Maliyyə hesabatı 200
tərəfindən işlənib hazırlanmış, qəbul və ya təsdiq olunmuş mühasibat uçotu
standartlarıdır.
2.1.5. Milli Mühasibat Uçotu Standartları – müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilən mühasibat uçotu standartlarıdır.
2.1.6. Milli Mühasibat Uçotu Standartlarının Tətbiqi üzrə Şərhlər və
Tövsiyələr-müvafiq icra hakimiyyəti orqanı tərəfindən Milli Mühasibat
Uçotu Standartlarının müddəalarının şərh olunması məqsədilə işlənib hazır-
lanmış və təsdiq edilmiş metodoloji təlimatlardır.
2.1.7. Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması
qaydaları-müvafiq icra hakimiyyəti orqanı tərəfindən kiçik sahibkarlıq
subyektlərində mühasibat uçotunun aparılması üçün müəyyən edilmiş
xüsusi qaydalardır.
2.1.8. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları – əsas
cəmiyyətin (ortaqlığın) və onun törəmə cəmiyyətlərinin vahid mühasibat
uçotu subyekti kimi təqdim etdiyi maliyyə hesabatlarıdır.
2.1.9. İctimai əhəmiyyətli qurumlar-kredit təşkilatları, sığorta şirkətləri,
investisiya fondları, qeyri-dövlət (özəl) sosial fondları, qiymətli kağızları
fond birjasında dövriyyədə olan hüquqi şəxslər və maliyyə hesabatlarının
tərtibi tarixində müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi
meyar göstəricilərinin (illik gəliri, hesabat ili ərzində işçilərin orta sayı və
balansın yekun məbləği) ikisindən yuxarı olan göstəricilərə malik kom-
mersiya təşkilatlarıdır.
2.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respub-
likasının Mülki Məcəlləsi və mövcud olan başqa qanunvericilik aktları ilə
müəyyənləşdirilmiş mənaları ifadə edir.
Maddə 3. Mühasibat uçotunun məcburiliyi Bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun bu Qanunda
müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və ya
sadələşdirilmiş uçotun qaydalarına uyğun aparılması məcburidir.