İxtisas: Sosial iş Kurs: III fənnin adı: Təşkilat və icmalarla sosial iş



Yüklə 1,36 Mb.
səhifə1/4
tarix09.09.2022
ölçüsü1,36 Mb.
#63530
  1   2   3   4
ESSE teskilat ve icmalarla sosial i-


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Universiteti

Esse
Ad: Turan
Soyad:Sadıqov
Fakultə: Sosial işin təşkili və idarə olunması
İxtisas: Sosial iş
Kurs: III
Fənnin adı:Təşkilat və icmalarla sosial iş
Müəllim: Elşən Orucov
Esse mövzusu: Könüllülük anlayışı və onun icmada vacibliyi

Bakı 2015


GİRİŞ

 Hər bir insan özünə və cəmiyyətə faydalı ola biləcək potensiala malikdir. Və bir çox insanlar malik olduğu potensialı hərəkatda tapdığı dinamiklərin (hərəkətverici qüvvələrin) sövqü ilə orada istifadə etməyi seçirlər. Zamanın ruhunu dərk edən güclü bir düşüncə ilə nümunələrini özündən çıxarma səyi bir araya gəlincə insanlar potensiallarına və xarakterlərinə uyğun müxtəlif xidmət sahələrinə girirlər. Burada onların göstərdikləri xidmətlər tamamilə könüllülük prinsipinə əsaslanır. Bunun əsasını isə insanları “könüllülər hərəkatı”na sövq edən bir düşüncə sistemi durur.
“Könüllülər Hərəkatı”nın bir dəyərlər sisteminə söykəndiyini heç kəsə sirr deyil. Həmin dəyərlər sisteminin özəyini isə insaniyyətlik, insani davranışlar və potensialın ümumi rifah naminə istifadə etmək təşkil edir. Mövcud potensialını hərəkat daxilində dəyərləndirməyi seçən insanlar daim doğru yaşamağı əsas götürürlər. Burada daim yaxşılıq düşüncəsi və həyatı bölüşərək yaşamaq çox mühümdür.
Bu gün dünyada ictimai və cəmiyyət maraqları naminə təmənnasız əmək sərf еdən insanların sayı milyonlarladır. Kimsəsizlərə, evsiz-eşiksizlərə, kasıblara, qoca və xəstələrə arxa durmaq, təhsil almağa imkanı olmayan uşaqlara əl tutub, onların oxumasına yardım etmək kimi humanist ideyalara qulluq edən azərbaycanlıların da sayı az deyil. Lakin Azərbaycanda vətəndaş sektorunda könüllülük fəaliyyəti istənilən səviyyədə inkişaf etməmişdir, baxmayaraq ki, vaxtilə burada beş il ərzində BMT-nin Könüllülər Proqramı da icra olunmaqda idi. Digər tərəfdən bazar iqtisadiyyatın sərt qaydaları insanları təmənnasız xidmət göstərmək arzularını heçə endirir.
Qeyd olunanları nəzərə alan Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi “Könüllülük hərəkatının təşkili və inkişafı” adlı tövsiyə tərtib etmişdir.
 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin