349) Tindalizasiya nədir?
A) Sterilizasiya
B) Yandırma
C) Təkrar, hissəvi pasterizasiya
D) Sterilizasiyaönü təmizləmə
E) Pasterizasiya
Tindalizasiya təkrar, hissəvi pasterizasiya deməkdir
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 14
350) Kalsium - hipoxloritin iki - üç əsaslı duzu [KHİÜD] - nun tərkibində neçə % aktiv xlor var?
A) 70 %
B) 45 % - ə qədər
C) 20 % - ə qədər
D) 10 %
E) 50 - 55 %
Kalsium - hipoxloritin iki - üç əsaslı duzu [KHİÜD] - nun tərkibində 50 - 55 % aktiv xlor var.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 26
351) Dezamin komponentlərindən biri hansıdır?
A) Hidrogen peroksid
B) Turşəng turşusu
C) Formalin
D) Süd turşusu
E) Sirkə turşusu
Dezamin komponentinə turşəng turşusu aiddir.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 29
352) Dezinfeksiya kamerasında hansı dezinfeksiyaedici məhlul istifadə edilir?
A) Lizol
B) Xlorlu əhəng
C) Fenol
D) Xloramin
E) Formalin
Dezinfeksiya kamerasında formalin məhlulundan istifadə edilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 161
353) Dezinfal harada istifadə edirlir?
A) Dezinfeksiyaedici məhlulları çiləmək üçün
B) Kamerada dezinfeksiya aparmaq üçün
C) Toz halında olan dərmanları səpmək üçün
D) Sterilizasiya aparmaq üçün
E) Kamerada dezinseksiya aparmaq üçün
Dezinfeksiyaedici məhlulları çiləmək üçün dezinfaldan istifadə edirlər.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 159
354) Avtomaks nədir?
A) Dezinfeksiyaedici vasitədir
B) Aerozol balonudur
C) Toz halında olan maddələri səpələyən əl aparatıdır
D) Kontakt təsirli insektisiddir
E) Dezinfeksiya məhlullarını çiləyən aparatdır
Avtomaks dezinfeksiya məhlullarını çiləyən aparatdır.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 156
355) Kameralı dezinfeksiya hansı aparatla aparılır?
A) Avtomaks
B) Tozsoran
C) Buxar - formalin kamerası
D) Dezenfal
E) Avtoklav
Kameralı dezinfeksiyanı aparmaq üçün aparata buxar - formalin kamerası aiddir.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 161
356) Hal - hazırda istifadə olunmayan dezinfeksiyaedici vasitə hansıdır?
A) Fenol
B) Formalin
C) Lizol
D) Xlorlu əhəng
E) Süleymani
Hal - hazırda istifadə olunmayan dezinfeksiyaedici vasitə suleymanidir.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 48
357) Vərəm xəstəsi öldükdən sonra ocaqda hansı dezinfeksiya aparılır?
A) Dezinfeksiya aparılmır
B) Yekun
C) Cari
D) Profilaktiki
E) Əvvəlcə cari, sonra profilaktiki
Vərəm xəstəsi öldükdən sonra ocaqda yekun (son) dezinfeksiya aparılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 54
Bölmə 2. Qidalanma gigiyenası
358) Orqanizmin böyüməsi və inkişafı üçün lazım olan madələrin sintez prosesi necə adlanır?
A) Assimilyasiya
B) Əsas mübadilə
C) Dissimilyasiya
D) Katabolizm
E) Metabolizm
Assimilyasiya – orqanizmin böyüməsi və inkişafı üçün lazım olan maddələrin sintez prosesinə deyilir.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова. Гигиена питания. «Медицина» Москва. 1987 səh.20
359) Hansı enerji itkiləri iradi enerji itkisinə aiddir?
A) Əsas mübadiləyə sərf olunan
B) Qidanın həzminə sərf olunan
C) Ürək - damar sisteminin işinə sərf olunan
D) Böyrəklərin işinə sərf olunan
E) Zehni və fiziki işə sərf olunan
Zehni və fiziki işə sərf olunan enerji şəraitdən və insanın iradəsindən asılı olaraq müəyyən həddə qədər azalır və ya çoxalır. Ona görə bu enerji sərfi iradi enrji sərfi adlanır.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова. Гигиена питания. «Медицина» Москва. 1987 səh.22
360) Yüngül fiziki əməklə məşğul olanlar əməyin intensivliyinə görə hansı qrupa aiddirlər?
A) II
B) I
C) V
D) IV
E) III
Yüngül fiziki əməklə məşğul olanlar II qrupa aiddirlər.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова. Гигиена питания. «Медицина» Москва. 1987 səh.26
361) Əqli işlə məşğul olanlar əməyin intensivliyinə görə hansı qrupa aiddirlər?
A) V
B) III
C) IV
D) I
E) II
Əqli işlə məşğul olanlar I qrupa aiddirlər.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова. Гигиена питания. «Медицина» Москва. 1987 səh.26
362) Zülallar necə qrupa bölünür?
A) Fosfoproteidlər və sadə
B) Lipoproteidlər və proteinlər
C) Protein və albumin
D) Nukleoproteidlər və proteinlər
E) Sadə və mürəkkəb
Zülallar sadə və mürəkkəblərə bölünür.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова. Гигиена питания. «Медицина» Москва. 1987 səh.29
363) Zülal mübadiləsində hansı hormon iştirak edir?
A) Adrenalin
B) İnsulin
C) Qlükoqon
D) Tiroksin
E) Progestron
Zülal mübadiləsində tiroksin hormonu iştirak edir.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова. Гигиена питания. «Медицина» Москва. 1987 səh.21
364) 500 kq ətdə trixinella tapıldıqda bu əti necə realizə etmək olar?
A) Konserv istehsalına göndərmək lazımdır
B) Ləğv etmək lazımdır
C) Kolbasa istehsalına göndərmək lazımdır
D) Duzlamaq lazımdır
E) Şərti yararlı ət kimi realizə etmək lazımdır
Trixinelloskopiya ilə müayinə etdikdə bir trixinella tapılarsa əti ləğv etmək lazımdır.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова. Гигиена питания. «Медицина» Москва. 1987 səh.169
365) Qanın laxtaıanmasında hansı vitamin iştirak edir?
A) A vitamini
B) K vitamini
C) E vitamini
D) B1 vitamini
E) D vitamin
K qrupu vitaminləri qanın laxtalanmasında iştirak edirlər.
Ədəbiyyat: A.ИГоршков. О.В.Липатова. Гигиена питания. «Медицина» Москва. 1987 səh.49
366) Qida rasionunda uzun müddət askorbin turşusu çatışmazlığı hansı xəstəliyin yaranmasına səbəb olur?
A) Pellaqra
B) Beri - beri
C) Ariboflavinoz
D) Singa
E) Hemeralopiya
Qida rasionunda uzun müddət askorbin turşusunun olmaması Sinqa xəstəliyi əmələ gətirir.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова. Гигиена питания. «Медицина» Москва. 1987 səh.51
367) Hansı məhsulun tərkibində zülalın miqdarı daha azdır?
A) Kələm
B) Balıq
C) Süd
D) Yumurta
E) Ət
Kələmın tərkibində zülalın ümumi miqdarı daha azdır.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова. Гигиена питания. «Медицина» Москва. 1987 səh.30
368) Tiroksin hormonunun əmələ gəlməsi üçün hansı biomikroelementin olması vacibdir?
A) Yod
B) Flüor
C) Manqan
D) Nikel
E) Dəmir
Yod - Qalxanabənzər vəzinin hormonu – trioksinin əmələ gəlməsi üçün lazımdır.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова. Гигиена питания. «Медицина» Москва. 1987 səh.45
369) Əvəz olunan aminturşulara hansı aid deyil?
A) Triptofan
B) Tirozin
C) Prolin
D) Alanin
E) Asparqin turşusu
Əvəz olunan aminturşular orqanizmdə sintez olunur. Bunlara alanin, tirozin, aspargin turşusu, prolin, serin və s. aiddir
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова. Гигиена питания. «Медицина» Москва. 1987 səh.30
370) Əvəz olunmayan aminturşulara hansı aid deyil?
A) Fenilalanin
B) Serin
C) Histidin
D) Valin
E) Triptofan
Əvəzolunmayan aminturşulara valin, triptofan, histidin, metionin, fenilalamin, lizin leysin, izoleysin aiddir.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова. Гигиена питания. «Медицина» Москва. 1987 səh.30
371) İşin ağırlığından asılı olaraq gün ərzində nə qədər zülal qəbulu tövsiyyə olunur?
A) 60 - 70 qr
B) 80 - 90 qr
C) 50 - 60 qr
D) 110 - 130 qr
E) 70 - 80 qr
İşin ağırlığından asılı olaraq gün ərzində 110-130 qr zülal tövsiyyə olunur
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова. Гигиена питания. «Медицина» Москва. 1987 səh.36
372) Yağların mübadiləsində hansı şəkərin istifadəsi daha əlverişlidir?
A) Saxaroza
B) Qalaktoza
C) Laktoza
D) Fruktoza
E) Qlükoza
Yağ mübadiləsi pozulduqda fruktozanın istifadəsi daha əlverişlidir, çünki ondan çox az miqdarda yağ əmələ gəlir
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова. Гигиена питания. «Медицина» Москва. 1987 səh.35
373) Hansı karbohidratlar sadə karbohidratlara aiddir?
A) Qlükoza, fruktoza, qalaktoza
B) Qlükoza, nişasta, sellüloza
C) Qlükoza, fruktoza, laktoza
D) Fruktoza, nişasta, sellüloza
E) Qlükoza, sellüloza
Sadə karbohidratlara qlükoza, fruktoza, qalaktoza aiddir.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова. Гигиена питания. «Медицина» Москва. 1987 səh.35
374) Hansı karbohidratlar polisaxaridlərə aiddir?
A) Pektin maddələr, nişasta, qalaktoza
B) Nişasta, sellüloz, qlikogen
C) Pektin maddələr, nişasta, laktoza
D) Qlükoza, nişasta, sellüloz
E) Fruktoza, nişasta, qlikogen
Polisaxaridlərə aiddir: nişasta, qlikogen, sellüloza
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова. Гигиена питания. «Медицина» Москва. 1987 səh.35
375) Karbohidrat mübadiləsində hansı hormonlar iştirak edir?
A) Tiroksin və adrenalin
B) İnsulin və tiroksin
C) Tiroksin
D) Progestron və Prolaktin
E) İnsulin və adrenalin
Karbohidrat mübadiləsində insulin və adrenalin iştirak edir.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова.Гигиена питания . «Медицина» Москва. 1987 səh.21
376) Qanın tərkibində daim hansı karbohidrat mövcud olur?
A) Qalaktoza
B) Qlükoza
C) Saxaroza
D) Laktoza
E) Fruktoza
Qanda daima qlükoza olur.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова. Гигиена питания. «Медицина» Москва. 1987 səh.35
377) Yağların tərkibinə hansı vitaminlər daxildir?
A) A, B1, PP
B) A, D, E
C) A, B1, B2
D) D, B1, B2
E) E, B1, B2
Yağın tərkibinə A, D, E vitaminləri daxildir.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова. Гигиена питания. «Медицина» Москва. 1987 səh.34
378) Fiziki yüklənmə az olduqda karbohidratların artıq miqdarda orqanizmə daxil olması nəyə səbəb ola bilər?
A) Nişastanın parçalanmasına
B) Yağların zülallara çevrilməsinə
C) Zülalların yağlara çevrilməsinə
D) Karbohidratların zülallara çevrilməsinə
E) Karbohidratların yağlara çevrilməsinə
Fiziki yük aşağı olduqda karbohidratların artıq miqdarda orqanizmə daxil olması karbohidratların yağlara çevrilməsinə səbəb ola bilər.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова. Гигиена питания. «Медицина» Москва. 1987 səh.35
379) Ana südünün tərkibində hansı karbohidrat var?
A) Nişasta
B) Qalaktoza
C) Fruktoza
D) Qlükoza
E) Laktoza
Ana südünün tərkibində daima laktoza olur.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова. Гигиена питания. «Медицина» Москва. 1987 səh.35
380) Rasionda Ca, P və Mg optimal nisbəti necə olmalıdır?
A) 1: 0.7 : 1,5
B) 1 : 1.5 : 0,7
C) 0,7 : 1: 1,5
D) 1,5 : 1 : 1
E) 1 : 2 : 1,7
Rasionda Ca, P və Mg optimal nisbəti 1 : 1,5 : 0,7
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова. Гигиена питания. «Медицина» Москва. 1987 səh.40
381) Orqanizmdə ən çox yayılmış mineral maddə hansıdır?
A) P
B) Na
C) Mg
D) Ca
E) K
Ca orqanizmdə ən çox yayılmış mineral maddədir (insan orqanizmində 1500 qr).
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.40
382) Hansı biomikroelement qanyaranmada iştirak etmir?
A) Nikel
B) Flüor
C) Mis
D) Dəmir
E) Kobalt
Flüor qanyaranmada iştirak etmir (dişlərin inkişafında, diş emalının formalaşmasında əhəmiyyəti var).
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.45
383) Qanyaranmada hansı biomikroelement iştirak edir?
A) Xlor
B) Natrium
C) Kalium
D) Fosfor
E) Dəmir
Dəmir qanyaranmada vacib rol oynayır.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания. «Медицина» Москва 1987 səh.43
384) Hansı mineral elementlər anionlara aiddir?
A) P, S, Cl
B) Fe, Cl, K
C) K, Mg, P
D) Ca, K, Mg
E) S, Ca, Mg
Anionlara P, S, Cl aiddir.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания. «Медицина» Москва 1987 səh.39
385) Orqanizmdə mis aşağıda göstərilən funksiyalardan hansını yerinə yetirmir?
A) Qan yaranmada iştirak etmə
B) Daxili sekresiya vəzilərinə təsir
C) Dəmirin sümük iliyinə daşınması
D) İnsulinlə adrenalin münasibətlərinə təsir
E) Öd ifrazının artması
Mis öd ifrazının artmasında iştirak etmir (Mg ifrazını artırır).
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.41
386) Hansı qida məhsulları Ca mənbəyidir?
A) Kolbasa
B) Balıq
C) Ət
D) Süd və süd məhsulları
E) Unvə un məmulatları
Ca mənbəyi süd və süd məhsullarıdır.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания. «Медицина» Москва 1987 səh.40
387) Hansı məhsullar Mg mənbəyidır?
A) Noxud, yarma, lobya
B) Lobya, ət, balıq
C) Yarma, meyvə, göbələk
D) Meyvə, tərəvəz, noxud
E) Yarma, tərəvəz, göbələk
Mg mənbəyi – noxud, yarma, lobyadır.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.41
388) Hansı xəstəlik zamanı Mg ilə zəngin pəhriz tövsiyyə edilir?
A) Revmatoid artrit
B) Hipertoniya
C) Kolit
D) Uroloji xəstəliklər
E) Anemiya
Mg ilə zəngin pəhriz hipertoniya zamanı tövsiyyə edilir (Mg antispastik və damarları genişləndirən xassələri var)
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.40 - 41
389) Qida rasionunda vitamin B1 çatışmazlığı zamanı hansı xəstəlik baş verir?
A) Sinqa
B) Beri - beri
C) Raxit
D) Hemeralopiya
E) Pellaqra
Qida rasionunda B1 vitamini çatışmayanda beri - beri xəstəliyi əmələ gəlir.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.52
390) Orqanizmdə hansı vitaminin çatışmazlığı raxit xəstəliyinin əmələ gəlməsinə səbəb olur?
A) A vitamini
B) D vitamini
C) B1 vitamini
D) E vitamini
E) K vitamin
Orqanizmdə D vitamini çatışmamazlığı raxit xəstəliyi əmələ gətirir (bu zaman Ca və P mübadiləsi pozulur).
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.48
391) Askorbin turşusuna olan sutkalıq tələbat nə qədərdir?
A) 125 - 135 mq
B) 80 - 120 mq
C) 60 - 100 mq
D) 120 - 130 mq
E) 80 - 125 mq
Askorbin turşusuna olan tələbat 60 - 100 mq - dır.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.51
392) Orqanizmdə A vitamininin çatışmazlığı zamanı hansı dəyişikliklər yaranır?
A) Əzələ distrofiyası, tərləmə
B) Dərinin epitel təbəqəsinin və selikli qişaların quruluğu, ”toyuq korluğu”
C) Ca və P mübadiləsinin pozulması, əsəbilik
D) Ətrafların periferik sinirlərinin zədələnməsi
E) Mədə sekresiyasının pozulması, tərləmə
Orqanizmdə A vitamini çatışmamazlığı dərinin epitel təbəqəsinin və selikli qişaların quruluğu, “toyuq korluğu” müşahidə edilir.
Ədəbiyyat: A.И,Горшков, О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.47
393) Qidalanma rejimi nədir?
A) Qida qəbulunun bölünməsi, onların arasında olan fasilələr, qida qəbulu vaxtı və kaloriliyinə görə bölünməsi
B) Qidanın kaloriliyinə görə bölünməsi
C) Qida qəbulunun bölünməsi və qida qəbulu vaxtı
D) Qida qəbulu vaxtı və kaloriliyinə görə bölünməsi
E) Qida qəbulunun vaxtı,onların arasındakı fasilələr
Qidalanma rejimi qida qəbulunun bölünməsi, onların arasında olan fasilələr, qida qəbulu vaxtı və kaloriliyinə görə bölünməsindən ibarətdir.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.69
394) İlboyu qidalanmanın xarakteristikası və işlənməsi üçün neçə menyu cədvəli götürülür?
A) 50
B) 72
C) 30
D) 64
E) 45
İlboyu qidalanmanın xarakteristikası və işlənməsi üçün 72 menyu cədvəli götürülür (ilin hər ayının 6 günü).
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.69
395) 8 № pəhriz stolu hansı xəstəlik zamanı məsləhət görülür?
A) Piylənmə
B) Şəkərli diabet
C) Həzm sistemi xəstəlikləri
D) Böyrək xəstəlikləri
E) Ürək-damar xəstəlikləri
8№ pəhriz yeməyi piylənmə zamanı məsləhət görülür.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.96
396) 10 №li pəhriz stolu hansı xəstəlik zamanı məsləhət görülür?
A) Böyrək xəstəllikləri
B) Piylənmə
C) Ürək-damar xəstəlikləri
D) Şəkərli diabet
E) Həzm sistemi xəstəlikləri
10№ pəhriz yeməyi ürək xəstəliyi zamanı məsləhət görülür.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.96
397) Səmərəli qida rasionunda zülalların, yağların və karbohidratların energetik dəyərinin % nisbəti necə olmalıdır?
A) 11 - 14%; 33%, 53 - 56%
B) 53 - 56%; 31 - 33%; 11 - 14%
C) 17 - 18%; 37%, 45%
D) 20 - 22%; 40%; 35 - 40%
E) 40%; 25 - 30%; 30%
Səmərəli qida rasionunda zülalların energetik dəyəri - 11 - 14%, yağların - 33%, karbohidratların - 53 - 56% olmalıdır.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.63
398) Məhsulların xassələrini yaxşılaşdıran mikroorqanizmlərə hansı aid deyil?
A) Südturşulu diplokoklar
B) Streptokokkus thermophilus
C) Südturşulu çöplər
D) Südturşulu streptokoklar
E) Asidofil çöplər
Str.thermophilus yeyinti məhsullarını xarab edən mikroorqanizmlərə aiddir. Yeyinti məhsullarının xassələrini yaxşılaşdıran mikroorqanizmlərə südturşulu çöplər, diplokoklar, streptokoklar, asidofil çöplər aiddir.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.104 - 105
399) Yeyinti məhsullarını xarab edən mikroorqanizmlər nəyə səbəb ola bilməz?
A) Yağ turşulu qıcqırma
B) Kifin əmələ gəlməsi (kifatma)
C) Sirkə turşulu qıcqırma
D) Spirtli qıcqırma
E) Çürümə
Yeyinti məhsullarını xarab edən mikroorqanizmlər sirkəturşulu, yağturşulu qıcqırma, çürümə, kifin əmələ gəlməsinə səbəb olurlar. Maya vasitələrilə spirtli qıcqırma olur ki, bu da karbohidratların etil spirti və karbon qazına qədər parçalanmasına səbəb olur (çörək bişirmədə, çaxırın, pivənin hazırlanmasında istifadə olunur).
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.105
400) Təbii qurudulmanın müddəti nə qədərdir?
A) 3 saat
B) 7 saat
C) 3 - 7 - 10 gün
D) 1 gün
E) 10 saat
Təbii qurudulma zamanı məhsullar 3 gündən 7 - 10 günə qədər quruyur
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.113
401) Vakum qurudulma zamanı məhsulun nəmliyi nə qədər olmalıdır?
A) 12 - 15%
B) 10 - 12%
C) 7 - 10%
D) 8 - 12%
E) 15 - 20%
Vakuum qurudulma zamanı məhsulun nəmliyi 12 - 15% olmalıdır.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.115
402) Süni konservləşdirmədə qurudulma hansı üsulla aparılır?
A) Vakuum qurudulma
B) Sublimasion qurudulma
C) Plyonkalı, vakuum
D) Şırnaq, vakum
E) Şırnaq, səpələnmiş, plyonkalı
Süni (kameralı) qurudulma xüsusi kameralarda şırnaq, səpələnmiş, plyonkalı üsulla aparılır.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.114
403) Yeyinti məhsullarının hisə verilməsində məhsula təsir edən amillər hansılardır?
A) Qurudulma və his tüstüsü
B) Yüksək temperatur, duz, qurudulma, his tüstüsü
C) Duz, his tüstüsü
D) Yüksək temperatur və his tüstüsü
E) His tüstüsü
Hisə verilmə - məhsula yüksək T, duz, qurudulma, his tüstüsünün kombinə edilmiş təsiridir.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.121
404) Ət cəmdəklərini daşıdıqda kif göbələklərinin qarşısını almaq məqsədilə hansı preparatlar istifadə edilir?
A) Benzoy turşusu və nistatin
B) Biomisin və nistatin
C) Nistatin
D) Askorbin turşusu və nistatin
E) Nizin
Ət cəmdəklərini daşıdıqda kif göbələklərinin qarşısını almaq üçün biomisin və nistatindən istifadə olunur.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.120
405) Yeyinti məhsullarının orqanoleptik xassələrinə hansı aid deyil?
A) Xarici görünüşü
B) Konsistensiyası
C) Turşuluğu
D) Dadı
E) İyi, rəngi
Yeyinti məhsullarının orqanoleptik xassələrinə onun xarici görünüşü, iyi və rəngi, dadı, konsistensiyası aiddir. Məhsulun turşuluğu bura aid deyil.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.127
406) Aşağıdakılardan hansı yeyinti məhsullarının fiziki - kimyəvi müayinəsinə aid deyil?
A) Duzun, şəkərin təyini
B) Turşuluğun təyini
C) Zülal və karbohidratların təyini
D) Konsistensiyanın təyini
E) Yağın təyini
Yeyinti məhsullarının fiziki - kimyəvi müayinəsinə turşuluğun, suyun, yağın, karbohidratların, zülalların, duzun, şəkərin miqdarının təyini aiddir. Məhsulun konsistensiyasının təyini bura aid deyil.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.132
407) Çörəyin məsaməliliyi hansı cihazla təyin edilir?
A) Mironenko aləti ilə
B) Laktodensimetrlə
C) Juravlyov aləti ilə
D) Ovoskopla
E) Butirometrlə
Çörəyin məsaməliliyini təyin etmək üçün Juravlyov alətindən istifadə olunur.
Ədəbiyyat: N.Bağırov “Qidalanma gigiyenasının praktiki məşğələlərinə rəhbərlik”. “Maarif” Bakı 1977 səh.161
408) Taxılın taxıl biti ilə I dərəcəli çirklənməsi nə deməkdir?
A) 1 kq 10nümunəyə qədər olması
B) 1 kq taxıl bitlərinin küllü miqdarda olması
C) 1 kq 5 nümunəyə qədər olması
D) 1 kq 12 nümunəyə qədər olması
E) 1 kq 10nümunədən çox olması
Taxılın taxıl biti ilə I dərəcəli çirklənməsi 1 kq məhsulda 5 nümunə olmağıdır.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.142
Dostları ilə paylaş: |