Maliyyə hesabatı
28
-
əsas:
burada beynəlxalq standartların maddələrinə istinad olunur.
Bunun əsasında müvafiq nizamlama aparılır və qısa
məzmun təsvir
edilir;
-
raznoska
: raznoskada nizamlayıcı yazılışların aparılacağı hesabların
debeti və krediti göstərilir;
-
məbləğ:
elektron cədvəllər tətbiq edildikdə, yazılışların məbləği cədvəl-
lərarası istinadların köməyilə müvafiq işçi cədvəllərinin yekunundan
avtomatik
surətdə köçürülür;
-
dəyişiklik:
bu rekvizitdən əsas tərkib hissələri üzrə yazılışların məb-
ləğini açıqlamaq üçün istifadə edilir.
Xüsusi transformasiya cədvəlləri icmal transformasiya cədvəllərinin
formalarını təkrarlayır. Onlar özlüyündə müəyyən
işçi cədvəllərinə və
transformasiya yazılışları jurnallarına aid edilən icmal cədvəllərin bir his-
səsini təcəssüm etdirir.
Xüsusi transformasiya cədvəlləri hesabatın transformasiyası
üzrə işləri
bir neçə icraçı arasında bölüşdürməyə imkan verir. Daha konkret desək, hər
bir icraçıya uçotun bir, yaxud bir neçə bölməsi təhkim olunur. Hər bir bölmə
üzrə transformasiyanın aşağıdakı zəruri prosedurları həyata keçirilir:
-
ilkin uçot məlumatlarının xüsusi transformasiya
cədvəlinə daxil edil-
məsi;
-
işçi cədvəllərin tərtib olunması;
-
transformasiya yazılışları jurnallarının doldurulması;
-
işçi cədvəllərin və jurnalların məlumatları əsasında xüsusi transforma-
siya cədvəllərinin formalaşmasının başa çatdırılması.