Maliyyə hesabatı 26
Uçot bazasını beynəlxalq standartlara uyğunlaşdırmaq üçün milli hesa-
batların təşkil olunduğu hesablar üzrə qalıqlara (dövriyyələrə) düzəlişlər
aparmaq;
Beynəlxalq standartların maddələri üzrə qalıqları qruplaşdırmaq və
onların əsasında hesabat formalarını doldurmaq;
Transformasiya haqqında informasiyaları sistemə salmaq.
Yuxarıda qeyd olunan bütün əməliyyatlar icmal transformasiya cəd-
vəllərinin köməyilə həyata keçirilir. İcmal transformasiya cədvəlləri-
nin strukturunu aşağıdakı bloklar şəklində birləşdirmək olar:
Mühasibat uçotu hesabları üzrə tərtib edilən dövriyyə-saldo balansı;
Beynəlxalq standartların uçot bazaları əsasında hesablar üzrə tətbiq
edilən qalıqları (dövriyyələri) tənzimləmək ;
Beynəlxalq hesabat maddələri üzrə qalıqlar. Bu blok transformasiyanın
yekun nəticələrindən ibarətdir və iki sütunu birləşdirir; beynəlxalq
hesabatın maddələri üzrə məbləğlərin yekunu və beynəlxalq hesabatın
maddələrinin kodu və adı.
İcmal transformasiya cədvəli həm balansın, həm də mənfəət və zərərlər
haqqında hesabatın maddələrini özündə birləşdirir.
İcmal transformasiya cədvəllərindəki məlumatların bütövlüyünə nəzarət
vasitəsi kimi aşağıdakı sütunlar üzrə ümumi yekunların yoxlanılması
başlıca şərtdir: “Əvvəlinə cəmi”, “Axırına cəmi” və “Məbləğ”. Nəzarətin
sadəliyi məlumatların təqdim olunan formatının üstünlüyünü sübut edir.
Hesabat maddələrinin təsnifatının dəqiqləşdirilməsi aşağıdakı qaydaları
nəzərə almaqla yerinə yetirilməlidir:
Hər bir hesabın ona uyğun gələn maddəsi olmalıdır;
Maddələrin sinfi hesabın sinifinə uyğun gəlməlidir. Əgər hesab aktivin
uçotu üçün nəzərdə tutulmuşdursa, onda maddə də özlüyündə aktivin
növünü təcəssüm etdirməlidir və i.a.
Bir məsələni nəzərdən qaçırmaq olmaz ki, cədvəldəki sətirlərin marki-
rovkası üçün nəzərdə tutulan maddələrin şifrəsi və adı, həmin maddələr üzrə
yekun çıxarılan zaman düzgün qruplaşdırma üçün hesabat formalarında
göstərilən cədvəllərin sətirlərı ilə üst-üstə düşməlidir.