Sanitar-feldşer ixtisası üzrə nümunəvi test sualları Bölmə Epidemiologiya


) Bakteriyaların hərəkətliliyini təyin etmək üçün hansı üsuldan istifadə edilir?



Yüklə 2,12 Mb.
səhifə16/23
tarix26.11.2016
ölçüsü2,12 Mb.
#177
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

771) Bakteriyaların hərəkətliliyini təyin etmək üçün hansı üsuldan istifadə edilir?
A) Kağız disklər

B) Seroloji

C) Asılan damla

D) Appelman

E) Driqalski
Asılan damla

Bakteriyaların hərəkəti “əzilən” və “asılan” damla üsulları ilə öyrənilir. Bu preparatları hazırlamaq üçün hərəkətli mikrobun 18 - 20 saatlıq aqar kulturasından istifadə edilir. Bəzən mikrobların çoxalmasını, spor əmələ gəlməsini, ona müxtəlif və fiziki faktorların təsirini öyrənmək üçün onları diri halda tədqiq etmək lazımdır.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 39 - 40
772) Təzyiq altında buxarla sterilizasiya hansı aparatda aparılır?
A) Anaerostatda

B) Termostatda

C) Krotov aparatında

D) Avtoklavda

E) Paster peçində
- Avtoklavda

Yüksək təzyiq altında buxarla sterilizasiya avtoklav aparatında aparılır. Bu üsul sterilizasiya olunan maddəyə atmosfer təzyiqindən yüksək təzyiqdə doymuş su buxarının temperaturunun təsirinə əsaslanır. Bu zaman mikrobların həm vegetativ, həm də spor formaları məhv olur.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı.1998. Səh. 57 - 59
773) Seroloji reaksiya nədir?
A) Antigenlə anticismin qarşılıqlı təsiri

B) Selektiv mühitdə mikroorqanizmin böyüməsi

C) Bakteriya hüceyrəsində cinsi mübadilə

D) Faqositoz

E) Bakteriofaqın təsiri ilə bakteriyanın lizisi
Antigenlə anticismin qarşılıqlı təsiri

Seroloji müayinə üsulu immun zərdabla uyğun antigenin spesifik qarşılıqlı təsirinə əsaslanır. Belə qarşılıqlı təsirlərin formaları müxtəlifdir. Yəni xarici görünüşcə reaksiya mikrobların bir - birinə yapışması, çökməsi, əriməsi və s. şəkillərdə aşkara çıxarılır. İmmunitet reaksiyalarından həm diaqnostik məqsədlə, həm də zərdab və vaksin hazırlanmasında geniş istifadə olunur.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 132
774) Komplementin birləşmə reaksiyasında müsbət nəticə hansıdır?
A) Eritrositlərin çökməsi (hemolizin dayanması)

B) Düymə şəklində çökmə

C) Çətir şəklində çökmə

D) Laka oxşar qan (hemoliz)

E) İki mayenin sərhədində halqa
- Eritrositlərin çökməsi (hemolizin dayanması)

Komplementin birləşmə reaksiyası 1901 - ci ildə Belçika alimləri Borde və Janqu tərəfindən işlənmişdir. Bu alimlərin fikrincə infeksiya və immunizasiya prosesində insan və heyvanların qanında xüsusi anticisimlər əmələ gəlir ki, bu, müvafiq antigenlərdə qarışdırıldıqda onunla birləşib komplement adlnan maddəni adsorbsiya edir.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı .1998. Səh. 153 - 154
775) Mikroorqanizmlərin antibiotiklərə həssaslığını təyin etmək üçün hansı üsul tətbiq edilir?
A) Qratsiya

B) Seroloji

C) Appelman

D) Driqalski

E) Kağız disklər
- Kağız disklər

Antibiotiklərlə aparılan müalicənin effektliyi xəstəlik törədən mikrobun tətbiq edilən antibiotikə qarşı həssaslıq dərəcəsindən asılıdır. Buna görə də müalicəyə başlamazdan əvvəl mikrobun hansı antibiotikə həssas olması təyin edilir. Müvafiq antibiotik hopdurulmuş filtr kağızından olan standart disklər xüsusi laboratoriyalarda hazırlanır.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 104 - 107
776) Aqqlütinasiya reaksiyasında müsbət nəticə hansıdır?
A) Eritrositlərin çökməsi

B) Bulanıq halqanın alınması

C) Çöküntünün düymə şəklində alınması

D) Laka oxşar qan

E) Çöküntünün əmələ gəlməsi
- Çöküntünün əmələ gəlməsi

Ən tipik aqqlutinasiya sınaq şüşələrində çöküntünün əmələ gəlməsidir. Bu zaman çöküntünün üzərində olan maye tam şəffaf olur. Bu reaksiyanın qoyuluşunda aqqlütininli zərdab, mikrob emulsiyası, bir də fizioloji məhlul iştirak edir.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı .1998. Səh. 132 - 133
777) Aşağıdakı xüsusiyyətlərdən hansı antigenə məxsusdur?
A) Daxil olduğu orqanizm üçün yad olmaq

B) Patogenlik

C) Toksigenlik

D) Spesifiklik

E) Virulentlik
- Daxil olduğu orqanizm üçün yad olmaq

Antigen daxil olduğu orqanizm üçün yad, yəni o, başqa bir növə aid olmalıdır. Antigenlər orqanizmə parenteral yolla, yəni ağızdan başqa qalan yollarla (məsələn: dəri altına, qana, qarın boşluğuna) yeridildikdə öz təsirini göstərir. Ağızdan qəbul edildikdə antigenlər həzm fermentlərinin təsiri altında sadə birləşmələrə qədər parçalanaraq antigenlik qabiliyyətini itirir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 123 - 124
778) Anticisim nədir?
A) Mineral maddədir

B) Zülaldır

C) Karbohidratdır

D) Lipopolisaxariddir

E) Yağdır
- Zülaldır

Orqanizmdə anticismlər antigen qıcıqlandırılması nəticsində hazırlanır və xəstəliyin əvvəlindən bir neçə gün sonra xəstənin qan zərdabında tapılır. Bir antigenə qarşı orqanizmdə ancaq bir cür anticisim əmələ gəlir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 128
779) Diferensial - diaqnostik qidalı mühitlərdən nə məqsədlə istifadə olunur?
A) Müayinə materialının göndərilməsində

B) Faqotipin təyinində

C) Təmiz kulturanın alınmasında

D) Bakteriyaların diri halda öyrənilməsində

E) Antibiotiklərin həssaslığının təyinində
Təmiz kulturanın alınmasında

Mikroorqanizmlərin proteolitik, saxarolitik, hemolitik və digər xassələrinə əsasən onun növünü təyin etmək üçün diferensial - dianostik qidalı mühitlərdən istifadə edilir. Bu mühitlər də konsistensiyasına görə bərk və maye halında olur. İndikatorlu süd, indikatorlu peptonlu su, Hissin əlvan sıra mühiti və s. maye differensial - diaqnostik mühitlərdir. Bərk mühitlərdən isə Endo, Levin, qanlı aqar, bismut - sulfit aqarı və s. göstərmək olar.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı .1998. Səh. 71 - 73
780) Sınaq şüşəsində mikroblu duru materialdan maye qidalı mühitə əkin nə ilə aparılır?
A) İynə ilə

B) Steril pipetka ilə

C) Şpatellə

D) Kolli qələmi ilə

E) Tamponla

Steril pipetka ilə

Mikrob əkmənin texnikası qidalı mühitin bərkliyindən asılıdır. Əkmə əməliyyatları bokslarda və ya gediş - gəliş az olan laboratoriyalarda aparılır. Mikroblu material duru olarsa steril pipetka ilə bir damla material götürüb duru qidalı mühitə əlavə olunur, çalxalanır. Pipetka isə dezinfeksiyaedici məhlula salınır.

Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı .1998. Səh. 77


781) Termostat nə məqsədlə istifadə olunur?
A) Mikroorqanizimlərin saxlanmasında

B) Mikroorqanizimlərin məhv edilməsində

C) Mikroorqanizimlərin yetişdirilməsində

D) Sterilzasiya məqsədi ilə

E) Təmiz kulturanın alınmasında
- Mikroorqanizimlərin yetişdirilməsində

Termostatdan mikrobları insan və heyvan orqanizmindən xaricdə, yəni süni qidalı mühitlərdə becərmək üçün istifadə edilir. Termostatda temperaturu sabit saxlamaq üçün istilik tənzimləyici olur. Əksər patogen mikroblar 37o C - temperaturda 1 neçə sutkada termostatda çoxalırlar.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 75 - 76
782) Yaşadığı mühitdən asılı olaraq bakteriya hüceyrəsinin ölçüsünün və formasının dəyişməsi necə adlanır?
A) Polimorfizm

B) Antaqonizm

C) Metobolizim

D) Simbioz

E) Metobioz
- Polimorfizm

Bakteriyalar bir hüceyrəli orqanizmlərdir. Bakteriyaları forma və ölçülərini müxtəlif amillərinin təsiri altında dəyişə bilər. Bu hadisə polimorfizm adlanır.


Ədəbiyyat: Ф.К Черкес, Л.Б.Богоявленская, Н.А.Бельская . « Mикробиология» «Медицина» Москва. 1987. Səh. 38
783) S - formalı koloniyaların xüsusiyyətləri hansıdır?
A) Xırda, uzun, çöp şəklində

B) Xırda, ulduz şəklində

C) Hamar, dairəvi, parlaq

D) Bulanıq, qabarıq

E) Girintili, çıxıntılı, selikli

- Hamar, dairəvi, parlaq

Qidalı mühit səthində eyni növlü mikrobun bir yerə yığılmış forması koloniya adlanır. S - formalı koloniyalar hamar, dairəvidir. Mikrob dissosasiyası zamanı S - forma R - formaya keçir. (Antibiotiklər, kimyəvi maddələr təsirindən və s.).

Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı .1998. Səh. 81


784) Orta hərarəti sevən mikroblar necə adlanır?
A) Termofil

B) Mezofil

C) Steril

D) Psixrofil

E) Maksimal
- Mezofil

Orta temperaturda yaşayan mikroblar mezofil bakteriyalardır. Mezofillər üçün optimal tempertur 30 - 370 C - dir


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 87
785) İsti sevən mikroblar necə adlanır?
A) Mezofil

B) Minimal

C) Steril

D) Psixrofil

E) Termofil
- Termofil

Mikrobların normal inkişaf etmələri üçün müəyyən temperatur lazımdır. Mikrobun həyat fəaliyyəti üçün əlverişli olan temperatura optimal temperatur deyilir. Termofil bakteriyalar üçün (isti sevənlər) optimal tempertur 50 - 60o arasındadır.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 87
786) Soyuq sevən mikroblar necə adlanır?
A) Mezofil

B) Termofil

C) Psixrofil

D) Optimal

E) Steril
- Psixrofil

Psixrofil bakteriyalar (soyuq - sevənlər) üçün temperatur optimumu 15 - 200 - dir. Temperaturun azalmasına mikroblar çox həssas deyil. Əgər temperatur optimumdan yuxarı və ya aşağı müəyyən dərəcəyə qədər tərəddüd edərsə, onda mikrobun inkişaf prosesi nisbətən zəifləyir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 87
787) Virulentlik nədir?
A) İnsanda xəstəlik yaratmaq qabiliyyətidir

B) Zəif adamlarda xəstəlik törətmədir

C) Mikrobun patogenlik dərəcəsidir

D) Törədicinin yayılmasına orqanizmin müdafiə reaksiyasıdır

E) Mikrobun həssaslığıdır
- Mikrobun patogenlik dərəcəsidir

Patogen mikrobun xəstəliktörətmə qabiliyyətinin dərəcəsi virulentik adlanır.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 93
788) Anatoksinlər nədən hazırlanır?
A) İmmunoqlobulinlərdən

B) Donor qanından

C) Mikrob toksinindən

D) Antitoksik serumlardan

E) Mikroblardan
- Mikrob toksinindən

Bir sıra xəstəliklərdə immunitetin yaranması antitoksik xarakter daşıyır. Bu cür xəstəliklərdə immunitet yaratmaq üçün mikrobun özündən deyil, onların ekzotoksinlərindən istifadə etmək lazımdır. Fransız alimi Ramon ekzotoksin üzərinə müəyyən miqdar formalin əlavə edərək 39 - 40o C temperaturda 30 - 32 gün saxlamışdır. Nəticədə immunogen xassəsini saxlamış zərərsiz preparat - anatoksin almışdır.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 160
789) Aşağıdakılardan hansı immunitetin spesifik amillərinə aiddir?
A) Dəri örtüyü

B) Lizosim

C) İmmunoqlobulinlər

D) Faqositoz

E) Komplement
İmmunoqlobulinlər

İmmunoqlobulin molekullarında olan H - zəncirlər 5 tipdə ola bilər. Buna görədə immunoqlubinlər 5 sinfə bölünür: İqG, İqM, İqA, İqE, İqD.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 130
790) Qeyri spesifik müdafiənin hüceyrə amilinə nə aiddir?
A) Lizosim

B) İmmunoqlobulinlər

C) Selikli qişalar

D) Faqositoz

E) Dəri
- Faqositoz

Meçnikov süngərlərin bədəninə yabanı cisimlər daxil edib, onların amöbəbənzər hüceyrələr tərəfindən udulduqlarını müşahidə etmişdir. Bu prosesə faqositoz adı verilmişdir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 116
791) Qalın qan damlası necə fiksasiya olunur?
A) 96% - li etil spirtində

B) Sülfat turşusu ilə

C) Romanovski - Gimza boyağı ilə

D) Asetonda

E) Alov üzərində
- 96% - li etil spirtində

96% - li etil spirtində və ya Nikiforov məhlulunda (etil spirti ilə efirin bərabər miqdarda qarışığı) 15 dəqiqə, metil spirtində 3 dəqiqə müddətində təsbit edilir.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı.1998. Səh. 309
792) Aşağıdakı əlamətlərdən antigenə aid olan hansıdır?
A) Anticisim əmələ gətirməmək

B) Toksigenlik

C) Daxil olduğu orqanizm üçün yad olmaq

D) Virulentlik

E) Patogenlik
- Daxil olduğu orqanizm üçün yad olmaq

Antigen başqa bir növə aid olmalı, yəni daxil olduğu orqanizm üçün yad olmalıdır. Eyni bir növdən olan antigenlər həmin növə mənsub heyvana vurulduqda anticim əmələ gəlməsinə səbəb olmur.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 123
793) Hansı xəstəlikdə qeyri steril immunitet müşahidə olunur?
A) Vərəm

B) Taun


C) Qızılça

D) Vəba


E) Qrip
Vərəm

Steril imunitetdən fərqli olaraq bəzi xəstəliklərdə immunitet patogen mikrobun bədəndə olması ilə müşayiət edilir. Yəni mikrob orqanizmdə olduğu zaman ona qarşı immunitet yaranır. Əksinə mikrobun bədəni tərk etməsilə ona qarşı immunitet də yox olur. Bir sıra yoluxucu xəstəliklər tamamilə keçib getdikdən sonra onlara qarşı steril immunitet müşahidə olunmur və ikinci dəfə yoluxmadan həmin xəstəliyə tutulmaq olur. Bəzi xəstəliklərdə immunitet patogen mikrobun bədəndə olması ilə müşayət edilir. Mikrob bədəni tərk etdikdə ona qarşı immunitet də yox olur. Vərəm xəstəliyində olduğu kimi.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 113 - 114
794) Vaksin vurmaqla immunitetin hansı növünü yaratmaq olar?
A) Süni fəal

B) Süni passiv

C) Qeyri - steril immunitet

D) Təbii qazanılmış

E) Təbii (növ)
- Süni fəal

Süni fəal immunitetin əmələ gəlməsində orqanizmin özü də iştirak edir. Belə immunitet patogen mikrobdan və ya onun toksinindən hazırlanmış vaksin ilə peyvənd edildikdən sonra yaranır.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 112
795) Virulentliyi zəiflədilmiş mikroblardan hazırlanmış vaksinlər necə adlanır?
A) Anatoksin

B) Kimyəvi

C) Ölü

D) Autovaksin



E) Diri
- Diri

Vaksinlər süni aktiv immunitet yaratmaq üçün preparatdır. Virulentliyi zəifləşdirilmiş törədicilərdən hazırlanmış vaksinlər diri vaksinlərdir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 159
796) Mikrobun ekzotoksinini formalin və isti ilə zərərsizləşdirməklə hansı vaksin növü alınıb?
A) Kimyəvi

B) Polivaksin

C) Anatoksin

D) Diri


E) Autovaksin
- Anatoksin

Fransız alimi Ramon toksinə müəyyən miqdar formalin əlavə edərək 39 - 400 temperaturda 30 - 32 gün saxlamışdır. Nəticədə immunogen xassəsini saxlamış zərərsiz preparat - anatoksin almışdır.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 160
797) Morfoloji quruluşuna görə stafilokoklar hansı formadadır?
A) Paxlaya oxşar diplokokdur

B) Tetrakokdur

C) Üzüm salxımına bənzərdir

D) Lanset şəkilli diplokokdur

E) Sarsindir
Üzüm salxımına bənzərdir

Stafilakoklar kürə şəkilli bakteriyalardır. Yaxmada üzüm salxımına bənzər formada yerləşir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 171
798) Morfoloji quruluşuna görə streptokoklar hansı formadadır?
A) Sarsindir

B) Şara bənzərdir

C) Paxlaya oxşar diplokokdur

D) Lanset şəkilli diplokokdur

E) Tetrakokdur
- Şara bənzərdir

Streptokoklar dairəvi, şarabənzər formada olan mikroorqanizmlərdir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 176
799) Streptokoklar yaxmada necə yerləşir?
A) Cüt - cüt

B) Üzüm salxımı formasında

C) Qısa və uzun zəncir formasında

D) Topa halında

E) Şam alovuna bənzər
- Qısa və uzun zəncir formasında

Streptokoklar dairəvi və oval formada olur. Bərk qidalı mühitdə bitmiş kulturadan və irindən hazırlanmış yaxmalarda cüt - cüt və qısa zəncir, maye qidalı mühitlərdə bitmiş kulturadan hazırlanmış yaxmalarda isə uzun zəncir və ya topa şəklində düzülür.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 176
800) Streptokoklar hansı xəstəliyi törədir?
A) Dizenteriya

B) Süzənək

C) Blennoreya

D) Skarlatina

E) Meningit
- Skarlatina

Streptokokların törətdiyi xəstəlikləri şərti olaraq irinli və irinsiz xəstəliklərə bölmək olar. Irinsiz xəstəliklərə skarlatina aiddir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 179
801) Morfoloji qurluşuna görə pnevmokoklar hansı formadadır?
A) Paxla şəkilli kok

B) Tetrakok

C) Şara bənzər

D) Sarsin

E) Lanset şəkilli diplokok
- Lanset şəkilli diplokok

Pnevmokoklar uzunsov formalı diplokoklardır. Onların bir - birinə baxan ucları girdə, əks ucları şam alovuna, yaxud lansetin ucuna bənzəyir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 183
802) Pnevmokoklar yaxmada necə görünür?
A) Tək - tək

B) Uzun zəncir formasında

C) Topa halında

D) Lansetşəkilli diplokok formasında

E) Üzüm salxımı formasında
- Lansetşəkilli diplokok formasında

Qram üsulu ilə boyanmış yaxma mikroskopiya edilir. Preparatda Qram müsbət, lansetşəkilli kapsulalı diplokoklar görünür.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı.1998. Səh. 175
803) Pnevmokok infeksiyası zamanı müayinə üçün hansı material götürülür?
A) Mədənin yuyuntu suyu

B) Onurğa beyni mayesi

C) Qusuntu kütləsi

D) Sidik


E) Bəlğəm
- Bəlğəm

Müayinə üçün bəlğəm götürülür, yaxma hazırlanır, Qram üsulu ilə boyanır, mikroskopiya edilir. Kapsulanın içərisində cüt - cüt yerləşmiş pnevmokoklar görünür.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 177
804) Meninqokokların morfoloji quruluşu necədir?
A) Sarsindir

B) Lanset şəkilli diplokoklardır

C) Mikrokokdur

D) Şara bənzərdir

E) Paxla şəkilli, cüt - cüt yerləşən koklardır
- Paxla şəkilli, cüt - cüt yerləşən koklardır

Meninqokoklar böyrək, qəhvə dənəsi və ya paxlaşəkilli, cüt - cüt yerləşən koklardır. Onların basıq tərəfləri bir - birinə, qabarıq səthləri isə əks tərəfə çevrilmişdir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 187
805) Meninqokok infeksiyasında xəstəlik mənbəyi aşağıdakılardan hansıdır?
A) Xəstə heyvanlar

B) Birələr

C) Xəstə adamlar

D) Ağcaqanadlar

E) Gənələr
- Xəstə adamlar

Xəstəliyin mənbəyi xəstə uşaqlar, sağlam mikrobgəzdirənlərdir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 189
806) Meninqokok infeksiyası zamanı müayinə ücün hansı material götürülür?
A) Sidik

B) Onurğa beyni mayesi

C) Mədənin yuyuntu suyu

D) Bəlğəm

E) Qusuntu kütləsi
- Onurğa beyni mayesi

Laboratoriya müayinəsi üçün xəstədən əsasən onurğa beyni mayesi götürülür.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı.1998. Səh. 190
807) Meninqokoklar hansı xəstəliyi törədir?
A) Pnevmoniya

B) Epidemik serebrospinal meningit

C) Skarlatina

D) Revmatizm

E) Qızıl yel
Epidemik serebrospinal meningit

Meninqokoklar epidemik serebrospinal meningitin törədiciləridir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 189
808) Qonokokların morfoloji quruluşu necədir?
A) Lansetşəkilli diplokokdur

B) Kofe dənəsinə oxşar diplokokdur

C) Şarabənzər

D) Sarsindir

E) Zəncir əmələ gətirən kokdur
- Kofe dənəsinə oxşar diplokokdur

Qonokoklar paxla, kofe dənəsinə oxşar diplokoklardır.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 191
809) Qonokoklar hansı xəstəliyi törədir?
A) Meningit

B) Pnevmoniya

C) Süzənək

D) Qızıl yel

E) Skarlatina
Süzənək

Qonokoklar süzənək və blennoreya xəstəliklərini törədirlər. Cinsi üzvlərin selikli qişasına düşmüş qonokoklar irinli - iltihab prosesin əmələ gəlməsinə səbəb olur.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 193
810) Bağırsaq çöpləri hansı morfoloji quruluşa malikdir?
A) Xırda, oval çöplərdir

B) Hərəkətsiz çöplərdir

C) Çöpşəkilli bakteriyalardır

D) Ucları kəsilmiş və ya əyilmiş bakteriyalardır

E) Hər iki ucu sancaqşəkilli, əyilmiş çöplərdir

Çöpşəkilli bakteriyalardır

Bağırsaq çöpləri çöpşəkilli bakteriyalardır. Peritrix qamçıları var.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 197
811) Aşağıdakı xəstəliklərdən hansı bağırsaq infeksiyalarına aiddir?
A) Difteriya

B) Tulyaremiya

C) Göyöskürək

D) Meningit

E) Kolienterit
Kolienterit

Bağırsaq çöpü şərti - patogen bakteriyadır. Orqanizm zəiflədikdə onlar bağırsağa və digər orqanlara daxil olub patoloji proseslər - enterit, sistit və s. törədir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 197
812) Bağırsaq çöpünü tədqiq etmək üçün hansı müayinə materialı götürülür?
A) İrin

B) Nəcis


C) Bəlğəm

D) Yaradan götürülmüş möhtəviyyat

E) Əsnəkdən selik
- Nəcis

Xəstənin nəcisi müayinə materialı kimi götürülür, Endo, Levin və s. mühitlərə əkilir


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı.1998. Səh. 183
813) Salmonellalar hansı xəstəliyin törədiciləridir?
A) Göyöskürək

B) Tetanus

C) Kandidozlar

D) Botulizm

E) Qarın yatalağı
- Qarın yatalağı

Salmonella cinsinə qarın yatalağı, paratiflər və qida toksikoinfeksiyaları törədən bakteriylar daxildir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 200
814) Qarın yatalağının seroloji diaqnozunda hansı reaksiya tətbiq olunur?
A) Vasserman

B) Xeddelson

C) Rayt

D) Presipitasiya



E) Vidal
Vidal

Xəstəliyin ikinci həftəsində qanda aqqlütininlərin miqdarı kifayət qədər olduğundan diaqnostik məqsədlə aqqlutinasiya reaksiyas sayılan Vidal reaksiyası qoyulur.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 187
815) Dizenteriya bakteriyalarının morfoloji quruluşu necədir?
A) Hər iki ucu sancaqşəkilli

B) Kiçik hərəkətli

C) Ucları dairələnmiş hərəkətsiz çöplərdir

D) Təbil çubuğuna oxşar

E) Oval formasındadır
- Ucları dairələnmiş hərəkətsiz çöplərdir

Dizenteriya çöplərinin morfologiyası bağırsaq - tif qrup bakteriyalarının morfologiyasından yalnız qamçılarının olmaması ilə fərqlənir. Onlar hərəkətsizdir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 213
Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin