Maliyyə hesabatı
44
təşkilatın normal fəaliyyəti şəraitində dövriyyədənkənar aktivlərin
kəmiyyəti borc vəsaitlərinin məbləğindən çox olmalıdır;
balansın quruluşu onun çox yüksək dərəcədə analitikliyini nümayiş
etdirir. Belə bir analitiklik aktiv və passiv üzrə müxtəlif maddələr arasında
qarşılıqlı əlaqəni müəyyənləşdirməyə şərait yaradır.
Göründüyü kimi, mühasibat balansının məzmununun ümumi xülasəsi
onun istifadəçilərinə informasiyalar, hər şeydən əvvəl, mülkiyyətinin
maliyyə sabitliyi barədə informasiyaları təqdim edir.
Mühasibat balansı aşağıdakı tələblərə cavab verməlidir:
Balansın düzgünlüyü (etibarlılığı):
hesabat dövrü ərzində təşkilatın
təsərrüfat fəaliyyətinin bütün faktlarını əks etdirən bütün sənədlər üzrə
aparılan yazılışlar əsasında tərtib olunan balans düzgün sayılır. Balans məlu-
matlarının əsaslandırılması, mühasibat hesablarında yazılışların, mühasibat
hesablamalarının və inventarlaşmanın dəqiqliyi balansın düzgünlüyünün
başlıca şərtləridir;
Balans göstəricilərinin sənədlərlə əsaslandırılması
: balansın
düzgünlüyü sənədlərin tamlığı və keyfiyyəti ilə müəyyənləşdirilir. Əgər
hesabat dövrünün təsərrüfat fəaliyyətinin faktları vaxtında sənədlərlə
rəsmiləşdirilməmişdirsə, onda balans təşkilatın işinin həqiqi yekunlarını əks
etdirə bilməz. Məsələn, materialların istehsala buraxılışının sənədlərlə gec,
yaxud tam olmadan rəsmiləşdirilməsi məhsulların maya dəyəri və mənfəət
məbləği haqqında məlumatların təhrif olunmasına gətirib çıxarır. Buna görə
də təşkilatların rəhbərləri işçilərindən tələb etməlidirlər ki, onlar təsərrüfat
fəaliyyətinin bütün faktları haqqında məlumatları öz vaxtında rəsmiyyətə
salsınlar və mühasibata təqdim etsinlər;
Dostları ilə paylaş: