Maliyyə hesabatı 36
İlkin uçot sənədlərinin, mühasibat uçotu registrlərinin və digər uçot və
hesabat sənədlərinin məzmunu kommersiya sirridir. Bununla yanaşı, dövlət
orqanlarının qanunla müəyyən edilmiş hallarda və qaydada mühasibat uçotu
və hesabat sənədləri ilə tanış olmaq hüququ vardır.
İctimai əhəmiyyətli qurumların siyahısı icra hakimiyyəti orqanı
tərəfindən müəyyənləşdirilir və zərurət yarandıqda bu siyahıya əlavələr və
dəyişikliklər edilir.
Müəssisə illik maliyyə və konsolidə edilmiş maliyyə hesabatlarını
hesabat dövrünün sonunda müvafiq olaraq 4 ay və 6 ay müddətində təqdim
etməlidir.
Maliyyə hesabatının hazırlanması, təqdim edilməsi və dərc edilməsinə
müəssisənin direktorlar şurası və ya digər idarəetmə orqanı, belə bir qurum
olmadığı halda isə müəssisənin rəhbəri cavabdehdir.
2.5. Maliyyə hesabatı formalarında düzəlişlərin aparılması qaydası Maliyyə hesabatı doldurulan zaman hər hansı bir səhvə yol vermək
olmaz. Konkret olaraq, yol verilən bir səhvi düzəltmək olmaz. “Mühasibat
uçotu” haqqında Qanunda dəqiqləşdirilmiş maliyyə hesabatının təqdim
olunması imkanları nəzərdə tutulmur (vergi hesabatlarından başqa).
Cari dövrün təsərrüfat əməliyyatlarının düzgün əks etdirilməsi aşkar-
landığı hallarda hesabat dövrünün sonunadək mühasibat uçotunun müvafiq
hesablarında əlavə müxabirləşmələr tərtib etməklə düzəlişlər aparıla bilər.
Hesabat ili başa çatdıqdan sonra əgər illik maliyyə hesabatı hələ təsdiq
olunmamışdırsa, düzəlişlər dekabr ayının mühasibat müxabirləşmələrində
həyata keçirilir. Bu düzəlişlər müvafiq ünvanlara təqdim olunur.
Əgər, ötən ilin təsərrüfat əməliyyatlarında yol verilən səhvlər cari ildə
müəyyənləşdirilmişdirsə, onda hər hansı bir düzəlişin aparılmasına yol
verilmir.
Beləliklə, bütün hallarda yol verilən səhvlər həmin dövrdə düzəldil-
məlidir, ötən tarixlə düzəliş aparmaq olmaz.
Mühasibat uçotunda səhvlərin müstəqil sürətdə aşkarlanması və
düzəldilməsinə görə təşkilatın baş mühasibinə cərimə qoyulmur.