Sanitar-feldşer ixtisası üzrə nümunəvi test sualları Bölmə Epidemiologiya



Yüklə 2,12 Mb.
səhifə1/23
tarix26.11.2016
ölçüsü2,12 Mb.
#177
  1   2   3   4   5   6   7   8   9   ...   23
Sanitar-feldşer ixtisası üzrə nümunəvi test sualları
Bölmə 1. Epidemiologiya

1) Hansı profilaktik tədbirlər epidemik prosesin ikinci zəncirinə qarşı yönəldilir?
A) Xəstələrin vaxtında aşkar edilməsi

B) Xəstələrin izolyasiyası

C) Peyvəndlərlə profilaktika

D) Keyfiyyətli qida məhsullarından istifadə

E) Xəstə ilə təmasda olan şəxslərə kimyəvi profilaktikanın aparılması
Keyfiyyətli qida məhsullarından istifadə epidemik prosesin ikinci zəncirinə qarşı yönəldilən profilaktik tədbirlərə aiddir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 91
2) Difteriyaya qarşı revaksinasiya hansı yaşlarda aparılır?
A) 18 aylıqda, 6 yaşda

B) 2 aylıqda ,3 aylıqda ,4 aylıqda

C) 8 yaşda, 15 yaşda

D) 3 yaşda,5 yaşda

E) 10 yaşda,20 yaşda

Difteriyaya qarşı revaksinasiya uşağın 18 aylığında və 6 yaşında aparılır.


Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 145
3) Məxmərək hansı yolla ötürülə bilər?
A) Torpaqla

B) Bətndaxili

C) Transmissiv yolla

D) Su ilə

E) Qida vastəsilə
Məxmərək xəstəliyi əsasən hava - damcı yolla, eləcə də vertikal (bətndaxili) yolla da yayılır.

Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 152


4) Hansı şəxslərə qara yara əleyhinə təcili profilaktika aparmaq olar?
A) Xəstə insanla təmasda olanlara

B) Qara yara xəstəliyi olan heyvanların öldürülməsində, cəmdəyinin bölünməsində iştirak edənlərə

C) 55 yaşa qədər bruselyoz keçirənlərə

D) Kəskin virus infeksiyası keçirənlərə

E) Uşaqlara və yeniyetmələrə
Qara yara xəstəliyi olan heyvanların öldürülməsində, cəmdəyinin bölünməsində iştirak edən şəxslərə qarayara əleyhinə təcili profilaktika aparılır
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 255
5) Vərəm xəstəliyinin yayılmasında hansı amillər iştirak edə bilər?
A) Bəlğəm, toz hissəcikləri

B) Su


C) Qan

D) Həşəratlar

E) İnyeksiya alətləri
Vərəm xəstəliyinin yayılmasında iştirak edən amillərə əsasən bəlğəm, toz hissəcikləri aiddir.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 316
6) Epidemik proses haqqında nə vaxt danışmaq olar?
A) Ətdə salmonellanın tapılması zamanı

B) Ocaqda həşəratların olması zamanı

C) Heyvanların brüselyoz xəstəliyinə yoluxması zamanı

D) Suda vəba törədicilərnin tapılması zamanı

E) İnsanların kütləvi surətdə qriplə xəstələnməsi zamanı
İnsanların kütləvi surətdə qripə xəstələnməsi zamanı epidemik proses haqqında danışmaq olar.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 29
7) Epidemioloji xidmət ocaqda nəyi həyata keçirir?
A) Xəstələrin təcili profilaktikasını

B) Epidemioloji müayinəni

C) İnfeksiya mənbəyinin aşkar edilməsini

D) Son dezinfeksiyanı

E) Heyvanların kəsilmədən əvvəl yoxlanılmasını
Epidemioloji xidmət ocaqda epidemioloji müayinəni həyata keçirir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 56
8) Təcili bildiriş vərəqəsi hansı müəssisəyə göndərilir?
A) Səhiyyə Nazirliyinə

B) Poliklinikaya

C) Gigiyena Epidemiologiya Mərkəzinə(GEM)

D) Xəstəxanaya

E) Mərkəzi laboratoriyaya
Təcili bildiriş vərəqəsi GEM - ə göndərilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 60
9) Təmasda olanların bakterioloji müayinəsinin həyata keçirilməsində məqsədi nədir?
A) Təmasda olanlarda xəstəliyin ilk əlamətlərinin aşkar edilməsi

B) İnfeksiya mənbəyinin aşkar edilməsi

C) Ocağın sərhədlərinin təyini

D) Diaqnozun dəqiqləşdirilməsi

E) Xəstəliyin yayılma yollarının təyini
Xəstə ilə təmasda olanların bakterioloji müayinəsinin aparılmasında məqsəd infeksiya mənbəyinin aşkar edilməsidir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 61
10) Baytar - sanitar xidməti nəyi həyata keçirir?
A) Yekun (son) dezinfeksiya

B) Heyvanların kəsilməzdən əvvəl yoxlanılması

C) Ərzağın gəmiricilərdən qorunması

D) Cari dezinfeksiya

E) Hospitalizasiya
Baytar - sanitar xidməti heyvanların kəsilmədən əvvəl yoxlanılmasını həyata keçirir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 59
11) Əhali arasında vaksinə immun təbəqəni yaratmaq üçün nədən istifadə edilir?
A) Yalnız kimyəvi vaksindən və anatoksindən

B) Yalnız diri vaksindən

C) Yalnız immunoqlobulin və zərdablardan

D) Diri, inaktivləşdirilmiş, kimyəvi vaksinlərdən, anatoksindən və immunoqlobulinlərdən

E) Yalnız inaktivləşdirilmiş və kimyəvi vaksinlərdən
Əhali arasında vaksinə immun təbəqəni yaratmaq üçün diri, inaktivləşdirilmiş, kimyəvi vaksinlərdən, anatoksindən və immunoqlobulinlərdən istifadə edilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 109
12) Aşağıda sadalanan vaksinlərdən hansı cansız vaksinlərə aiddir?
A) “B” hepatitinə qarşı vaksin

B) Məxmərəyə qarşı vaksin

C) Vərəm əleyhinə vaksin

D) Qızılcaya qarşı vaksin

E) Polimielit əleyhinə vaksin
“B” hepatitinə qarşı vaksin cansız vaksinlərə aiddir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 110
13) Cansız vaksinlərin əksəriyyəti orqanizmə necə yeridilir?
A) İntranazal

B) Əzələ daxili

C) Dəri altı

D) Peroral

E) Dəri daxili
Cansız vaksinlərin əksəriyyəti əzələ daxili yeridilir.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 182
14) Cansız vaksinlərin daşınması və saxlanması zamanı nəyi etmək qəti qadağandır?
A) Dondurmaq

B) Yüksək rütubətdə daşımaq

C) Yüksək rütubətdə saxlamaq

D) Bir müəssisədən digərinə daşımaq

E) +2°C - +8°C temperaturda daşımaq və saxlamaq

Daşınması və saxlanması zamanı cansız vaksinləri dondurmaq qəti qadağandır.


Ədəbiyyat: “Təcrübədə İmmunlaşdırma” Modul – Soyuq zəncir. 2007, səh 7
15) Aşağıda sadalananlardan hansı diri (canlı) vaksinlərə aiddir?
A) Qızılca, parotit və məxmərəyə qarşı vaksin

B) Qarın yatalağı əleyhinə vaksin

C) Tetanusa qarşı vaksin

D) Göyöskürək, difteriya, tetanusa qarşı vaksin

E) “B” hepatiti əleyhinə vaksin
Qızılca, parotit və məxmərəyə qarşı vaksinlər diri (canlı) vaksinlərə aiddir.
Ədəbiyyat: “Təcrübədə İmmunlaşdırma” Modul 2 – Vaksinlər. 2007, səh 5
16) Həll edilmiş vərəm, qızılca, qızılca - məxmərək (QM), qızılca - parotit - məxmərək (QPM) vaksinlərinin istifadə müddəti nə qədərdir?
A) 2 - 3 saata qədər

B) 48 saat

C) 6 saata qədər

D) Vaxt məhdudiyyəti yoxdur

E) 1 gün
Həll edilmiş vərəm, qızılca, qızılca - məxmərək (QM), qızılca - parotit - məxmərək (QPM) vaksinlərinin istifadə müddəti 6 saata qədərdir.
Ədəbiyyat: “Təcrübədə İmmunlaşdırma” Modul 2 – Vaksinlər. 2007, səh 25
17) Nə üçün hepatit B virusu ilə yoluxma uşaqlar üçün təhlükəlidir?
A) Dayaq-hərəkət sistemini zədələyir

B) Zehni inkişafı ləngidir

C) Ürək qüsurlarının inkişafına səbəb olur

D) Pnevmoniya törədir

E) Qaraciyər sirrozu və xərçənginə səbəb olur
Hepatit B virusu qara ciyər sirrozu və xərçənginə səbəb olduğuna görə uşaqlar üçün təhlükəlidir.
Ədəbiyyat: “Təcrübədə İmmunlaşdırma” Modul 1 – İdarəolunan xəstəliklər. 2007, səh 26
18) Hansı kliniki əlamətlər uşağın anadangəlmə məxmərək sindromu (AMS) ilə doğulduğuna sübutdur?
A) Beyin patologiyası

B) Karlıq

C) Korluq

D) Hamısı

E) Ürək qüsurları
Uşağın anadangəlmə məxmərək sindromu (AMS) ilə doğulduğunu karlıq, korluq, beyin patologiyası, ürək qüsurları kliniki əlamətləri sübut edir.
Ədəbiyyat: “Təcrübədə İmmunlaşdırma” Modul 1 – İdarəolunan xəstəliklər. 2007, səh 24
19) Hansı yoluxucu xəstəliklər peyvəndlərlə idarə olunur?
A) Qarın yatalağı, vərəm, poliomielit

B) Poliomielit, taun, qarın yatalağı

C) Qızılca, məxmərək, poliomielit

D) Difteriya, vəba, qara yara

E) Qrip, vəba, tulyaremiya
Qızılca, məxmərək, poliomielit xəstəlikləri peyvəndlərlə idarə olunur.
Ədəbiyyat: “Təcrübədə İmmunlaşdırma” Modul 1 – İdarəolunan xəstəliklər. 2007, səh 5
20) Tibb bacısı OPV, AGDT, HB vaksinləri ilə peyvənd aparmaq üçün səhər termoçantaya vaksinləri yerləşdirərək üzaq qəsəbəyə yola düşür. Həmin gün hava çox isti olur. Gündüz saat 1400 –da tibb bacısı qəsəbəyə çatdıqda hiss edir ki, termoçantada soyuducu elementlər tamamilə ərimişdir. Bu vəziyyəti hansı səbəblər törədə bilər?
A) Termoçantanın xarici və daxili səthində çatlar əmələ gəlmişdir

B) Termoçantaya soyuducu elementlər tam miqdarda doldurulmamışdır

C) Bütün sadalanan səbəblər birlikdə təsir etmişdir

D) Rezin bərkidici hermetikliyi tam təmin etmir

E) Qapaq tam bağlanmır
Termoçantada soyuducu elementlərin tamamilə əriməsi səbəblərinə: termo - çantanın xarici və daxili səthində çatların əmələ gəlməsi, qapağının tam bağlanmaması, termoçantaya soyuducu elementləri tam miqdarda doldurulmaması, rezin bərkidici hermetikliyi tam təmin etməməsi aiddir.
Ədəbiyyat: “Təcrübədə İmmunlaşdırma” Modul – Soyuq zəncir. 2007, səh 27
21) Bakteriofaqların işlənmə qaydası necədir?
A) Əzələ daxili

B) Per os

C) İntanazal

D) Dəri üstünə

E) İmalə
Bakteriofaqlar ağızdan (per os) qəbul edilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 116
22) İmmun zərdabların vurulma qaydası necədir?
A) Dəri içinə

B) Dəri altına

C) Per os

D) Əzələ daxili

E) Dəri üstünə
İmmun zərdablar əzələ daxili vurulur.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 115
23) İmmunoqlobulinin yeridilməsindən sonra əmələ gələn immunitetin müddəti nə qədərdir?
A) Bir neçə gündən 4 - 6 həftəyə qədər

B) 1-2 ilə qədər

C) 6-8 aya qədər

D) 8-10 həftə

E) 4 aya qədər
İmmunoqlobulin yeridildikdən sonra əmələ gələn immunitetin müddəti bir neçə gündən 4 - 6 həftəyə qədərdir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 115
24) Bakteriofaqın təsir müddəti nə qədərdir?
A) 3 - 5 gün

B) 1 ay


C) 14 gün

D) 1 saat

E) 2 ay
Bakteriofaqın təsir müddəti 3 - 5 gündür
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 116
25) Hansı bioloji preparatlar yeridildikdən sonra daha tez immunoloji reaksiyanı formalaşdırılar?
A) Diri vaksin

B) Bakteriofaq

C) Kimyəvi vaksin

D) Anatoksin

E) İmmunoqlobulin və zərdab
İmmunoqlobulin və zərdab yeridildikdən sonra daha tez immunoloji reaksiya formalaşır
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 115
26) Hansı sənəd əsasında peyvənd haqqında məlumat əldə edilir?
A) Təcili bildiriş vərəqəsi

B) Epidemioloji müayinə kartası

C) Dispanser müşahidə vərəqəsi

D) Statistik talon

E) Profilaktik peyvəndlər vərəqəsi
Uşaqlarda profilaktik peyvəndlərin qeydiyyat olunduğu əsas sənəd uşağın inkişaf tarixi və profilaktik peyvənd vərəqi sayılır
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 120
27) İnfeksiyanın keçiricilərlə yoluxması nə vaxt baş verir?
A) Törədicinin mexaniki keçirilməsi zamanı

B) Törədicinin qida məhsullarından keçməsi zamanı

C) Keçiricinin orqanizmində törədicinin çoxalması və toplanması zamanı

D) Törədicinin nəcisdən keçməsi zamanı

E) Törədicinin qeyri - spesifik yolla keçməsi zamanı
İnfeksiyanın keçiricilərlə yoluxması onların orqanizmində törədicinin çoxalması və toplanması zamanı baş verir
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 87
28) Səpkili yatalaqlı xəstənin qanını sormuş bit hansı müddətdən sonra yoluxdurucu olur?
A) 4 - 5 gündən sonra

B) 10 gündən sonra

C) 1 həftədən sonra

D) Həmin andan

E) 1 - 2 gündən sonar
Səpkili yatalaqlı xəstənin qanını sormuş bit 4 - 5 gündən sonra artıq özü yoluxdurucu olur
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 206
29) Səpkili yatalaq törədicisini hansı həşərat yayır?
A) Qasıq biti

B) Milçək

C) Ağcaqanad

D) Birə


E) Paltar biti
Səpkili yatalaq törədicisini paltar biti yayır
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 206
30) Malyariya xəstəliyinin törədicisini hansı növ həşəratlar yayır?
A) Anofeles ağcaqanadları

B) Kuleks ağcaqanadları

C) Aedes ağcaqanadları

D) Ağcaqanadların bütün növü

E) Hünülər
Malyariya xəstəliyinin törədicisini Anofeles ağcaqanadları yayır
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 210
31) Taun xəstəliyinin spesifik keçiricisi nədir?
A) Bit

B) Gənə


C) Ağcaqanad

D) Birə


E) Milçək
Taun xəstəliyinin spesifik keçiricisi birədir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 237
32) Bədənin müayinəsi zamanı gənə tapıldıqda nə etməli?
A) Yod sürtmək

B) Gənənin dartıb qopardılması

C) Pinset vasitəsilə gənənin qopardılması

D) Su ilə yumaq

E) Gənənin bədəninə bitki yağı və ya məlhəm sürtmək
Bədənin müayinəsi zamanı gənə tapıldıqda onun bədəninə bitki yağı və ya məlhəm sürtmək lazımdır. Bu zaman gənə nəfəs ala bilmədiyindən dərini zədələmədən özü düşür.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 520
33) Borrelyoz xəstəliyinin keçiriciləri nədir?
A) Taxtabitilər

B) Milçəklər

C) Tarakanlar

D) Ağcaqanadlar

E) Gənələr
Borrelyoz xəstəliyinin keçiriciləri gənələrdir.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 539
34) Hansı yoluxucu xəstəliklərin yayılmasında milçəklərin rolu var?
A) Qrip

B) Qarın yatalağı

C) Vərəm

D) B viruslu hepatiti

E) Quduzluq
Qarın yatalağı xəstəliyinin yayılmasında milçəklərin rolu var.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 166
35) Hansı xəstəliklər ağcaqandlarla yayılır?
A) Tulyaremiya

B) Taun


C) Borrelyozlar

D) Səpkili yatalaq

E) Malyariya
Malyariya xəstəliyi ağcaqandlarla yayılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 90
36) Hansı xəstəlikdə gənə infeksiya mənbəyi ola bilər?
A) Malyariya

B) Səpkili yatalaq

C) Yaz - yay ensefaliti

D) Taun


E) Leyşmanioz
Yaz - yay ensefaliti xəstəliyində gənə infeksiya mənbəyi sayılır
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 516
37) Gənənin hansı inkişaf mərhələsi epidemioloj cəhətdən insan üçün daha təhlükəlidir ?
A) Yumurta

B) Nimfa


C) İmaqo

D) Sürfə


E) Hamısı
Gənənin imaqo (yetişmiş gənə) inkişaf mərhələsi insan üçün epidemioloji təhlükə kəsb edir
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 88
38) Su hövzəsinin tərkibində aşağıdakılardan hansının olması zamanı su hövzəsi anofelogen su hövzəsi adlanır?
A) Suda birə yumurtalarının olması

B) Suda ağcaqanad yumurtalarının olması

C) Suda milçək yumurtalarının olması

D) Suda gənə yumurtalarının olması

E) Suda bit yumurtalarının olması
Anofelogen su hövzəsi dedikdə suda ağcaqanad yumurtalarının olması başa düşülür

.

Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 222


39) Birələr hansı xəstəliyi yayırlar?
A) Səpkili yatalaq

B) Taun


C) Malyariya

D) Hemorragik qızdırmalar

E) Leyşmanioz
Birələr taun xəstəliyini yayırlar
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 89
40) Sestodlar sinfinə hansı helmint aiddir?
A) Öküz teniyası

B) Bizquyruq

C) Fassiola

D) Opistorx

E) Askarida
Sestodlar sinfinə öküz teniyası aiddir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 269
41) Hansı helmint nematodlar sinfinə aiddir?
A) Yastı qurdlar

B) Buğumlardan ibarət olan lent şəkilli helmintlər

C) Sorucular

D) Girdə qurdlar

E) İbtidailər
Girdə qurdlar nematodlar sinfinə aiddir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 269
42) Bizquyruq harada parazitlik edir?
A) Öd yollarında

B) Qara ciyərdə

C) Nazik bağırsağın aşağı hissəsində və yoğun bağırsaqda

D) Ağ ciyərdə

E) Dalaqda
Bizquyruq nazik bağırsağın aşağı hissəsində və yoğun bağırsaqda parazitlik edir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 279
43) Askaridoza şübhə olduqda nə müayinə edilir?
A) Bəlğəm

B) Sidik


C) Qusuntu kütləsi

D) Nəcis


E) Burun seliyi
Askaridoza şübhə olduqda nəcis və qan müayinə edilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 274
44) Teniozun profilaktikasında hansı tədbir aparılır?
A) Meyvə və tərəvəzin yuyulması

B) İtlə təmasdan sonra əllərin yuyulması

C) Toyuq ətinin lazımi termiki emaldan keçməsi

D) Ətin lazımi termiki emaldan keçməsi

E) Balığın lazımi termiki emaldan keçməsi
Teniozun profilaktikasında ətin lazımi termiki emaldan keçməsi tədbiri aparılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 286
45) Askaridozda invaziya mənbəyi kimdir?
A) İri buynuzlu heyvanlar

B) Donuz


C) Balıq

D) İt


E) İnsan
Askaridozda invaziya mənbəyi insandır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 274
46) Opistorxozla insan necə yoluxa bilər?
A) Yuyulmamış tərəvəzdən istifadə etdikdə

B) Bişməmiş ətdən istifadə etdikdə

C) Heyvanlarla təmasda olduqda

D) Yaxşı bişməmiş quş ətindən istifadə etdukdə

E) Yaxşı bişməmiş balıqdan istifadə etdikdə
Opistorxozla insan çiy və ya yaxşı bişməmiş balıqdan istifadə etdikdə yoluxa bilər.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 290
47) Tenioz xəstəliyində ara sahib kim sayılır?
A) Balıq

B) Donuz


C) Molyusk

D) Pişik


E) İt

Tenioz xəstəliyində ara sahib donuzlar sayılır.


Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 284
48) Askarid qurdu harada parazitlik edir?
A) 12 barmaq bağırsaqda

B) Dalaqda

C) Yoğun bağırsaqda

D) Nazik bağırsaqda

E) Öd yollarında
Askarid qurdu nazik bağırsaqda parazitlik edir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 274
49) Hansı parazitin yetişmiş buğumları aktiv hərəkətə malikdir?
A) Öküz teniyası

B) Exinokokk

C) Donuz teniyası

D) Cırtdan teniya

E) Askarid
Öküz teniyasının yetişmiş buğumları aktiv hərəkətə malikdir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 283
50) Askarid yumurtaları harada yetişir?
A) İnsan orqanizmində

B) Quşların orqanizmində

C) Heyvan orqanizmində

D) Suda


E) Torpaqda
Askarida yumurtaları torpaqda yetişir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 274
51) Helmintozları nə törədir?
A) Bakteriyalar

B) Parazit qurdlar

C) Göbələklər

D) Gənələr

E) İbtidailər

Helmintozları parazit qurdlar törədir.


Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 269
52) Geohelmintlər qrupuna hansı qurdlar aiddir?
A) Askaridoz, trixosefalyoz

B) Exinokokkoz, enterobioz

C) Tenioz, teniarinxoz

D) Tenioz, difillobotrioz

E) Opistorxoz, difillobotrioz
Geohelmintlər qrupuna askaridoz, trixosefalyoz xəstəlikləri aiddir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 269
53) Biohelmintlər qrupuna hansı qurdlar aiddir?
A) Enterobioz, trixosefalyoz

B) Askaridoz, trixosefalyoz

C) Enterobioz, himenolepidoz

D) Tenioz, difillobotrioz, opistorxoz

E) Angilostomidoz, strongiloidoz
Biohelmintlərə bütün sorucular, lentşəkilli qurdlar və bəzi girdə qurdlar (trixinella, filyari) aiddir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 270
54) Hansı helmintlər ət vasitəsilə yayılır?
A) Enterobioz, angilostomidoz

B) Exinokokkoz, enterobioz

C) Opistorxoz, exinokokkoz

D) Trixinelyoz, teniarinxoz, tenioz

E) Difillobotrioz, opistorxoz
Teniarinxoz, tenioz, trixinelyoz xəstəliklərini əmələ gətirən qurdlar ət vasitəsilə yayılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 283
55) Hansı helmintlər balıqla yayılır?
A) Tenioz, teniarinxoz

B) Teniarinxoz, enterobioz

C) Difillobotrioz, opistorxoz

D) Enterobioz, himenolepidoz

E) Exinokokkoz, alveokokkoz
Difillobotrioz, opistorxoz xəstəliklərini əmələ gətirən qurdlar balıqla yayılır
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 289, 290
56) Lent şəkilli qurdlar sinfinə hansı qurd aiddir?
A) Opistorx

B) Askarid

C) Tükbaş

D) Bizquyruq

E) Enli lent şəkilli qurd
Lent şəkilli qurdlar sinfinə öküz teniyası, donuz teniyası, cırtdan qurd, enli lent şəkilli qurd, exinokokk və alveokokk qurdları aiddir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 269
57) Girdə qurdlar sinfinə hansı qurd aiddir?
A) Askarid

B) Donuz teniyası

C) Enli lent şəkilli qurd

D) Exinokokk

E) Öküz teniyası

Girdə qurdlar sinfinə bizquyruq, askarid, tükbaş qurd, trixinella, ankilostoma və s. aiddir.


Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 269
58) Sorucular sinfinə hansı qurdlar aiddir?
A) Donuz teniyası, askarid

B) Bizquyruq, askarid

C) Opistorx, fassiola

D) Enli lent şəkilli qurd, exinokokk

E) Öküz teniyası, donuz teniyası
Sorucular sunfinə opistorx, fassiola, klonorx və s. aiddir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 269
59) Hansı helmintozda insan ara sahib sayılır?
A) Difillobotrioz

B) Askaridoz

C) Exinokokkoz

D) Enterobioz

E) Tenioz
İnsan exinokokkoz xəstəliyində ara sahib sayılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 287
60) Askaridozun törədicisinin yayılmasında hansı amillər iştirak edir?
A) Ət və ət məhsulları

B) Açıq su hövzələrinin suyu

C) Balıq və balıq məhsulları

D) Çirkli əllər, meyvə, tərəvəz

E) Quş əti məhsulları
Askaridozun törədicisinin yayılmasında çirkli əllər, meyvə, tərəvəz iştirak edir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 274


Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin