haqqında məlumat İstifadəçilər İnformasiyalar İnvestorlar və onların nümayəndələri
1.
Risklər və investisiyaların gəlirliliyi
2.
İnvestisiyalara sərəncam verilməsi imkanları və
məqsədəuyğunluğu
3.
Təşkilatın dividend ödəmək bacarığı
İşçilər və onların nümayəndələri
1.
İşverənlərin stabilliyi və mənfəətliliyi
2.
Təşkilatın əmək ödənişinə zəmanət vermək və
iş yerlərini saxlaya bilmək bacarığı
Malsatanlar və podratçılar
Çatası məbləğlərin vaxtında ödənilməsi
Malalanlar və sifarişçilər
Fəaliyyətin davam etdirilməsi haqqında
informasiyalar
Hakimiyyət orqanları
Müəssisənin fəaliyyəti haqqında informasiyalar
Təşkilatın rəhbərliyi mühasibat informasiyalarının başlıca istifadəçiləri
hesab olunur. Təşkilatın rəhbəri onun fəaliyyətinin praktik olaraq bütün
tərəflərini əhatə edən qərarlar qəbul edir. Ümumiyyətlə, rəhbərlik üçün istə-
nilən mühasibat informasiyası faydalı sayılır. Mühasibat hesabatı, xüsusən
də mühasibat balansı və mənfəət və zərərlər haqqında hesabat daha çox
maraq doğurur. Belə ki, əsas hesabat formalarında nəinki ötən dövrün, həm
də əvvəlki hesabat dövrlərinin məlumatları verilir. Hesabatla tanışlıq əsas
göstəricilərdəki dəyişiklikləri təhlil etməyə imkan yaradır. Məsələn, təşki-
latın rəhbərliyini maraqlandırır: bank hesablaşma hesablarında, kredit
hesablarında və təşkilatın kassasında olan pul vəsaitlərinin məbləği; təşki-
latın götürdüyü mənfəətin məbləği; debitor borclarının dəyişilməsinin dina-
mikası; işçilərə olan borclar haqqında məlumatlar və i.a. Təşkilatın rəhbər-
liyi idarəetmə və inzibatı fəaliyyətlərində təkcə təşkilatın maliyyə vəziyyəti
haqqında hesabat məlumatlarından deyil, həmçinin istehsal prosesinin
vəziyyəti haqqında məlumatlardan da istifadə edir. Başqa sözlə, istifadə-
çilərin həmin qrupu üçün təkcə mühasibat uçotunun deyil, həm də operativ
və vergi uçotunun məlumatları da əhəmiyyət kəsb edir.
Təşkilatın maliyyə təhlili ilə məşğul olan bölmələri özlərinin işində
adətən mühasibat hesabatının məlumatlarından istifadə edirlər. İstifadəçi-
lərin həmin kateqoriyası üçün məlumatların tərkibi təhlilin məqsəd və