Maliyyə hesabatı 12
1.2. Azərbaycanda və dünya praktikasında maliyyə hesabatının normativ tənzimlənməsi Maliyyə hesabatlarını düzgün tərtib etmək üçün qüvvədə olan qanun-
vericiliyin bütün tələblərini nəzərə alan informasiyalara malik olmaq la-
zımdır. Hazırda Azərbaycanda uçot və hesabatın tənzimlənməsinin dördsə-
viyyəli sistemi təşəkkül tapmışdır. Bu sistemin formalaşmasına ölkədə iqti-
sadi cəhətdən yenidənqurma, təşkilatların yeni bazar şəraitinə uyğunlaşması,
habelə Maliyyə Hesabatlarının Beynəlxalq Standartları əsasında Milli Mü-
hasibat Uçotu Standartlarının hazırlanması və tətbiqi fəal rol oynamışdır.
Birinci səviyyəyə mühasibat uçotunu və hesabatı müstəqim və dolayı
şəkildə tənzimləyən qanunlar, Respublika Prezidentinin sərəncamları və
Nazirlər Kabinetinin qərarları aiddir. Bu səviyyədə başlıca normativ akt 2
sentyabr 2004-cü ildə dərc olunmuş “Mühasibat uçotu haqqında” Azər-
baycan Respublikası Qanunu və onun tətbiqi haqqında Azərbaycan Res-
publikası Prezidentinin 7 fevral 2005-ci ildə imzaladığı fərman hesab
olunur. Bu Qanun mühasibat uçotu və hesabatın hüquqi əsaslarını, dövlət
tənzimlənməsi qaydalarını, tətbiq edilən uçot standartlarını, müxtəlif təsər-
rüfat subyektlərində maliyyə hesabatlarının tərtib olunmasının zəruriliyini,
məlumatların məxfiliyinin qorunması şərtlərini, MHBS-na müvafiq surətdə
mühasibat uçotunun islahat proqramlarını və əsas konsepsiyasını müəyyən-
ləşdirir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublika-
sının Vergi Məcəlləsi, “Səhmdar Cəmiyyəti haqqında” Azərbaycan Res-
publikası Qanunu və digər bu kimi qanunlar ölkəmizdə mühasibat uçotunu
və maliyyə hesabatını qanunvericilik üzrə tənzimləyən normativ sənədlərə
aid edilir.
İkinci səviyyə dedikdə, Respublika Maliyyə Nazirliyinin təşkilati və
metodiki rəhbərliyi altında hazırlanmış olan Milli Mühasibat Uçotu
Standartları (MMUS) başa düşülür. 2008-ci ildən qüvvədə olan Milli Müha-
sibat Uçotu Standartları “Mühasibat Uçotu haqqında” Azərbaycan Res-
publikası Qanununun əsas müddəalarını konkretləşdirir və konkret təsərrüfat
əməliyyatlarının uçotu ilə bağlı müxtəlif metodoloji məsələləri nəzərdən
keçirir. Hal-hazırda respublikada kommersiya təşkilatları üçün 37, büdcə