Maliyyə hesabatı
212
Əlavə 2
«MÜHASİBAT UÇOTU HAQQINDA» AZƏRBAYCAN
RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
«Mühasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanununun
qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin
etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
1.1. iki ay müddətində:
1.1.1. qüvvədə olan qanunvericilik aktlarının «Mühasibat uçotu haq-
qında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması
barədə
təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
həmin Qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.1.3. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunu-
nun:
1.1.3.1. 2.1.9-cu maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinin iştirakı ilə meyar göstəricilərini (illik gəliri, hesabat ili
ərzində işçilərin orta sayı və balansın yekun məbləği)
təsdiq etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.3.2. 5.6-cı maddəsində nəzərdə tutulmuş
Mühasibat Uçotu üzrə
Məsləhət Şurasının tərkibini təsdiq etsin;
1.1.3.3. 16-cı maddəsinə müvafiq olaraq mühasibat uçotu subyekti tərə-
findən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə
hesabatlarının hazırlanması, təqdim olunması,
uçot sənədlərinin saxla-
nılması ilə əlaqədar qanunvericiliyin pozulmasına görə məsuliyyət növlərini
müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;