Maliyyə hesabatı 30
müqaisədə onların harmonizasiyası, bəzən də standartlaşdırılması biznes
üçün əlverişli şərait yaradır.
Mühasibat uçotunun
son məhsulu dedikdə, maliyyə hesabatı başa
düşülür.
2005-2008-ci illər ərzində Respublika Maliyyə Nazirliyi kommersiya
təşkilatları üçün 37, büdcə təşkilatları üçün 24 və qeyri- hökumət təşkilatları
üçün 1 Milli Mühasibat Uçotu Standartları hazırlamışdır. Həmin standartlar
respublikanın uçot və hesabat praktikasında 2008-ci ildən etibarən tətbiq
olunmağa başlanılmışdır.
Maraqlı istifadəçilərin ümumi ehtiyaclarını ödəmək üçün mühasibat
uçotunda aşağıdakı informasiyalar formalaşır:
Təsərrüfat subyektinin maliyyə vəziyyəti haqqında informasiyalar;
Təsərrüfat subyektinin maliyyə nəticələri haqqında informasiyalar;
Təsərrüfat subyektinin maliyyə vəziyyətində dəyişikliklər, yaxud pul
vəsaitlərinin hərəkəti haqqında informasiyalar.
Məlum olduğu kimi, təşkilatın maliyyə vəziyyəti haqqında informasi-
yalar əsasən mühasibat balansı şəklində, maliyyə nəticələri haqqında infor-
masiyalar mənfəət və zərərlər haqqında hesabat şəklində, maliyyə vəziyyə-
tindəki dəyişikliklər haqqında informasiyalar isə pul vəsaitlərinin hərəkəti
haqqında hesabat şəklində formalaşdırılır.
2.2. İllik maliyyə hesabatının konseptual əsasları Maliyyə hesabatının konseptual əsasları Beynəlxalq Standartlar
Şurasının hazırladığı və dərc etdiyi Çərçivə Sənədinə əsaslanır. Konseptual
əsaslar mühasibat uçotunun xüsusi tələblərini və ya maliyyə hesabatının
hazırlanması qaydalarını nəzərdə tutur. Həmin tələb və qaydalar kom-
mersiya təşkilatları üçün müvafiq MMUS-da qeyd edilir.
Konseptual Əsasların əsas məqsədi maliyyə hesabatının şəffaflığının
və cavabdehliyin təmin edilməsindən ibarətdir. Şəffaflıq məhfumu müəs-
sisənin cari vəziyyəti, qərarları və fəaliyyəti haqqında informasiyanın ma-
liyyə hesabatının istifadəçiləri üçün düzgün çatdırılmasını və anlaşıqlı
olmasını nəzərdə tutur. Cavabdehlik məhfumu isə maliyyə hesabatını hazır-