və milli standartları, onların qarşılıqlı
əlaqələri
Maliyyə hesabatı
10
I FƏSİL. MALİYYƏ HESABATINA GİRİŞ
1.1.
Bazar iqtisadiyyatında maliyyə hesabatının təyinatı
1.2.
Azərbaycanda və dünya praktikasında maliyyə hesabatının
normativ tənzimlənməsi.
1.3.
Maliyyə hesabatının tərkibi
1.4.
Maliyyə hesabatından istifadə edənlər
1.5.
Maliyyə hesabatlarının harmonizasiyası və standartlaşdırıl-
masının zəruriliyi
1.6.
Maliyyə hesabatının MHBS-na uyğun transformasiyası
1.1.
Bazar iqtisadiyyatında maliyyə hesabatının təyinatı
Müasir dünyada informasiyanın rolu dönmədən artmaqdadır. Sahib-
karlıq fəaliyyətində mənfəətin əldə edilməsində və kapitalın artımında öz
əksini tapan işğüzar müvəffəqiyyət iqtisadi informasiyaların keyfiyyətindən
asılıdır. İnvestisiya qərarlarının qəbulu, müştərilərin, malsatanların və diğər
işğüzar partnyorların seçilməsi üçün məlumatların tamlığı və etibarlılığı
mühüm şərtdir.
Mühasibat hesabatı
dedikdə, istifadəçi üçün qəbul ediləsi görünüşdə
təqdim olunan informasiyalar başa düşülür.
Məlum olduğu kimi, hesabat adətən kağız üzərində tərtib edilərək,
kağız daşıyıcısı formasında təqdim edilir. Lakin müasir dövrdə hesabat həm
elektron formada, həm də digər formalarda tərtib oluna bilər.
Mahiyyətinə görə hesabat, təşkilatın və bazarın digər subyektlərinin əla-
qələndirici həlqəsi hesab olunur. Eyni zamanda müxtəlif dövrlərdə tərtib
edilən hesabatla qanunvericiliklə təsbit olunan hesabatları digər mühasibat
hesabatları ilə eyniləşdirmək olmaz. Dövri və qanunvericiliklə təsbit olunan
hesabatlar, hər şeydən əvvəl, dövlətin ehtiyaclarını ödəyir. Bununla yanaşı,
qanunvericilikdə nəzərdə tutulmayan, lakin daxili ehtiyaclara yönəldilən
bəzi informasiyaları da hesabat formasında qruplaşdırmaq lazım gəlir. Belə
hesabatlardan adətən idarəetmə məqsədləri üçün istifadə olunur.
|