Maliyyə hesabatı
208
12.1. Kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş
(konsolidə edilmiş) maliyyə hesabatlarını dövlət orqanlarına
qanunvericilik
aktları ilə, digər şəxslərə isə nizamnamələri ilə müəyyən olunmuş hallarda,
qaydada və müddətlərdə təqdim edirlər.
12.2. Təbii inhisar fəaliyyəti subyektləri və dövlət (hökumət) zəmanəti ilə
kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı
layihələrdə iştirak
edən, həmçinin büdcədən subsidiya, subvensiya,
qrant və ya müəyyən
səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaitləri ayrılan kommer-
siya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə
edilmiş) maliyyə hesabatlarını mühasibat uçotu sahəsində dövlət tənzimlən-
məsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına
onun müraciəti
əsasında təqdim edirlər. Bu müvafiq icra hakimiyyəti orqanı həmin maliyyə
hesabatları və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını
qanunvericiliklə müəyyən edilmiş hallarda auditor
rəyi ilə birlikdə bu
hesabatların alınmasında maraqlı olan hər hansı şəxsə təqdim edir.
12.3. İctimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edil-
miş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından həmçinin
aşağıdakılar tələb olunur:
12.3.1. qurumun İnternet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst
istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının
və birləş-
dirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının, qanunvericiliklə
müəyyən edilmiş hallarda
auditor rəyi ilə birlikdə, həmin internet səhifə-
sində dərc olunması;
12.3.2. qurumun illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə
edilmiş) maliyyə hesabatlarının qanunvericiliklə
müəyyən edilmiş hallarda
auditor rəyi ilə birlikdə mətbu orqanda dərc olunması;
12.3.3. qurumun illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə
edilmiş) maliyyə hesabatlarının nüsxəsinin qanunvericiliklə müəyyən
edilmiş hallarda auditor rəyi ilə birlikdə hər hansı şəxsə, onun müraciəti
əsasında pulsuz təqdim olunması.
12.4. Mühasibat uçotu subyektinin nizamnaməsi ilə müəyyən olunmuş
idarəetmə orqanı bu subyektin maliyyə hesabatlarının
və birləşdirilmiş
(konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanmasına, təqdim və dərc
olunmasına cavabdehdir.
Dostları ilə paylaş: