Sanitar-feldşer ixtisası üzrə nümunəvi test sualları Bölmə Epidemiologiya


) Aşağıdakı helmintlərdən hansı qaraciyərin öd yollarında parazitlik edir?



Yüklə 2,12 Mb.
səhifə19/23
tarix26.11.2016
ölçüsü2,12 Mb.
#177
1   ...   15   16   17   18   19   20   21   22   23

907) Aşağıdakı helmintlərdən hansı qaraciyərin öd yollarında parazitlik edir?
A) Fassiola

B) Paraqonium

C) Nanotiet

D) Bizquyruq

E) Şistosom
- Fassiola

Adı çəkilən helmintin 2 növü var. Nəhəng və adi. Nəhəng 7 sm, adi növü isə 3 sm - dir. Yastı yarpaq formasındadır. Fassiola biohelmintdir, xaric olmuş yumurtaların sonrakı inkişafı suda gedir. Yoluxma invazion sürfələrlə baş verir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 67.
908) Hansı zənginləşdirmə üsulunun tətbiqi zamanı helmint yumurtalarını aşkar etmək üçün həm məhlul, həm də çöküntü tədqiq edilir?
A) Berman

B) Fülleborn

C) Kalantaryan

D) Kato


E) Çökdürmə
- Fülleborn

Adları çəkilən üsullardan helmint yumurtalarını aşkar etmək üçün istifadə olunur. Fülleborn üsulunun yerinə yetirilməsi ucuz və əlverişlidir. Məhlul olaraq - doymuş NaCl məhlulu götürülür. Müayinə zamanı 4 - ü məhlulun üst səthindən, 2 - i çöküntüdən olmaqla 3 əşya şüşəsi üzərində 6 preparat hazırlanır.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 174.
909) Buğumunun eni uzunluğundan çox olan, ölçüsü 10 - 12 metr olan helmint hansıdır?
A) Kiçik lent qurdu

B) Enli lent qurdu

C) Donuz teniyası

D) Öküz teniyası

E) Exinokokk
- Enli lent qurdu

Enli lent qurdu lentşəkillilərin ən irisidir. Xərçənglər və balıqlar qurdun aralıq sahibidir. İnsan baliq ətini yaxşı bişirməmiş halda yedikdə qurdun sürfələri ilə yoluxur. Insanın bağırsağında yetkin mərhələsi qidalanır. Qurd 10 - 12 m - dir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 76.
910) Aşağıdakılardan hansı Teniarinxozun diaqnostika üsullarından biridir?
A) Qoryaçev

B) Anusətrafı nahiyədən qaşıntı materialının götürülməsi

C) Berman

D) Şulmanın fırlatma üsulu

E) Duodenal zondlama
- Anusətrafı nahiyədə qaşıntı materialının götürülməsi

Teniarinxoz öküz teniyasının əmələ gətirdiyi xəstəlikdir. Bu qurdun yetkin buğumları aktiv - hərəkətli olub, düz bağırsaqdan çıxır. Buğumların içərisi yumurtalarla doludur. Buğumlar çıxarkən dağıla bilir. Çoxsaylı yumurtalar anusətrafı nahiyyədə yapışaraq qalır.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 80.
911) Askaridin sürfələrinin ağciyərdə inkişaf mərhələsinın diaqnozu hansı materialın müayinəsinə əsasən qoyulur?
A) Nəcis

B) Bəlğəm

C) Sidik

D) Qan


E) Limfa mayesi
- Bəlğəm

Bir çox helmintlər həmçinin askarid ilk inkişafını yəni sürfə mərhələsini ağciyər alveolalarında keçirir. Burada sürfələr oksigenlə qidalanır. Invazion hala keçərək yenidən ağıza düşür və udulur.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 102.
912) Entomoeba Coli - nin vegetativ formasını xarakterizə edən əlamətlər hansılardır?
A) Sista əmələ gətirmir

B) Nüvəsi görünmür

C) 12 barmaq bağırsaqla qidalanır

D) Ölçüsü 40 - 80 mkm - dir

E) Sitoplazmasında göbələk, mikroorqanizmlər, qida hissəcikləri olur, eritrositlər olmur
- Sitoplazmasında göbələk, mikroorqanizmlər, qida hissəcikləri olur, eritrositlər olmur

Entomoeba Coli yoğun bağırsaqda qidalanır. Ölçüsü 20 - 40 mkm - dir. Sitoplazmasında mikroorqanizmlər, göbələklər, qida hissəcikləri olur. Lakin eritrosit olmur. Canlı amöbün nüvəsi yaxşı görünür. Sistaları iridir və yetkin sistada 8 nüvə olur.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 21.
913) Vegetativ formasının uzunluğu 30 - 150 mkm, eni 30 - 100 mkm olan və ən iri ibtidai parazit aşağıdakılardan hansı ola bilər?
A) Trixomonad

B) Lyambliya

C) Leyşmaniya

D) Bağırsaq amöbü

E) Balantidiya
- Balantidiya

Balantidiya paraziti yumurta formasında olub, xırda kirpikciklərlə örtülmüşdür. Bakteriyalar, göbələklər qanın formalı elementləri və s.ilə qidalanır. Balantidiya donuzların bağırsağında yaşayır və sista əmələ gətirir. Insan gigiyena qaydalarına əməl etmədikdə bu sistalarla yoluxur və onun yoğun bağırsağında yeni vegetativ formalar əmələ gəlir. Sistasının ölçüsü 50 - 60 mkm - dir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 25.
914) Dəri leyşmaniyozunun tədqiqi zamanı yalnız deformasiyaya uğramış və dağılmış törədicilərin aşkar edilməsi nəyi östərir?
A) Materialın xoranın üzərindən götürülməsini

B) Materialın sağalma dövründə götürülməsini

C) Xəstəliyin ilk stadiyası zamanı götürülməsini

D) Sağlam toxumadan götürülməsini

E) Materialın irinli nahiyədən götürülməsini
Materialın irinli nahiyədən götürülməsini

Bildiyimiz kimi dəri leyşmaniyozu zamanı dərinin üzərində mığmığaların dişlədiyi yerdə kiçik qabarıqlar əmələ gəlir. Antroponoz forma zamanı 3 - 6, zoonoz forma zamanı isə 1 - 3 həftədən sonra bu düyünlər tədricən böyüyür və irinli xoralara çevrilirlər. Ətraf toxumalarda şişkinliklər əmələ gəlir. Diaqnostika üçün dağılmamış (partlamamış) qabarcıqlardan qanlı - serozlu qaşıntı materialı götürülür.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 30.
915) Öd və duodenal möhtəviyyatda hansı ibtidai parazitin vegetativ mərhələsi aşkar edilir?
A) Leşmaniya

B) Lyambiya

C) Amöb

D) Trixomonad



E) Balantidiya
- Lyambliya

Öd və 12 barmaq bağırsaq möhtəviyyatı duodenal zondlama zamanı alınır və sentrifuqalaşdırıldıqdan sonra çöküntü mikroskoplaşdırılır. Bu üsulla lyambliyanın vegetativ tip forması aşkar edilir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 160.
916) Kontakt helmintozuna yoluxmuş uşaqların dırnaqları altında hansı helmintin yumurtalarına rast gəlinir?
A) Bizquyruq

B) Nekator

C) Enli lent qurdu

D) Askarid

E) Tükbaş qurd
- Bizquyruq

Helmintozlara daha çox uşaqlar yoluxur. Çünki, onlar gigiyena qaydalarına düzgün riayət edə bilmirlər. İnsanın helmintlərlə yoluxma yolları müxtəlifdir. Geohelmintozlara və kantakt helmintozlarına yoluxma daha çox olur. Kontakt helmintozları zamanı analətrafı nahiyəni qaşıyarkən uşağın dırnaqları altına minlərlə yumurta düşə bilir və nəticədə təkrar yoluxmalar baş verir. Müalicə edilmədikdə illərlə autoinvaziya baş verir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 101.
917) Hansı helmintozun diaqnozu üçün anal ətrafı müayinə üsulu tətbiq edilir?
A) Stronqiloidoz

B) Ankitostomitoz

C) Teniorinxoz

D) Askaridoz

E) Trixosefalyoz
- Teniarinxoz

Bəzi helmintozlar zamanı müxtəlif müayinə üsullar ilə yanaşı, eyni zamanda analətrafı müayinə üsulu da yerinə yetirilir. Bəzi helmintlərin yumurtaları bu nahiyədə aşkar edilir. Öküz teniyasını buğumları bağırsaqdan çıxarkən dağılır və yumurtalar analətrafı dəri qatları arasına düşür. Bəzi qurdlar isə bu nahiyədə yumurta qoyur. Müayinənin bir neçə üsulu var. Məsələn, Yapışqanlı lent, tampon və taxta şpatellə materialın götürülməsi


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 80.
918) Hansı canlılar alveokokun əsas sahibidir?
A) Tülkü, canavar

B) At


C) Ev quşları

D) Donuz


E) Dövşan
- Tülkü, canavar

Alveokokk biohelmintdir. Əsas və aralıq sahibləri vardır. Tülkü, canavar, it, bəzi gəmiricilər əsas sahib hesab edilir. Bu canlıların bağırsağında parazitin yetkin mərhələsi qidalanır. Insan isə aralıq sahibdir. Insanın əsasən qaraciyərini zədələyərək üzərində qovuq əmələ gətirir. Müalicəsi ancaq cərrahi yolladır.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 94.
919) Uşaq düz bağırsağından bizquyruqların çıxdığını görüb, lakin analətrafı müayinədə yumurtalar aşkar edilmir. Nə üçün?
A) Bağırsaqda ancaq erkən fərdlərdir

B) Uşaq səhv edib

C) Müayinə düzgün aparılmayıb

D) Nəcisin müayinəsinə ehtiyac var

E) Digər helmint ola bilər
Bağırsaqda ancaq erkən fərdlərdir

Bir çox helmintlər nəcislə xaric ola bilir. Lakin bizquyruq sərbəst olaraq bağırsaqdan çıxır və analətrafı dəri qırışlarında 5 - 15 minə qədər yumurta qoyur. Bizquyruq ayrı cinslidir. Yumurtalar dişi bizquyruq tərəfindən qoyulur.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 98.
920) Hansı helmintoz zamanı diaqnostika məqsədi ilə “sorğu üsulu” tətbiq edilir?
A) Difillobotsioz

B) Exinokokkoz

C) Himenolepidoz

D) Teniarinxoz

E) Trixosefalyoz
Teniarinxoz

Bəzi helmintlərin yetkin buğumları vaxtaşırı düz bağırsaqdan çıxır. Xəstə bu halları görür. Lakin açıqlamağa utanır. Buna görə də sözü gedən helmintoz zamanı mütləq “sorğu üsulu” yerinə yetirilir. Buğumların xaric olub - olmaması, xəstənin nə ilə qidalanmağı öyrənilir. Daha sonra buğumların quruluşu da öyrənilir. Söhbət teniarinxozdan gedir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 80.
921) Preparatda aşkar olunmuş ölçüsü 50 - 60 mkm, bir tərəfi qabarıq, digər tərəfi yastı, içərisində rüşeym olan, şəffaf yumurtalar hansı helmintə aiddir?
A) Ankilostom

B) Opistorx

C) Askarid

D) Bizquyruq

E) Klonorx
- Bizquyruq

Helmint yumurtaları çox müxtəlifdir. Laborant onların hamısının quruluşunu dəqiq bilməlidir. Bizquyruq kiçik ölçülü olub, 5 - 15000 - ə qədər yumurta qoyur. Qurd kontakt helmintlərinə aiddir. Yumurtaları aşkar etmək üçün xüsusi müayinə üsulları vardır. Bu helmint enterobioz xəstəliyini əmələ gətirir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 98.
922) Aşağıdakı məhsulların hansı ilə tenioza yoluxma baş verir?
A) Balıq

B) Meyvə - tərəvəz

C) Konsevslər

D) Mal əti

E) Donuz əti
- Donuz əti

Helmintlərlə yoluxma çox müxtəlif yollarla baş verir. Bunun üçün qurdun hansı qrupa aid olması məsələn, biohelmint, geohelmint və kontakt helmint olmasını bilmək vacibdir. Donuz teniyası ilə yoluxma yaxşı bişməmiş donuz əti ilə baş verir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 84.
923) Toplanmış zərərli materiallar hansı xüsusi vəsaitlərlə laboratoriyaya çatdırılır?
A) Səbətlərlə

B) Əl çantaları ilə

C) Yol çantaları ilə

D) İri polietilen torbalarla

E) Metal futlyar, biks
- Metal futlyar, biks

Müayinələr zamanı əhalidən götürülmüş tədqiqat materialı laboratoriyaya çatdırılması xüsusi şəraitdə və tibbdə istifadə olunan müəyyən qablarla yerinə yetirilməlidir. Bu məqsədlə metal futlyar və biksdən istifadə olunur.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 217.
924) Öküz teniyası ilə insanın yoluxması necə baş verir?
A) Çirkli meyvə - tərəvəzlə

B) Yaxşı bişməmiş balıq əti ilə

C) Yaxşı bişməmiş mal əti ilə

D) Çirkli əllərlə

E) Yaxşı bişməmiş donuz əti ilə
Yaxşı bişməmiş mal əti ilə

Öküz teniyası biohelmintlərə aiddir. Onun ilk inkişaf mərhələsi iri buynuzlu malın bədənində gedir. Insan bu yoluxmuş heyvanın ətini yaxşı bişməmiş yedikdə teniorinxoza yoluxur.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 80.
925) Aşağıdakı əlamətlərdən hansı exinokokka aiddir?
A) Ayrı cinslidir

B) Bədən 100 - 120 buğumdan ibarətdir

C) Uzunluğu 5 sm

D) Sürfəsi qovuq şəkillidir

E) Yetkin buğumda 1500 - ə qədər yumurta olur
- Sürfəsi qovuq şəkillidir

Bu qurdun bədəni çox kiçik yastı və ağ rənglidir. Onkosferi kənd təsərrüfatı heyvanlarının və insanın bağırsağına düşür. Burada əmələ gələn sürfə venoz yolla qaraciyər, ağciyər və digər daxili orqanlara keçir və inkişaf edir. Orqanların üzərində qovuq əmələ gətirir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 92.
926) Yumurtaları xüsusi baramacığın içərisində yerləşən qurd aşağıdakılardan hansıdır?
A) Öküz teniyası

B) Donuz teniyası

C) Balqabaqvari qurd

D) Alveokokk

E) Kiçik lent qurdu
- Balqabaqvari qurd

Bu qurd lentşəkillilərin nümayəndəsidir. 20 - 70 sm ölçüdədir. İnsan təsadüfən it birəsini udarsa yoluxa bilər. Nazik bağırsağa düşən parazit dipilidioz xəstəliyini əmələ gətirir. Diaqnoz məqsədi ilə xaric olmuş buğumlar öyrənilir və içərisində yumurtalar olan baramacıqlar aşkar edilir. Bu balqabaqvari lent qurdudur.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 98.
927) Qadın cinsiyyət orqanlarına sürünərək daxil olan və orada iltihab prosesinə səbəb olan qurd hansıdır?
A) Tükbaş qurd

B) Askarid

C) Bizquyruq

D) Ankilostom

E) Atronqiloid
Bizquyruq

Bizquyruq hər yerdə, həmdə çox yayılmışdır. Yumru qurdlardandır. Nazik və yoğun bağırsaqda qidalanır, bağırsağın normal mikroflorasını pozur və öz növbəsində bağırsaq disfunksiyasına və infeksiyasına səbəb olur. Bu qurdla yoluxmuş insanın ailə üzvlərinin hamısı müayinədən keçirilir. Qurd enterobioz xəstəliyi əmələ gətirir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 98.
928) Sürfələri aktiv hərəkətlə dəridən keçərək orqanizmə daxil olan helmint hansıdır?
A) Nekator

B) Askarid

C) Paraqonim

D) Fassida

E) Bizquyruq
- Nekator

Nekator 1 - 2 sm açıq - çəhrayı rəngdədir. Baş hissəsində ağız kapsulası yerləşir ki, bu da 2 kəsici plastinkadan ibarətdir. Bu qurdun yeni xaric olmuş yumurtasında 4 - 8 blastomer olur. Isti rütubətli torpağa düşən yumurtaların içərisində sürfə əmələ gəlir və torpaqda bir neçə ay sağ qala bilir. Meyvə - tərəvəzlə, çirkli əllərlə yumurtalar ağıza düşür. Yoluxmanın digər yolu isə ayaqyalın gəzərkən dəri vasitəsilədir. Qurdun əmələ gətirdiyi xəstəlik nekatoroz adlanır.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 109.
929) Helmint yumurtasını aşkar etmək üçün sentrifuqlaşdırma zamanı sidik çöküntüsünün üzərinə hansı məhlul tökülür?
A) Lüqol və ya Metilen göyü

B) Malaxit yaşılı

C) NaCl

D) ZnSO4


E) MgSO4
- Lüqol və ya Metilen göyü

Bəzi helmintlərin yumurtaları sidikdə aşkar edilir. Sidiyin müayinəsi zamanı həm öz - özünə çökdürmə ilə, həm də sentrifuqlaşdırmaqla çöküntü alınır və tədqiq edilir. Öz - özünə çökdürmə zamanı çöküntüyə 50% - li qliserin əlavə edilir. Sentrifuqlaşdırma zamanı isə rəngli məhlullar əlavə edilir. Bunlar lüqol və metilen göyü məhlullarıdır.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 184.
930) Helmintozlara görə qanın müayinəsi zamanı hansı qan elementinin normadan artıq olduğu müşahidə edilir?
A) Eozinofil

B) Trombosit

C) Limfosit

D) Eritrosit

E) Monosit
- Eozinofil

Əksər helmintozlar zaman müxtəlif klinik əlamətlərlə yanaşı qanın yüksək eozinofilliyi müşahidə edilir. Bu xüsusiyyətin dianostikada çox böyük əhəmiyyəti vardır.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 238
931) Askaridozun bağırsaq stadiyasını aşkar etmək üçün hansı materialın müayinəsi aparılır?
A) Limfa mayesi

B) Nəcis


C) Qan

D) Sidik


E) Mədə möhtəviyyatı
- Nəcis

Askarid askaridoz xəstəliyini əmələ gətirir. Xəstəliyin ilk mərhələsi - ağciyər fazası adlanır.Bu zaman parazitin sürfələri ağciyərə miqrasiya edərək alveolalara daxil olur və orada O2 –lə qidalanaraq inbazion mərhələyə keçir. Inbazion sürfələr tənəffüs yolları ilə hərəkət edərək insanın udlağına çatır. Xəstə tərəfindən udularaq mədəyə, sonra bağırsağa düşür. Bu andan onun bağırsaq stadiyası başlayır. Sürfə inkişaf edərək yetkin parazitə çevrilir və yumurta qoyur.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 106
932) Stronqiloid sürfələrini aşkar edərkən nəcisin üzərinə hansı maddə əlavə edilir?
A) NaCl

B) Qliserin

C) Su

D) HCl


E) Fenol
– Su

Şulmanın modifikasiyasında Brumpt üsulunu yerinə yetirərkən şüşə bankaya 5 qr nəcis qoyulur və üzərinə 10 - 15 ml adi su tökülür. 20 dəqiqədən sonra su Petri fincanına tökülür və mikroskoplaşdırılır.


Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 178
933) Nəcisin Qoryaçev üsulu ilə tədqiqat zamanı sınaq şüşəsində olan NaCl məhlulunun üzərinə hansı qarışıq tökülür?
A) NCl və su

B) NaHCO3 və su

C) Su və efir qarışığı

D) Su və nəcis qarışığı

E) Su və qliserin
– Su və nəcis qarışığı

Qoryaçev üsulunu yerinə yetirərkən sınaq şüşəsinə 3 - 4 ml doymuş NaCl tökülür. Sonra onunda üzərinə su ilə nəcis qarışığından 3 - 4 ml əlavə edilir. Bu zaman iki müxtəlif təbəqə əmələ gəlir. 15 - 20 saatdan sonra Trematod yumurtaları çöküntüdə toplanır. Çöküntü mikroskop altında tədqiq edilir.


Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 176
934) Zənginləşdirmə üsullarını yerinə yetirərkən preparatın qurumaması üçün üzərinə hansı maddə əlavə olunur?
A) Efir

B) Na - bikarbonat

C) Fenol

D) Spirt


E) 50% - li qliserin
50% - li qliserin

Zənginləşdirmə üsullarının (Füllübora və flotasiya) yerinə yetirərkən preparatın qurumaması üçün üzərinə 50% - li qliserin məhlulu əlavə edilir.


Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 175
935) Fülleborn üsulu ilə nəcisin tədqiqi zamanı məhlulun səthinə toplanmış helmint yumurtalarını yığmaq üçün nədən istifadə edilir?
A) Taxta şpatel

B) Pipet


C) Şüşə çubuq

D) Spiral şəkilli ilmək

E) Qasıq
Spiral şəkilli ilmək

Fülleborn üsulu ilə nəcisin müayinəsi zamanı içərisində nəcis və NaCl qarışığı olan bankalar 45 dəqiqədən sonra sorucu şkafdan çıxarılır və məhlulun səthi spiralşəkilli ilməklə yığılır, əşya şüşəsi üzərindəki 50% - li qliserin məhlulun mərkəzinə yerləşdirilir, tədqiq edilir.


Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 174
936) Əşya şüşəsi üzərində hazırlanmış qalın qan damlasının diametri nə qədər olmalıdır ?
A) 5 sm

B) 2 sm


C) 4 sm

D) 3 sm


E) 1,5 sm
– 1,5 sm

Qalın qan damlası preparatı hazırlanarkən damla əşya şüşəsi üzərində 1,5 sm diametrdə yayılmalıdır. Əşya şüşəsinin digər kənarında daha bir qalın qan damlası hazırlamaq olar .


Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 156
937) Quru Romonovski boyağını əzdikdən sonra hansı maddə ilə qarışdırılır?
A) Sirkə turşusu

B) Qliserin , etanol

C) Efir

D) Fenol


E) MgSO4
– Qliserin , etanol

Quru halda olan Romanovski boyağı əzilir və üzərinə qliserin əlavə edilir. Daha sonra 96% - li etanol tökərək qarışdırırlar.


Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 156
938) Uzun müddət yüksək temperaturda saxlanmış qalın qan damlası preparatı hansı rəng alır?
A) Qara

B) Göy


C) Mavi

D) Sarı


E) Açıq qırmızı
– Qara

Hazırlanmış qalın qan damlası preparatı uzun müddət yüksək temperaturda qalırsa o rəngini dəyişir və qara rəng alır.


Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 158
939) Ibtidailər aşkar etmək üçün “asılan damla” üsulunu yerinə yetirərkən istifadə olunan məhlul hansıdır?
A) Spirt

B) Kapron turşusu

C) Efir

D) NaCl –in izotonik məhlulu



E) Qliserin
– NaCl –in izotonik məhlulu

“Asılan damla” üsulunu yerinə yetirərkən NaCl –in izotonik məhlulu sınaq şüşəsində qızdırılır. Ondan bir damla örtük şüşəsinin üzərinə qoyulur. Tədqiq ediləcək materialdan kiçik bir hissə məhlulun mərkəzinə yerləşdirilir. Örtük şüşəsi çevrilir və ortası çökük əşya şüşəsi üzərinə qoyulur, mikroskopda tədqiq edilir.


Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 160
940) Suyun yüksək qələvi reaksiyası (PH 7,3 və çox) zamanı yaxma hansı rəngə boyanır?
A) Tünd göy

B) Bənövşəyi

C) Bozumtul - yaşıl, mavi

D) Qırmızı

E) Çəhrayı
– Bozumtul - yaşıl, mavi

Boyağın keyfiyyətinə distillə suyu reaksiyası təsir göstərir. ən yaxşı reaksiya suyun zəif qələvi reaksiyasında (PH - 7,1 - 7,2) alınır. Su yüksək qələvi reaksiyalı olarsa yaxmalar keyfiyyətsiz alınır və bozumtul –yaşıl və ya mavi rəngə boyanır. Yüksək qələvi reaksiyalı suya 10% - li sirkə turşusu məhlulu əlavə edilir və lazım olan reaksiya alınır.


Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр.
941) Hansı müayinə materialında qan şistosomunun yumurtaları axtarılır?
A) Nazik bağırsağın selikli qişasında

B) Öddə


C) Yoğun bağırsağın selikli qişasında

D) Mədə şirəsində

E) Sidik çöküntüsündə
– Sidik çöküntüsündə

Qan şistosomu insanın sidik kisəsinin qan damarlarında parazitlik edir. Yumurtaları xəstənin sidiyi ilə xaric olur. Yumurtaları aşkar etmək üçün sidiyi sentrifuqlaşdırır və çöküntüsünü mikroskoplaşdırırlar. Bəzən sidiyi membranlı filtrdən keçirirlər.


Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 73
942) Aşağıdakılardan hansı qalın qan damlası preparatına aiddir?
A) Prepart çox nazik olur

B) Eritrositlər hemolizə uğrayır

C) Fiksə olunur

D) Fiksə olunmur

E) Kiçik böyüdücü ilə mikroskoplaşdırılır
– Fiksə olunmur

Qan parazitlərini aşkar etmək üçün qan yaxması və qalın qan damlası preparatları hazırlanır. Preparatlar immersiya yağı ilə iri böyüdücü altında mikroskoplaşdırılır. Qalın qan damlası qan yaxmasından fərqli olaraq fiksə olunmur. Boyağın sulu məhlulunun təsirindən fiksə olunmamış eritrositlər hemolizə uğrayır, preparat şəffaflaşır. Bu isə parazitlərin tapılmasını asanlaşdırır.


Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 154
943) Cinsiyyət yolları trixonomozunun əlamətilərinə aşağıdakılardan hansı aiddir?
A) Ürək bulanması

B) İshal


C) İrinli - serozli ifrazat

D) Bəlğəm ifrazı

E) Qarında ağrılar
Cinsiyyət yolları trixonomozu zamanı qaşınma, qıcıqlanma, cinsiyyət yollarında ağrı, irinli - serozlu ifrazat əsas klinik əlamətlərdəndir. Trixomonodin bu tipi cinsi yollarla keçirilir.
Ədəbiyyat: Медицинская паразитология. Москва « Медицина» 1991Səh: 39
944) Hansı helmintoz zamanı duodenal möhtəviyyat və nəcis müayinə edilir?
A) Difillobotrioz

B) Tenioz

C) Askaridoz

D) Fassialioz

E) Şistosomoz
Fassiola insanın qaraciyərinin öd yollarında parazitlik edir. yumurtaları nəcislə xaric olur. Diaqnoz məqsədilə nəcis duodenal möhtəviyyat və öd tədqiq edilir. Yumurtalar tranzit ola biləcəyi halda müayinə təkrarən aparılmalıdır
Ədəbiyyat: Медицинская паразитология. Москва « Медицина» 1991 Səh: 69
945) Toksoplazmozdan şübhələndikdə hansı materialın müayinəsi aparılır?
A) Qan, onurğa beyin mayesi

B) Mədə möhtəviyyatı

C) Bəlğəm

D) Sidik


E) Nəcis
Toksoplazmozdan şübhələndikdə qan, onurğa beyin mayesi döl örtüyünün qalıqları, biopsiya və antopsiya materialı müayinə edilir. Bundan başqa dəri daxili allergik sınaq qoyulur.
Ədəbiyyat: Медицинская паразитология. Москва « Медицина» 1991Səh: 53
946) İnsanın difillobotrioza yoluxması necə baş verir?
A) Meyvə tərəvəzlə

B) Çirkli əllərlə

C) Sürfələrlə yoluxmuş balıq əti ilə

D) Mal əti ilə

E) Krab əti ilə
Difillobotrioz enli - lent qurdunun əmələ gətirdiyi xəstəlikdir. İnsan pleroserkoid adlanan sürfələrlə yoluxmuş balıq ətinin yaxşı bişməmiş halda yedikdə yoluxur. Qurd nazik bağırsaqda parazitlik edir.
Ədəbiyyat: Медицинская паразитология. Москва « Медицина» 1991 Səh: 79
947) Balıqçılar və su təsərrüfatı işçiləri arasında profilaktik tədbirlər hansı helmintoza qarşı aparılır?
A) Nekatoroz

B) Difillobotrioz

C) Askaridoz

D) Enterobioz

E) Trixinelloz
Balıqçılar və sahilyanı zonalarda yaşayan əhalinin əsas qida məhsulu balıq olduğu üçün onlar difillobotrioza daha çox yoluxur. Odurki, bu işçilər arasında profilaktik tədbirlər mütləq aparılmalıdır.
Ədəbiyyat: Медицинская паразитология. Москва « Медицина» 1991 Səh: 76


Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin