NANOTEXNOLOGİYA: ”İNSANI TEXNİKA”
ÜZRƏ AXTARIŞLAR VƏ PERSPEKTİVLƏR
”Kseroks” firmasının əməkdaşı E.Berlin uzunluğu 1
sm, diametri 1 mm və zəncirotu toxumuna bənzər açılmış
çətri olan iynə-miniatür cihaz layihələşdirir. Cihazın içində
müxtəlif informasiya vericiləri, enerji mənbəyi,
mikroprosessor və radiostansiya yerləşdirmək nəzərdə
tutulur. Çətir həm antenna, həm də paraşüt funksiyasını
yerinə yetirəcək. Təyyarədən havaya buraxılan bu ”iynə”
buludcuğazı saniyədə 3 sm-ə yaxın sürətlə yerə enəcək-
dir. Bu münvalla 600 metr yüksəklikdən yerə çatana
qədər 5 saatdan çox vaxt sərf olunacaq. Həmin müddətdə
informasiya vericiləri atmosferin tərkibini təhlil edəcək və
bu süni buludcuğazın komponentləri olan iynələr öz
aralarında informasiya mübadiləsi edərək verilmiş
məqamda atmosferin vəziyyəti barədə ümumi rəy
yaradacaq, sonra isə alınan nəticəni idarəetmə mərkəzinə
ötürəcəkdir.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------43------------------------------------
E.Berlin təsdiq edir ki, bu mikrocihazı qurmaq üçün
lazım olan bütün detallar artıq mövcuddur. Onları yığıb
”şüurlu toz” yaratmaq yaxın 5 il ərzində mümkün
olacaqdır. ”Şüurlu toz”u hazırlamaq üçün hal-hazırda
mövcud olan mükəmməl mikroelektronika metodları
kifayətedicidir.
Bundan əlavə, elektrostatik qüvvələrlə olduqca xırda
detalları yığan bütöv avtomat xətlər hazırlanmaqdadır.
Amerika mühəndisləri həmin metodlarla təyyarə qanadları
üçün aktiv səth düzəltmək fikrindədirlər. Artıq həqiqi
təyyarədən 7 dəfə kiçik olan eleronsuz, yəni, qanadlarında
hərəkət edən hissə olmayan aviamodel düzəldilmişdir ki,
bu da 0,8 saniyəyə 180
0
dönə bilir. İş burasındadır ki,
həmin aviamodelin qanadlarının səthinin bir hissəsi
miniatür pulcuqlarla örtülmüşdür. İdarəedici siqnallara
cavab olaraq ölçüsü 1 kv. mm. olan həmin pulcuqlar
”pırpız”lana və ya ”yata” bilir ki, bu da qanadı kəsən hava
axınını dəyişir. Nəticədə heyranedici manevr qabiliyyəti
yaranır. Bu modeli düzəldən Kaliforniya universitetinin
mütəxəssisləri gələcəkdə qanadın səthini içi maye ilə
doldurulmuş milyonlarla plastik ”qovcuqlar”la örtməyə
üstünlük verirlər. Maye qızdırıldıqda ”qovcuq” şişir,
soyudulduqda isə qovucuqlar ”soğulub” yox olur. Bu
variantda alınan nəticə miniatür eleronlarla əldə edilən
nəticə ilə eynidir. ”Qovcuq”lardan əlavə, hava axınları
burulğanlarının dəyişməsinə cavab olaraq qanadın
”çopuru”nu avtomatik idarə etmək üçün qanadın səthində
miniatür informasiya vericiləri də quraşdırılacaqdır.
Amerika və Yaponiya mühəndisləri hal-hazırda
”kirpikcik”lərin köməyi ilə ancaq mikroskopla görünə bilən
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------44------------------------------------
birhüceyrəli orqanizm olan infuzoriyanın hərəkət üsulunu
modelləşdirməyə çalışırlar. Mikrosxem istehsalında tətbiq
edilən mikrolitoqrafiya metodlarından istifadə edərək
silisium lövhəsi üzərində dörd ”kirpikcik”dən ibarət qrup
yaradıb, onları bu və ya digər elektrik yükü ilə yükləyib,
”pırpızlamaq” və ya ”yatırtmaq” istəyirlər. Arası 1 mm-dən
az olan həmin ”dördlükləri” idarə etməklə lövhəni
yeritmək, yaxud lövhəni arxası üstə çevirib üstünə yüngül
predmet qoymaqla, onu ”kirpikciklərlə” hərəkət etdirmək
olar. Hər iki halda hərəkət sürəti saniyədə 0,2 mm,
yerdəyişmə dəqiqliyi isə bir neçə mikron (
m və ya
mm [8, s.557]) təşkil edir. Bu qurğu dəqiq mexanikada
külli miqdarda tətbiq sahəsi tapacaq, biologiyada isə ayrı-
ayrı hüceyrələri çeşidləmək (yerlərini dəyişmək) üçün
istifadə edilə bilər.
Lakin alim və mühəndislərin fikri mikrotexnikadan
daha xırda texnikaya - nanotexnikaya, ayrı-ayrı molekullar
və hətta atomlar səviyyəsində işləyən maşınlara
yönəlmişdir. Nanotexnologiya – 100 nanometrə (
mm)
yaxın miqyasda material və strukturlar istehsalıdır.
Texnikanın hələ mövcud olmayan bu sahəsini amerikan
fiziki Erik Dreksler artıq 20 ildir təbliğ edir. O, Riçard
Feynman (1818-1988) və Con fon Neymanın ideyalarını
birləşdirmişdir. Belə ki, R.Feynman 1959-cu ildə demişdi
ki, insanlar indi bolt və qaykalarla necə işləyirlərsə, vaxt
gələcəkdir, ayrı-ayrı atomlarla da eləcə iş görəcəklər. C.
fon Neyman isə müharibə qurtaran kimi öz-özünü təkrar
istehsal edən maşınlar nəzəriyyəsini işləyib hazırlamışdı.
Bu maşın (düzdür, hələ də xalis nəzəriyyə olaraq qalır)
6
10
−
3
10
−
4
10
−
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------45------------------------------------
özünə lazım olan detalları mövcud xammaldan istehsal
edib özünün tam nüsxəsini yığmağa qadirdir.
Kim Erik Dreksler 25 aprel 1955-ci ildə Amerikanın
Kaliforniya ştatındakı Oklend şəhərində anadan
olmuşdur.
Məşhur
amerika
alimidir,
”nanotexnologiyanın
atası”dır.
Nanotexnologiya
mexasintezi və ”boz selikli qişa”
konsepsiyalarının
(konsepsiya - hər hansı bir hadisə haqqında görüş, əsas
fikir) müəllifidir, molekulyar nanorobotların ilk nəzəri
yaradıcısıdır.
Ayrı-ayrı atomlarla manipulyasiya etmək yalnız
1981-ci ildə mümkün oldu. İsveçrə alimləri Bininq və
Rorer elektron tunel mikroskopu yaratdılar ki, bu da sonra
Nobel mükafatına layiq görüldü. Bu qurğunun iş prinsipi
ona əsaslanır ki, son dərəcə nazik iynə hər hansı bir
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------46------------------------------------
elektrik keçirici materialın üzəri ilə təxminən 1 nanometrə
(
mm) yaxın məsafədə hərəkət edir (”Наука и жизнь”
№ 6, 1986 г.). Əgər iynə bu və ya digər elektrik yükü ilə
yüklənərsə, materialın səthindən ayrıca atomu çəkib
çıxarmaq və başqa yerə qoymaq, sonra isə elektrik
yükünün işarəsini dəyişib həmin atomu yenidən səthə
qaytarmaq olar.
1986-cı ildə isə atom-qüvvə mikroskopu yaradıldı.
Bunun iş prinsipi elektrostatik qüvvələrə deyil,
atomlararası cazibəni təmin edən qarşılıqlı fəaliyyət
qüvvələrindən isifadəyə əsaslanır (“Наука и жизнь” № 9,
1991 г.). Artıq az saylı atomlardan yığılmış
nanotranzistorların və ya elektron dəyişdirici açarlarının ilk
nümunələri düzəldilmişdir.
Nəzəriyyəçilər isə daha uzaq gələcəyə baxırlar. Yaxın
vaxtlarda nanotexnologiyadan istifadəyə əsaslanan
istehsala – ilk növbədə, kompüterlər və digər elektronika
məmulatları üçün nanokomponentlər buraxılışına başlana-
cağı gözlənilir.
E.Dreksler inanır ki, uzaq perspektivdə... atom-
qüvvə mikroskopunun iynəsi ilə maye qarışığında üzən
nisbətən sadə molekullardan öz nüsxəsini yarada bilən
DNK kimi öz-özünü istehsal edən ilk molekulyar
nanomaşın yaradılacaqdır. Sonra isə elə nanomaşınlar
yaradılacaq ki, onlar nəinki özünü təkrar istehsal
edəcəkdir, həm də kənardan verilən siqnallarla idarə
edilərək insanın istədiyini yığacaqdır. E.Dreksler bu
maşının adını assembler (yığıcı) qoymuşdur. E.Drekslerin
fikrincə, inkişaf eyni zamanda 2 istiqamətdə gedə bilər.
Biri budur ki, trilyonlarla assemblerlər heç kimə lazım
6
10
−
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------47------------------------------------
olmayan ucuz atom və molekullardan, deyək ki,
palçıqdan, dəniz suyundan, xəzəldən və s. ixtiyari sifarişi
(makroskopik obyektləri): almazları,
bifşteksləri,
televizorları, xəz mantoları, hər cür maşın detallarını yığa-
caqlar. Özü də bəzi detalları əvvəlcədən almaz qəfəsinə
çevirdikləri kömür atomlarından yığıb onların az qala
əbədiliyini təmin edəcəklər.
Riçard Fillips Feynman (ingiliscə Richard Phillips
Feynman) görkəmli amerika alimidir. Əsas nailiyyətləri
nəzəri fizika sahəsində əldə etmişdir. Kvant
elektrodinamikanın yaradıcılarından biridir. 1965-ci ildə
fizika elmi sahəsində Nobel mükafatına layiq
görülmüşdür. Bununla yanaşı çoxlu sayda mükafatlarda
almışdır (məsələn, A,Eynşteyn adına mükafat, Nils Bor
qızıl medalı və s.). Nəzəri fizika ilə yanaşı biologiya
sahəsində də məşğul olmuş, bu sahəyə öz tövhələrini
vermişdir.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------48------------------------------------
İnkişaf həm də mikroaləmə doğru gedə bilər:
assemblerlər mikronun cüzi hissəsi boyda
nanosubmarinalar (sualtı qayıqcıqlar) yaradacaqdır ki,
bunları da şprislə insan orqanizminə yeridib qan damarları
ilə axıdaraq xolesterin topalarını ləğv etməyə, yaşla
əlaqədar olaraq qocalmaya səbəb olan DNK
molekullarındakı səhvləri düzəltməyə və insanı az qala
ölümsüz etməyə yönəldiləcəkdir. Digər nanomaşınlar
insan orqanizminin bütün künc-bucaqlarına daxil olub,
xərçəng hüceyrələri törədən mikrobları axtarıb məhv
edəcəkdir. E.Dreksler təbiətdə nadir rast gələn və çətin
əldə edilən ixtiyari molekul birləşmələrinin də kütləvi
istehsalının mümkün olacağına inanır. Yəni, bir sıra
xammal növlərini daha dəniz dibindən çıxarmaq lazım
gəlməyəcək, laboratoriyalarda istehsal ediləcəkdir.
Müəyyən məqsəd üçün xüsusi tərkibdə layihələşdirilən və
təbiətdə mövcud olmayan molekulları da istehsal etmək
mümkün olacaqdır.
E.Dreksler
öz
kitablarının
bir
çoxunda
nanotexnologiya mövcud olan dünyanı təsvir edir. O,
göstərir ki, nanoyığıcıların istehsal etdikləri şeylər olduqca
ucuz olacaqdır. Çünki, bunun üçün həmin texnoloji
avadanlığı yalnız işə buraxmaq kifayətdir. O zaman iqtisad
elminə ehtiyac qalmayacaq. Çünki E.Drekslerə görə,
iqtisad elmi defisitlər və onların aradan qaldırılması
haqqında elmdir. Heç bir şey defisit olmayacaq. Hər evdə
mikrodalğalı soba boyda sintezator olacaq. Bir vedrə suyu
həmin sintezatora töküb, 1 saatdan sonra kompüter, təzə
kostyum və ya hazır xörək çıxarmaq mümkün olacaq.
Kənd təsərrüfatı tamamilə dəyişəcəkdir. Məsələn, ”karbon
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------49------------------------------------
qazı üstəgəl torpağın mineral maddələri – ot – inək - süd”
zəncirindən bütün artıq həlqələri çıxarıb havadan süd
almaq mümkün olacaq. Çünki süd molekullarını törədən
atomlar havada vardır. Lakin bu cəsarətli müəllif həmin
gözəl dünyada bəzi təhlükələr də görür. Məsələn, istənilən
adam istədiyi silahı, o cümlədən, atom bombasını istehsal
edə bilər. Zərərli sənaye tullantılarını atomlara qədər
parçalamaq üzrə ixtisaslaşan nanomaşınlar qrupu bu və
ya digər səbəbdən nəzarətdən çıxa və faydalı olan hər
şeyi palçığa və toza çevirə bilər.
Alimlərin çoxu E.Drekslerin quraşdırmalarına qeyri-
elmi fantastika kimi baxsalar da, artıq müasir komüter
displeylərində
gələcək molekulyar mexanizmlərin
çertyojları meydana çıxmaqdadır. Amerikanın 2
maliyyəçisi isə atomu ”tutub yerini dəyişə bilən əl” və
assembleri idarəedən qurğu yaratmaq üçün 250 min
dollar mükafat təsis etmişdir [80].
Dostları ilə paylaş: |