Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə27/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maliyyə hesabatı
30 
müqaisədə onların harmonizasiyası, bəzən də standartlaşdırılması biznes 
üçün əlverişli şərait yaradır. 
Mühasibat uçotunun 
son məhsulu
dedikdə, maliyyə hesabatı başa 
düşülür. 
2005-2008-ci illər ərzində Respublika Maliyyə Nazirliyi kommersiya 
təşkilatları üçün 37, büdcə təşkilatları üçün 24 və qeyri- hökumət təşkilatları 
üçün 1 Milli Mühasibat Uçotu Standartları hazırlamışdır. Həmin standartlar 
respublikanın uçot və hesabat praktikasında 2008-ci ildən etibarən tətbiq 
olunmağa başlanılmışdır. 
Maraqlı istifadəçilərin ümumi ehtiyaclarını ödəmək üçün mühasibat 
uçotunda aşağıdakı informasiyalar formalaşır: 

Təsərrüfat subyektinin maliyyə vəziyyəti haqqında informasiyalar; 

Təsərrüfat subyektinin maliyyə nəticələri haqqında informasiyalar; 

Təsərrüfat subyektinin maliyyə vəziyyətində dəyişikliklər, yaxud pul 
vəsaitlərinin hərəkəti haqqında informasiyalar. 
Məlum olduğu kimi, təşkilatın maliyyə vəziyyəti haqqında informasi-
yalar əsasən mühasibat balansı şəklində, maliyyə nəticələri haqqında infor-
masiyalar mənfəət və zərərlər haqqında hesabat şəklində, maliyyə vəziyyə-
tindəki dəyişikliklər haqqında informasiyalar isə pul vəsaitlərinin hərəkəti 
haqqında hesabat şəklində formalaşdırılır. 
2.2. İllik maliyyə hesabatının konseptual əsasları
Maliyyə hesabatının konseptual əsasları Beynəlxalq Standartlar 
Şurasının hazırladığı və dərc etdiyi Çərçivə Sənədinə əsaslanır. Konseptual 
əsaslar mühasibat uçotunun xüsusi tələblərini və ya maliyyə hesabatının 
hazırlanması qaydalarını nəzərdə tutur. Həmin tələb və qaydalar kom-
mersiya təşkilatları üçün müvafiq MMUS-da qeyd edilir. 
Konseptual Əsasların əsas məqsədi maliyyə hesabatının şəffaflığının 
və cavabdehliyin təmin edilməsindən ibarətdir. Şəffaflıq məhfumu müəs-
sisənin cari vəziyyəti, qərarları və fəaliyyəti haqqında informasiyanın ma-
liyyə hesabatının istifadəçiləri üçün düzgün çatdırılmasını və anlaşıqlı 
olmasını nəzərdə tutur. Cavabdehlik məhfumu isə maliyyə hesabatını hazır-



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin