Sanitar-feldşer ixtisası üzrə nümunəvi test sualları Bölmə Epidemiologiya



Yüklə 2.12 Mb.
səhifə13/23
tarix26.11.2016
ölçüsü2.12 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   23

628) Hündürlük və ya dağ xəstəliyinin səbəbi nədir?
A) Hipoksiya

B) Tromboz

C) Avitaminoz

D) Hiperqlikemiya

E) Anemiya
- Hipoksiya

Yer səthindən yuxarı qalxdıqca havanın sıxığı azalır. Atmosfer təzyiqi düşdükcə, buna müvafiq oksigenin parsial təzyiqi də azalır. Bu isə alveolardakı havada oksigenin xeyli azalmasına səbəb olur. Buna görədə hündürlüyə qalxma zamanı insanda şiddətli hipoksiya halı baş verir.


Ədəbiyyat: A.A.Каспаров «Гигиена труда и промышленности» Стp.88
629) Hündürlük və ya dağ xəstəliyinin profilaktikası nədən ibarətdir?
A) Səmərəli qidalanmanın təşkili

B) Ventilyasiyanın təşkili

C) Orqanizmin məşq etdirilməsi, hermetikləşdirilmə

D) Mikroiqlimin normallaşdırılması

E) Dərman preparatlarından istifadə edilməsi
- Orqanizmin məşq etdirilməsi, hermetikləşdirilmə

Hündürlük xəstəliyinin profilaktikasında əsas yeri hipoksiyanın qarşısını alan tədbirlər tutur. Qabaqcadan məşq keçməklə orqanizm alçaq atmosfer təzyiqinə uyğunlaşa bilər. Çox yüksəklikdən uçduqda isə (12km - dən yuxarı) xüsusi hermetik kabinələrdən istifadə edilir. Hansı ki, bunların içərisində xarici təzyiq müəyyən səviyyədə saxlana bilər.


Ədəbiyyat: A.A.Каспаров «Гигиена труда и промышленности»
630) Üzvi mənşəli tozlara hansı toz aiddir?
A) Əhəng tozu

B) Un tozu

C) Təbaşir tozu

D) Sement tozu

E) Dəmir tozu
- Un tozu

Üzvi mənşəli tozlar bitki mənşəli, heyvan mənşəli və süni olmaqla 3 yerə bölünür. Un tozu bitki mənşəli olub, tərkibinə görə üzvi tozlara aiddir.


Ədəbiyyat: A.A.Каспаров «Гигиена труда и промышленности» Стp.99
631) Qeyri – üzvi tozlara hansılar aiddir?
A) Bitki tozu

B) Əhəng tozu

C) Şəkər tozu

D) Yun tozu

E) Un tozu
- Əhəng tozu

Qeyri - üzvi tozlara mineral, metalik və qarışıq tozlar aiddir. Əhəng tozu mineral toz olmaqla qeyri - üzvi tozlara aiddir.


Ədəbiyyat: A.A.Каспаров «Гигиена труда и промышленности» Стp.99 - 100
632) Tozların təsirindən ağciyərlərdə baş verən xəsətliklər necə adlanır?
A) Ağciyərlərin emfizeması

B) Plevritlər

C) Pnevmoniyalar

D) Pnevmotoraks

E) Pnevmokoniozlar
- Pnevmokoniozlar

Insan nəfəs aldıqda alveollarla daxil olmuş toz hissəcikləri faqositoza uğrayır. Toz hissəciklərini udmuş faqositlər ağ ciyər alveollarında, limfa düyünlərində toplanır. Faqositlərin toplanıb tələf olduğu yerlərdə birləşdirici toxuma inkişaf edir. Ağ ciyərlərin funksiyası pozulur, birləşdirici toxumanın yerində çapıqlar əmələ gəlir. Bütün bunlar ağ ciyər fibrozu - pnevmokoniozun əmələ gəlməsinə şərait yaradır

Ədəbiyyat: Р.Д.Габович «Гигиена». 1991. Стp.288
633) Aşağıdadkı tədbirlərdən hansı toza qarşı mübarizədə effektli deyil?
A) Ventilyasiya

B) Fərdi qoruyucu vasitələrdən istifadə edilməsi

C) Mikroiqlimin normallaşdırılması

D) Bioloji vasitələr

E) Texnoloji tədbirlər
- Mikroiqlimin normallaşdırılması

Mikroiqlimi normallaşdırmaq üçün istifadə olunan tədbirlər yüksək temperaturun təsirini azaltmağa yönəldilmişdir. Tozun əmələ gəlməsi və yayılmasının qarşısını almaq üçün ventilyasiya qurğularından və toz yatırıcı tədbirlərdən istifadə olunur

Ədəbiyyat: Р.Д.Габович «Гигиена». 1991. Стp.289 - 290
634) Havada tozların miqdarını təyin etmək üçün aşağıdakı vasitələrdən hansı istifadə olunmur?
A) Aspirometr

B) Şüşə və mineral pambıq

C) Analitik tərəzi

D) Süzgəclər

E) Spirometr
- Spirometr

Spirometr ağciyərlərin həyat tutumunu ölçmək üçün istifadə edilir.


Ədəbiyyat: A.A.Каспаров «Гигиена труда и промышленности» Стp.114 - 116
635) Hansı maddələrə zəhər deyilir?
A) Əmək qabiliyyətini zəiflədən maddələrə

B) Oraqnizmin xəstələnməsinə səbəb olan maddələrə

C) Az miqdarda orqanizmə daxil olarsa sağlamlığı pozan maddələrə

D) Yüksək dozada orqanizmə daxil olaraq sağlamlığı pozan maddələrə

E) Enerji balansının pozulmasına səbəb olan maddələrə
- Az miqdarda orqanizmə daxil olarsa sağlamlığı pozan maddələrə

Hər hansı maddə zəhərli təsir göstərə bilər. Qəbul olunan maddələrin miqdarından asılı olaraq. Gündəlik istifadə etdiyimiz xörək duzu həddindən çox qəbul olunursa sağlamlığın pozulmasına səbəb olur. O maddələr zəhərli sayılır ki, az miqdarda belə orqanizmə daxil olarsa zəhərlənməyə səbəb olur, funksiyaların pozulması ilə nəticələnir.


Ədəbiyyat: A.A.Каспаров «Гигиена труда и промышленности» Стp.151 - 154
636) Istehsalatda zəhərlər orqanizmə hansı yolla daxil olduqda daha təhlükəli sayılır?
A) Mədə - bağırsaq traktı ilə

B) Təmas vasitəsilə

C) Dəri və selikli qişalar vasitəsilə

D) Qan vasitəsilə

E) Tənəffüs yolları ilə
Tənəffüs yolları ilə

Tənəffüs yolları ilə orqanizmə daxil olan zəhərli maddələr kapillyarlarla zəngin olan ağciyərlərin səthindən birbaşa qana sorulur və tez bir zamanda orqanizmin zəhərlənməsinə səbəb olur.


Ədəbiyyat: A.A.Каспаров «Гигиена труда и промышленности» Стp.154 - 157
637) “Kesson” xəstəliyinin baş vermə səbəbi hansıdır?
A) Vibrasiya

B) Yüksək atmosfer təzyiqi

C) Havanın çirklənməsi

D) Yüksək temperatur

E) Səs – küy
Yüksək atmosfer təzyiqi

Yüksək atmosfer təzyiqinin təsirindən orqanizmə daxil olan qazların xüsusən də azotun miqdarı artır. Yüksək atmosfer təzyiqindən normal atmosfer təzyiqinə tədricən qayıtdıqda azot orqanizmdən xaric olaraq normal səviyyəsinə çatır. Yüksək atmosfer təzyiqindən normal təzyiqə sürətli keçdikdə qalıq azot çıxmağa macal tapmır, damarların mənfəzini tutaraq qaz emboliyası əmələ gətirir. Bu xəstəlik “Kesson” adlanır.


Ədəbiyyat: A.A.Каспаров «Гигиена труда и промышленности» Стp.88 - 97
638) Pestisdlər nədir?
A) Dezinfeksiya məqsədi ilə işlədilən maddələr

B) Bitkilərin inkişafına kömək edən maddələr

C) Bitkilərin tələf olmasının qarşısını almaq üçün istifadə olunan maddələr

D) Kənd təsərrüfatında bitki zərərvericiləri və xəstəlikləri, alaq otları ilə mübarizə aparmaq üçün işlədilən kimyəvi maddələr

E) Gübrə kimi istifadə edilən maddələr
- Kənd təsərrüfatında bitki zərərvericiləri və xəstəlikləri, alaq otları ilə mübarizə aparmaq üçün işlədilən kimyəvi maddələr

Kənd təsərrüfatında bitki zərərvericiləri və xəstəlikləri, alaq otları ilə mübarizə aparmaq üçün işlədilən kimyəvi maddələr pestisidlər adlanır. Pestisidlərin ən geniş istifadə olunan formaları insektofungisidlərdir.


Ədəbiyyat: A.A.Каспаров «Гигиена труда и промышленности» Стp.355 - 358
639) Dövri tibbi müayinə nə məqsədlə təşkil olunur?
A) İşçılərlə sorğu aparmaq üçün

B) Zəhərlənmələrin qarşısını almaq üçün

C) Travmatizmin sayını azaltmaq üçün

D) Ümumi xəstəliklərin qarşısını almaq üçün

E) Peşə xəstəliklərinin qarşısını almaq üçün
- Peşə xəstəliklərinin qarşısını almaq üçün

Peşə xəstəliklərini vaxtinda aşkara çıxarmaq və qarşısını almaq üçün tədbirlər görmək, lazım gələrsə müvəqqəti olaraq işdən ayirmaq.


Ədəbiyyat: A.A.Каспаров «Гигиена труда и промышленности» Стp.235 - 239
640) Qurğuşunla zəhərlənmənin simptomlarına aşağıdakılardan hansı aiddir?
A) Qanda bazofil dənəvər eritrositlərin olması

B) Retikulositoz

C) Hamısı

D) Qurğuşun haşiyəsi, qurğuşun koloriti

E) Porfinuriya
- Aşağıdakı punktların hamısı

Qurğuşunla zəhərlənmə zamanı qurğuşunun təsirindən qurğuşun haşiyəsi, qurğuşun koloriti, qanda bozofil dənəvər eritrositlərin olması, porfinuriya, retikulositoz kimi əlamətlər müşahidə olunur.


Ədəbiyyat: A.A.Каспаров «Гигиена труда и промышленности» Стp.178 - 181
641) Yeniyetmələr ücün iş saatı neçə saat olmalıdır?
A) 8 saat

B) 6 saat

C) 11 saat

D) 9 saat

E) 7 saat

G) 10 saat


- 6saat

Yeniyetmələr ücün iş saatı 6 saatdan cox olmamalıdır. Yeniyetmələrin sümük əzələ sistemi tam formalaşmadığı üçün uzun iş günü və məcburi işçi pozası onların sümük əzələ sisteminin qeyri düzgün formalaşmasına və ya inkişafdan qalmasına səbəb olur.


Ədəbiyyat: Р.Д.Габович «Гигиена». 1991. Стp.315

Bölmə 5. Uşaq və yeniyetmələr gigiyenası

642) Uşaq və yeniyetmələrin gün rejiminin öyrənilməsində hansı metod istifadə edilir?
A) Laborator müayinə

B) İşləmə qabiliyyətinin müayinəsi

C) Xronometraj

D) Plantoqrafiya

E) Sanitar–gigiyenik təsvir
– Xronometraj

Uşaq və yeniyetmələrin gün rejiminin öyrənilməsində xronometraj metoddan istifadə olunur.


Ədəbiyyat: В.Н.Кардашенко. Руководство к лабораторным занятиям по гигиене детей и подростков. «Медицина» Москва 1983 стр.55
643) Hansı metod orqanizmin əqli qabiliyyətini öyrənir?
A) Anket sorğusu

B) Müşahidə

C) Xronorefleksometriya

D) Vaxtla müəyyən edilmiş dozalara bölünmüş iş

E) Xronometraj
Vaxtla müəyyən edilmiş dozalara bölünmüş iş

Orqanizmin əqli qabiliyyəti vaxtla müəyyən edilmiş dozalara bölünmüş iş metodla öyrənilir.


Ədəbiyyat: В.Н.Кардашенко. Руководство к лабораторным занятиям по гигиене детей и подростков. «Медицина» Москва 1983 стр.60
644) Antropometr vasitəsi aşağıdakılardan hansı ölçülür?
A) Boy

B) Əzələ gücü

C) Çəki

D) Ağciyərlərin həyat tutumu



E) Döş qəfəsinin dairəsi
Boy

Antropometr vasitəsi ilə boy ölçülür.


Ədəbiyyat: В.Н.Кардашенко. Руководство к лабораторным занятиям по гигиене детей и подростков. «Медицина» Москва 1983 стр.15
645) Hansı göstərici fiziki inkişafın əsas əlaməti kimi sayılır?
A) Boy

B) Əzələ gücü

C) Çəki

D) Döş qəfəsinin dairəsi



E) Cinsi yetişkənlik dərəcəsi
- Boy

Uşaqların fiziki inkişafında əsas əlaməti boy sayılır

Ədəbiyyat: В.Н.Кардашенко. Руководство к лабораторным занятиям по гигиене детей и подростков. «Медицина» Москва 1980 стр.86
646) Kompensasiya vəziyyətində olan xroniki xəstəliklər ilə xəstələnən uşaqlar hansı sağlamlıq qrupuna aiddir?
A) 5

B) 1


C) 2

D) 3


E) 4
- 3

Kompensasiya vəziyyətində olan xroniki xəstəliklərlə xəstələnən uşaqlar 3 sağlamlıq qrupuna aiddir.


Ədəbiyyat: V.Ə.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı 1995 səh.44
647) Şəhərdə ən çox neçə mərtəbəli məktəb binalarının tikintisinə icazə verilir?
A) 2

B) 5


C) 4

D) 3


E) 1
4

Şəhərdə 4 mərtəbəli məktəb binalarının tikintisinə icazə verilir.


Ədəbiyyat: V.Ə.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı 1995 səh.194
648) Kəndlərdə neçə mərtəbəli məktəb binalarının tikintisinə icazə verilir?
A) 5

B) 4


C) 1

D) 2


E) 3
3

Kəndlərdə 3 mərtəbəli məktəb binalarının tikintisinə icazə verilir.


Ədəbiyyat: V.Ə Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı 1995 səh.199
649) Məktəbəqədər uşaq müəssisələrində qrupların ayaqyolu seksiyasında nə qədər uşaq unitazı qurulmalıdır?
A) 5

B) 4


C) 2

D) 1


E) 3
- 3

Məktəbəqədər uşaq müəssisələrində qrupların ayaqyolu seksiyasında 3 uşaq unitazı qurulmalıdır.


Ədəbiyyat: V.Ə Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı 1995 səh.196
650) Uşaq müəssisələrinin tədris otaqlarında olan işıqlanma əmsalı nə qədər olmalıdır?
A) 1: 6

B) 1: 4


C) 1: 3

D) 1: 2


E) 1: 7
1: 4

Uşaq müəssisələrinin tədris otaqlarında işıq əmsalı 1:4 olmalıdır.


Ədəbiyyat: V.Ə Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı 1995 səh.215
651) İdman zalının hündürlüyü nə qədər olmalıdır?
A) 4 m

B) 7 m


C) 3 m

D) 6 m


E) 5 m
– 6 m

İdman zalının hündürlüyü 6 metr olmalıdır.


Ədəbiyyat: V.Ə Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı 1995 səh.201
652) Məktəbin tədris otaqlarında, kabinetlərində, laboratoriyalarında közərmə lampalarla süni işıqlanmanın dərəcəsi (lyuksla) nə qədər olamalıdır?
A) 200

B) 75


C) 150

D) 100


E) 300
– 150

Məktəbin tədris otaqlarında, kabinetlırində, laboratoriyalarında közərici lampalarla süni işıqlanmanın dərəcəsi 150 lyuks olmalıdır.


Ədəbiyyat: V.Ə Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı 1995 səh.215
653) Məktəbəqədər uşaq müəssisələrinin binalarının layihələşdirilməsinin əsas prinsipi hansıdır?
A) Qrupların təcrid edilməsi

B) Hərəkət fəallığı üçün müvafiq şəraitin yaradılması

C) Optimal hava – istilik rejimi

D) Mərtəbəlik

E) Optimal işıqlanma rejimi
- Qrupların təcrid edilməsi

Məktəbəqədər uşaq müəssisə binalarının layihələşdirilməsinin əsas prinsipi qrupların təcrid edilməsidir.


Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. «Медицина» Москва 1989 стр.212
654) Məktəb binalarının əsas tədris sahəsinin layihələşdirilməsinin əsas prinsipi hansıdır?
A) Uşaq kollektivinin ayrı–ayrı yaş qruplarının maksimal sayı

B) Fiziki tərbiyənin aparılması üçün müvafiq şəraitin yaradılması

C) Neçə mərtəbədən ibarət olması

D) Şagirdlərə psixoloji komfortun yaradılması

E) Qidalanma üçün müvafiq şəraitin yaradılması
Uşaq kollektivinin ayrı–ayrı yaş qruplarına maksimal bölünməsi

Məktəb binalarının layihələşdirilməsinin əsas prinsipi uşaq kollektivinin ayrı - ayrı yaş qruplarına maksimal bölünməsidir.


Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. «Медицина» Москва 1989 стр.215
655) Uşaqlar daha çox hansı yoluxucu xəstəliklərlə xəstələnir?
A) Göbələk xəstəlikləri ilə

B) Yuxarı tənəffüs yollarının xəstəlikləri ilə

C) Bağırsaq xəstəlikləri ilə

D) Dəri örtüklərinin xəstəlikləri ilə

E) Qurd invaziyaları ilə
Yuxarı tənəffüs yollarının xəstəlikləri ilə

Uşaqlar daha çox yuxarı tənəffüs yollarının xəstəlikləri ilə xəstələnir.


Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. «Медицина» Москва 1989 стр.59
656) Uşaq müəssisələrində hava–damcı yoluxucu xəstəlikləri daha çox hansı yollarla yayılır?
A) Eyni sabundan istifadə

B) Söhbət etmə, asqırma, öskürmə

C) Qablar, oyuncaqlar

D) Geyimlər, başqa məişət əşyaları

E) Ərzaq məhsulları
- Söhbət etmə, asqırma, öskürmə

Uşaq müəssisələrində hava - damcı yoluxucu xəstəlikləri daha çox söhbət etmə, asqırma, öskürmə yollarla yayılır.


Ədəbiyyat: M.B.Антропова. Гигиена детей и подростков. «Медицина». Москва 1982 стр.184
657) Orqanizmi ətraf mühitin təbii faktorları ilə möhkəmləndirimək istədikdə hansı prosedurdan başlamaq tövsiyə edilir?
A) Torpaq

B) Hava


C) Kompleks

D) Günəş


E) Su
– Hava

Orqanizmin ətraf mühitin təbii faktorları ilə möhkəmləndirilməsində hava vannalardan başlamaq tövsiyə edilir.


Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. «Медицина» Москва 1989 стр.125
658) Həddən artıq yorulma aşağıdakılardan hansının nəticəsində əmələ gəlir?
A) Əmək qabiliyyətinin yüksək səviyyəsi

B) Əqli və fiziki əmək qabiliyyətinin kəskin sürətdə və uzun müddətli aşağı düşməsi

C) Əqli qabiliyyətinin yüksək səviyyəsi

D) Subyektiv hiss

E) İntensiv və uzun müddətli işin nəticəsi kimi əmək qabiliyyətinin müvəqqəti olaraq aşağı düşməsi
- Əqli və fiziki əmək qabiliyyətinin kəskin sürətdə və uzun müddətli aşağı düşməsi
Ədəbiyyat: M.B.Антропова. Гигиена детей и подростков. «Медицина». Москва 1982 стр.76
659) Məktəb binasının əsas otaqlarına hansı otaqlar aiddir?
A) Siniflər, tədris kabinetləri, laboratoriyalar, əl əməyi otaqları, emalatxanalar, idman zalı

B) Yeməkxana, yığıncaq zalı, ictimai təşkilatlar otağı, kitabxana, sanitar qovşağı

C) Məktəb direktorunun kabineti, müəllimlər otağı, həkim otağı

D) Tədri otaqları, yardımçı, köməkçi otaqları

E) Siniflər, laborant otaqları, idman zalı
Siniflər, tədris kabinetləri, laboratoriyalar, əl əməyi otaqları, emalatxanalar, idman zalı

Məktəb binasının əsas otaqlarına siniflər, tədris kabinetləri, laboratoriyalar, əl əməyi otaqları, emalatxanalar, idman zalı aiddir.


Ədəbiyyat: V.Ə.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı 1995 səh.199
660) Məktəb binasının yardımçı otaqlarına hansı otaqlar aiddir?
A) Kitabxana, yeməkxana, yığıncaq zalı, ictimai təşkilatlar otağı, laborant otağı, sanitar qovşağı

B) Siniflər, kitabxana, yığıncaq zalı, laborant otağı

C) Məktəb direktorunun kabineti, müəllimlər otağı, həkim otağı, kitabxana

D) Tədris otaqları, köməkçi otaqlar

E) Siniflər, tədris kabinetləri, əl əməyi otaqları, emalatxanalar
- Kitabxana, yeməkxana, yığıncaq zalı, ictimai təşkilatlar otağı, laborant otağı, sanitar qovşağı

Məktəb binasının yardımcı otaqlarına kitabxana, yeməkxana, yığıncaq zalı, ictimai təşkilatlar otağı, laborant otağı, sanitar qovşağı aiddir.


Ədəbiyyat: V.Ə.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı 1995 səh.199
661) Məktəb binasının xidmətçi otaqlarına hansı otaqlar aiddir?
A) Siniflər, tədris kabinetləri, labaratoriyalar, əl əməyi otaqları, emalatxanalar, idman zalı

B) Məktəb direktorunun kabineti, müəllimlər otağı, həkim otağı

C) Tədris otaqları, həkim otağı, sanitar qovşağı

D) Kitabxana, yığıncaq zalı, siniflər, əl əməyi otaqları

E) Yeməkxana, yığıncaq zalı, ictimai təşkilatlar otağı, kitabxana, sanitar qovşağı
Məktəb direktorunun kabineti, müəllimlər otağı, həkim otağı

Məktəb direktorunun kabineti, müəllimlər otağı, həkim otağı məktəb binasının xidməti otaqlarına aiddir.


Ədəbiyyat: V.Ə.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı 1995 səh.199
662) Hipokineziyanın səbəbi nə ola bilər?
A) Erkən yaşlarda ixtisaslaşmış idman

B) Şagirdlərin həddindən artıq dərslərlə yüklənməsi

C) Fəal həyat tərzi

D) Həddindən artıq fiziki yüklənmə

E) Hipotoniya
Şagirdlərin həddindən artıq dərslərə yüklənməsi

Hipokineziyanın səbəbi şagirdlərin həddindən artıq dərslərlə yüklənməsi ola bilər.


Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. «Медицина» Москва 1989 стр.107
663) Hiperkineziyanın səbəbi nə ola bilər?
A) Az hərəkətli həyat tərzi

B) Hipertoniya

C) Məişət komfortuna can atmaq

D) Həddindən artıq fiziki yüklənmə

E) Şagirdlərin həddindən artıq dərslə yüklənməsi
Həddindən artıq fiziki yüklənmə

Hiperkineziyanın səbəbi həddindən artıq fiziki yüklənmə ola bilər


Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. «Медицина» Москва 1989 стр.107
664) Aşağıdakılardan hansı şagirdlərdə qamət pozğunluğunun əsas səbəbi ola bilər?
A) Məktəbdə ictimai mühitin qənaətbəxş olması

B) Uşaq mebellərinin ölçülərinin uşaqların boyuna uyğun gəlməməsi

C) İfrat fiziki gərginlik

D) Məktəb proqramının ifrat gərgin olması

E) Qeyri– səmərəli qidalanma
- Uşaq mebellərinin ölçülərinin uşaqların boyuna müvafiq gəlməməsi

Şagirdlərdə qamət pozğunluğunun əsas səbəbi uşaq mebellərinin ölçülərinin uşaqların boyuna müvafiq gəlməməsidir.


Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. «Медицина» Москва 1989 стр.246
665) Uşaq müəssisələrində ümumi təmizləmə nə vaxt aparılır?
A) İldə 2 dəfə

B) Ayda 1 dəfə

C) 3 ayda 1 dəfə

D) İldə 1 dəfə

E) Həftədə 1 dəfə
- Ayda 1 dəfə

Uşaq müəssisələrində ümumi təmizləmə ayda 1 dəfə aparılır.


Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. «Медицина» Москва 1989 стр.241
666) 4–6 yaşlı uşaqların fiziki inkişafını qiymətləndirmək üçün hansı əlamətlər əsas hesab edilir?
A) Boy, boyun illik artımı

B) Boyun illik artımı

C) Boy, çəki

D) Daimi dişlərin sayı

E) Əzələ gücü
- Boy, çəki

4 - 6 yaşlı uşaqların fiziki inkişafını qiymətləndirmək üçün əsas əlamətlər boy və çəki sayılır.


Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. «Медицина» Москва 1989 стр.55
667) Uzunluğu–8 m, eni–6 m, pəncərəlin hündürlüyü–2,5 m, pəncərələrin sahəsi – 12kv. m olan otaqda işıqlanma əmsalı nə qədərdir?
A) 1 : 3

B) 1,5


C) 4 : 1

D) 3 : 1


E) 1 : 4
– 1 : 4

Otağın sahəsi 48 kv.m., pəncərələrin sahəsi - 12 kv.m olanda işıq əmsalı 1:4 olur.


Ədəbiyyat: V.Ə.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı 1995 səh.215
668) Fiziki inkişafın qiymətləndirilməsi hansı göstəricilər əsasında aparılır?
A) Keçirilmiş xəstəliklərin sayı

B) Antropometrik göstəricilər

C) Sinir sisteminin vəziyyəti

D) Aldığı peyvəndlərin sayı

E) Orqanizmin müqaviməti
Antropometrik göstəricilər

Fiziki inkişafın qiymətləndirilməsi antropometrik göstəricilər əsasında aparılır.


Ədəbiyyat: В.Н.Кардашенко. Руководство к лабораторным занятиям по гигиене детей и подростков. «Медицина» Москва 1983 стр.11
669) Fiziki inkişafın qiymətləndirilməsinin müasir metodikası hansıdır?
A) İndeks üsulu

B) Reqressiya şkalaları

C) Korrektur şkalalar

D) Siqmaların normadan kənara çıxması üsulu

E) Sentil şkalalar
- Sentil şkalalar

Fiziki inkişafın qiymətləndirilməsinin müasir metodikası sentil şkalalardır.


Ədəbiyyat: V.Ə.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı 1995 səh.38
670) Dispanserizasiya nədir?
A) Xəstəliklərin aktiv formada aşkar edilməsi

B) Təcili tibbi yardımın göstərilməsi

C) Xəstəliklərin passiv formada aşkar edilməsi

D) Xəstəliklərin kəskinləşmə və ağırlaşmasının olması barədə xəbərdarlıq edilməsi

E) Xəstələrin müalicəsi
- Xəstələrin aktiv formada aşkar edilməsi

Dispanserizasiya anlayışı xəstələrin aktiv formada aşkar edikməsi deməkdir.


Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. «Медицина» Москва 1989 стр.63
671) Akselerasiya fenomeni nə deməkdir?
A) Psixoloji vəziyyətin dəyişməsi

B) Uşaqların sağlamlıq vəziyyətindəki dəyişikliklərin nəticəsi

C) Əhalinin sosial vəziyyətinin dəyişməsi

D) Uşaq və yeniyetmələrin fiziki inkişaf göstəricilərinin müəyyən səbəblərə görə artması

E) Uşaq və yeniyetmələrin fizioloji göstəricilərinin müəyyən səbəblərə görə dəyişməsi

- Uşaq və yeniyetmələrin fiziki inkişaf göstəricilərinin müəyyən səbəblərə görə artması

Akselerasiya fenomeni uşaq və yeniyetmələrin fiziki inkişaf göstəricilərinin müəyyən səbəblərə görə artması deməkdir.
Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. «Медицина» Москва 1989 стр.43
672) Spirometrlə nə ölçülür?
A) Boy

B) Ağciyərlərin həyat tutumu

C) Çəki

D) Əzələ gücü



E) Döş qəfəsinin dairəsi
- Ağciyərlərin həyat tutumu

Spirometr vasitəsi ilə ağciyərlərin həyat tutumu ölcülür.


Ədəbiyyat: В.Н.Кардашенко. Руководство к лабораторным занятиям по гигиене детей и подростков. «Медицина» Москва 1983 стр.24
673) Plantoqrafiya üsulu ilə nə öyrənilir?
A) Eşitmə itiliyi

B) Görmə itiliyi

C) Sinir sisteminin funksional vəziyyəti

D) Yastı pəncəliyin dərəcəsi

E) Ağciyərlərin həyat tutumu
Yastı pəncəliyin dərəcəsi

Plantoqrafiya üsülu ilə yastı pəncəliyinin dərəcəsi öyrənilir.


Ədəbiyyat: В.Н.Кардашенко. Руководство к лабораторным занятиям по гигиене детей и подростков. «Медицина» Москва 1983 стр.33
674) Somatometrik göstəricilər hansılardır?
A) Boy, bədən kütləsi, dairələr, çevrələr

B) Əzələlərin, sümüklərin, piylənmənin vəziyyəti,yetişkənlik dərəcəsi

C) Boy, bədən kütləsi, əzələ gücü, ağciyərlərin həyat tutumu

D) Boy, dairələr, əzələ gücü, bədən kütləsi

E) Əzələ gücü, ağciyərlərin həyat tutumu, ürək döyüntülərinin, nəfəs almanın təkrarlanması
- Boy, bədən kütləsi, dairələr, çevriyələr

Boy, bədən kütləsi, dairələr, çevriyələr somatometrik göstəricilərdir.


Ədəbiyyat: В.Н.Кардашенко. Руководство к лабораторным занятиям по гигиене детей и подростков. «Медицина» Москва 1983 стр.12
1   ...   9   10   11   12   13   14   15   16   ...   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə