Sanitar-feldşer ixtisası üzrə nümunəvi test sualları Bölmə Epidemiologiya



Yüklə 2.12 Mb.
səhifə15/23
tarix26.11.2016
ölçüsü2.12 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   ...   23

Bölmə 6. Gigiyena sanitar ekoloji əsaslarla

727) Orqanizmin istilik tənziminə nə təsir edir?
A) Havada olan mikrobların sayı

B) Havada olan qazların miqdarı

C) Havanın çirklənməsi

D) Havanın kimyəvi tərkibi

E) Meteoroloji amillər
- Meteoroloji amillər

Orqanizmin istilik tənzimi havanın temperaturundan, rütubətindən, hərəkətindən, habelə ətrafındakı əşyaların temperaturundan asılıdır.


Ədəbiyyat: M.A.Kazımov. “Ümümi gigiyena” Bakı 1999 səh 41 R.D.Qaboviç 1990 “Gigiyena” 1990 səh 29
728) Hansı şüalar dərinin səthini qızdırır, damarları genəldir?
A) Radioaktiv

B) Ultrabənovşəyi

C) Görünən

D) İnfraqırmızı

E) Qısa dalğalı
İnfraqırmızı

Yer kürəsində enerji, istilik və işıq mənbəyi Günəşdir. Yer kürəsində bütün canlılar Günəş radiasiyası sayəsində yaşayır. Görünən şüalar göz analizatorunun funksiyasını təmin edir. İnfraqırmızı şüalar dərinin dərinliyinə keçib toxumanı qızdırır, onun temperaturunu qaldırır, dərini hiperemiyaya uğradır.


Ədəbiyyat: M.A.Kazımov. “Ümümi gigiyena” Bakı 1999 səh 55 R.D.Qaboviç 1990 “Gigiyena” 1990 səh 24
729) Otaq şəraitində havanın hərəkət sürəti nə ilə ölçülür?
A) Pərli anemometr

B) Kasacıqlı anemometr

C) Katotermometr

D) Hiqrometr

E) Psixrometr
- Pərli anemometr

Hava cərəyanının sürəti və istiqaməti insanların sağlamlığında müəyyən rol oynayan, ərazimə hava və iqlim göstəricilərinə təsir edən meterioloji amildir. Hava cərəyanı həm bilavasitə, həm də dolayı yolla sağlamlığa təsir edir. Pərli və kasalı anemometrlərdən istifadə olunur.


Ədəbiyyat: M.A.Kazımov.“Ümümi gigiyena” Bakı 1999 səh 30 Д.М. Бабов, Н.Н.Надворный «Руководство к практическим занятиям»1981 səh 25
730) Torpaqda spor əmələ gətirən mikroblar hansılardır?
A) Polimiyelit ,brüsellyoz

B) Su çiçəyi, qızılca

C) Leptospiroz

D) Botulizim, tetanus, qara yara, qazlı qanqrena

E) Qrip virusu, rinovirus infeksiyası
- Botulizim, tetanus, qara yara, qazlı qanqrena

Patogen mikroblar torpağa əsas etibarı ilə nəcisdə, sidikdə, zibillə, peyinlə, çirkli sularla və s. düşür. Torpaqda spor əmələ gətirən mikroblara botulizm, tetanus, qazlı qanqrena, qara yara, törədicilərini göstərmək olar.


Ədəbiyyat: R.D.Qaboviç 1990 “Gigiyena” 1990 səh 101
731) Çirkab suların təbii yolla təmizlənməsinə nə aid deyil?
A) Durulducular

B) Kənd təsərrüfatı suvarma sahələri

C) Assenizasiya sahələri

D) Filtrasiya sahəsi

E) Suvarma tarlaları
- Durulducular

Çirkab suları təbii və süni yolla təmizlənir. Çirkab suları süni yolla təmizlənərkən müxtəlif qurğulardan istifadə olunur.


Ədəbiyyat: R.D.Qaboviç 1990 “Gigiyena” 1990 səh 114
732) Bərk tullantılar hansı yolla zərərsizləşdirilir?
A) Kompostlaşma

B) Assenizasiya sahələri

C) Şumlama tarlaları

D) Suvarma tarlaları

E) Torpaq sahələri
- Kompostlaşma

Bərk tullantılar planlı sürətdə həyətlərdən daşınıb aparılır. Zibil bir çox üsullarla zərərsizləşdirilir. Biotermik, təkmilləşmiş zibilliklər, zibillik yandırılması, kompostlama.


Ədəbiyyat: R.D.Qaboviç 1990 “Gigiyena” 1990 səh 116
733) Torpaq dənəciklərinin ölçüsünü təyin etmək üçün aşağıdakılardan hansı istifadə olunur?
A) Stəkan

B) Pipetka

C) Kolba

D) Ələk


E) Silindir

– Ələk


Torpağın mexaniki quruluşu onun hissəciklərinin növünə, miqdarına və ölçülərinə görə qiymətləndirilir. Torpaq dənələrinin ölçülərini müxtəlif diametrli dəlikləri olan xüsusi ələklərlə təyin edirlər.
Ədəbiyyat: M.A.Kazımov. “Ümümi gigiyena” Bakı 1999 səh 208
734) Torpağın məsaməliyini təyin etmək üçün aşağıdakılardan hansından istifadə olunur?
A) Torlardan

B) Pipetkadan

C) Kolbadan

D) Silindirdən

E) Stəkandan
- Silindirdən

Torpağın su keçirmə qabiliyyətini təyin etmək üçün diametric 3 - 4 sm və hündürlüyü 30 - 35 sm olan şüşə silindrik boru götürülür.


Ədəbiyyat: M.A.Kazımov. “Ümümi gigiyena” Bakı 1999 səh 299 Д.М. Бабов, Н.Н.Надворный «Руководство к практическим занятиям»1981 səh 55
735) Torpağın fiziki - kimyəvi müayinəsi üçün nümunə neçə m²sahədən götürülür ?
A) 15 m²

B) 10 m²


C) 30 m²

D) 20 m²


E) 25 m²
25 m2

Torpaq nümunəsi şüşə bankada, kiçik polietilen və ya kağız kisələrdə yerləşdirilir. Torpağın fiziki - mexaniki göstəriciləri və kimyəvi tərkibini təyin etmək üçün torpaq nümunəsi 25 m2 sahədən diaqonal üzrə 3 - 5 yerdən, müxtəlif dərinlikdən götürülür

Ədəbiyyat: M.A.Kazımov. “Ümümi gigiyena” Bakı 1999 səh 207 Д.М. Бабов, Н.Н.Надворный «Руководство к практическим занятиям»1981 səh 53
736) Suda yod çatışmazlığı olduqda hansı xəstəlik yaranır?
A) Qan xəstəliyi

B) Ur


C) Flüoroz

D) Kariyes

E) Böyrək xəstəlikləri
- Ur

Torpaqda və suda kimyəvi elementlərin çatışmadığı və ya həddindən artıq olduğu yerlərə anormal geokimyəvi əyalətlər deyilir və belə yerlərdə yaşayan əhali arasında maddələr mübadiləsi pozğunluqları, funksional və morfoloji dəyişikliklər, xəstəliklər baş verir. Məs: yod çatmadıqda ur xəstəliyi, flör çoxluğu flüoroz, azlığı karies və s. törənir.


Ədəbiyyat: R.D.Qaboviç 1990 “Gigiyena” 1990 səh 52
737) Açıq su mənbəyinin təmizlik göstəricisi hansıdır?
A) Xlorun miqdarı

B) Nitratların miqdarı

C) Sulfatların miqdarı

D) Həll olmuş oksigenin miqdarı

E) Dəmirin miqdarı
- Həll olmuş oksigenin miqdarı

Suda həll olmuş O2 miqdarı açıq su mənbələrinin təmizlik göstəricisi sayıla bilər. Çirklənmiş su mənbəyi O2 - nin hesabına təmizlənir.


Ədəbiyyat: R.D.Qaboviç 1990 “Gigiyena” 1990 səh 69 Д.М. Бабов, Н.Н.Надворный «Руководство к практическим занятиям»1981 səh 87
738) Yeraltı sulara hansı aid deyil?
A) Artezian

B) Qrunt suyu

C) Təzyiqsiz sular

D) Açıq su mənbəyi

E) Layarası
- Açıq su mənbəyi

Su təchizatı mənbəyi kimi əsasən yeraltı sulardan və açıq su mənbələrindən istifadə olunur. Yeraltı sulara qrunt suları, laylararası sular, bulaqlar, quyular aiddir. Qrunt suları 1 - 2 m - dən 20 - 30 m - ə qədər, laylararası sular 10 m – 1000 m - ə qədər dərinlikdə olur.


Ədəbiyyat: R.D.Qaboviç 1990 “Gigiyena” 1990 səh 65
739) İçməli su mənbəyi seçərkən ilk növbədə hansı mənbələrə üstünlük verilir?
A) Açıq su mənbəyi

B) Layarası - təzyiqsiz

C) Qrunt

D) Çaylar

E) Layarası - təzyiqli – artesian
- Layarası - təzyiqli - artezian

Su təchizatı mənbəyinə yeraltı sular və açıq su mənbələri aiddir. Sanitar qaydalara görə su təchizatı üçün mənbə seçərkən ardıcıllıqla seçilir: layarası təzyiqli, layarası təzyiqsiz sular, qrunt suları, açıq su mənbələri


Ədəbiyyat: R.D.Qaboviç 1990 “Gigiyena” 1990 səh 64
740) İçməli suyun iyi və dadı neçə olmalıdır?
A) 2 bal

B) 5 bal


C) 1 bal

D) 3 bal


E) 4 bal
– 2 bal

Suyun iyi və dadı onun orqanoleptik xassələrinə aiddir. İçməli suların dadı xoşagələn, sərinləşdirici olmalı və kənar dadlar hiss olunmamalıdır. İçməli suyun iyi və dadı 5 bal sistemində qiymətləndirilir.


Ədəbiyyat: M.A.Kazımov. “Ümümi gigiyena” Bakı 1999 səh 118 Д.М. Бабов, Н.Н.Надворный «Руководство к практическим занятиям»1981 səh 74
741) Su nümunəsini götürmək üçün nədən istifadə olunur?
A) Su aspiratoru

B) Polejayev cihazı

C) Anemometr

D) Batometr

E) Barometr
- Batometr

Suyun keyfiyyətl üzərində laboratoriya nəzarətini həyata keçirmək üçün su nümunələri götürülür. Bunun üçün butulkadan, təmiz vedrədən, barometrdən istifadə edilir.


Ədəbiyyat: M.A.Kazımov. “Ümümi gigiyena” Bakı 1999 səh 109 Д.М. Бабов, Н.Н.Надворный «Руководство к практическим занятиям»1981 səh 71
742) Hansı element suya metallik dad və tünd rəng verir?
A) Barium

B) Yod


C) Xlor

D) Titan


E) Dəmir
– Dəmir

Suyun orqanoleptik göstəricilərinə onun iyi, dadı, rəngi; fiziki göstəricilərinə temperaturu, şəffaflığı və s. aiddir. Suyun dadı onun mineral tərkibindən, temperaturundan və həll olmuş qazlardan asılıdır. Suyun tərkibində dəmir duzlarının miqdarı 0,5 mq/qm3 - dən çox olduqda metal dadı verir.


Ədəbiyyat: M.A.Kazımov. “Ümümi gigiyena” Bakı 1999 səh 143; Д.М. Бабов, Н.Н.Надворный «Руководство к практическим занятиям»1981 səh 81, 101
743) Təbii işıqlanmanın mənbəyi nədir?
A) Közərmə lampası

B) Kerosin lampası

C) Lüminissent lampası

D) Qaz lampası

E) Günəş
– Günəş

Yer kürəsində enerji, istilik və işıq mənbəyi Günəşdir. Günəş enerjisi Yerin səthini qızdırır, suyu buxarlandırır, hava cərəyanı yaradır və bütün bunlarla əlaqədar olaraq həmin yerdə havanı və iqlimi dəyişdirir.


Ədəbiyyat: M.A.Kazımov. “Ümümi gigiyena” Bakı 1999 səh 254 R.D.Qaboviç 1990 “Gigiyena” 1990 səh 157
744) Məktəb məktəblinin yaşadığı binadan hansı məsafədə olmalıdır?
A) 2 - 5 km

B) 2 - 3 km

C) 3 - 4 km

D) 1 - 2 km

E) 5 - 6 km
1 - 2 km

Məktəb sahəsi uşaqların yaşayış yerinə yaxın olmalıdır, küçədən, nəqliyyat yolundan, müəssisələrdən uzaqda olmalıdır.


Ədəbiyyat: R.D.Qaboviç 1990 “Gigiyena” 1990 səh 365
745) İşıq əmsalının təyinində nəyi bilmək lazımdır?
A) Otağın temperaturu

B) Otağın hündürlüyünü

C) Otağın rütubəti

D) Döşəmənin sahəsini

E) Otağın həcmini
- Döşəmənin sahəsini

İşıq əmsalı pəncərə şüşəsi sahəsinin döşəmənin sahəsinə olan nisbətidir. İşıq əmsalını təyin etmək üçün ölçü lentindən istifadə olunur.


Ədəbiyyat: M.A.Kazımov. “Ümümi gigiyena” Bakı 1999 səh 255 Д.М. Бабов, Н.Н.Надворный «Руководство к практическим занятиям»1981 səh 136
746) Gündəlik qida rasionunun keyfiyyət tərkibi və enerji dəyəri nədən asılı deyil?
A) Peşədən

B) İqlim şəraitindən

C) Fizioloji haldan

D) Yaşdan

E) Milli mətbəxbən
Milli mətbəxbən

Qidalanmanın fizioloji normaları işlədikdə peşə fəaliyyəti, yaş, cins, iqlim qurşağı və s. nəzərə alınır.


Ədəbiyyat: M.A.Kazımov. “Ümümi gigiyena” Bakı 1999 səh 418 R.D.Qaboviç 1990 “Gigiyena” 1990 səh 190
747) PP vitamini çatmadıqda hansı xəstəlik baş verir?
A) Pellaqra

B) Raxit


C) Beri - beri

D) Toyuq korluğu

E) Sinqa

- Pellaqra

Vitaminlər – üzvi birləşmələr olub, bunların cüzi miqdarı belə fizioloji aktiv maddələrdir. Vitaminlər suda həll olan C və B qrupu və yağda həll olan – A, D, E, K, F vitaminlərinə bölürlər. C vitamini çatışmadıqda sinqa xəstəliyi, PP vitamini çatışmadıqda – pellaqra xəstəliyi baş verir.
Ədəbiyyat: R.D.Qaboviç 1990 “Gigiyena” 1990 səh 202
748) Qida məhsullarının fiziki üsulla konservləşdirilməsinə aşağıdakılardan hansı aid deyil?
A) Sterilizasiya

B) Dondurma

C) Soyutma

D) Duza qoyma

E) Pasterizasiya
- Duza qoyma

Qida məhsullarını uzun müddət saxlamaq üçün onlar fiziki, kimyəvi və bakterioloji üsulla konservləşdirilirlər. Gigiyenik nöqteyi - nəzərdən qida məhsulunun təbii xassələri daha yaxşı mühafizə olunan konservləşmədən istifadə olunur.


Ədəbiyyat: R.D.Qaboviç 1990 “Gigiyena” 1990 səh 225
749) Botulizimdə hansı əlamətlər olmur?
A) İki görmə

B) Nəfəsalmanın çətinləşməsi

C) Udmanın pozulması

D) Çəpgözlülük

E) Böyrək sancıları
- Böyrək sancıları

Bakterial mənşəli zəhərlənmələr 2 qrupa bölünür: toksikoinfeksiyalar və bakterial toksikozlar (intoksikasiyalar). Botulizm toksikozlara aiddir. Botulizmin törədicisi botulimus çöpləridir


Ədəbiyyat: R.D.Qaboviç 1990 “Gigiyena” 1990 səh 230
750) Unun rəngi nədən asılıdır?
A) Kleykovinadan

B) Növündən

C) Turşuluğundan

D) Dadından

E) Nəmliyindən
- Növündən

Unun rəngi dənin növündən, üyüdülmənin keyfiyyətindən, müxtəlif qarışıqlardan, unun təzəliyindən asılıdır


Ədəbiyyat: M.A.Kazımov. “Ümümi gigiyena” Bakı 1999 səh 450 Д.М. Бабов, Н.Н.Надворный «Руководство к практическим занятиям»1981 səh 205
751) Ətin təzəliyini hansı üsulla təyin edilir?
A) Eber sınağı

B) Tilmans reaktivi ilə

C) Hidrogen sulfidin təyini

D) Andreyevski sınağı

E) Kreys reaksiyası
Andreyevski sınağı

Ət bioloji cəhətdən qiymətli zülallarla zəngin olan ərzaq məhsullarından biridir. Ət qiymətli qida məhsuludur və tez xarab olur. Ətin təzəliyi barmaqla basmaqla, peroksidaza sınağına və Andreyevski sınağı ilə təyin edilir


Ədəbiyyat: M.A.Kazımov. “Ümümi gigiyena” Bakı 1999 səh 450 Д.М. Бабов, Н.Н.Надворный «Руководство к практическим занятиям»1981 səh 164
752) Südün xüsusi çəkisi nə ilə təyin edilir?
A) Juravlyov cihazı

B) Urometr

C) Laktodensimetr

D) Saxarimetr

E) Butirometr
Laktodensimetr

Südün orqanizm üçün qida və bioloji dəyərə malik olması və yaxşı mənimsənilməsi ilə əlaqədar o, pəhriz qidalarının tərkibində daha çox yer tutur. Südün xüsusi çəkisi xüsusi süd areometri – laktodensimetrlə təyin edilir.


Ədəbiyyat: M.A.Kazımov. “Ümümi gigiyena” Bakı 1999 səh 421 Д.М. Бабов, Н.Н.Надворный «Руководство к практическим занятиям»1981 səh 181
753) İstehsalat travmaları hansı amillərin təsirindən baş verir?
A) Sənaye

B) Hava


C) Ətraf mühit

D) Torpaq

E) Məişət
- Sənaye

Əmək qabiliyyətinin müvəqqəti və həmişəlik itirilməsinə səbəb olan xəstəliklər içində istehsalat travmaları – bədbəxt hadisələr xüsusi yer tutur. İstehsalat travmalarının azalmasında əməyin iş yerinin düzgün təşkili mühümdür.


Ədəbiyyat: R.D.Qaboviç 1990 “Gigiyena” 1990 səh 311
754) Pnevmokaniozları nə törədir?
A) Toz

B) Metirioloji amil

C) Səs - küy

D) Travma

E) Zəhər
Toz

Əzmə, üyütmə, sürtmə, cilalama və s. toz əmələ gəlir. İnsan nəfəs aldıqda hava ilə birlikdə alveollara toz hissəcikləri də daxil olur və ağciyər fibrozu – pnevmokoniozlara səbəb olur. Pnevmokoniozlara silikoz, asbestoz, sideroz, antrakoz aiddir.


Ədəbiyyat: R.D.Qaboviç 1990 “Gigiyena” 1990 səh 288

Bölmə 7. Mikrobiologiya və mikrobioloji texnika

755) Aşağıdakılardan hansı mikroskopun optik hissəsinə aiddir?
A) Tubus

B) Güzgü


C) Əşya stolu

D) Makrovint

E) Mikrovint
Güzgü

Güzgünün vəzifəsi işıq şüalarını əşya masası üzərində olan deşiyə doğru yönəltməkdən ibarətdir. Onun bir üzü hamar, digər üzü isə çökükdür. Təbii işıqlanmada hamar, süni işıqlanmada isə çökük səthdən istifadə edilir.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 10 - 13
756) Mikroskopun mexaniki hissəsinə nə aiddir?
A) Kondensorun linzası

B) Okulyar

C) Obyektiv

D) Tubus


E) Güzgü
- Tubus

Mikroskopun dəstəyinin yuxarı hissəsinə tubus borusu birləşdirilib. Tubus makro və mikrometrik vintlərlə yuxarı və aşağı hərəkət etdirilir. Tubusun yuxarı hissəsinə okulyar taxılır. Aşağı hissəsi isə obyektivlər yerləşən revolverə birləşdirilir.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair”Bakı. 1998. Səh. 10 - 13
757) Mikroskopun böyüdücü sistemi nədən ibarətdir?
A) Diafraqma

B) Mikrovint

C) Makrovint

D) Tubus


E) Okulyar
- Okulyar

Okulyar tubusun yuxarı hissəsinə taxılır. Onun iki linzası var. Bunlardan biri okulyarın yuxarı - gözə yaxın ucuna birləşdirilir və göstərici vəzifəsini yerinə yetirir. İkinci linza isə ucda yerləşib toplayıcı vəzifəsini görür.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı.1998. Səh. 10 - 13
758) Vibrionların quruluşu necədir?
A) Vergülvari

B) Kokşəkilli

C) Sancaqşəkilli

D) Çöpvari

E) Bir ucu qalınlaşmış
Vergülvari

Spiralvarilər - spiral kimi qıvrılmış bakteriyalar iki qrupa bölünür:



  1. Vibrionlar - bu bakteriya hüceyrələri mikroskop altında vergül şəklində görünür.

  2. Spirillər - bir neçə qıvrıma malikdirlər. Bu forma onları burguya bənzədir.

Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 15 - 16


759) Bakteriya hüceyrəsində sporun vəzifəsi nədir?
A) Həzm prosesində iştirak edir

B) Uzun müddət mikrobu müdafiə edir

C) İfrazat üzvüdür

D) Hərəkət üzvüdür

E) Çoxalma xarakteri daşıyır
- Uzun müddət mikrobu müdafiə edir

Əlverişsiz şərait yarandıqda (qida, rütubət çatışmadıqda, temperatur kəskin dəyişdikdə) bakteriyaların protoplazması sıxlaşaraq kürəcik və ya silindr şəklində hüceyrənin müəyyən bir nöqtəsinə yığılıb möhkəm bir qişa ilə örtülür ki, bu yeni bakteriya hüceyrəsi spor adlanır. Sporlar uzun illər sağ qalaraq mikrobu müdafiə edir


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 19 - 20
760) Aşağıdakılardan hansı qida maddələrinin mənimsənilməsi prosesidir?
A) Metabioz

B) Antaqonizm

C) Simbioz

D) Dissimilyasiya

E) Assimliyasiya
Assimliyasiya

Metabolizm və ya maddələr mübadiləsi bir - birinə əks olan iki prosesdən ibarətdir. Assimilyasiya və dissimilyasiya. Assimilyasiya –qida maddələrinin mənimsənilməsi və onlardan hüceyrə strukturlarının sintez edilməsi prosesidir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 31 - 32
761) Göbələklərdə sporlar hansı vəzifəni daşıyır?
A) Çoxalma

B) Qorunma

C) Bölünmə

D) Qidalanma

E) Tənəffüs
- Çoxalma

Göbələklər bölünmə, cücərmə, tumurcuqlanma və müxtəlif şəkilli sporlanma yolu ilə çoxalırlar. Spor əmələ gətirmə təkcə çoxalma üçün deyil, həmçinin onların xarici mühitdə yayılması üçün əhəmiyyət kəsb edir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 25 - 28
762) Bir spordan neçə bakteriya hüceyrəsi əmələ gəlir?
A) Altı

B) Bir


C) Yeddi

D) İki


E) Dörd
- Bir

Sporlar uzun illər sağ qalaraq mikrobun müdafiə olunmasını təmin edir. O, çoxalma xarakteri daşımır, bir bakteriyadan bir spor və bir spordan bir bakteriya əmələ gəlir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 19 - 20
763) Bakteriya hüceyrəsində nüvənin hansı funksiyası var?
A) Həzm prosesində iştirak edir

B) Hüceyrəyə forma verir

C) İrsi məlumatları saxlayır

D) Müdafiə edir

E) Tənəffüs prosesində iştirak edir
- İrsi məlumatları saxlayır

Bakteriyalarda nukleoid və ya nüvə dezoksiribonuklein turşusu sapından ibarətdir. Onda bakteriya hüceyrəsinin irsi informasiyası yerləşir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 18
764) Qram mənfi bakeriyalar hansı rəngdə olur?
A) Bənövşəyi rəng

B) Qırmızı moruğu rəng

C) Qəhvəyi rəng

D) Qızılı rəng

E) Göy rəng
- Qırmızı moruğu rəng

Qram mənfi bakteriyaların protoplazmasında RNT Qram müsbətlərə nisbətən az olur. Ona görə mikrobun sitoplazmasının gensianviolet və yodla əmələ gətirdiyi birləşmə zəif olur, spirtin təsirindən parçalanır və bənövşəyi rəng itir. Odur ki, mikrob fuksinlə qırmızı rəngə boyanır


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı .1998. Səh. 31 - 32
765) Qram mənfi bakteriyalar hansı boyaqla rənglənir?
A) Vezuvinlə

B) Gensian violetlə

C) Metilen göyü ilə

D) Fuksinlə

E) Lyuqol məhlulu ilə
- Fuksinlə

Qram mənfi bakteriyalalrın hüceyrə divarında lipid və zülallar çox olur. Protoplazmada RNT az olur. Ona görədə mikrobun sitoplazmasının gensianvioletlə və yodla əmələ gətirdiyi birləşmə zəif olur, spirtin təsirindən bənövşəyi rəng itir, mikrob fuksinlə qırmızı rəngə boyanır.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 30 - 32
766) Qram müsbət bakteriyalar hansı rəngdə olur?
A) Qızılı

B) Bənövşəyi

C) Qəhvəyi

D) Göy


E) Qırmızı moruğu
Bənövşəyi rəng

Qram müsbət mikrobların sitoplazmasında RNT və zülal çox olur. Qram müsbət bakteriyaların hüceyrə divarının keçiriciliyi mikopeptid çox olduğundan, qram mənfilərə nisbətən zəifdir. Genisian - violet və Lyuqol məhlulu ilə rəngləmə zamanı mikrobun sitoplazmasında möhkəm birləşmə əmələ gəlir ki, etil spirtinin təsirindən bu birləşmə parçalanmır və mikrob tünd bənövşəyi rəngi saxlayır.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı.1998. Səh. 30 - 32
767) Qram müsbət bakteriyalar hansı boyaqla rənglənir?
A) Neyser abısı ilə

B) Gensian violetlə

C) Metilen abısı ilə

D) Lyuqol məhlulu ilə

E) Fuksinlə
- Gensian violetlə

Qram müsbət bakteriyaların hüceyrə divarının keçiriciliyi mikopeptid çox olduğundan Qram mənfilərə nisbətən zəifdir. Ona görə də gensian violet və Lyuqol məhlulu ilə rəngləmə zamanı mikrobun sitoplazmasında möhkəm kompleks birləşmə əmələ gəlir ki, etil spirtinin təsirindən bu birləşmə parçalanmır və mikrob tünd - bənövşəyi rəngi saxlayır.


Ədəbiyyat: H.İbrahimov,S.Zeynalova,İ.Əhmədova,A.Bayramov “Tibbi mikrobiologiyadan təcrübə məşğələlərinə dair” Bakı.1998. . Səh. 30 - 32
768) Kapsulanı aşkar etmək üçün ən çox hansı boyama üsulundan istifadə olunur?
A) Burri - Hins

B) Romanovski - Gimza

C) Ojeşko

D) Qram


E) Sil – Nilsen
- Burri - Hins

Kapsulanın aşkara çıxarılmasının mühüm diaqnostik əhəmiyyəti vardır. Bunun üçün ən çox Burri - Hins üsulundan istifadə olunur. Bu üsulla boyanmış mikroblar cəhrayı - moruğu rəngdə, görünüş sahəsi qara, mikrobun ətrafında olan kapsula isə şəffaf, rəngsiz görünür.


Ədəbiyyat: H.İbrahimov,S.Zeynalova,İ.Əhmədova,A.Bayramov “Tibbi mikrobiologiyadan təcrübə məşğələlərinə dair” Bakı. 1998. . Səh. 36 - 37
769) Turşuya davamlı bakteriyalar hansı üsulla boyanır?
A) Qram

B) Burri - Hins

C) Romanovski - Gimza

D) Ojeşko

E) Sil – Nilsen
- Sil - Nilsen

Bir sıra bakteriyaların qılaflarında və sitoplazmasında lipidlər və mumun miqdarı çox olur. Bu da onların spirtə və turşuya qarşı davamlı olmasına səbəb olur. Belə bakteriyalar turşunun təsirindən rəngsizləşmir, bu mikroblar adi rəng məhlulları ilə rənglənmir, onlar yalnız qatı rəng məhlullarını qızdırılmış şəkildə qəbul edirlər. Rəng məhlulunun qatılığı və rəngləmə zamanı preparatın qızdırılması, bakteriya hüceyrəsi ilə rəng məhlulu arasında qarşılıqlı təsiri gücləndirir.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 35 - 36
770) Bakteriyalar üçün hansı diferensial - diaqnostik boyama üsulundan istifadə edilir?
A) Qram

B) Burri - Hins

C) Sil - Nilsen

D) Romanovski - Qimza

E) Ojeşko
- Qram

Qram üsulu mürəkkəb rəngləmə üsullarındandır, universal üsuldur, yəni bütün bakteriyalar bu üsulla rənglənir və rənglənmələrinə görə 2qrupa ayrılır: Qram müsbət və Qram mənfi. Qram üsulu ilə mikrobun rənglənmə mexanizmi onun sitoplazma və qilafinin fiziki - kimyəvi tərkibindən asılıdır. Qram mənfi bakteriyalar qırmızı, Qram müsbətlər isə bənövşəyi görünür.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı .1998. Səh. 30 - 32
1   ...   11   12   13   14   15   16   17   18   ...   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə