Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə32/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Sifariz Səbzəliyev
 
35 
İctimai əhəmiyyətli qurumlar və kiçik sahibkarlıq subyektləri istisna 
olmaqla, bir və ya daha çox törəmə cəmiyyətlərinə malik olan kommersiya 
təşkilatları birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatının müvafiq 
meyar göstəricilərini (illik gəlir, işçilərin orta sayı, balansın yekun məbləği) 
əsas götürməklə, MHBS əsasında tərtib edə bilərlər (Qanunun 10.2.-ci 
maddəsi).
 
Kommersiya təşkilatlarının illik maliyyə hesabatları üçün aşağıdakı 
hesabat dövrləri müəyyən edilir: 

İl ərzində oktyabr ayının 1-dək yeni yaradılan mühasibat uçotunun sub-
yektləri üçün birinci hesabat dövrü onların qeydiyyata alındığı tarixdən 
dekabr ayının 31-i də daxil olmaqla; 

Oktyabr ayının 1-dən sonra yeni yaradılmış mühasibat uçotunun 
subyektləri üçün isə birinci hesabat dövrü onların qeydə alındığı tarixdən 
növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla; 

Digər mühasibat uçotunun subyektləri üçün hesabat dövrü yanvar ayının 
1-dən dekabr ayının 31-i də daxil olmaqla (Qanunun 11.0.1, 11.0.2 və 
11.0.3 maddələri).
 
Kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş 
(konsolidə edilmiş) maliyyə hesabatlarını dövlət orqanlarına qanunvericilik 
aktları ilə müəyyən olunmuş hallarda, qaydada və müddətlərdə təqdim 
edirlər. 
İctimai əhəmiyyətli qurumların illik və konsolidə edilən maliyyə hesa-
batları qanunvericilikdə müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə 
mətbu orqanda dərc olunmalıdır (Qanunun 12.3.2 maddəsi). 
Bələdiyyə orqanları, büdcə təşkilatları və büdcədənkənar dövlət fondları 
maliyyə hesabatlarını büdcə təşkilatları üçün MMUS-ə uyğun tərtib edirlər. 
Qeyri-hökumət təşkilatları tələb olunan maliyyə hesabatlarını Qeyri-
hökumət təşkilatları üçün MMUS-ə uyğun olaraq hazırlayırlar. 
Büdcə təşkilatları və büdcədənkənar dövlət fondlarının maliyyə 
hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi qaydaları 
müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir. 
Bələdiyyə orqanlarının maliyyə hesabatlarının təqdim edilməsi, 
hesabat dövrləri və dərc edilməsi qaydaları bələdiyyə tərəfindən tənzimlənir. 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin