Sifariz Səbzəliyev 25
Hər bir ölkədə konvergensiyanın son məqsədi MHBS-in qəbul etmək-
dən və bu zaman hər hansı bir milli xüsusiyyətləri nəzərə almaqdan
ibarətdir. Bu proses Azərbaycanda artıq başa çatmaq ərəfəsindədir.
1.6. Maliyyə hesabatının MHBS-ə uyğun transformasiyası Maliyyə hesabatlarının transformasiyası prosesinin təşkili müəssisələrdə
mühasibat uçotunun aparılmasının struktur xüsusiyyətləri ilə müəyyənləş-
dirilir. Bunun üçün müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin uçotu
proseslərində istifadə olunan jurnal-orderlərin, işləmə cədvəllərinin (vedo-
mostların), Baş Kitabın və icmal uçot registrlərinin vahid formata gə-
tirilməsi tələb olunur.
Hesabatın transformasiyası üçün aşağıdakılardan istifadə edilir:
İcmal transformasiya cədvəli;
Transformasiya mühasibat yazılışlarının məbləğlərinin əks etdirildiyi
işçi cədvəllər;
Nizamlayıcı yazılışların sistemləşdirilməsi üçün zəruri sayılan transfor-
masiya mühasib yazılışlarının jurnalları;
Uçotun bölmələri üzrə xüsusi transformasiya cədvəlləri.
Maliyyə hesabatları transformasiya olunduqda, balans hesabatının,
eləcə də mənfəət və zərərlər haqqında hesabatın göstəriciləri yenidən
hesablanmağa məruz qalır. Digər hesabat formaları isə onların əsasında
formalaşır. İzahedici qeydlərdə təşkilatın qəbul etdiyi uçot siyasətinin
xüsusiyyətləri və transformasiyanın üsulları göstərilir.
Hesabatların transformasiyası üçün müəyyən ardıcıllığı gözləməklə,
aşağıda göstərilən hər bir addımın atılması zəruridir:
Maliyyə hesabatının beynəlxalq standartlarının maddələrinin tərkibini
müəyyən etmək. Maliyyə hesabatları formalarının paketi transformasiya
başlananadək təqdim olunmalıdır. Eyni zamanda MHBS üzrə hesabat-
ların formalaşması üçün uçot siyasəti də müəyyənləşdirilməlidir;
Milli mühasibat hesabatlarının maddələrini açıqlamaq;
Hesablar üzrə qalıqların və dövriyyələrin açıqlanmasını həyata keçir-
mək;