İxtisas: Sosial iş Kurs: III fənnin adı: Təşkilat və icmalarla sosial iş



Yüklə 1,36 Mb.
səhifə3/4
tarix09.09.2022
ölçüsü1,36 Mb.
#63530
1   2   3   4
ESSE teskilat ve icmalarla sosial i-

QHT-da KÖNÜLLÜLƏRİN İŞTİRAKI


Könüllülər və könüllülük QHT-lərin əsas baza elementlərindəndir. Könüllülük anlayışını qısaca “könüllü sahib olduğu fiziki güc, zaman, bilik, bacarıq və təcrübəsinin qazandırdığı özəlliklərindən birini və ya bir neçəsini QHT-nin fəaliyyətdə olan və ya layihə mərhələsində olan proqramları üçün təqdim edə biləcək durumda olan və bunun qarşılığında birbaşa və ya dolayısıyla xeyir güdməyən fərddir” şəklində ifadə edə bilərik. Həyata keçirilən fəaliyyətlərdə həm qərarvermə zamanı, həm də əməli işdə könüllülərlə əməkdaşlıq etmək, QHT-nin ilk pillədən təşkilalanaraq güclənməsinə yardımçı olmaqla bərabər missiyanın yerinə yetirilməsi üçün fəaliyyətdə resurs imkanları verir.
Könüllülərə əməkdaşlıq sahəsində dünyada fərqli nümunələr mövcuddur. QHT-lərin ilk pillədən təşkilatlanaraq təmsilçilik demokratiyasının önəmli bir ünsürü olmaları və fəaliyyətlərində könüllülərlə təcrübələrini bölüşmələrindən qərar mexanizminə qədər əməkdaşlıq etmələri ilə bərabər xeyriyyə yönümlü könüllülüklərə də ehtiyac duyurlar. Xüsusilə xidmət sahələri üzrə çalışan QHT-lər könüllülərə daha çox ehtiyac duyur. Könüllü yardımlarının davamlılığını təmin etmək, həm könüllülərin, həm də təşkilatların ehtiyaclarına görə uyğun fəaliyyət göstərmənin yollarından biri olaraq qurulan “könüllü mərkəzləri” Şimali Amerika, Avstraliya və Britaniyada geniş yayılmışdır. Bu mərkəzlər ehtiyacı olan qurumlarla könüllü çalışmaq istəyən insanları tələblər və bacarıqlara görə əlaqələndirir. Burada bəhs olunan əməkdaşlıq üçün lazımi təklif və proqramlar da işlənilir.
Kanadanın ilk könüllü mərkəzi 1937-ci ildə Monrealda qurulmuşdur. Məqsədi bu şəhərdə könüllü çalışmaq istəyənlərlə könüllülərə ehtiyacı olan qurumları əlaqələndirmək olmuşdur. 1960-cı illərdə Kanadada bir çox şəhər mərkəzində könüllü mərkəzləri könüllü-QHT əlaqələndirməsini həyata keçirməyə başlamışıdır.
Həm könüllülərin iştirakını dəstəkləmək, həm də bu dəstəkdən yararlana bilmək üçün könüllülərlə əməkdaşlıqda müxtəlif üsullar istifadə olunur. Layihələr və ehtiyac duyulan işlərin müəyyən edilməsi və bu işlərə uyğun könüllülərin seçilməsi, həmçinin, işlərin aparılmasında iştiraklarıyla könüllülərin iş bacarıqlarının artırılması və təşkilatın məqsədlərinə nail olması hədəflənir. QHT-lərin məqsədlərinin həyata keçirilməsində könüllülər arasında iş paylaşımının onların potensialına uyğun olması önəmlidir.
Könüllülərlə necə əməkdaşlıq ediləcəyi təşkilatın struktur və böyüklüyündən asılıdır. Könüllülərə əməkdaşlıq qurularkən onların nəyə görə könüllü olduqduqlarına, motivasiyalarına, onların təşkilatlanmasına, qrup işinin önəminə, qurum üçün məqsədlərin dəqiq və ortaq şəkildə müəyyən edilməsinə diqqət edilməlidir. Əks halda könüllülərin əməyi istismar oluna bilər.
QHT-lərin könüllülərlə əməkdaşlıq qurarkən diqqət edilməsi vacib önəmli məsələlərdən biri təşkilatın hansı tip işlərdə əməkdaşlıq quracağıdır. Əməkadşlıq qurularkən zaman və fəaliyyət sahəsi müəyyən edilməlidir. Əgər fəaliyyət çoxlu könüllünün iştirakını tələb edirsə, könüllülər uzun müddətli və müxtəlif bacarıq tələb edən işlərə qatılacaqsa bu halda strategiya və proqram da fərqli şəkildə olmalıdır. Könüllülərin işə yerləşdirilmələrindən alacaqları təlimlərə qədər bütün məsələlərlə bağlı strategiya olmalı və bu zaman təşkilatın xarakterinə uyğun sistem nəzərdə tutulmalıdır.
Yaddaş kartı 1.
Uzunmüddətli könüllülük
- Özlərini bir məqsəd və quruma bağlı sayırlar. Aralarında güclü bağ var və gördükləri işlərin arxasındadırlar. Buradakı işi özünütəsdiq vasitəsi kimi görürlər.
- Uzunmüddətli könüllülər qurumla əlaqəyə:
İnandıqları məqsəd yə da dəyişdirməyə çalışdıqları problem üçün daxil girirlər. Bunlar özləri uyğun QHT-ni tapırlar;
Zamanla mövcud QHT-yə qatılırlar;
Digər könüllülər sayəsində özlərini quruma bağlı hiss edirlər.
- Uzunmüddətli könüllülər öz işlərini özləri yaradırlar; vaxtlarını və enerjlərini görülməsi vacib olan işlərə sərf edirlər.
- Uzunmüddətli könüllülər üçün motivasiya həm QHT ilə əlaqələrin yüksək səviyyədə olması, həm də QHT tərəfindən tanınma və qəbul edilməsi, həm də uğurla bağlıdır.
Uzun illər boyu uzunmüddətli könüllülər sayəsində çox vaxt və enerji tələb edən fəaliyyətlər həyata keçirilmişdir. Çox vaxt uzunmüddətli könüllülər qurumun əsas qüvvəsinə çevrilirlər iş icrasından qurumun idarə formasına qədər bir çox sahədə yardımçı olurlar. Bu cür könüllülərin əksəriyyətini vaxtı olan və bu vaxtı davamlı olaraq QHT-yə ayıra bilən, könüllülüyü zünütəsdiqin bir parçası olaraq görən fərdlər təşkil edir.
Yaddaş kartı 2.
Qısamüddətli könüllülük
Hər hansı bir problemin həlli və ya layihənin tətbiqi üçün QHT-lərə qısa müddətli dəstək verən könüllülərdir.
- Könüllülüyü həyatlarını başlıca məqsədi olaraq görmürlər.
- Qısamüddətli könüllülər qurumla əlaqəyə:
Müəyyən bir layihyə və ya işə daxil olub onu həyata keçirmək üçün müraciət edirlər. QHT-nin son nəticədə hansı məqsədə yönəldiyi onlar üçün önəmli deyil. Daha çox maraqlandıqları işin və layihənin uğurlu olmasıdır;
Müəyyən bir fəaliyyət üçün qurumda yer alırlar;
Dəyər verdikləri inasnların xahişi ilə könüllü olurlar.
- Qısamüddətli könüllülər aydın izah olunan və qısamüddətli işə üstünlük verirlər. Tələb olunan iş və verilən zaman onlar üçün önəmlidir. Çox vaxt müəyyən ixtisaslaşmaya sahib insanlar bu seçimi edirlər. Bunların tapılması da daha asndır.
- Qısamüddətli könüllünü motivə etmənin yolu tutduğu mövqedənsə işinin qiymətləndirilməsi və işini bitirdikdən sonra ona sərbəstlik verilməsidir.
Bir qurumda qısamüddətli könüllü olan şəxs başqa bir qurumda qısamüddətli könüllü ola bilər. Hazırda daha çox qısamüddətli könüllülüyə üstünlük verilir.
Könüllülərlə əməkdaşlıqda koordinasiya çox önəmlidir. Bunun vacibliyi:
- Könüllülərin zaman, bacarıq və təcrübə olaraq verdikləri yardımın ən uyğun şəkildə istifadə edilib dəyərləndirilməsi;
- Faydalı, sadə və açıq idarəetmə qurmaq;
- Könüllülük və könüllülərlə bağlı məsələləri anlamaqda siyasət və təcrübələri inkişaf etdirmək.
- Könüllülər və muzdlu işçıilər arasında qarşılıqlı etimada əsaslanan, əməkdaşlığa söykənən və ierarxik olmayan iş mühiti yaratmaq;
- Könüllülərin potensialına uyğun və özlərini sınaya biləcəyi imkanlar yaratmaq.

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin