Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə30/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

iqtisadi 
mahiyyətinin
hüquqi formasından üstünlüyü prinsipi əsasında təqdim 
olunmalıdır. 
Maliyyə hesabatında təqdim olunan informasiyanın etibarlı olması 
üçün məlumatlar 
neytral, 
yəni
 qərəzsiz
olmalıdır. 
Ehtiyatlılıq 
– qeyri-müəyyən şəraitdə qiymətləndirmə zamanı aktiv-
lərin və gəlirlərin artırılmasının, öhdəlik və xərclərin azalmamasının təmin 
olunması məqsədilə diqqətli yanaşmanın tətbiqidir. Əksər hallarda bu, o 
deməkdir ki, qeyri-müəyyən şəraitdə aktiv və gəlirin mümkün dəyərlərindən 
ən aşağı, öhdəlik və xərcin isə ən yüksək qiyməti istifadə edilməlidir. 
Maliyyə hesabatında təqdim olunan informasiyanın etibarlı olması 
üçün bu informasiya, onun əhəmiyyətliliyi və ona çəkilən xərclər nəzərə 
alınmaqla, 
tam və dolğun
olmalıdır. 
İstifadəçilər üçün maliyyə hesabatı arasında oxşarlığı və fərqliliyi 
müəyyən etmək və qiymətləndirmək imkanını yaradan informasiya 
müqa-
yisəli
hesab olunur. 
Müqayisə olunan informasiyanın ən mühüm xüsusiyyətlərindən birisi 
ardıcıllıqdır
. İnformasiyanın ardıcıllığı müəssisə tərəfindən bütün dövrlər 
ərzində oxşar hadisələr üçün eyni uçot metodunun tətbiq edildiyini bildirir. 
Lakin ardıcıllıq prinsipinin tətbiq edilməsi maliyyə hesabatlarının etibar-
lığını, münasibliyini və anlaşılmasını təkmilləşdirmək üçün uçot siyasətində 
dəyişiklilklərin edilməsinə mane yaratmamalıdır. 
Maliyyə hesabatında təqdim olunan informasiyanın mahiyyəti istifa-
dəçilər tərəfindən 
anlaşılmalıdır.
Eyni zamanda istifadəçilər kommersiya 
fəaliyyəti və mühasibat uçotu haqqında zəruri biliklərə malik olmalı və 
informasiyanı kifayət qədər dərindən öyrənməyə hazır olmalıdırlar. Maliyyə 
hesabatının elementlərinə aşağıdakılar aiddir: 

Aktivlər; 


Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin