Sanitar-feldşer ixtisası üzrə nümunəvi test sualları Bölmə Epidemiologiya



Yüklə 2.12 Mb.
səhifə18/23
tarix26.11.2016
ölçüsü2.12 Mb.
1   ...   15   16   17   18   19   20   21   22   23

868) Autovaksin nədir?
A) Xəstədən alınan və yalnız həmin xəstənin müalicəsi üçün istifadə olunan mikrob

B) Virulentliyi kəskin zəiflədilmiş mikrobların ştamı

C) Natrium xlorid məhlulunda öldürülmüş mikrobların suspenziyası

D) Toksinə az miqdarda formalinin əlavə edilməsi

E) Bir sıra bakteriyaların kimyəvi parçalanma məhsulları

Xəstədən alınan və yalnız həmin xəstənin müalicəsi üçün istifadə olunan mikrob

Autovaksinlər vaksinlərin xüsusi növü olub, bakterioloji laboratoriyalarda xəstələrdən alınmış mikroblardan hazırlanır. Autovaksin ancaq həmin xəstənin müalicəsi üçün tətbiq edilir. Autovaksinlərdən ən çox xroniki gedişə malik infeksiyaların (stafilokok, qonokok və s. infeksiyaların) müalicəsində istifadə edilir. .
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 166
869) Yaxmalar –izlər nədən hazırlanır?
A) Sidiydən

B) Qida məhsullarından

C) Bəlğəmdən

D) Nəcisdən

E) Qandan
Qida məhsullarından

Müxtəlif qida məhsullarından - ət, kolbasa və s. steril skalpellə kəsib atır, sonra həmin sahədən azacıq kəsib yağsızlaşdırılmış əşya şüşəsi üzərinə qoyur, yavaşca basır, yaxud üstündən ikinci bir əşya şüşəsi qoyurlar, toxuma əzilir. Beləliklə, hər iki əşya şüşəsi üzərində yaxma alınır.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 20
870) Vezuvin hansı rəngli boyaqlara aiddir?
A) Sarı qəhvəyi

B) Göy


C) Yaşıl

D) Qırmızı

E) Qara
Sarı qəhvəyi

Vezuvin qələvi rənglərə aiddir. Təcrübədə ən çox qələvi rənglər işlənir, çünki mikrob hüceyrəsi tərkibcə nüvə maddələrinə daha yaxındır, ona görə də qələvi rəngləri yaxşı qəbul edir. Bunlardan üç növ rəng məhlulları hazırlanır: 1) doymuş spirtli məhlul, 2) doymuş sulu məhlul, 3) doymuş spirtli sulu məhlul


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 22
871) Qidalı mühitlərin sterilizasiyası üçün ən geniş yayılan hansı üsuldan istifadə edilir?
A) Qızdırmaq

B) Qaynatma

C) Pasterizə etmək

D) Avtoklavlaşdırma

E) Quru siti
Avtoklavlaşdırma

Hazırlanmış qidalı mühitlər (məsələn: ətli peptonlu aqar) sınaq şüşələrinə, butulkalara, flakonlara qıf vasitəsilə tökülür. 1200 C temperaturda 15 - 20 dəqiqə müddətində avtoklavda sterilizasiya edilir.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 67
872) İçərisində əkin olan Petri kasası nə üçün termostatda tərsinə çevrilib qoyulur?
A) Mikrobun yetişməsini sürətləndirmək üçün

B) Təmiz kultura almaq üçün

C) Mikrobları məhv etmək üçün

D) Bakteriyaları diri halda öyrənmək üçün

E) Əmələ gələn kondensasiya suyunun bitəcək koloniyaların üzərinə tökülməsinin qarşısını almaq üçün
Əmələ gələn kondensasiya suyunun bitəcək koloniyaların üzərinə tökülməsinin qarşısını almaq üçün

İçərisində əkin aparılan Petri kasaları tərsinə çevrilərək, yəni dibi yuxarı baxmaq şərti ilə 370 C temperaturda termostatda saxlanılır. Kasaları tərsinə qoymaqda məqsəd əmələ gələcək kondensasiya suyunun bitəcək koloniyalar üzərinə damcılamasının qarşısını almaqdır,həm də kasanın qapağı onun özündən böyük olduğundan ehtiyatsızlıq nəticəsində kasa düşüb sına bilər.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 81
873) Mikrobların tinktorial xüsusiyyəti dedikdə nə nəzərdə tutulur?
A) Xarici mühitə davamlılığı

B) Temperatura münasibəti

C) Mikrobların rəng məhlullarına münasibəti

D) Mikrobun identifikasiyası

E) Qaynatmağa münasibəti
Mikrobların rəng məhlullarına münasibəti

Mikrobların rəng məhlullarına münasibəti tinkttorial xüsusiyyət adlanır. Mikrobların rənglənməsi mürəkkəb fiziki - kimyəvi prosesdir. Rəng məhlulu ilə mikrob hüceyrəsinin qarşılıqlı təsiri nəticəsində duzlar əmələ gəlir ki, bu da rənglənmənin davamlı olmasını təmin edir.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 23
874) Mikroorqanizlər üçün optimal pH hansıdır?
A) 7.2 - 7.4

B) 7.8 - 8.0

C) 8.1 - 9.0

D) 9.1 - 10

E) 6.8 - 7.8
7.2 - 7.4

Mühitin reaksiyası ondakı hidrogen və hidrooksid ionlarının miqdarından asılıdır. Bu ionların miqdarı bir - birinə bərabər olduqda mühitin reaksiyası neytral olur. Hidrogen ionlarının miqdarı azaldıqda, mühit qələvi olur, ona görə də, mayedə hidrogen ionları konsentrasiyasının göstəricisi simvolik olaraq pH kimi qeyd edilir.

Ədəbiyyat: Ф.К. Черкес, Л.Б. Богоявленская, Н.А.Бельская Микробиология «Медицина» Москва 1987. Səh. 95
875) Yaxmaların qurudulması harada aparılır?
A) Otaq temperaturunda havada

B) Günəş şüası altında

C) Paster peçində

D) Avtoklavda

E) Kox aparatında
Otaq temperaturunda havada

Hazırlanmış yaxmalar otaq temperaturunda havada qurudulur.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 20
876) Şüşə qabları sterilizasiyaya necə hazırlayırlar?
A) Silinir

B) Qurudulur

C) Yuyulur, silinir

D) Yuyulur, qurudulur, kağıza bükülür

E) Qaynadılır, qurudulur
Yuyulur, qurudulur, kağıza bükülür

Laboratoriyada işlənən qablar (Petr kasaları, kolbalar, sınaq şüşələri, Paster və dərəcələnmiş pipetkalar və s.) əvvəlcə təmiz yuyulur, qurudulur, sonra kağıza bükülür. Petr kasaları tək - tək ya da iki - iki kağıza bükülür. Sınaq şüşələri və kolbaların ağzına tıxac taxılır. Kağız bükülməmiş pipetkalar xüsusi penallara yığılır


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 54
877) Difteriyanın profilaktikasında immunlaşdırma üçün hansı vaksindən istifadə olunur?
A) BCJ

B) Serumlu preparat

C) AGDT

D) Elbert - Qaysk diri vaksini



E) Autovaksin
AGDT

Spesifik profilaktika aktiv immunlaşdırma yolu ilə aparılır. Bu məqsədlə adsorbsiya edilmiş difteriya - göyöskürək - tetanus [AKDC] vaksinindən istifadə edilir.


Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya” Bakı.1995. Səh. 295
878) Pipetkaların yuxarı ucuna nə üçün pambıq taxılır?
A) Material ağıza daxil olmasın

B) Pipetka steril qalsın

C) Pipetka sınmasın

D) Təkrar istifadə etmək olsun

E) Pipetkanın içindəki material qurumasın
- Material ağıza daxil olmasın

Paster və dərəcələnmiş pipetkalar quru qızmış hava ilə sterilizasiya edilir. Pipetkalar 4 - 5sm enində uzun kağıza bükülür. Pipetkaların yuxarı ucuna pambıq tıxanır ki,yoluxucu material ağıza daxil olmasın.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 54
879) Romanovski – Gimza boyağının tərkibi nədən ibarətdir?
A) Gensian violet

B) Qliserin

C) Metilen göyü

D) Spirt


E) Azur, eozin və metilen göyü
Azur, eozin və metilen göyü

Romanovski – Gimza boyağı metilen abısından, eozindən və azurdan ibarətdir. Yaxmanın üzərinə 10 - 20 dəqiqə müddətinə boyağın işçi məhlulunu (1ml distillə olunmuş suya 2 damcı boyaq) tökürlər. Sonra preparat su ilə yuyulur və havada qurudulur.


Ədəbiyyat: L.B.Borisovun redaktəsi ilə “Mikrobiologiyadan laboratoriya məşğələlərinə rəhbərlik”. 1984. “Maarif” nəşriyyatı. Səh. 42
880) Hansı materiallar pasterizasiya üsulu ilə sterilizasiya edilir?
A) Sarğı materialları

B) Qidalı mühitlər

C) Pambıq - tənzif tıxacları

D) Dərmanlar

E) Süd
Süd

Belə sterilizasiya növünü ilk dəfə Paster təkli etmişdir. Pasterizasiyada məqsəd məhsulun tərkibində olan müxtəlif bakteriyaların vegetativ formalarını məhv etmək və bu zaman elə temperatur növü tətbiq etməkdir ki, məhsulun keyfiyyətini əsaslı dəyişməsin. Pasterizasiya olunmuş məhsul, sərin yerdə, ya da soyuducularda saxlanmalıdır.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 56
881) Hansı materiallar tindalizasiya üsulu ilə sterilizasiya edilir?
A) Pivə

B) Meyvə şirələri

C) Cərrahi alətlər

D) Sarğı materialları

E) Zərdab
Zərdab

Bu üsulu Tindal təklif etmişdir. Yüksək temperaturda (600C - dən yuxarı) asanlıqla parçalanan maddələri sterilizasiya etmək üçün tətbiq edilir. Tindalizasiya zamanı mikrobların həm vegetativ və həm də spor formaları tələf olur.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 55
882) Hansı hallarda sterilizasiya məqsədilə ultrabənövşəyi şüalardan istifadə etmək olar?
A) Maye halında dərman maddələrinin sterilizasiya etmək üçün

B) Qidalı mühitləri sterilizasiya etmək üçün

C) Meyvə tərəvəz məhsullarını sterilizasiya etmək üçün

D) Cərrahiyyə otaqlarında havanı sterilizasiya etmək üçün

E) Sarğı materiallarını sterilizasiya etmək üçün
- Cərrahiyyə otaqlarında havanı sterilizasiya etmək üçün

Şüaların bakteriosid və ya sterilizasiya edici təsiri vardır. Ultrabənövşəyi şüalar (dalğa uzunluğu 200 - 300mmk olan elektromaqnit dalğaları) mikroorqanizmləri öldürür. Şüaların təsiri ilə cərrahiyyə otaqlarını, doğuş palatalarını və s. sterilizasiya edirlər.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 61

Bölmə 8. Parazitologiya

883) Analətrafı nahiyyənin müayinəsi üçün hazırlanmış pambıq tampon hansı məhlulda isladılır?
A) MgSO4

B) 50 % - li qliserin, 1% - li çay sodası

C) ZnSO4

D) Yuyucu toz məhlulu

E) 10 % - li HCl
- 50 % - li qliserin, 1% - li çay sodası

Bəzi helmint yumurtalarını aşkar etmək üçün anal ətrafı nahiyə müayinə edilir. Bunun müxtəlif üsulları vardır ki, biri də tampon vasitəsi ilədir. Lakin tampon isladılmalıdır. Bu 1% - li çay sodası, qliserin ola bilər.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 182
884) Bütün helmintlərin yumurtalarını aşkar etmək üçün yararlı olan, hidrofilli sallofon parçalarından istifadə etməklə yerinə yetirilən üsul hansıdır?
A) Qoryaçev

B) Kato üzrə qalın yaxma

C) Berman

D) Fülleborn

E) Kalantaryan
- Kato üzrə qalın yaxma

Bu metod notiv yaxmaya nisbətən daha effektlidir və helmint yumurtalarının nəcis yaxmasında bütün helmint yumurtalarının aşkar edilməsinə əsaslanır. Əvvəlcədən hidrofilli sallofan parçaları 2x4 sm ölçüdə kəsilir və xüsusi bir qarışığın içərisinə salınır. Qarışığın tərkibi: yaşıl malaxitin 3% - li sulu məhlulu, qliserin, 6% - li fenoldan ibarətdir. Malaxit və fenol olmadıqda 50% - li qliserindən də istifadə edilir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 172.
885) Müalicə olunmasına baxmayaraq uşağın təkrari olaraq enterobioza yoluxmasının səbəbi nədir?
A) Çirkli oyuncaqlarla oynaması

B) Autoinvaziya baş verməsi

C) Torpaqla oynaması

D) Yaxşı yuyulmamış meyvə - tərəvəzlə qidalanması

E) Çiy su içməsi
Autoinvaziya baş verir

Bu parazit - bizquyruq ayrı cinslidir. Yetkin dişi fərdlər çox vaxt gecə vaxtı düz bağırsaqdan sürünüb xaricə çıxır. Uşaq analətrafı nahiyyəni qaşıdıqda belə invazion yumurtalar onun dırnaqları arasına düşür. Gigiyena qaydalarına riayət etmədikdə insan özü - özünü daima olaraq yoluxdurur. Çünki bu kontakt helmintidir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 98
886) Kato üsulu ilə müayinə zamanı bozumtul - sarı,uzunsov,bir ucunda qabarıq digər ucunda qapaqcıq, içərisində ankosfer olmayan, 75 mkm ölçüdə yumurta aşkar olunub.Yumurta hansı parazitə məxsusdur?
A) Kiçik lent qurdu

B) Enli - lent qurdu

C) Exinokokk

D) Öküz soliteri

E) Donuz soliteri
Enli - lent qurdu

Yumurtanın içərisində onkosferin olması lentşəkillilərə məxsusdur. Lakin uzunluğu 10 metrdən çox olan, Difillobatrioz xəstəliyini əmələ gətirən qurdun yumurtasında onkosfer olmur.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 76
887) Duodenal möhtəviyyatın və ödün götürülməsi zamanı hansı məhluldan istifadə olunur?
A) 33% - li MgSO4

B) HCl


C) NaCl

D) ZnSO4


E) NaOH
- 33% - li MgSO4

Qaraciyərdə, öd kisəsində, 12 barmaq bağırsaqda, mədəaltı vəzdə parazitlik edən qurdları aşkar etmək üçün duodenal möhtəviyyat və öd götürülür. Bunun üçün “B” porsiyası götürülməlidir. Bu məqsədlə öd kisəsinə qıcıqlandırıcı və onu büzücü kimi maddələr yeridilməlidir. Belə maddələrə pepton məhlulu, mineral sular, Natrium duzunun məhlulu və s. aiddir. Nəticədə yığılan öd sınaq şüşələrinə toplanır.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 183
888) Dizenteriya amöbünün diaqnozu zamanı yaxmalardan biri nəyə görə lüqol məhlulunda hazırlanır?
A) Sistaları aşkar etmək üçün

B) Toxuma formasını aşkar etmək üçün

C) Böyük vegetativ formanı aşkar etmək üçün

D) Amöbü hava qabarcıqlarından fərqləndirmək üçün

E) Parazitin nüvəsini müəyyən etmək üçün
Sistaları aşkar etmək üçün

Bir çox ibtidailərin həm aktiv - vegetativ, həm də qeyri - aktiv, yəni hərəkətsiz mərhələləri vardır. Diaqnostika zamanı bunların hər ikisi aşkar edilməlidir. Qeyri - aktiv formalarla yəni, sistalarla bilavasitə yoluxma baş verdiyi üçün onları aşkar etmək çox vacibdir. Sistalar lüqolun təsirindən sarımtıl qəhvəyi rəngə boyanır, asanlıqla aşkar edilir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 16
889) Leyşmaniyozun keçiricisi hansı buğumayaqlıdır?
A) Bitlər

B) Mığmığa

C) Birə

D) Milçək



E) Trakan
- Mığmığa

Leşmaniozlar transmisiv infeksiyalar qrupuna aiddir ki, bunların keçiricisi kiçik qansoran həşəratlar - mığmığalardır. Mığmığa xəstə heyvanı və ya insanı dişlədikdə leşmaniozun törədicisinin qamçısız formalarını udur. Sonra isə sağlam insanı dişlədikdə ağız suyu vasitəsi ilə törədiciləri insanın bədəninə keçirir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 27
890) Lyambliyanın vegetativ formaları hansı materialda aşkar edilir?
A) Limfa mayesində

B) Bəlğəmdə

C) Sidikdə

D) Duodeal möhtəviyyatda

E) Qanda
- Duodeal möhtəviyyatda

Lyamblya vegetativ və sista formalarda təsadüf edilir. Vegetativ forma armudvari olub, hərəkətlidir. Iki nüvəsi 4 cüt qmçısı vardır. Adətən bu forma nəcislə xaric olmur. Lakin isal zamanı bu formalara duru nəcisdə rast gəlinir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 27
891) Bağırsaq trixomonadının cinsiyyət yollarında patogenlik edə bilməməsinə səbəb nədir?
A) Müxtəlif növlər olduğu və müxtəlif qidalanma şəraitinə uyğunlaşması

B) 5 qamçılı olması

C) Kiçik ölçüdə olması

D) Sista əmələ gətirməməsi

E) Hərəkətinin zəif olması
Müxtəlif növlər olduğu və müxtəlif qidalanma şəraitinə uyğunlaşdığı üçün

Trixomonadın 3 növü vardır. Ağız, bağırsaq və cinsiyyət yollarının trixomonadı. Hər bir növ fərqli quruluşa, yaşama, qidalanma mühitinə malikdir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 38.
892) Hansı qida vasitəsi ilə opistorxla yoluxma baş verir?
A) Yumurta ilə

B) Su bitkiləri ilə

C) Meyvə - tərəvəz ilə

D) Balıq əti ilə

E) Mal əti ilə
- Balıq əti ilə

Bildiyimiz kimi opistorx sorucu qurdlar sinfinin nümayəndəsidir. Biohelmintdir. Onun yumurtaları aralıq sahibin bədənində inkişaf edir. Sürfə mərhələsi balıqların əzələsində invazion mərhələyə çatır. Yumurtalarla insanın yoluxması baş vermir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 62.
893) Romanovski üsulu ilə boyanmış preparatda plazmodiumun nüvəsi hansı rəngə boyanır?
A) Qırmızı albalı

B) Qara


C) Tünd qəhvəyi

D) Tünd boz

E) Sarı
- Qırmızı albalı

Eritrositə daxil olmuş merozoid üzükvari trofozoidə çevrilir və eritrositin üçdə bir hissəsini təşkil edir. Romanovski üsulu ilə boyama zamanı parazitin nüvəsi qirmizi albalı rəngi alır.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 71.
894) Hansı materialın müayinəsi malyariya diaqnozunu təsdiqləyir?
A) Mədə möhtəviyyatı

B) Sidik


C) Qan

D) Bronxial selik

E) Limfa mayesi
- Qan

Malyariyanın dəqiq diaqnozu qanın müayinəsinə əsasən qoyulur. Bu məqsədlə qan yaxması və qalın qan damlası preparatları hazırlanır. Malyariya plazmodiumunun bütün növlərinin müxtəlif inkişaf mərhələləri malyariya tutmalarının bütün fazaları zamanı qan yaxmasında müşahidə edilir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 76.
895) Xəstə sərbəst olaraq qurd buğumlarının düz bağırsaqdan çıxdığını müşahidə edir. Hansı helmintozdan şübhələnmək olar?
A) Askaridozdan

B) Teniarinxozdan

C) Teniozdan

D) Enterebiozdan

E) Humenolepidozdan
- Teniarinxozdan

Buğumların aktivliyi tenidlərə məxsusdur. Adı çəkilən helmintlə insanlar mal ətini tam bişirməmiş halda yedikdə yoluxur. Ətdə qurdun sürfəsi – finnası əmələ gəlir. ət yaxşı bişməmiş halda yeyildikdə finnalar sağ qalır və insanın mədə - bağırsaq sisteminə düşür


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 80
896) Xəstənin laboratoriyaya çatdırdığı qurd buğumunun uzunluğu 10 - 12 mm, eni 5 - 6 mm, balalığın 8 - 12 yan şaxəsi olub, içərisində 50 minə qədər yumurta vardır. Buğum hansı helmintə aiddir?
A) Alveokokk

B) Exinokokk

C) Donuz teniyası

D) Öküz teniyası

E) Kiçik lent qurdu
- Donuz teniyası

Buğumlu qurdlar lentşəkillilərə aiddir. Insanın bağırsağında olan iri buğumlara malik qurdlar öküz və donuz soliterləridir. Onların buğumlarında balalığın yan şaxəsini saymaq olur. Donuz soliterinin hər yetkin buğumunda 50 min yumurta olur. Bu qurdun buğumları qeyri - aktivdir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 84.
897) Selikli və irinli öd və duodenal möhtəviyyat nə ilə qarışdırılır və sentrifuqlaşdırılır?
A) Süd turşusu ilə

B) Spirt ilə

C) Kükürd efiri ilə

D) ZnSO4 ilə

E) NaCl ilə
- Kükürd efiri ilə

Bəzən öd və duodenal möhtəviyyata selik, irin və s. hissəciklər qarışır. Bu məqsədlə ona efir əlavə edilir və sentrifuqlaşdırılır.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 184
898) Bəlğəmin Lüqol məhlulu ilə boyanmış nativ yaxmasında laborant hansı ibtidailəri aşkar edir?
A) Pnevmosista, trixomonad, amöb

B) Leyşmaniya

C) Plazmodiumlar

D) Lyambliya

E) Sarkosista
- Pnevmasista, trixomonad, amöb

Pnevmasista – pnevmasistoz xəstəlyini əmələ gətirir. Parazit ağciyər alveolalarında lakolizə edir. Alveola və bronxiollar köpüklü kütlə ilə dolur və nəticədə qaz mübadiləsi pozulur və oksigen çatmamazlığı əmələ gəlir.

Ağız boşluğunda ağız trixomonadı və ağız amöbü qidalanır. Bu ibtidai parazitlər bəlğəmin, ağız suyunun bronxial seliyin müayinəsi zamanı aşkar edir.
Ədəbiyyat: D.E.Qenis “Tibbi parazitalogiya”. Səh 160.
899) Nəcisin müayinəsində yumurtasına rast gəlinmir. Ancaq qurdun düz bağırsağından çıxması, qaşınma əmələ gətirməsi müşahidə edilmişdir. Yuxarıdakı əlamətlər hansı helmintə aidir?
A) Tükbaş qurd

B) Askarid

C) Strongiloid

D) Ankilostom

E) Bizquyruq
- Bizquyruq

Bu helmint bağırsaqda yumurta qoymur. Yumurtalar analətrafı dəri büküşləri üzərinə qoyulur. Bu qurd kontakt helmintidir. Ətrafdakılar asanlıqla yoluxa bilir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 98.
900) Dəri üzərində olan “qoturluq” elementlərinin qaşınıb götürülməsi üçün hansı vasitələrdən istifadə edilir?
A) Tənzif

B) Pambıq

C) Skalpel, Folkman qaşığı, ülgüc

D) Kibrit çöpü

E) Pipet
- Skalpel, Folkman qaşığı, ülgüc

Qoturluq gənəsi dəri daxilində müəyyən nahiyələri zədələyir. Bu zaman epidermislə qidalanır. Nəticədə dəri üzərində 5 - 8 mm - ə qədər ölçüdə cığır açır. Bu cığırın sonunda gənə özü yerləşir. Gənəni buradan çıxarmaq üçün müxtəlif vasitələrdən istifadə olunur. Onlardan skalpel, folkman qaşığı, ülgüc, iynə və s.göstərmək olar.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 207
901) Amöb dizenteriyası olan xəstənin əşyaları və yataq dəsti necə zərərsizləşdirilir?
A) 3% - li lizol məhlulu ilə

B) 96 % - li spirtlə

C) KMnO 4 məhlulu ilə

D) HCl məhlulu ilə

E) NaCL məhlulu ilə
- 3% - li lizol məhlulu ilə

Amöb dezinteriyasının aşkar edildiyi xəstələrin nəcisi ilə çirklənmiş yerlər, əşyaları və yatağı 3% - li lizol məhlulu ilə zərərsizləşdirilir. Adi xlorlu su təsir etmir. Bəzən qaynatma üsulundan istifadə edirlər.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 27
902) İbtidailərə görə nativ yaxmanın hazırlanmasında hansı məhluldan istifadə olur?
A) Metanol

B) Sirkə turşusu

C) Qliserin

D) Etanol

E) NaCl
NaCl

NaCl insan orqanizmi üçün çox əhəmiyyətli olan bir məhluldur. Bunun tibbdə istifadəsi genişdir. NaCl - in izotonik və doymuş məhlullarından istifadə etməklə ibtidai parazitlər və helmint yumurtaları aşkar olunur.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 161
903) Variantlarda göstərilən sistalardan hansı bağırsaq amöbünə (Entamoeba Coli) aiddir?
A) 3 nüvəli

B) 4 nüvəli

C) 6 nüvəli

D) 8 nüvəli

E) 5 - 6 nüvəli
- 8 nüvəli

Bağırsaq amöbü də sista və vegetativ halında rast gəlinir. Yetkin sista iridir və 8 nüvəlidir. Preparatı lüqol məhlulu ilə boyadıqda sista sarı - qəhvəyi rəng alır. Nüvələr sistanın kənarlarına doğru sıxlaşmış kimi görünür. Diaqnostika zamanı bu tipik sistaları aşkar etmək əhəmiyyətlidir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 21.
904) Dəri leyşmaniozuna görə hazırlanmış nativ yaxmanın boyanması hansı üsulla aparılır?
A) Romanovski üsulu ilə

B) Heydenhayn üsulu ilə

C) Metilen göyü ilə

D) Lüqol ilə

E) Sil Nilson üsulu ilə
- Romanovski üsulu ilə

Romanovski üsulu ilə həmçinin qan damlası və bir çox digər yaxmalar boyanır. Ibtidai parazitlərin müayinəsi zamanı bu boyaqdan geniş istifadə olunur.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 161
905) Qoryaçev üsulu hansı məhluldan istifadə etməklə tətbiq edilir?
A) Efir və spirt

B) HCl - məhlulu

C) NaSO4 - məhlulu

D) 50% - li qliserin

E) NaCl - doymuş məhlulu və su
- NaCl - doymuş məhlulu və su

Qoryaçev üsulu opistorxozun aşkar edilməsi üçün tətbiq olunur. NaCl duzu suda qaynadılaraq doymuş məhlulu alınır.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 176.
906) Hansı xəstəliklər zamanı duodenal möhtəviyyatın müayinəsi aparılır?
A) Şistosomoz

B) Askaridoz

C) Enterobioz

D) Trixosefalyoz

E) Opistarxoz
- Opistarxoz

Bu müayinə qara ciyərdə, 12 - barmaq bağırsaqda, öd kişəsində yaşayan parazitləri aşkar etmək üçün aparılır. Bu zaman iri parazitlərin hissəcikləri, kiçik ölçülülərin isə həm özləri, həm də yumurtaları aşkar edilir. Opistarx 1 sm ölçüdədir. Duodenal möhtəviyyatda parazitin özünə və yumurtalarına rast gəlinir.

Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 62.

1   ...   15   16   17   18   19   20   21   22   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə