Pul vesaitlerinin hereketi , pullarin zaman deyeri , valyuta mezennesi ve müadilesi . renta ve onun mahiyyeti
"Pul vəsaitlərinin hərəkəti hаqqında hesаbаt"-da pul vəsaitlərinin hərəkəti 3 fəaliyyət növü üzrə sinifləndirilir:
Əməliyyat fəaliyyəti (Operating cash flows) - müəssisənin əsas gəlir gətirən, habelə, investisiya fəaliyyətindən və maliyyələşdirmə üzrə fəaliyyətdən başqa digər fəaliyyətidir.
İnvestisiya fəaliyyəti (Operating cash flows) - kreditlərin və faiz xərclərini yaradan digər borcların verilməsi və geri alınması, uzunmüddətli aktivlərin və pul vəsaitlərinin ekvivalentlərinə aid olmayan investisiyaların əldə edilməsi və xaricolmasıdır.
Maliyyələşdirmə üzrə fəaliyyət (Financing cash flows) - müəssisənin mülkiyyətçilərinin qoyuluşları və mülkiyyətçilər arasında kapitalın bölüşdürmələri, habelə üçüncü tərəfdən borcların alınması və onların geri ödənilməsidir. Səhmlərin satılmasından daxil olan pul axınları, səhmdarlara dividendlərin verilməsi zamanı çıxan pul axınını və s. özündə əks etdirir.
Pulun zaman dəyəri konsepsiyası aşağıdakıların müəyyən edilməsini nəzərdə tutur: Pulun gələcək dəyəri;
Pulun indiki (bugünkü) dəyərinə çevrilmiş miqdarı.
Pulun zaman dəyəri konsepsiyasının əsasını çevrilmiş (bugünkü) pulun mahiyyətinin açıqlaması təşkil edir.