AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ
B A L O Ğ L A N Q U L İ Y E V
Pedaqoji elmlər namizədi, dosent, Azərbaycan Respublikasını
«Fəxri bədən tərbiyəsi və idman işçisi», SSRİ idman ustası
FİZİKİ TƏRBİYƏNİN NƏZƏRİ-METODİK
VƏ PRAKTİK İŞLƏRİNİN
ƏSASLARI
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
«17» «fevral» «2010»-cu il tarixli «202» saylı əmri ilə
dərs vəsaiti kimi təsdiq edilmişdir
Bakı – “ADPU» nəşriyyatı - 2009
2
Elmi redaktor: Məmməd Nəsrullayev-professor, pedaqoji elmlər namizədi, ADBTİA-nın «Bədən
tərbiyəsi nəzəriyyəsi və metodika-sı» kafedrasının müdiri.
Rəyçilər: Fərrux Rüstəmov–pedaqoji elmlər doktoru, professor, ADPU-nun «İbtidai təhsilin
pedaqoqikası və metodikası» kafedrasının müdiri.
Rəşid Əliyev –professor, pedaqoji elmlər namizədi, əməkdar məşq-çi, ADTU-nun «Bədən tərbiyəsi və
idman» kafedrasının müdiri.
Akif Əmiraslanov- pedaqoji elmlər namizədi, dosent, ADPU- nun «İdman fənləri» kafedrasının müdiri.
Əli Mehdiyev–pedaqoji elmlər namizədi, dosent, əməkdarməşqçi, ADPU-nun «Bədən tərbiyəsi və
idman» kafedrasının müdiri.
Quliyev B.S. Fiziki tərbiyənin nəzəri-metodik və praktik işlərinin əsasları. Ali pedaqoji məktəblərin
«İbtidai Təhsilin Pedaqogikası və metodikası» ixtisası üçün dərs vəsaiti. Dərs vəsaiti Təhsil Nazirliyi
tərəfindən təsdiq olunmuş «Fiziki tərbiyə və onun tədrisi metodikası» fənn proqramı əsasında
yazılmış, pedaqoji fakültələrin bakalavr və magistratura pilləsində təhsil alanlar üçün nəzərdə
tutulmuşdur. Həmin dərs vəsaitindən «Fiziki tərbiyə və gənclərin çağırışaqədər hazırlığı» ixtisası üzrə
təhsil alan tələbələr, eləcə də müəllim-məşqçilər, tədqiqatçılar-dissertantlar və geniş oxucu kütləsi
faydalana bilər.
____________ qrifli nəşr
Müəllifin rəsmi razılığı olmadan kitabın surətinin çıxarılması q a d a ğ a n d ı r !
3
MÜNDƏRİCAT
Oxuculara
BİRİNCİ BÖLMƏ
FİZİKİ TƏRBİYƏNİN NƏZƏRİ-METODİK MƏSƏLƏLƏRİ
I FƏSİL. FİZİKİ TƏRBİYƏNİN MÖVZUSU VƏ İNKİŞAF TARİXİ
1.1.Fiziki tərbiyənin mövzusu
1.2.Azərbaycanda bədən tərbiyyəsi və idmanın inkişafı
2.1.Azərbaycanda bədən tərbiyyəsinin yaranması
2.2.Azərbaycanda feodalizm dövründə bədən tərbiyyəsi və idmanın inkişafı
2.3.Azərbaycanda XIX əsrin sonu, XX əsrin əvvəllərində bədən tərbiyəsi və idmanın
inkişafı
2.4.Azərbaycanda sovet hakimiyyəti illərində bədən tərbiyəsi və idmanın inkişafı barədə
(1920-1991-ci illər)
2.5.Qədim və müasir Olimpiya oyunları
2.6.Azərbaycan idmançılarının Olimpiya oyunlarında iştirakı və nailiyyətləri
1.3.Azərbaycanda fiziki təybiyə sistemi
3.1.Azərbaycanda fiziki tərbiyə sisteminin mahiyyəti
3.2.Azərbaycanda fiziki tərbiyə sisteminin əsasları
-Ailədə uşaqların fiziki tərbiyəsi
-Məktəbəqədər yaşlı uşaqların fiziki tərbiyəsi
-Ümumtəhsil məktəblərində fiziki tərbiyə
-Peşə, orta və ali ixtisas məktəblərində fiziki tərbiyə
-Şəhər, kənd, fabrik və zavodlarda fiziki tərbiyə
-Azərbaycan Silahlı Qüvvələrində fiziki tərbiyə
1.4.Pedaqoji və bədən tərbiyəsi üzrə əsas spesifik anlayışlar
4.1.Anlayışlar haqqında pedaqoji fikir tarixindən
4.2.Xarici və Azərbaycan pedaqoqlarının bədən tərbiyəsi anlayışları barədə düşüncələri
II FƏSİL. İBTİDAİ MƏKTƏBDƏ ŞAGİRDLƏRİN FİZİKİ
TƏRBİYƏSİNİN ƏSASLARI
II.1. İbtidai məktəbdə şagirdlərin fiziki tərbiyəsinin mahiyyəti, məqsədi, vəzifələri
və vasitələri
1.1.Fiziki tərbiyənin mahiyyəti və məqsədi
-Məktəblilərin ictimai-faydalı əməyə hazırlığında fiziki tərbiyənin rolu
-Məktəblilərin vətənin müdafiəsinə hazırlığında fiziki tərbiyənin əhəmiyyəti
-Fiziki tərbiyə şagirdlərin zehnini inkişaf etdirən vasitədir
-Fiziki tərbiyənin mənəvi keyfiyyətlərə təsiri
-Məktəblilərin estetik hisslərinə fiziki tərbiyənin təsiri -
-Sağlamlığın möhkəmləndirilməsində fiziki tərbiyənin rolu
1.2.Fiziki tərbiyənin vəzifələri
-Şagirdlərin sağlamlığının möhkəmləndirilməsi və fiziki inkişafının təmini
4
-Şagirdlərin fiziki bacarıq və vərdişlərinin təkmilləşdirilməsi
-Fiziki keyfiyyətlərin inkişafı
-Statik vəziyyətdə və hərəkət zamanı düzgün qamət vərdişinin formalaşdırılması
1.3.Fiziki tərbiyənin vasitələri
-Fiziki hərəkətlər
-Təbii amillər
-Gün rejimi
-Gigiyenik amillər
II-2. «Fiziki tərbiyə və onun tədrisi metodikası» fənninin səciyyəvi xüsusiyyətləri
2.1. «Fiziki tərbiyə və onun tədrisi metodikası» fənninin mahiyyəti
2.2. «Fiziki tərbiyə və onun tədrisi metodikası» fənninin vəzifələri
2.3. «Fiziki tərbiyə və onun tədrisi metodikası» fənni tədris və elmi fənn kimi
II.3.Kiçik məktəbyaşlı uşaqların yaş xüsusiyyətləri
3.1.Kiçik məktəbyaşlı uşaqların anatomik-fizioloji xüsusiyyətləri
3.2.Kiçik məktəbyaşlı uşaqların psixoloji xüsusiyyətləri
II.4.Fiziki tərbiyə təliminin elmi-nəzəri əsasları
4.1. Fiziki tərbiyənin təliminə təsir göstərən amillərin elmi-nəzəri mahiyyətini öyrənməyin
əhəmiyyəti
4.2. Fiziki tərbiyənin təliminə fizioloji amillərin təsiri -
4.3.Fiziki tərbiyənin təliminə psixoloji amillərin təsiri -
4.4.Fiziki hərəkətlərin təliminin mahiyyəti
4.5.Fiziki hərəkətlərin təliminin mərhələləri
4.6.Təlim prosesində səhvlərin düzəldilməsi
4.7.Hərəki bacarıq və vərdişlər
II.5.Fiziki tərbiyənin təlim prinsipləri
5.1. Ümumpedaqoji təlim prinsipləri
5.2. Fiziki tərbiyənin spesifik prinsipləri
II.6.Fiziki tərbiyənin təlim metodları
6.1. Fiziki tərbiyə prosesində ümumpedaqoji təlim metodlarından istifadə
6.2. Fiziki tərbiyənin spesifik təlim metodları
6,3, Təlim metodlarından qarşılıqlı istifadə
III FƏSİL. FİZİKİ TƏRBİYƏ ÜZRƏ PROQRAMLAR VƏ TƏDRİS PLANLARI
3.1. Müxtəlif dövrlərdə tətbiq olunan fiziki tərbiyə proqram və tədris planlarının
mahiyyəti, vəzifələri və vasitələri
1.1. Çar Rusiyasında məktəb tədris planlarında fiziki tərbiyənin qoyuluşu
1.2. Sovet hakimiyyəti illərində məktəb bədən tərbiyəsi proqramları və tədris planları
(1920-1991)
1.3. Müstəqillik dövründə bədən tərbiyəsi proqramları və tədris planları
a) Bədən tərbiyəsi proqramı fiziki tərbiyə üzrə əsas sənəddir
b) Bədən tərbiyəsi proqramının quruluşu və vəzifələri
v) Bədən tərbiyəsi proqramının məzmunu
1.4. Xarici ölkə məktəblərində fiziki tərbiyə üzrə tədris planı və proqramları
5
FİZİKİ TƏRBİYƏ DƏRSLƏRİNİN TƏŞKİLİ VƏ
KEÇİRİLMƏSİ METODİKASI
IV FƏSİL. BƏDƏN TƏRBİYƏSİ DƏRSLƏRİ MƏKTƏBDƏ FİZİKİ TƏRBİYƏ ÜZRƏ
İŞLƏRİN ƏSAS TƏŞKİLİ
FORMASIDIR
IV.1. Bədən tərbiyəsi dərslərinin əsas xüsusiyyətləri, vəzifələri və tipləri
1.1. Dərsin əsas xüsusiyyətləri
1.2. Bədən tərbiyəsi dərslərinin vəzifələri
1.3. Bədən tərbiyəsi dərsinin tipləri
IV.2. Bədən tərbiyəsi dərsinin təşkili
2.1. Bədən tərbiyəsi dərslərinin optimal təşkilinin başlıca şərtləri
1.2. Bədən tərbiyəsi dərslərinə verilən müasir tələblər
1.3. Proqram tədris materialları üzrə işin təşkili
2.4. Proqram tədris materialının planlaşdırılması
2.5. Dərsəqədər təşkilati işlər (dərsin tədris-idman ləvazimatı və avadanlıqla təchizi)
2.6.Dərsin planlaşdırılması
2.7. tənəffüs vaxtı uşaqların dərsə hazırlaşdırılması
IV.3. Bədən tərbiyəsi dərsinin quruluşu, hissələri və təşkili formaları
3.1. Dərsin quruluşu
3.2. Bədən tərbiyəsi dərslərinin hissələri
2.1. Dərsin hazırlıq hissəsi
2.2. Dərsin əsas hissəsi
a) Dərsin əsas hissəsinin mahiyyəti və vəzifələri
b) Dərsin əsas hissəsində şagirdlərin fəallığının yüksədilməsi
2.3. Dərsin tamamlayıcı hissəsi
2.4. Dərsin hissələri arasında inteqrasiya
3.3. Dərsin təşkili formaları
3.4. Dərsin sıxlığı
3.5. Dərsdə şagirdlərə verilən fiziki yük
3.6. Bədən tərbiyəsi üzrə ev tapşırıqları
3.7. Məktəbdə fiziki tərbiyə işlərinə rəhbərlik
3.8. Fiziki tərbiyəyə həkim nəzarəti
3.9. Müəllimin vəzifələri, dərsdə yer seçməsi və dərsə hazırlığı
3.10. Dərsin icmalı və təhlili
3.11. Fiziki tərbiyə məşğələlərində musiqi
3.12. Dərsdə mühafizəni təmini və zədələnmələrin qarşısının alınması
3.13. İlin müxtəlif vaxtlarında bədən tərbiyəsi məşğələlərinin keçirilməsi metodikası
3.14. Şagird müvəffəqiyyətinin hesab alınması
3.15. Şagirdlərin qiymətləndirilməsi
3.16. Məşğələ yerinin hazırlanması, onun ləvazimat və avadanlıqlarla təchizi
II BÖLMƏ. XÜSUSİ METODİKA
V FƏSİL. PROQRAM TƏDRİS MATERİALI VƏ ONUN
ÖYRƏDİLMƏSİ METODİKASI
V.1. Fiziki tərbiyə üzrə əsas biliklər
6
1.1. Nəzəri biliklərin mənimsənilməsinin pedaqoji-psixoloji məsələləri
1.2. Nəzəri biliklərin mənimsədilməsi metodları
1.3. Nəzəri biliklərin şagird şəxsiyyətinə təsiri
1.4. Fiziki hərəkətlər üzrə xüsusi nəzəri məlumatlar
1.5. Siniflər üzrə əsas biliklər
V.2. İlk tibbi yardım göstərmək qaydaları
V.3. Proqram materialının məzmunu və keçirilməsi
3.1. Gimnastika dərsinin təşkili və öyrədilməsi üsulları
1.1. Gimnastika dərslərində zədələnmələrin yaranma səbəbləri
1.2. Dərs zamanı zədələnmələrin qarşısının alınması
1.3.Gimnastika hərəkətlərinin öyrədilməsi metodikası
3.2. Azərbaycan xalq rəqsləri
2.1. Qızlar üçün rəqs hərəkətləri
2.2. Oğlanlar üçün rəqs hərəkətləri
3.3. Mütəhərrik oyunlar
3.1. Görkəmli pedaqoqlar oyunlar haqqında
3.2. Oyunların təşkili
3.3. Mütəhərrik oyunların əhəmiyyəti
3.4.Mütəhərrik oyunların növləri
3.5. Mütəhərrik oyunların xarakteristikası
3.6. Oyunların ictimai-siyasi hadisə kimi meydana gəlməsi
3.7. Oyun fiziki tərbiyənin mühüm vasitəsi kimi
3.8. Azərbaycan mütəhərrik oyunları milli mədəniyyətimizin tərkib hissəsi kimi
3.9. Milli mütəhərrik oyunların təsnifatı
3.10. Oyunların seçilməsi
3.11. Oyun üçün hazırlıq işləri
3.12. Oyunların keçirilməsi formaları
3.13. Oyunların məzmununun şərhi
3.14. Oyun meydançasının düzəldilməsi
3.15. Oyun meydançasının və idman zalının işarə olunması
3.16. Oyun ləvazimatlarının hazırlanması
3.4. Yüngül atletika
4.1. Yüngül atletika hərəkətlərinin öyrədilməsi
4.2. Yüngül atletika dərslərinin təşkili
4.3. Yüngül atletika hərəkətlərinin icraolunma texnikası
3.5. Kross hazırlığı
5.1. Kross hazırlığının təlimi
5.2. Kross məsafəsinin öyrədilməsi metodikası
a)Yeriş
b) Qaçış
5.3. IV sinifdə kross hazırlığı üzrə dərslərin məzmunu
3.6. Üzgüçülüyün öyrədilməsi
6.1. Üzgüçülük tədris və elmi fəndir
6.2. Üzgüçülük idman üsulları
6.3. Üzgüçülüyün səciyyəvi xüsusiyyətləri
7
6.4. Üzgüçülüyün əhəmiyyəti
6.5. Üzgüçülüyün fiziki tərbiyə sistemində yeri
6.6. Üzgüçülüyün öyrədilməsi metodikası
6.7. Suda hazırlıq hərəkətləri
6.8. Üzgüçülükdə gigiyenik və təhlükəsizzlik qaydaları
VI FƏSİL. AZKOMPLEKTLİ MƏKTƏBLƏR VƏ XÜSUSİ TİBBİ QRUPLARDA
FİZİKİ TƏRBİYƏ
VI.1. Azkomplektli məktəblərdə fiziki tərbiyə məşğələləri
VI.2. Xüsusi tibbi qruplarda fiziki tərbiyə məşğələlərinin təşkili
III BÖLMƏ
VII FƏSİL. TƏDRİS GÜN REJİMİNDƏ FİZİKİ TƏRBİYƏ VƏ SAĞLAMLIQ
TƏDBİRLƏRİ
VII.1. Səhər gigiyenik gimnastikasının əhəmiyyəti
VII.2.Dərsəqədər səhər gigiyenik gimnastikası
VII.3. Bədən tərbiyəsi dəqiqələri
VII.4. Böyük tənəffüslərdə fiziki hərəkətlər və mütəhərrik oyunlar
VII.5. Günüuzadılmış qruplarda idman «saatı»
VIII FƏSİL. SİNİFDƏN VƏ MƏKTƏBDƏNXARİC FİZİKİ TƏRBİYƏ
VƏ İDMAN MƏŞĞƏLƏLƏRİ
VIII.1. Sinifdənxarix fiziki tərbiyə və idman məşğələləri
1.1.Sinifdənxaric məşğələlərin məqsədi
1.2. Ümumi fiziki hazırlıq
1.3. İdman bölmələri
3.1.Yüngül atletika
3.2.Stol üstü tennis
3.3.Bədii gimnastika
3.4.Fərdi məşğələlər
VIII.2. Məktəbdənxaric fiziki tərbiyə və idman işləri
2.1. Uşaq-gənclər idman məktəblərində fiziki tərbiyə və idman işləri
2.2. Uşaq yaradıcılıq birliyi və mədəniyyət evlərində bədən tərbiyəsi və idman tədbirləri
2.3. İstirahət və mədəniyyət parklarında bədən tərbiyəsi və idman işləri
2.4. Mənzil-istismar sahəsində və bələdiyyə idarələrində bədən tərbiyəsi
2.5. Gəzinti, yürüş və ekskursiyalar
IX FƏSİL. AİLƏDƏ UŞAQLARIN FİZİKİ TƏRBİYƏSİ
IX.1. Ailədə uşaqların fiziki tərbiyəsinin əhəmiyyəti və vasitələri
IX.2. Ailədə kiçik məktəbyaşlı uşaqların gün rejimi
IX.3. Ailədə uşaq orqanizminin möhkəmləndirilməsi
IX.4. Ailədə uşaqların bədən tərbiyəsi dəqiqəsi
IX.5. Ailədə uşaqların səhər gigiyenik gimnastikas
8
X FƏSİL. ŞAGİRDLƏRİN FİZİKİ TƏRBİYƏSİNDƏ MƏKTƏB, AİLƏ VƏ
İCTİMAİYYƏTİN ƏLBİR İŞİ
X.1. Valideyn konfransı
X.2. Sinif valideyn iclası
X.3. Valideynlərlə aparılan əbir iş
X.4. Uşaqların fiziki tərbiyəsində ictimaiyyətin rolu
ƏLAVƏLƏR
Mütəhərrik oyunlar
Dərs nümunələri
İstifadə edilmiş ədəbiyyat
9
OXUCULARA
Hörmətli oxucu, diqqətinizə təqdim edilən bu dərs vəsaiti, fiziki tərbiyə sahəsində müəllifin 48
illik pedaqoji fəaliyyətinin nəzəri-metodik və praktik iş təcrübəsi əsasında yazılmışdır. Dərs vəsaitində
müəllifin Bakı şəhərindəki ümumtəhsil məktəblərində bədən tərbiyəsi müəllimi, 1971-81-ci illərdə isə
Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqoji Elmlər institutunda (indiki Azərbaycan Respublikası Təhsil
Problemləri institutu) işlədiyi dövrdə, eləcə də 1981-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində
ixtisas fakültəsində idman fənlərinin tədrisi metodikasından (gimnastika, atletika, idman və mütəhərrik
oyunlar, üzgüçülük və s.) oxuduğu mühazirə və praktik dərslər üzrə topladığı təcrübə nəzərə alınmışdır.
Dərs vəsaitinin məqsədyönlü işlənməsində müəllifin praktik müəllim olması ilə yanaşı, onun
dissertasiya, elmi-tədqiqat işinin fiziki tərbiyə üzrə nəzəri biliklərin mənimsənilməsinin şagird
şəxsiyyətinin formalaşmasına təsirinə həsr edilməsi, burada nəzəriyyə ilə praktikanın bir-biri ilə sıx
surətdə əlaqələndirilməsi, biri o birini tamamlaması da az rol oynamamışdır. Müəllifin uzun illərdən bəri
Azərbaycan Müəllimlər institutunda, Bakı Pedaqoji Kadrların ixtisasartırma və yenidən hazırlanma
institutunda kurslarda ixtisaslı mütəxəssislərə və sinif müəllimlərinə, həm də bakalavr təhsil pilləsində və
magistraturada «Fiziki tərbiyə və onun tədrisi metodikası» fənn proqramı üzrə tələbələrə oxunmuş
mühazirələr, seminar, laborator və praktik məşğələlərin aparılması zamanı qazanılmış təcrübə dərs
vəsaitinin gündəmə gəlməsində, müasir məktəb sisteminin tələblərinə cavab verməsində mühüm
amillərdən sayıla bilər.
Açıq etiraf etməliyik ki, müəllifin vaxtı ilə kənd rayon məktəblərində (Füzuli, Cəbrayıl, Zaqatala,
Şuşa, Xankəndi, Şəki, Qəbələ, Şirvan və i.a.) fiziki tərbiyə dərslərində apardığı müşahidələri, vəziyyəti
öyrənib təhlil etməsi və müəllimlər arasında sorğular keçirib ümumiləşdirməsinin nəticəsi olaraq dərs
vəsaiti, metodik işləmələr, habelə ölkə daxilində və onun hüdudlarından kənarda jurnal məqalələri çap
etdirməsi, bunların da müvafiq hissəsinin yenidən işlənilib sinif müəllimi hazırlayan pedaqoji fakültələrin
fənn proqramlarına üyğunlaşdırılaraq dərsliyə daxil edilməsi məqsədyönlü olmuşdur.
Bu bir həqiqətdir ki, son illərdə respublikamızda fiziki tərbiyəyə və idmana diqqət artırılmışdır.
Lakin kiçik məktəbyaşlı uşaqların fiziki tərbiyəsinin nəzəri və metodiki cəhətləri və s. proqram bölmə
materiallarına aid konkret ümumiləşdirici tədris-metodiki ədəbiyyat, çap tədris işləmələri, vəsait və
dərsliklər demək olar ki, yox dərəcəsindədir. Bu da təbiidir. Çünki, müvafiq təhsil qurumları həmin
boşluğu doldurmağa lazımi səy və təşəbbüs göstərməmiş, tələbə və magistrların, ixtisasartırma və yenidən
hazırlanma kurslarına cəlb olunan dinləyicilərin, ixtisas müəllimlərinin bu sahəyə olan ehtiyacını o qədər
də diqqət mərkəzində saxlamırlar. Unutmaq olmaz ki, sovetlər birliyində fiziki tərbiyəyə dair zəruri dərs
vəsaitləri, tövsiyələr hazırlanıb müəllim və tələbələrə çatdırılırdı.
Artıq son vaxtlarda əlaqələr demək olar ki, kəsilmişdir, Azərbaycan dilində «Məktəbdə bədən
tərbiyəsi» məcmuəsinin nəşri dayandırılmışdır. Buna görə də fiziki tərbiyənin tədrisi üzrə müəllimlərə
konkret kömək göstərə biləcək materiallara çox çətinliklə rast gəlmək mümkündür. Azərbaycanda bəhs
edilən sahəyə aid dərsliklərə, tədris - metodiki vəsaitlərə çox böyük ehtiyacın olduğunu nəzərə alaraq
indiyə qədər toplanılmış materialların və «İbtidai Təhsilin Pedaqogikası və metodikası» ixtisası alan
tələbələr üçün oxunmuş mühazirələrin üzərində işləməklə «Fiziki tərbiyə və onun tədrisi metodikası»
fənn proqramının tələblərinə cavab verən dərs vəsaiti tərtib etmək qərarına gəldik.
Dərs vəsaiti öz quruluşuna görə 3 bölmədən, 10 fəsildən və əlavələrdən ibarətdir.
Birinci bölmədə fənn proqramına uyğun olaraq fiziki tərbiyə nəzəriyyəsinin əsaslarına dair
bəzi məsələlərin izahı verilir. İlk növbədə, fiziki tərbiyənin mövzusunun mahiyyəti və onun əhatə etdiyi
məsələlər araşdırılır. Ölkəmizdə gənclərin bədən tərbiyəsi və idmanının inkişafına xüsusi diqqət
yetirildiyi nəzərə alınaraq onun tarixi keçmişinə, bu gününə və gələcək inkişaf perspektivlərinə nəzər
salınır, ictimai quruluşlarda inkişaf göstəriciləri, nailiyyətləri əsasında xronikası yaradılır. Xüsusən, onun
sinfi xarakter daşıması, ictimai hadisə kimi əmələ gəlməsi, cəmiyyətin maddi şəraitindən və tələbatından
asılılığı, mövcud cəmiyyətin məqsəd və vəzifələrinin həyata keçirilməsinə xidmət göstərməsi faktik
materiallarda qısa da olsa öz əksini tapır. Azərbaycan ərazisində ən qədim zamanlardan başlayaraq
Midiya və Alban dövlətləri, feodalizm, çar Rusiyası, sovet hakimiyyəti və müstəqillik dövründə bədən
tərbiyəsi və idmanın inkişaf tarixinə aid araşdırmalar aparılır. Qədim və müasir Olimpiya oyunları,
Azərbaycan idmançılarının olimpiya oyunlarında uğurları barədə məlumatlar verilir.
10
Bu bölmədə müstəqil Azərbaycan Respublikasının fiziki tərbiyə sisteminin mahiyyəti,
quruluşu, əsasları və başlıca isti-qamətləri şərh edilir. Xüsusən, bu sistemin əhatə etdiyi ailə və
bağçada, orta ümumtəhsil, peşə, orta və ali ixtisas məktəblərində, şəhər, kənd, fabrik, zavodlarda və
Azərbaycan Silahlı Qüvvələrində fiziki tərbiyənin ümumi xarakteristikasından bəhs olunur. Pedaqoji və
əsas spesifik anlayışlardan danışılarkən XIX-XXI əsrlərdə anlayışlar haqqında mühüm pedaqoji fikir
tarixi araşdırılır.
Təlim, tərbiyə, təhsil anlayışları ilə yanaşı, «Bədən tərbi-yəsi», «Fiziki tərbiyə», «Fiziki
inkişaf», «Fiziki hazırlıq», «Fiziki təkmilləşmə», «İdman» anlayışlarının mahiyyətinə aydınlıq gətir-
ilərkən xarici alimlərin, o cümlədən görkəmli Azərbaycan peda-qoqlarının da düşüncələri diqqətdən
yayınmamış, onların bu məsələyə daha həssas və diqqətlə yanaşmaları aşkarlanmışdır (M.Muradxanov,
N.Kazımov, Ə.Haşımov, B.Əhmədov, A.Rzayev, Y.Talıbov, Ə.Ağayev, Ə.Paşayev, F.Rüstəmov,
M.Nəsrullayev, H.Qurbanov və s.).
Həmin bölmədə ibtidai məktəbdə şagirdlərin fiziki tərbiyəsinin elmi, pedaqoji-psixoloji
əsasları aparıcı yerlərdən birini tutur. İlk növbədə, kiçik məktəbyaşlı şagirdlərin fiziki tərbiyəsinin
məqsədi, vəzifələri və vasitələri, eləcə də «Fiziki tərbiyə və onun tədrisi metodikası» fənninin mahiyyəti,
onun tədris və elmi fənn olması izah edilir. Bundan əlavə, kiçik məktəb yaşlıların anatomik-fizioloji və
psixoloji inkişaf xüsusiyyətləri, fiziki tərbiyə təliminin təşkili və keçirilməsinin elmi-nəzəri əsasları bu
prosesdə təlim metodlarından və prinsiplərindən səmərəli istifadə yolları, həm də onların nəinki əlaqəli
surətdə tətbiqi, hətta qarşılıqlı istifadə imkanları şərh olunur. Eyni zamanda, qarşıya qoyulmuş vəzifə,
tədris - iş və iqlim şəraitindən, təchizatdan asılı olaraq metodların seçilməsi və tətbiq olunması
prinsiplərinə aid nümunələr verilir, öyrədən və öyrənənin münasibətlərinin tənzimlənilməsində aktiv
metodların rolu, mövqeyi araşdırılır.
Məlumdur ki, öz tarixi keçmişini bilmədən gələcəyə uğurlu addımlar atmaq mümkün deyildir.
Bu baxımdan orta ümumtəhsil məktəblərimizdə tətbiq edilmiş fiziki tərbiyədən tədris plan və
proqramlarının tədqiqi vacib bilinmişdir. Əvvəlcə, çar Rusiyası məktəblərində, sonra Azərbaycanda
sovet hakimiyyəti və müstəqillik dövründə tədris plan və proqramlarında fiziki tərbiyənin qoyuluşu,
mahiyyəti, vəzifələri, məzmunu öyrənilmiş, təhlil edilmiş və ümumiləşdirmələr aparılmış (XIX, XX, XXI
əsrlərdə), müvafiq qənaətə gəlinmiş,müəllif yeri gəldikcə tərtib etdiyi məktəb, orta ixtisas və ali məktəb
proqramlarında tədqiqatın nəticələrini müvafiq surətdə nəzərə almışdır. XX əsrin 70-ci illərində bir sıra
xarici ölkə məktəblərinin tədris planında fiziki tərbiyə fənninə ayrılan saatların miqdarı, onun təşkili
imkanları da araşdırılmışdır (Macarıstan, Bolqarıstan, Kuba, Polşa, Almaniya (ADR) və s.).
Dostları ilə paylaş: |