Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə19/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maliyyə hesabatı
22 

Beynəlxalq statistika.
Milli iqtisadiyyatın beynəlxalq statistik məlu-
matlarda verilməsi müqayisə edilməlidir. 
Beləliklə, mühasibat uçotu və hesabatı modellərinin uyğunsuzluğu 
problemi nadir hadisə deyildir və buna Azərbaycanda da rast gəlinir. Müa-
sir dövrdə bu problem qlobal xarakter daşıyır. Maliyyə hesabatlarının tərtib 
edilməsi və istifadəsi prosesində bütün dünyada 
maliyyə hesabatlarının 
unifikasiyası
problemi meydana çıxır. Daha konkret desək, dünyanın 
müxtəlif ölkələrində uçotda istifadə edilən prinsip və metodların yaxınlaş-
dırılması, mühasibat uçotu və hesabatın vahidliyi kimi məsələlər çox böyük 
önəm daşıyır. 
Hal-hazırda adı çəkilən problemin həllinə iki cür yanaşma mövcuddur: 
harmonizasiya və standartlaşdırma. Bir çox hallarda bu terminlər bir sino-
nim kimi işlədilir, bəzən isə onların əhəmiyyəti müxtəlif ola bilər. Məsələn, 
standartlaşdırma 
dedikdə, tətbiq üçun mümkün olan bir neçə alternativ 
prinsipdən və metoddan birinin seçilməsi başa düşülür. 
Harmonizasiya
dedikdə isə müxtəlif sistemləri qarşılıqlı surətdə uyğulaşdırmaq üçun 
razılığa gətirmək başa düşülür. 
Mühasibat uçotunun müxtəlif sistemlərinin 
harmonizasiyası ideyası
Avropa İttifaqı çərçivəsində reallaşır. Bu ideyanın mahiyyəti bundadır ki, 
hər bir ölkə uçot və hesabat sistemləri üzrə özünün modellərini verə bilər. 
Başlıcası isə həmin standartlar digər Avropa İttifaqı ölkələrində qüvvədə 
olan standartlarla ziddiyyət təşkil etməməlidir, başqa sözlə, onlar biri-birilə 
“harmoniyada”
olmalıdır. Bu istiqamətdə işlər 1961-ci ildən həyata keçi-
rilir. Avropa İttifaqı ölkələrində uçotun inkişafı konsepsiyasını formalaş-
dırmaq üçün mühasibat uçotu və hesabat problemləri üzrə tədqiqat qrupu 
yaradılmışdır. Onun fəaliyyəti şirkətlər haqqında Qanunun Milli versiyala-
rının harmonizasiyası proqramının bir tərkib hissəsi kimi nəzərdə tutulur. 
Tədqiqatın nəticələri normativ sənədlər şəklində dərc olunmuş və Avropa 
İttifaqına daxil olan ölkələrin uçot və hesabat sistemində tətbiq edilməsi 
tövsiyə edilmişdir. 

Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin