Sanitar-feldşer ixtisası üzrə nümunəvi test sualları Bölmə Epidemiologiya


) Borreliyoz xəstəliyində yoluxma mexanizm necədir?



Yüklə 2,12 Mb.
səhifə4/23
tarix26.11.2016
ölçüsü2,12 Mb.
#177
1   2   3   4   5   6   7   8   9   ...   23

184) Borreliyoz xəstəliyində yoluxma mexanizm necədir?
A) Təmac

B) Aerogen

C) Vertikal

D) Fekal - oral

E) Transmissiv
Borreliyoz xəstəliyində yoluxma mexanizm transmissiv yolladır.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 539
185) Boreliyozun yayılmasında hansı həşarat iştirak edir?
A) Milçək

B) Dovşan

C) Tarakanlar

D) Ağcaqanad

E) Gənə
Boreliyozun yayılmasında gənə iştirak edir.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 539
186) Boreliyoz ocağında hansı tədbirlər aparılır?
A) Otağın nəm üsulla təmizlənməsi

B) Otağın havasının dəyişdirilməsi

C) Fluroqrafiya

D) Sterilizasiya

E) Dezinfeksiya
Boreliyoz ocağında dezinfeksiya tədbirləri aparılır.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 541
187) Hepatit B ocağında hansı dezinfeksiyadan istifadə edilir?
A) Deratizasiya

B) Dezinseksiya

C) Yekun (son) dezinfeksiya

D) Heç biri

E) Cari dezinfeksiya
Hepatit B ocağında heç bir dezinfeksiya tədbirləri aparılmır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 204
188) Aşağıdakılardan hansı C virus hepatitinə yoluxma yollarından biridir?
A) Həşərat dişləməsi ( ağcaqanaq, gənə )

B) Tatuaj, pirsinq

C) Xəstə ilə əllə görüşmə

D) Xəstənin qab - qacağından istifadə

E) Hovuzda çimən zaman, duş qəbulu etdikdə
C virus hepatitinə tatuaj və pirsinq vasitəsi ilə yoluxmaq olar.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 205
189) Xarici örtük infeksiyalarında yoluxma amilləri nədir?
A) Daraq, dəsmal, yataq ağları, ayaqqabı

B) Qida məhsulları

C) Qapı dəstəkləri, açarlar

D) Hava, toz

E) Qaşıq, qab - qacaq

Xarici örtük infeksiyalarında yoluxma amillərinə daraq, dəsmal, yataq ağları, ayaqqabı aiddir.


Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 375
190) Qoturluq ocağının müayinəsi zamanı nə müəyyən edilir?
A) Keçmişdə parenteral müdaxilənin olmasını

B) Qan köçürmənin olub - olmaması

C) Xəstənin qidalanma tərzini

D) Suyun keyfiyyətli olması

E) Yuyunmanın tezliyi, fərdi yataq ağının olması, fərdi paltarından istifadə etmə

Qoturluq ocağının müayinəsi zamanı yuyunmanın tezliyini, fərdi yataq ağının olmasını, fərdi paltarından istifadə etmə ehtimalını müəyyən edirlər.


Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 436
191) Hansı gənə qoturluq xəstəliyini yayır?
A) Arkazi gənəsi

B) Qamazov gənəsi

C) Qırmızıbədən gənə

D) İksoid gənəsi

E) Qoturluq gənəsi
Qoturluq xəstəliyini qoturluq gənəsi yayır.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 434
192) Qoturluq xəstəliyi ocağında hansı tədbirlər aparılır?
A) Sterilizasiya

B) Dezinseksiya

C) Dezinfeksiya

D) Havanın dəyişdirilməsi

E) Deratizasiya
Qoturluq xəstəliyi ocağında dezinseksiya tədbirləri aparılır.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 436
193) Quduzluq xəstəliyi zamanı inkubasiya dövrünün müddəti nədən asılıdır?
A) Törədicinin növündən

B) Cinsindən

C) Dişləmənin lokalizasiyasından

D) Heyvanın növündən

E) Havanın rütubətindən, temperaturundan

Quduzluq xəstəliyi zamanı inkubasiya dövrünün müddəti dişləmənin lokalizasiyasından asılıdır.


Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 266
194) Quduzluq xəstəliyində infeksiya mənbəyi aşağıdakılardadn hansıdır?
A) Yalnız xəstə insan və gəzdirici

B) Canavar, tülkü, çaqqal, it, pişik

C) Su və qida məhsulları

D) Ev və vəhşi quşlar

E) Qan soran həşəratlar
Quduzluq xəstəliyində infeksiya mənbəyi canavar, tülkü, çaqqal, it, pişik sayılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 264
195) Quduzluq xəstəliyinin yayılmasında iştirak edən amillər hansıdır?
A) Tər

B) Tüpürcək

C) Qan

D) Burun seliyi



E) Süd
Quduzluq xəstəliyinin yayılmasında iştirak edən amil tüpürcəkdir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 265
196) Heyvan dişlədikdən sonar yaranın təmizləmə qaydası necədir?
A) Yaranı axar su ilə yumaq

B) Yaranı spirtlə təmizləyib, tikiş qoymaq

C) Yaranın parçalanmış kənarlarını kəsmək və tikmək

D) Su ilə yumaq vacib deyil, 70 % - li spirtlə təmizlmək

E) Sabunla axar su altında yumaq, yodla silmək və 3 gün ərzində kənarlarını kəsmək və tikmək olmaz
Heyvan dişlədikdən sonra yaranı sabunla axar su altında yumaq, yodla silmək və 3 gün ərzində kənarlarını kəsmək və tikmək olmaz.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 268
197) Antirabik vaksin nə məqsədlə istifadə edilir?
A) Xəstəliyin yaranmasının qarşısını alır

B) Xəstəliyin sağalmasını ləngidir

C) Xəstrəliyin sağalmasını sürətləndirir

D) Quduzluğu müalicə edir

E) Xəstəliyin gedişini yüngülləşdirir
Antirabik vaksin xəstəliyin qarşısını alır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 268
198) Quduzluq əleyhinə profilaktik immunizasiya kursu kimlərə aparılır?
A) Yaşlı əhaliyə

B) Baytarlıq laboratoriyasının işçilərinə, it tutanlara, ovçulara

C) Yalnız uşaqlara

D) Bütün əhaliyə

E) Evində heyvan saxlayanlara
Quduzluq əleyhinə profilaktik immunizasiya kursu baytarlıq laboratoriyasının işçilərinə, it tutanlara, ovçulara və s. aparılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 267
199) Dişləyən heyvan üzərində nəzarətin müddəti nə qədərdir?
A) 30 gün

B) 45 gün

C) 25 gün

D) 10 gün

E) 15 gün
Dişləyən heyvan üzərində nəzarətin müddəti 10 gündür.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 268
200) Antirabik vaksinlə müalicə - profilaktik immunizasiya əleyhinə əks göstəriş nədir?
A) Xroniki hepatit

B) Hamiləlik

C) Qızdırma

D) İmmunçatışmazlığı

E) Əks göstəriş yoxdur
Antirabik vaksin əleyhinə əks göstəriş yoxdur
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 268
201) 7 yaşında uşaq oynayan zaman it baldırından dişləyib. Uşaq 2 ay əvvəl ADT - M anatoksinini planlı qaydada alıb. Uşağa qarşı hansı tədbir aparmaq lazımdır?
A) İmmunoglobulin vurmaq

B) AT - anatoksin yeritmək

C) Peyvənd aparılmır, heyvan üzərində nəzarət

D) Antirabik vaksini vurmaq

E) Antirabik peyvəndin kombinə edilmiş kursunu ( vaksin və immunolobulin ) aparmaq
Uşağa peyvənd aparılmır, heyvan üzərində isə nəzarət təyin edilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 268
202) 38 yaşlı kişini baldırından it dişləyib.Məlum olub ki, həmin şəxs tetanus əleyhinə peyvənd almayıb. Bu halda məntəqə həkiminin işi nədən ibarətdir?
A) Antirabik vaksin yeritmək

B) İmmunoqlobulin J yeritmək

C) Qarayara əleyhinə vaksin yeritmək

D) AT - anatoksini və ya zərdabını yeritmək,it üzərində nəzarət

E) Qoturluq əleyhinə müalicə təyin etmək
Məntəqə həkimi kişiyə AT - anatoksini və ya zərdabını vurmalı, it üzərində isə nəzarət təyin edilməlidir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 268
203) Antirabik vaksin yeritdikdə hansı reaksiya yarana bilməz ?
A) Regional limfadenit

B) Yüngül formalı hidrofobiya

C) Vaksinyeridilən yerdə hiperemiya

D) Vaksinin yerində ağrılı infiltrat

E) Baş ağrısı, baş gicəllənmə
Antirabik vaksini yeritdikdə yüngül formalı hidrofobiya reaksiyası ola bilməz.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 268
204) Dabaq xəstəliyində infeksiya mənbəyi aşağıdakılardan hansı sayılır?
A) Xəstə heyvanlar

B) Xəstə insanlar

C) Gəmiricilər

D) Quşlar

E) Balıqlar
Dabaq xəstəliyində infeksiya mənbəyi xəstə heyvanlar sayılır.
Ədəbiyyat: В.И.Покровский, С.Г.Пак, Н.И.Брико, Б.К.Данилкин. Инфекционные болезни и эпидемиология. 2000, səh 351
205) Göbələklərin (mikrosporiya,trixofitiya) törətdiyi xəstəliklərin yoluxma yolları hansıdır?
A) Transmissiv

B) Ana bətnində

C) Fekal - oral

D) Aerogen

E) Təmasla
Göbələklərin (mikrosporiya,trixofitiya) törətdiyi xəstəliklərin yoluxma yolları təmas vasitəsilədir.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 374
206) Qara yara əleyhinə hansı vaksin istifadə edilir?
A) Anatoksin

B) Diri


C) Rekombinat

D) Cansız (ölü)

E) Kimyəvi
Qara yara əleyhinə diri vaksindən istifadə olunur
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 255
207) Qara yara xəstəliyinin törədicisi nədir?
A) Virus

B) Helmint

C) Bakteriya

D) Göbələk

E) İbtidai
Qara yara xəstəliyinin törədicisi bakteriyalardır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 248
208) Qara yara xəstəliyində infeksiya mənbəyi aşağıdakılardan hansı sayılır?
A) Xəstə insanlar

B) İri və xırda buynuzlu heyvanlar

C) Həşəratlar

D) Gəmiricilər

E) Quşlar
Qara yara xəstəliyində infeksiya mənbəyi iri və xırda buynuzlu heyvanlar sayılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 248
209) Qara yara hansı xəstəliklərə aiddir?
A) Helmintozlara

B) Tənəffüs yolları infeksiyalarına

C) Qan infeksiyalarına

D) Bağırsaq infeksiyalarına

E) Xarici örtük infeksiyalarına
Qara yara xəstəliyi xarici örtük infeksiyalarına aiddir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 247
210) Qara yara xəstəliyinin yoluxma mexanizmi necədir?
A) Təmas

B) Hava – damcı

C) Fekal oral

D) Parenteral

E) Ana bətni
Qara yara xəstəliyinin yoluxma mexanizmi təmas yolladır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 249
211) Qara yara xəstəliyinə xas epidemioloji səciyyəvi xüsusiyyət hansıdır ?
A) Xəstəlyin ilin soyuq aylarında yayılması

B) Çox vaxt uşaqlar xəstələnir

C) Daha çox qadınların xəstələnməsi

D) İnfeksiyanın çirklənmiş su vasitəsilə yayılması

E) İnfeksiyanın torpaq ocaqlarının olması, əhalinin işlək qrupları arasında( kişilərdə),isti mövsümdə yayılması
Qara yara xəstəliyinin epidemioloji xüsusiyyətlərinə infeksiyanın torpaq ocaqlarının olması, xəstəliyin, əsasən əhalinin işlək yaş qrupları arasında (xüsusən kişilər arasında), ilin isti mövsümündə daha çox yayılması aiddir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 251
212) Qarayara xəstələrinin hospitalizasiyası nə vaxt aparılır?
A) Kliniki göstəriş əsasında

B) Xəstəlik ilin isti aylarında yayıldıqda

C) Xəstəlik ilin soyuq aylarında yayıldıqda

D) Epidemioloji göstərişə əasən

E) Klinik ağır formada
Qara yara xəstələrinin hospitalizasiyası epidemioloji göstərişə əasən aparılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 254
213) Qarayara xəstəliyinə qarşı təcili profilaktika kimlərə aparılır?
A) Xəstə insanla təmasda olan şəxsə

B) Qarayara xəstəliyinə yoluxmuş heyvanın kəsilməsində və cəmdəyinin bölünməsində iştirak edən şəxslərə

C) Öz üzərində gənə qoparmış şəxsə

D) 55 yaşa qədər olan şəxslərə

E) Yay düşərgəsinə gedən uşaqlara
Qara yara xəstəliyinə qarşı təcili profilaktika qara yara xəstəliyinə tutulmuş heyvanın kəsilməsində və cəmdəyinin bölünməsində iştirak edən şəxslərə aparılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 255
214) Tetanus xəstəliyinin yoluxma mexanizmi necədir?
A) Hava - damcı

B) Parenteral

C) Təmas

D) Fekal - oral

E) Transmissiv
Tetanus xəstəliyinin yoluxma mexanizmi təmas vasitəsilədir.
Ədəbiyyat: “Təcrübədə İmmunlaşdırma”. Modul 1 – İdarəolunan xəstəliklər. 2007, səh 11
215) Tetanus xəstəliyinin törədicisi nədir?
A) Helmintlər

B) İbtidailər

C) Bakteriyalar

D) Riketsiyalar

E) Viruslar
Tetanus xəstəliyinin törədiciləri Clostridium tetani bakteriyalarıdır.
Ədəbiyyat: “Təcrübədə İmmunlaşdırma”. Modul 1 – İdarəolunan xəstəliklər. 2007, səh 10
216) Tetanus əleyhinə təcili profilaktika nə vaxt aparılır?
A) Heyvan dişlədikdə

B) Birinci dərəcəli yanıqlarda

C) Tibb müəssisələrində abort və doğuş zamanı

D) Birinci dərəcəli donmalarda

E) Tetanus əleyhinə peyvənd alanlara
Tetanus əleyhinə təcili profilaktika heyvan dişlədikdə aparılır.
Ədəbiyyat: “Təcrübədə İmmunlaşdırma”. Modul 1 – İdarəolunan xəstəliklər. 2007, səh 10
217) İnşaatçılar briqadasına tetanus əleyhinə planlı peyvəndin vurulmasında hansı preparatlar məsləhət görülür?
A) OPV – vaksini

B) AGDT – anatoksini

C) QPM – vaksini

D) ADT – M, AT – anatoksini

E) Antirabik vaksin
İnşaatçılar briqadasına tetanus əleyhinə planlı peyvəndin vurulmasında ADT – M, AT – anatoksini məsləhət görülür.
Ədəbiyyat: “Təcrübədə İmmunlaşdırma”. Modul 1 - İdarəolunan xəstəliklər. 2007, səh 10
218) İ İ V – nun yoluxmasının səbəbləri nədir?
A) Homo və heteroseksual əlaqələr

B) Dezinfeksiya

C) Prezervativdən istifadə etməklə cinsi əlaqələr

D) Tibb alətlərinin sterilizasiya qabağı təmizlənməsi və sterilizasiyası

E) Birdəfəlik şprislərdən və digər tibbi alətlərdən istifadə
İ İ V – nun yoluxmasının səbəbi homo və heteroseksual əlaqələrdir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 224
219) İ İ V infeksiyasında risk qruplarına kimlər daxildir?
A) Epidemioloji göstərişlərə görə immunoqlobulin almış şəxslər

B) Narkomanlar,homoseksuallar

C) Yeniyetmələr və gənclər

D) C virus hepatiti əleyhinə müalicə almış şəxslər

E) Epidemioloji əhəmiyyətli peşə işçiləri
İ İ V infeksiyasında risk qruplarına narkomanlar, homoseksuallar daxildir
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 225
220) Tibb işçilərinin İ İ V infeksiyası ilə yoluxma ehtimalı nə vaxt yarana bilər ?
A) İş yerində qida qəbulu zamanı

B) Fizioterapevtik prosedur zamanı

C) İİV-li xəstə ilə söhbət etdikdə

D) İİV-li xəstəni palpasiya etdikdə

E) Təsadüfi inyeksiya zamanı
Təsadüfən iynə vurduqda tibb işçilərinin İ İ V infeksiyasına tutulması ehtimalı var.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 225
221) İ İ V infeksiyasının törədicisi nədir ?
A) Rikketsiyalar

B) Göbələkllər

C) İbtidailər

D) Bakteriya

E) Virus
İ İ V infeksiyasının törədicisi virusdur.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 223
222) İ İ V infeksiyasının yayılma yolları necədir ?
A) Fekal – oral

B) Məişət – təmas

C) Qida məhsulları vasıtəsilə

D) Su, torpaq vasitəsilə

E) Parenteral, cinsi
İ İ V infeksiyası parenteral və cinsi yola yayılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 224
223) İ İ V infeksiyasıda infeksiya mənbəyi aşağıdakılardan hansıdır ?
A) Su

B) Xəstə insanlar

C) Balıqlar

D) Gəmiricilər

E) Kənd təsərrüfatı heyvanları
İ İ V infeksiyasının mənbəyi xəstə insanlar sayılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 224
224) İlin hansı aylarında İ İ V infeksiyası ilə yoluxmaya daha çox təsadüf edilir ?
A) Payız - qış

B) Qış - yaz

C) Yay - payız

D) Yaz –yay

E) Fəsillik xarakterik deyil
İ İ V infeksiyası üçün fəsillik xarakterik deyil.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 225
225) İ İ V infeksiyasında inkubasiya dövrü nə qədərdir ?
A) 14 gün

B) Bir neçə saatdan 2 - 3 günə

C) Bir neçə aydan 10 ilə qədər

D) 120 gün

E) 5 gün
İ İ V infeksiyasında inkubasiya dövrü bir neçə aydan 10 ilə qədərdir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 226
226) İ İ V infeksiyasına hansı yolla yoluxmaq olmaz ?
A) Stomatoloji prosedur zamanı

B) Cinsi yolla

C) Qan soran həşəratların dişləməsi zamanı

D) Qan köçürmə zamanı

E) Üzv və toxumaların köçürülməsi zamanı
İ İ V infeksiyasına qan soran həşəratların dişləməsi zamanı yoluxmaq olmaz.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 224
227) İ İ V infeksiyası ilə yoluxma nə vaxt baş verir ?
A) Hovusda çimən zaman

B) Ağcaqnad dişlədikdə

C) Yoluxmuş anadan dölə, süd vermə zamanı

D) Xəstənin qab – qacağından,darağından istifadə etdikdə

E) Xəstə ilə əllə görüşdükdə
İ İ V infeksiyası ilə yoluxmuş anadan dölə, döşlə əmizdirmə zamanı yoluxmaq olar.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 224
228) Vəbaya görə əlverişsiz ölkədən gələn turist hal - hazırda sağlamdır. Ona qarşı hansı tədbir aparılmalıdır?
A) Əksepidemik tədbirlər aparılmır

B) Bakerioloji müayinə edilir

C) Əks epidemik tədbirlər aparılır

D) Yaşayış yerində 5 gün müddətinə nəzarətdə saxlanılır

E) 5 günə boksda hospitallaşdırılır
Vəbaya görə əlverişsiz ölkədən gələn sağlam turistə qarşı əksepidemik tədbirlər aparılmır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 187
229) 4 aylıq uşaq doğum evində vərəm əleyhinə vaksin almayıb. Bu vəziyyətdə ona qarşı hansı tədbir aparılır?
A) 7 yaşından sonra qədər petvənd etmək lazımdır

B) Kliniki müayinədən sonra peyvənd etmək lazımdır

C) Vərəm əleyhinə peyvəndi AGDT və poliomielit vaksinasiyasından sonra aparmaq lazımdır

D) Dərhal peyvənd etmək lazımdır

E) Mantu sınağı mənfi olduqda kliniki müayinədən sonra peyvənd aparmaq lazımdır
Doğum evində vərəm əleyhinə vaksini almayan uşağa Mantu sınağı qoyulur və cavab mənfi olduqda kliniki müayinədən sonra ona peyvənd aparmaq olar.
Ədəbiyyat: “Təcrübədə İmmunlaşdırma”, Modul 1. İdarəolunan xəstəlliklər. 2007, səh 12
230) Epidemik prosesin bioloji amilinə nə aid deyil?
A) İnsanların yaşı

B) İqlim


C) İmmunitetin vəziyyəti

D) İnsanların fiziki vəziyyəti

E) İnsanların cinsi mənsubiyyəti
Epidemik prosesin bioloji amilinə insanların fiziki vəziyyəti, cinsi, yaşı, immunitetin vəziyyəti və s. aiddir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 52
231) Epidemik prosesin təbii amilinə hansı aid deyil?
A) Məktəbəqədər uşaq müəssisələri

B) Flora və fauna

C) Təbii fəlakətlər

D) Geofiziki faktorlar

E) İqlim
Epidemik prosesin təbii amilinə iqlim, geofiziki faktorlar, flora və fauna, təbii fəlakətlər və s. aiddir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 48
232) Epidemik prosesin ictimai amilinə nə aid deyil?
A) Ərazinin hidrogeoloji xarakteristikası

B) Əhalinin miqrasiyası

C) Yaşayış fondunun vəziyyəti

D) İctimai qidalanma müəssisələrinin sanitar vəziyyəti

E) Su təchizatının vəziyyəti və yaşayış yerlərinin təmizliyi
Epidemik prosesin ictimai amilinə əhalinin sıxlığı, doğum və ölüm göstəricisi, əhalinin miqrasiyası, yaşayış fondunun vəziyyəti, su təchizatının vəziyyəti və yaşayış yerlərinin təmizliyi, ictimai qidalanma müəssisələrinin sanitar vəziyyəti və s. aiddir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 51
233) Aşağıdakılardan hansının insanlar arasında zoonoz xəstəliklərinin yayılmasına təsiri yoxdur?
A) Açıq su hövzələrində çimmək

B) Hovuzlarda çimmək

C) Heyvandarlıq kompleksləri və quşçuluq fabrikləri

D) Ov, balıq ovu

E) Məişət zibilindən şəhərlərin təmizlənməsi
İnsanlar arasında zoonoz xəstəliklərinin yayılmasına hovuzlarda çimmək təsir göstərmir
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 72
234) Hansı infeksion xəstəlik vertikal yolla yayılmır?
A) Dizenteriya

B) Toksoplazmoz

C) B viruslu hepatiti

D) İ İ V infeksiyası

E) Məxmərək
Dizenteriya xəstəliyi fekal - oral yolla yayılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 173
235) Vertikal yoluxma mexanizmi ilə törədicinin yayılması necə baş verir?
A) Yoluxmuş torpaqdan

B) Məişət tozları vasitəsilə

C) Anadan dölə

D) Yoluxmuş sudan

E) Yoluxmuş tərəvəzdən
Vertikal yoluxma mexanizm dedikdə törədicinin yayılması anadan dölə baş verir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 38
236) Hansı xəstəlik sapronoz infeksiyalara aiddir?
A) Legionelyoz

B) Difteriya

C) A viruslu hepatit

D) Enterobioz

E) Eşerixoz
Leqionelyoz xəstəliyi sapronoz infeksiyalarına aiddir
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 36
237) Xəstə insan infeksion xəstəliyin hansı dövrlərində ətraf mühit üçün təhlükəli deyil?
A) Bütün inkubasiya dövrü ərzində

B) İnkubasiya dövrünün son günündə

C) Xəstəliyin kəskin dövründə

D) Klinik əlamətlərin ilk meydana çıxdığı dövrdə

E) Qızdırma dövründə
Xəstə insan infeksion xəstəliyin inkubasiya dövrünün bütün müddəti ərzində ətraf mühit üçün təhlükəli deyil.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 33
238) Salmonelyozun yayılma yolları və amillərinin zərərsizləşdirilməsi üzrə kompleks tədbirlərə nə aid deyil?
A) Qida məhsullarının hazırlanması, saxlanması və istifadəsi üzərində sanitar-baytar nəzarəti

B) Əhalinin immunoprofilaktikası

C) Heyvanların saxlanması və kəsilməsi üzərində –sanitar- baytar nəzarəti

D) Anbarlarda dezinfeksiya işləri

E) Xəstəxanadaxili salmonelyozun xəbərdarlığı üçün stasionarlarda sanitar – gigiyenik qaydaların və əksepidemik rejimin gözlənməsi
Salmonelyozun yayılma yolları və amillərinin zərərsizləşdirilməsi üzrə kompleks tədbirlərə əhalinin immunoprafilaktikası aid deyil.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 471
239) İ İ V infeksiyasının simptomsuz forması ilə yoluxmuş uşağa hansı vaksini yeritmək olmaz?
A) Vərəm əleyhinə vaksini

B) Parotit vaksini

C) Qızılca vaksini

D) AGDT vaksini

E) ADT vaksini
İ İ V infeksiyasının simptomsuz forması olan uşağa vərəm əleyhinə vaksinini vurmaq olmaz.
Ədəbiyyat: “Təcrübədə İmmunlaşdırma”. Modul 2. Vaksinlər, səh 22
240) Hansı yolla insan KU - qızdırmasına yoluxa bilməz?
A) Heyvan mənşəli qida məhsulları ilə

B) Milçəklərlə

C) Gənələrin dişləməsilə

D) Hava - damcı yolu ilə

E) Heyvanlara qulluq etdikdə
İnsan Ku - qızdırmasına milçəklərlə yoluxa bilməz.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 534


Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin