Ritorikanın tədris fənni kimi meydana gəlməsinin qanuna
uyğunluqları.
Ritorik idealın qaynaqlarını öyrənmək arzusu çox
təbiidir. Biz ritorik intibah dövründə yaşayınq və bu dövrün ən
əhəmiyyətli xüsusiyyəti ilkin mənbələrə, klassik antik ritorikanın
meydana gəlməsi, formalaşması və çiçəklənməsi dövrünə müraciət
edilməsidir.
M üasir söz mədəniyyətinin kökləri antik ritorik klassikaya ge
dib çıxır. Lakin klassik ritorika o qədər çoxşəkilli, m üxtəlif növlü-
dir, antik dövrdə ritorik ideyalann həyatiliyi o qədər dərin və zəngin
məzmuna malikdir ki, bütün bu müxtəlifliklər və zənginliklər ara
sında öz mədəniyyətimiz tərəfindən daha dolğun qəbul edilən,
doğma nitq ənənələrinə qüvvətli təsir göstərmiş nümunələri tap
maq çətinlik törədir.
Sokratın, Platonun dialoqlarında əks olunmuş və Platonun şa
girdi, bu ideyalan «Ritorika» traktatında inkişaf etdirmiş Aristotel
32
tərəfindən yaradılmış ritorik ideyalar və hərtərəfli fəaliyyət ritorika
nın bir fənn kimi təşəkkülünə və gecikmiş Avropa mədəniyyətində
onun sonrakı inkişafına həlledici təsir göstərmişdir.
Ötüb keçmiş zamanlara nəzər salarkən, qeyd etməmək olmaz
ki, XIX əsrdə Avropada bütövlükdə nitq mədəniyyətinin səviyyəsi,
sözə münasibət indikindən, yüz ildən artıq vaxt keçməsinə baxma
yaraq, daha yüksək idi. Bu niyə baş vermişdir?
Bu, heç də sadə məsələ deyil və bunun dərin sosial-tarixi
kökləri vardır:
XX əsrdə olduqca tez-tez həqiqətin yalançı örtüyü, yalan aləti,
insanları idarəetmə vasitəsi kimi istifadə edilən söz özünün ilkin
dəyərini, müqəddəs (mərasimi) mənasının böyük bir hissəsini iti
rib, hiperinflyasiya zamanı pul vahidi kimi devalvasiyaya uğra
yıb (qiymətdən düşüb). Çox məşhur misallarla bu həqiqəti isba
ta yetirmək olar. Məs., Sovet hakimiyyəti qurulan kimi özündən
əvvəlki siyasi cərəyanlar haqqında (deyək ki, Azərbaycanda M üsa
vat partiyası haqqında) olmazın iftiralar, keçmiş haqqında cürbəcür
hədyanlar, sosializm və gələcək haqqında rəngarəng təriflər, xülya
lar uyduruldu, Stalin “millətlərin atası”, Lenin “dahi rəhbər”, “əziz
baba” kimi təqdim olundu, ’’Kommunizm qalib gələcək”, ” Sov.
IKP-yə eşq olsun” kimi şüarlar insanların beyninə “pərçim edildi” .
Bu təbliğatın təsiri altında insanlar 2-ci Dünya müharibəsi illərində
“ Stalin uğrunda” deyib güllə qabağına atıldı, 1953-cü ildə Stali
nin vəfatını ən böyük faciə kimi yaşadı. Ancaq bir neçə il sonra
xalq Stalini vətən xaini kimi tanıdı, heykəlləri uçuruldu, Xruşşovu
sevməyə dəvət olundu. Sonra məlum oldu ki, Xruşşov da yaxşı
adam deyilmiş, Brejnevə şüarlar deyildi, axırda məlum oldu ki,
ümumiyyətlə 70 il gedilən yol, deyilən sözlər səhv imiş, Leninin
də heykəlləri və şüarları götürüldü, yenə fərqli fikirlər səsləndirildi.
Beləliklə, insanların sözə inamı sarsıldı...
Qeyd etmək lazımdır ki, məsələn, amerikalılar, avropalılar
və yaponlar inanırlar ki,
nitq ünsiyyətinin saflaşm ası cəm iyyətin
təkm illəşdirilm əsi və inkişafının mühüm vasitəsidir.
Sosioloqlar müəyyən etmişlər ki, müasir insan iş vaxtının 65
%-ni şifahi ünsiyyətdə keçirir. Amerikalı alimlərin məlumatlarına
33
görə, Yer kürəsinin orta statistik vətəndaşının ömrünün 2, 5 ili
söhbətə sərf edilir. Bu o deməkdir ki,
hom o-sapiens -
şüurlu insan
hom o eloquens
- danışan insan olmuş və bu cür də qalmaqdadır.
Bir çox hallarda insan həmsöhbətinə təkcə informasiya vermək
üçün yox, həm də məqsədli - ona təsir göstərmək, onu inandır
maq, öz tərəfinə çəkmək, sevindirmək, onun fikrini dəyişdirmək,
dediklərini təkzib etdirmək məqsədilə danışır.
34
|