Sifariz Səbzəliyev 31
layanlara həvalə edilmiş resursların idarə edilməsi və onların qəbul etdikləri
qərarlar üzrə məsuliyyətin daşınması zərurətini nəzərdə tutur.
Maliyyə hesabatının istifadəçiləri müəssisənin rəhbərliyindən, sərma-
yədarlardan (səhmdarlardan), borcverən və kreditorlardan, muzdlu işçilər-
dən, analitiklər və məsləhətçilərdən, hökumət və cəmiyyətdən, habelə,
işgüzar təmas qruplarından ibarətdir.
Səhmdarlar qrupuna mövcud və potensial mülkiyyətçilər daxildir.
Bu qrupun üzvləri sərmayələrin alınması üzrə düzgün qərarların qəbul
edilməsi üçün zəruri olan informasiyalar ilə təmin olunmalıdır.
Borcverənlər qrupuna veksel və istiqrazların mövcud və potensial
sahibləri, təminatlı və təminatsız qısamüddətli borcverən subyektlər aiddir.
Muzdlu işçilər qrupuna müəssisədə keçmişdə və hal-hazırda çalışan,
habelə gələcəkdə fəaliyyət göstərə biləcək əməkdaşlar daxildir. Bu qrupun
üzvləri müəssisənin sabitliyinin, onun öz işçilərinə əməkhaqqının və işdən
çıxdıqdan sonra pensiyaların ödənilməsinin və işçilərin məşğulluğunun
təmin edilməsi imkanları haqqında zəruri informasiyada maraqlıdırlar.
Analitiklər və məsləhətçilər qrupuna maliyyə ekspertləri və təd-
qiqatçılar daxildir. Onlar müəssisənin gələcəkdə mənfəət və pul vəsaitləri
əldə etmək imkanlarını qiymətləndirmək üçün zəruri informasiya ilə təmin
olunmalıdırlar.
İşgüzar təmas qrupuna tədarükçülər, istehlakçılar və digər oxşar
məqsədli tərəflər daxildir.
Hökumət qrupununa təsərrüfat fəaliyyətinə nəzarət edən bütün
müvafiq dövlət və ya hakimiyyət orqanları daxildir. Bu qrupun üzvləri
müəssisənin fəaliyyətini tənzimləmək üçün tələb olunan müvafiq informa-
siya ilə təmin olunmalıdır.
Cəmiyyət qrupu dedikdə, buraya müəssisənin fəaliyyəti ilə təmasda
olan və ya maraqlanan geniş ictimai qurumlar başa düşülür. Maliyyə
hesabatı ictimaiyyəti müəssisənin müxtəlif sahələrinin fəaliyyətində mövcud
olan meyillərdə baş vermiş dəyişikliklər haqqında informasiya ilə təmin
etməklə, ictimaiyyətə yardımçı ola bilər.