Sifariz Səbzəliyev 13
təşkilatları üçün 24, qeyri-hökümət təşkilatları üçün 1 standart olmaqla,
cəmi 62 Milli Mühasibat Uçotu Standartı fəaliyyət göstərməkdədir.
Müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinin yeni hesablar planı da
Milli Mühasibat Uçotu Standartlarının tərkib hissəsi ollmaqla, ikinci sə-
viyyəyə aid edilir.
Üçüncu səviyyə müxtəlif təyinatlı normativ sənədləri birləşdirir və
tövsiyə xarakteri daşıyır. Bunlara təlimatlar, şərhlər, Respublika Maliyyə
Nazirliyinin və digər müvafiq nazirliklərin uçotun ümumi metodologiyasını
konkretləşdirən məktubları və digər bu kimi normativ sənədlər aid edilir.
Dördüncü səviyyə təşkilatın özünün hazırladığı əmrlərdən, göstəriş-
lərdən və təlimatlardan ibarətdir (məsələn, müəssisənin uçot siyasəti, işçi
hesablar planı və s.).
Uzun illər ərzində bazar ənənələri əsasında fəaliyyət göstərən ölkələrdə
(Fransa, İtaliya, Almaniya, ABŞ) mühasibat uçotu və hesabatın tənzimlən-
məsi sistemi biri-digərindən fərqlənir. Həmin ölkələrdə bu sahədə mövcud
olan praktika Azərbaycandan da ciddi şəkildə fərqlidir.
Fransada uçot və hesabatın tənzimlənməsinin əsasını Kommersiya
Kodeksi təşkil edir. Bu sənəddə mühasibat uçotunun təşkili və hesabatın ha-
zırlanmasının başlıca şərtləri öz əksini tapmışdır.
Almaniyada mühasibat işinin çox qədim ənənələri mövcuddur. Bu
ölkədə uçot və hesabatın qanunvericilik əsası Ticarət Kodeksi hesab olunur.
Adı çəkilən sənəd mühasibat uçotunun digər məsələləri ilə yanaşı, hesabatın
tərtib olunması qaydalarını da tənzimləyir. Burada balansın, mənfəət və
zərərlər haqqında hesabatın məzmunu və tərtib olunması ilə bağlı qaydalar
ətraflı şəkildə araşdırılır. Almaniyada vahid hesablar planı qüvvədədir və
onun əsasında sənaye, ticarət və maliyyə sferasının təşkilatları üçün ayrı-
ayrı sahələr üzrə mühasibat uçotunun hesablar planı hazırlanmışdır.
Müxtəlif alman mənbələrinə nəzər salsaq, görərik ki, bu ölkədə mü-
hasibat uçotu və hesabatın aparılmasını tənzimləyən aşağıdakı sənəd qrup-
larını fərqləndirmək olar:
kommersiya normativ aktları;
vergi qanunvericiliyi;
vergi təlimatları;
uçot siyasətinin materialları;