Sifariz Səbzəliyev
201
Uçotu Standartlarını, qeyri-kommersiya təşkilatları üçün isə İctimai Sektor
üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına
əsaslanan Milli
Mühasibat Uçotu Standartlarını hazırlamaqla və tətbiq etməklə ölkədə
mühasibat uçotunun beynəlxalq standartlar əsasında inkişaf etdirilməsini və
maliyyə hesabatlarında şəffaflığı təmin etməkdən ibarətdir.
4.2. Mühasibat uçotu sahəsində dövlət
tənzimlənməsi müvafiq icra
hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
4.3. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən
müvafiq icra hakimiyyəti orqanı:
4.3.1. Maliyyə hesabatlarının beynəlxalq standartlarının və İctimai Sektor
üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının
Azərbaycan dilinə
tərcüməsini və Mühasibat Uçotunun Beynəlxalq Standartları Şurası,
Mühasiblərin Beynəlxalq Federasiyası və ya digər aidiyyəti orqanlardan bu
tərcümələrin Azərbaycan dilinə Maliyyə Hesabatlarının Beynəlxalq Stan-
dartlarının və İctimai Sektor üçün Mühasibat
Uçotunun Beynəlxalq
Standartlarının rəsmi mətnləri kimi təsdiq edilməsini təşkil edir;
4.3.2. Milli Mühasibat Uçotu Standartlarını, Milli Mühasibat Uçotu
Standartlarının
Tətbiqi üzrə Şərhləri, Tövsiyələri və Uçot Qaydalarını
işləyib hazırlayır və təsdiq edir;
4.3.3. İcra hakimiyyəti orqanlarının və büdcədənkənar dövlət fondlarının
səlahiyyətləri daxilində onlar tərəfindən işlənib hazırlanmış mühasibat uçotu
sahəsində normativ-hüquqi aktların və tövsiyə xarakteri daşıyan sənədlərin
tətbiq edilməsinə razılıq verir;
4.3.4. Maliyyə hesabatlarının beynəlxalq standartlarında və İctimai
Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarında dəyişikliklərin
izlənilməsi və bu dəyişikliklərin Milli Mühasibat Uçotu Standartlarında
vaxtlı-vaxtında əks olunması məqsədilə Mühasibat Uçotunun Beynəlxalq
Standartları Şurası və Mühasiblərin Beynəlxalq Federasiyasının İctimai
Sektor üzrə Komitəsi ilə əməkdaşlıq edir;
4.3.5. Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması
qaydalarını hazırlayır və təsdiq edir;
4.3.6. Milli mühasibat uçotu sisteminin
təkmilləşdirilməsi məqsədilə,
peşəkar mühasib təşkilatları ilə əməkdaşlıq edir.
4.4. Kredit təşkilatlarında mühasibat uçotu qaydaları və hesabatların
forma, məzmunu və dövriliyi mühasibat uçotu sahəsində dövlət tənzimlən-