlar  bazarı 

digərlərindən fərqlənirdisə, investorlara görə isə o, digərləri ilə eynilik təşkil 


 

389 


edir. Belə ki, ümumilikdə qiymətli kağızlar bazarının investorları sərbəst pul 

vəsaitlərinə  malik  bütün  iqtisadi  subyektlərdir.  Lakin,  bu  baxımdan  da 

müəyyən  istisnalar  mövcuddur.  Bu  ondan  ibarətdir  ki,  dövlət  qiymətli 

kağızlar bazarının investorları sırasında dövlət yer almır. 

Dövlət qiymətli kağızlar bazarındakı investorları bir çox xüsusiyyətinə 

görə  təsnifləşdirmək  olar.  Statusuna  görə  investorları  aşağıdakı  kimi 

qruplaşdırmaq olar: 

1.  Fərdi investorlar; 

2.  Kollektiv investorlar; 

3.  Peşəkar investorlar; 

Ümumiyyətlə  olduğu  kimi,  dövlət  qiymətli  kağızlar  bazarında  da 

investorlar  içərisində  əsas  yeri  fərdi  investorlar,  yəni,  fiziki  şəxslər  tutur. 

Fiziki  şəxslər  onların  sərəncamında  olan  sərbəst  pul  vəsaitlərinin  bir 

hissəsini  dövlət  qiymətli  kağızlarına  yönəldir,  və  bu  yolla  nəinki  öz 

pullarının dəyərsizləşməsinin qarşısın alır, həmçinin mənfəət əldə edirlər. 

Qiymətli  kağızlar  bazarında  peşəkar  fəaliyyəti  həyata  keçirmək  üçün 

lisenziya  hüquqi  olmayan  hüquqi  şəxslər  dövlət  qiymətli  kağızlarını  əldə 

etməklə kollektiv investor kimi çıxış edirlər. 

Fərdi investorlardan fərqli olaraq kollektiv investorlar həm də qiymətli 

kağızlar  bazarında  emitent  kimi  fəaliyyət  göstərirlər.  Deməli,  qeyri  dövlət 

qiymətli  kağızlar  bazarında  ikili  fəaliyyət  göstərən  kollektiv  investorlar 

dövlət  qiymətli  kağızlar  bazarında  yalnız  birtərəfli,  yəni,  investor  kimi 

iştirak edirlər. 

Kollektiv investorlar 2 qrupa bölünür: şirkətlər və xüsusi institutlar. 

Şirkətlər  sərəncamlarında  olan  sərbəst  pul  vəsaitlərini  mənfəət  əldə 

etmək  məqsədilə  yerləşdirmək  üçün  dövlət  qiymətli  kağızlarını  alır  və 

beləliklə investor fəaliyyətini həyata keçirirlər.  

Ümumiyyətlə,  dünya  təcrübəsində  şirkətlər  dövlət  qiymətli  kağızlar 

bazarının aktiv investorların sırasına aid olmaqdadır. 

Azərbaycanda  da  şirkətlər  dövlət  qiymətli  kağızlarının  əsas 

investorların kimi çıxış edir. 

Dövlət  qiymətli  kağızlar  bazarının  digər  kollektiv  investorlar  qrupu 

xüsusi  institutlardır.  Xüsusi  institutlar  da  peşəkar  fəaliyyət  növünə  görə  2 

qrupa bölünür: investisiya institutları və xüsusi fondlar. 

İnvestisiya  institutlarının, adından  məlum olduğu  kimi,  əsas  fəaliyyət 

istiqaməti  məhz,  investisiyalarla  bağlıdır.  Bu  baxımdan,  investisiya 

institutları  dövlət  qiymətli  kağızlarını  əldə  etməklə  investor  fəaliyyətlərini 

davam etdirirlər. 

Xüsusi  institutların  digər  bir  qrupu  vardır  ki,  dövrü  olaraq  onlar 

sərbəst pul  vəsaitlərinə  malik olurlar. Bu  sıraya sığorta şirəktlərini, elcə də 

pensiya  fondları  və  s.  kimi  xüsusi  fondları  aid  etmək  olar.  Belə  ki,  bu 


 

390 


subyektlər  də  mənfəət  əldə  etmək  məqsədilə  dövlət  qiymətli  kağızlarının 

alıcısına çevrilirlər. 

Dövlət  qiymətli  kağızlar  bazarının  investorlarının  digər  bir  qrupunu 

peşəkarlar  təşkil  edir.  Onlar,  qiymətli  kağızlar  bazarında  peşəkar  fəaliyyəti 

həyata keçirmək üçün  lisenziya  hüququ olan  hüquqi  şəxslərdir. Bu subyektlər 

özlərinin  şəxsi  vəsaitlərini  dövlət  qiymətli  kağızlarına  cəlb  etməklə,  bazarda 

bütün  əməliyyatlar  kompleksini  həyata  keçirir.  Bu  qrupa  banklar  və  fond 

vasitəçiləri daxildir. 

 

23.5 Respublikamızda qiymətli kağızlar bazarının idarəedilməsi 

 

Qiymətli  kağızlar  bazarı  çox  mürəkkəb  bir  sistem  olduğundan  onun 



səmərəli  idarə  olunmasının    təmin  edilməsi  bütövlükdə    bazar 

iqtisadiyyatının    ahəngdar  fəaliyyətinin  mühüm  şərtlərindən  biridir. 

Təsadüfi  deyil  ki,  bütün  qabaqcıl  ölkələrdə    qiymətli  kağızlar  bazarının  

idarə  olunmasının    özü  də  ayrıca  bir  sistem  təşkil  edir.  Bu  sistem  fond 

bazarının    idarə  olunmasının    fəaliyyətinin  və  inkişafının    tənzimlənməsi 

üzrə  konkret  və metodların toplusu kimi çıxış edir.  

Qiymətli  kağızlar  bazarının    idarə  edilməsi  sistemi  bu  bazarın  

infrastrukturunun  funksional,  texniki təşkilati  yarmı sistemləri  ilə yanaşı  

qiymətli  kağızlar  bazarının    fəaliyyətini  təmin  edir.  Qiymətli  kağızlar 

bazarının tənzimlənmə sistemi, onun məqsədləri strategiyası və  vəzifələrinə  

uyğun  qurulur  və  iki  yarımsistemdən    -  idarəedici  olan  subyekt  və  idarə 

edilən obyekt  olan yarımsistemlərdən ibarətdir.  

İdarəedilmə subyektlərinə  qiymətli kağızlar  bazarında  məqsədyönlü 

fəaliyyət  göstərən  dövlət  orqanı  və  özünü  tənzimləmə    təşkilatları, 

qanunvericilik aktları, fond bazasının etikası, adət və ənənələr, obyektlərinə   

isə  funksional,  texniki    və  təşkilati  infrastrukturlar    aiddir.    İdarə  etmə  

subyekti    bazarda    baş  verən  proseslərin  əlaqələndirilməsi,  tənzimlənməsi, 

proqnozlaşdırılması,  həvəsləndirilməsi,  təşkili  və  nəzarəti    ilə  məşğuldur.  

İdarə  etmə    obyekti  isə  maliyyə  resurslarının  axınının    təşkili,  qiymətli 

kağızların  keyfiyyətinin  təmin  olunması  və  bazarın    informasiya  təmin 

funksiyalarını  yerinə yetirir. 

Qiymətli  kağızların  idarə  olunması  prosesi    informasiyanın    qəbul 

olunması,  ötürülməsi  və  istifadə  olunmasını    nəzərdə    tutur.  Bu  vəzifənin  

həlli  müasir  hesablama  texnologiyasının  tətbiqinə, lokal qiymətli kağızlar 

bazarına  xidmət  göstərən  telekommunikasiya  sistemlərinin    inkişafına 

əsaslanır.  Ümummilli  telekommunikasiya    sisteminin  yaradılması  

bütövlükdə  qiymətli  kağızlar  bazarının    fəaliyyəti  və    inkişafını  

əlaqələndirməyə,  fond  əməliyyatlarının    keçirilməsi,  qiymətli  kağızların  



 

391 


qeydiyyatı,  onlarla    ticarətin  hesabatının  tərtib  olunmasının  vahid 

qaydalarına  riayət olunmasına  imkan verir. 

Ümumiyyətlə qiymətli kağızlar  bazarının idarə olunmasında  məqsəd 

bazarın    sabitliyinin,  tarazlığının  və  səmərəliliyinin    təmin  edilməmişdir. 

Lakin  məqsədin  müəyyən  edilməsi    ilə  bərabər  bazarın    idarə  olunması  

prosesi  tənzimləmə   mexanizminin   yaradılmasını  tələb edir. Tənzimləmə 

mexanizminə  isə  idarəetmə  vasitələri,  hüquqi,  normativ  və  informasiya  

təminatı daxildir. 

Qiymətli  kağızlar  bazarının    tənzimlənməsi    daxili  və  xarici  

tənzimləmə  istiqamətində    yerinə  yetirilir.    Daxili  tənzimləmə    qiymətli 

kağızlar bazarının  hər hansı bir  sahəsinin öz fəaliyyətində  şəxsi normativ 

sənədlərinə,  nizamnamələrinə,  bütövlükdə  sahənin  və  onun  ayrı-ayrı 

bölmələrinin,  işçi  heyətinin  fəaliyyətinin    təyin  edən  digər  daxili  normativ  

sənədlərinə  tabeçiliyi təcəssüm etdirir. Xarici tənzimləmə  qiymətli kağızlar 

bazarının    öz  fəaliyyətində  dövlətin,  beynəlxalq  razılaşmaların  normativ  

sənədlərinə  tabeçiliyini əks etdirir.  

Qiymətli  kağızlar  bazarının    idarə  olunması  prosesindən  danışarkən 

qeyd  edilməlidir  ki,  dünya  praktikasında  qiymətli  kağızlar  bazarının  

tənzimlənməsində  əsas olaraq  iki modeldən  istifadə olunur: 

- qiymətli kağızlar bazarının  dövlət tərəfindən  tənzimlənməsi; 

-  qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçıları  tərəfindən  

tənzimlənməsi. 

Qiymətli  kağızlar  bazarı  müəyyən  mənada  bazarın    müstəqil 

infrastrukturlarından  biridir.  Lakin  buna  baxmayaraq bazarın  böyük  hissəsi 

dövlətin  birbaşa  təsirlərinə    məruz  qalır.  Dövlət  əlində  mövcud  olan  bəzi  

iqtisadi  və  inzibati    rıçaqlardan  istifadə  etməklə    bazarın  fəaliyyətini 

tənzimləyir.  Lakin  burada  diqqət  edilməli  bir  məsələ  vardır.  Bu  da  ondan 

ibarətdir  ki,  dövlətin  bazara  təsiri  onun  fəaliyyətini  zəiflədə,  investor  və 

emitentlərin    maraqlarının  azalmasına  səbəb  ola  bilər.  Bu  baxımdan  bazar 

fəaliyyətində  onun  iştirakçıları  ilə  dövlət  müdaxiləsi  arasında  əlaqənin 

düzgün qurulması mühüm əhəmiyyət kəsb edir.  

Bütün  ölkələrdə  qiymətli  kağızlar  bazarı  dövlətin  mühüm  nəzarət  

sahələrindən  biridir və bu iş  müvafiq dövlət  qurumları tərəfindən  yerinə 

yetirilir. 

Məsələn.  ABŞ-da  bu  funksiyanı  Birjalar  və  Qiymətli  kağızlar  üzrə 

Federal komissiya yerinə yetirir. Azərbaycan Respublikasında  isə bu vəzifə  

Azərbaycan Respublikası Prezidenti yanında  Qiymətli kağızlar üzrə Dövlət 

Komitəsi  tərəfindən  yerinə  yetirilir.    Qeyd  edilən  bu  qurumlar    müvafiq 

qaydaların  işlənib hazırlanmasına  və onlara riayət olunmasına cavabdehdir. 

Qanunvericiliyin    başlıca  prinsipi  emitentlərin  qiymətli  kağızların  sərbəst 

satışa    buraxılmasına    dair  bütün  faktları  dolğun,  düzgün  və  aydın  bəyan 


 

392 


etmələrinin  təmin edilməsidir.  Hökumət qurumu  emitentdən  daxil olmuş 

sənədlərin,  ilk  növbədə  emissiya    prospektinin    tam  olmasına  əmin 

olmayınca    qiymətli  kağızların  buraxılışı  və  satışı    sayılır.  Qanunlar 

tənzimləyici  orqanlar  üçün  yerinə  yetirildikdə    investorları    itkilərdən 

qoruyan  3  əsas  funksiyanı  yerinə  yetirir:  qiymətli  kağızlarla    ticarət 

edənlərin  və  ya  investorlara   məsləhət verənlərin  qeydiyyatdan keçirilməsi; 

aşkarlığın təmin olunması; qanuna əməl edilməsi. 

Dövlət  qiymətli  kağızlar  bazarını    tənzimləyərkən    idarəedici  və 

təkmilləşdirici  elementlərin  kombinasiyasından  istifadə  edir.  Dövlət 

tənzimlənməsinin    idarəedici  elementlərinə  ilk  növbədə  normativ-hüquqi  

aktlar  daxildir.  İdarəedici  elementlərin    tətbiqi  zamanı  dövlət  dörd  üsuldan 

istifadə edir: 

1. 

«Ağıllı»  nəzarət.  Bu  nəzarət  metodu    bazar  iştirakçıları  üçün  



kapital  adekvatlığını    tələb  etmək    imkanı  yaradır  və  bu  tələbin    yerinə 

yetirilməsinə  nəzarət etmək  imkanı verir. 

2. 

«Qoruyucu»  nəzarət  -  bu  üsul  böyük  və  kiçik  investorlar, 



eləcə də vasitəçilər  və onların müştəriləri  arasında qarşılıqlı  münasibətləri 

müəyyən edir. 

3. 

Təşkilati  nəzarət  –  Bu  üsuldan  fond  birjalarının,  hesablaşma 



palatalarının  və  bazar  informasiya  sistemlərinin  təşkili    və  fəaliyyət 

göstərməsi üçün istifadə olunur. 

4. 

Struktur nəzarət – bu üsul dövlətə  qiymətli kağızlar bazarının  



həcmini  və  onun    iştirakçılarının    fəaliyyətini  tənzimləmək  üçün    imkan 

verir.  Bu  üsuldan  istifadə  etməklə    dövlət  xarici  investorların,  emitentlərin 

fəaliyyətini  məhdudlaşdıra bilər. 

Müstəqillik  əldə  etdikdən  sonra    Azərbaycanda  qiymətli  kağızlar 

bazarının  yaradılması və eyni zamanda  onun idarə olunmasına  dair bir çox  

qanunlar  və  normativ  aktlar  qəbul  olunmuşdur.  14  iyul  1998-ci  ildə  qəbul 

olunan  «Qiymətli  kağızlar  haqqında»  Azərbaycan  Respublikasının 

qanununda  qiymətli kağızlar, onların emissiyası, tədavülü, qiymətli kağızlar 

bazarı  və  onun  dövlət  tənzimlənməsi,  fond  birjası  və  onun  fəaliyyəti  və 

digər  məsələlər  öz  əksini  tapmışdır.  Qanunda  qiymətli  kağızlar  bazarının 

dövlət tənzimlənməsinə  dair bir çox  məsələlərin həlli  nəzərdə tutulmuşdur.  

Azərbaycanda  «Qiymətli  kağızlar  haqqında»  Qanuna  görə  qanuna 

uyğun olaraq fəaliyyət göstərən  və qeyri – kommersiya prinsipləri əsasında 

fəaliyyətini  quran  qiymətli  kağızlar  bazarının    peşəkar  iştirakçılarının  

könüllü  birliyi,    ittifaqı,  assosiasiyası  və  s.  qiymətli  kağızlar  bazarının  

özünütənzimləyən    təşkilatı  adlanır.  Bu  təşkilatların  təsis  edilməsində  

məqsəd  qiymətli  kağızlar  bazarında  iştirakçıların  peşəkar  fəaliyyəti  üçün 

şəraitin  təmin  edilməsi.  Qiymətli  kağızlar  bazarında  peşəkar  etika 

standartlarına  riayət  edilməsi,  qiymətli  kağızların  sahiblərinin  və  özünü 


 

393 


tənzimləmə  təşkilatının  üzvü  olan  qiymətli  kağızlar  bazarının  peşəkar 

iştirakçılarının    digər  müştərilərinin  maraqlarının    müdafiə  edilməsidir, 

qiymətli kağızlar bazarında səmərəli fəaliyyəti təmin edən qiymətli kağızlar 

əməliyyatlar aparılmasının   qaydalarının  qanunvericilik  əsasında   müəyyən 

edilməsində  iştirak etməkdir.  

Qiymətli  kağızlar  bazarının  idarə  olunmasının  bir  neçə  metodu 

məlumdur: 

-  qiymətli kağız buraxılışlarının, emissiya prospektlərinin qeydiyyatı; 

     - 

bazarın 


peşəkar 

iştirakçılarının 

 

fəaliyyətinin 



lisenziyalaşdırılması; 

-  investisiya təsisatlarının mütəxəssislərinin attestasiyası; 

-  investorların sığortalanması; 

-  emitentlərin maliyyə vəziyyətinə auditor və reytinq nəzarəti; 

-  fond əməliyyatlarının keçirilməsinə nəzarət; 

-    mübadilə  və  klirinq  korporasiyalarının    qeydiyyatı  və  fəaliyyətinə 

nəzarət; 

- qüvvədə olan qanunvericiliyə əsasən informasiyanın açıqlanması və 

dərc     olunması. 

Tənzimləmənin  dövlət  və  qeyri-dövlət  metodlarının  məcmusu 

qiymətli  kağızlar  bazarının  idarə  olunması  sisteminin  əsasını  təşkil  edir. 

Qiymətli  kağızlar  bazarının  tənzimlənməsi    fond  əməliyyatlarının  

keçirilməsini    nizamlaşdırmağa,  onların  müəyyən  qayda  və  tələblərə  tabe 

edilməsinə  imkan verən  konkret metod və üsulların  vahid sistem şəklində  

birləşdirilməsinə  xidmət  edir.  Bu  mexanizm  qiymətli  kağızlar  bazarının 

bütün  iştirakçılarının    qarşılıqlı  maraqlarının    tarazlığını  qüvvədə  olan 

qanunvericilik əsasında  təmin edir. 

 

 

 

23.6 Azərbaycanda qiymətli kağızlar bazarının formalaşmasının 

hüquqi əsasları  

 

Qiymətli kağızlar bazarının hüquqi basası: 

  1.  Mülki  Məcəllə,  Qiymətli  kağızlar  bazarında  investorların 

hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu; 

  2. 100-də yaxın normativ-hüquqi akt. 

   


 

 

Qiymətli kağızlar 

 


 

394 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

ДЮВЛЯТ ЯМАНЯТ 

ИСТИГРАЗЛАРЫ 

ДЮВЛЯТ ГЫСАМЦДДЯТЛИ 

ИСТИГРАЗЛАР 

ДАХИЛИ ВАЛЙУТА 

ИСТИГРАЗЛАРЫ 

ЮЗЯЛЛЯШДИРИЛМИШ 

МЦЯССИСЯЛЯРИН 

СЯЩМЛЯРИ 

ВЕКСЕЛЛЯР 

КОРПОРАТИВ ГИЙМЯТЛИ 

КАЬЫЗЛАР 

БЯЛЯДИЙЙЯ ГИЙМЯТЛИ 

КАЬЫЗЛАРЫ 

ФЙУЧЕРСЛЯР 

ФОРВАРДЛАР 

ОПСИОНЛАР 

ГИЙМЯТЛИ КАЬЫЗЛАР 

 

395 


Qiymətli kağızların növləri 

 

 

 

 

Г

ийм

ят

ли

 к

аьы

зл

ар

ын 

 нюв

ля

ри

 

 

ИС

Т

ИГ

РАЗ

 

 

 



С

Я

Щ

М

 

 

ВЕ

КС

Е

Л

 

 

ХЯ

ЗИ

Н

Я

 

Ю

Щ

Д

Я

Ч

ИЛ

ИЙИ

 

 

396 


XXIV FƏSİL. DÖVLƏT XƏZİNƏDARLIĞI  

 

24. 1. Xəzinədarlıq sisteminin yaranması və inkişafı 



 

  Xəzinədarlıq-dövlət  maliyyəsinin əsas tərkib  hissəsi  kimi  dövlətin 

gəlirlərinə    və    xərclərinə  nəzarət    edən    və  pul  –  valyuta  vəsaitlərinin 

hərəkətini  tənzimləyən    mühüm    dövlət  orqanıdır.  Azərbaycanda  1995-ci 

ildə  dövlətə  məxsus  maliyyə  ehtiyatlarının  vahid  mərkəzdən  idarə 

edilməsini  təmin  etmək,  bu  vəsaitlərin  daxil  olması  və  xərclənməsi  üçün 

daha çevik nəzarət mexanizmi yaratmaq, dövlət borclarının, zəmanətlərin və 

alınmış  kreditlərin  uçotunu  yaxşılaşdırmaq  və  respublikada  qiymətli 

kağızlar  bazarının  formalaşmasını  sürətləndirmək  məqsədilə  Azərbaycan 

Respublikası  Maliyyə  Nazirliyinin  nəzdində  Baş  Dövlət  Xəzinədarlığı 

yaradılmışdır.  Respublikamızda  xəzinədarlıq  sisteminin  inkişaf  mərhələləri 

aşağıdakılardan ibarətdir:  

 birinci  mərhələ  (1995-1997-ci  illər).  Mövcud  hüquqi  bazaya 

əsaslanaraq  dövlət  büdcəsinin  kassa  icrası  üzrə  yeni  sistemin  respublikada 

tətbiq edilməsi üçün hazırlıq işləri; 

 ikinci  mərhələ  (1997-1999-cu  illər).    Xəzinədarlığın  respublika 

ərazisində  mövcud  texniki,  maliyyə  və  kadr  potensialı  nəzərə  alınmaqla 

mərhələlərlə tətbiqi

 üçüncü  mərhələ  (1999-2000-ci  illər).  Respublikada  öhdəliklərin 

xəzinə uçotuna qəbul edilməsi və maliyyə planlaşdırılması mexanizmlərinin  

həyata keçirilməsi;  

 dördüncü  mərhələ  isə  2000-ci    ildən  başlayaraq  büdcədən  ma-

liyyələşən  kredit  sərəncamçıları  tərəfindən  alınan  malların,  qəbul  olunan  iş 

və xidmətlərin xəzinə uçotuna qəbul edilməsi mexanizminin tətbiqini  əhatə 

edir. 

 

24.2. Xəzinədarlığın vəzifələri 

 

 dövlət büdcəsinin layihəsinin hazırlanması; 

 dövlət  büdcəsinin  icrası  üzrə  xəzinə  əməliyyatlarının  uçotu  və 

hesabatı işlərinin təşkili; 

 büdcə  və  büdcədənkənar  daxilolmaların  mədaxil  edilməsi, 

bölüşdürülməsi və qaytarılması əməliyyatlarının həyata keçirilməsi; 

 dövlət  büdcəsində  nəzərdə  tutulmuş  tədbirlərin  maliyyələş-

dirilməsinin həyata keçirilməsi; 

 dövlət büdcəsi vəsaitlərinin idarə edilməsi; 

 büdcə xərclərinin kassa icrasının yerinə yetirilməsi; 



 

397 


 büdcə kəsirinin örtülməsi üçün maliyyələşmə mənbələrindən istifadə 

edilməsi; 

 büdcə  təşkilatlarının  gəlir  və  xərclərinin  kassa  icrasının  həyata 

keçirilməsi; 

 xəzinə işlərinin icra vəziyyətinin yoxlanılması. 

 

24.3. Xəzinədarlığın funksiyaları. 



 

Xəzinədarlığın funksiyaları aşağıdakılardır: 

Baş  dövlət  xəzinədarlığının  hesabları  üzrə  əməliyyatların  həyata 

keçirilməsi  və  onların  uçotunun  təşkili;  müəyyən  olunmuş  qaydada 

mərkəzləşdirilmiş  xərclərin,  o  cümlədən  məqsədli  büdcə  fondlarının 

xərclərinin  icrasının  təmin  edilməsi;  dövlət  büdcəsi  ilə  digər  büdcələrin 

qarşılıqlı  əlaqələrinin  nizamlanması  və  qarşılıqlı  hesablaşmaların  həyata 

keçirilməsi;  Baş  Dövlət  Xəzinədarlığı  ilə  yerli  xəzinədarlıqlar  arasında 

maliyyə  resurslarının  və  pul  vəsaitlərinin  hərəkətinə  nəzarət;  dövlət 

büdcəsindən ayrılan vəsaitlərdən təyinatı üzrə istifadə olunmasına nəzarətin 

həyata  keçirilməsi;  büdcə  və  büdcədənkənar  fondların  gəlir  və  xərclərinin 

icrasına  dair  hesabat  məlumatlarının  müvafiq  büdcə  təşkilatları  ilə  dövrü 

olaraq üzləşdirilməsi. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Xəzinədarlığın strukturu 

 

 

 

 

 

 



 

 

МАЛИЙЙЯ НАЗИРИ 

ХЯЗИНЯДАРЛЫЬЫН СТРУКТУРУ  

НАЗИРИН МЦАВИНИ 

 

ХЯЗИНЯДАРЛЫГ 

 


 

398 


 

 

 

 

 

 

399 


Gəlirlər üzrə xəzinədarlığın icrasının təşkili       

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin