Sanitar-feldşer ixtisası üzrə nümunəvi test sualları Bölmə Epidemiologiya



Yüklə 2.12 Mb.
səhifə11/23
tarix26.11.2016
ölçüsü2.12 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

546) Aşağıdakı zonalardan hansı su kəmərinin sanitar - mühafizə zonasına aid deyil?
A) Ciddi rejim zonası

B) Sənaye nəqliyat zonası

C) Birinci, ikinci və üçüncü qurşaq zonası

D) Müşahidə zonası

E) Məhdudlaşdırma zonası
- Sənaye nəqliyat zonası

Su kəmərin sanitar mühafizə zonası su təchizatı mənbəyində və su kəmərinə verilən suyun şirklənməkdən qoruması üçün yaradılır. Buraya ciddi rejim zonası (I qurşaq), məhdudlaşdırma zonası (II qurşaq) və müşahidə zonası (III qurşaq ) aiddir.


Ədəbiyyat: Р.Д.Габович , С.С. Рознански «Гигиена» Маариф 1987 cтр 92
547) Keyfiyyətli sularda BOT 5 - in maksimal miqdarı nə qədər olmalıdır?
A) 5 – 7 mq/ l

B) 5-6 mq/ l

C) 2 – 4 mq/ l

D) 7 – 9 mq/ l

E) 9 – 10 mq/ l
2 – 4 mq/ l

Biokimyəvi oksigen təlabatı (BOT5)1 l suda olan üzvü maddələrin oksigenləş - məsinə sərf olunan O2 - nin miqdarına deyilir . BOT5 - nə qədər yüksək olarsa, bu suyun üzvi maddələrlə daha çox çirklənməsinı göstərir. Bu göstərici açıq su mənbələrində mərkəzləşdirilmiş su təchizatında içməli təsərrüfat suları üçün 3 mq/l‚ çimmək, idman istirahət və s məqsədlərlə istifadə edildikdə 6 mq/l - dən çox olmamalıdır.


Ədəbiyyat: Н. Ф. Измеров и др. Общая и коммунальная гигиена. Москва Медицина 1985 cтр 165
548) Cirkab sularını təmizləyən qurğuların işinin qıymətləndirilməsi zamanı hansı labarator müayinə nəticələri əsas götürülür?
A) İyi, dadı, temperaturu

B) Asılı hissəciklərin miqdarı, BOT5, koli -indeks

C) Oksidləşmə dərəcəsi, nitrit və nitratların miqdarı

D) Reaksiyası, həll olmuş oksigenin miqdarı

E) Şəffaflığı, rəngliliyi
Asılı hissəciklərin miqdarı, BOT5, koli -indeks

Çirkab suları əsasən təmizləyici stansiyalarda təmizlənir. Təmizləyici qurğuların işinin effektivliyini qiymətləndirmək üçün təmizləndikdən sonra çirkab suların. Laborator müayinəsi aparılır. Bu zaman asılı hissəciklətrin miqdarı BOT5, koli -indeks və s göstəricilər əsas götürülür.


Ədəbiyyat: Н.Ф.Измеров.Общая и коммунальная гигиена.Москва.1985 стр 195
549) Laborator müayinə məqsədilə krandan nümunə götürmək üçün suyu neçə dəqiqə axıtmaq lazımdır?
A) 5

B) 3


C) 7

D) 20


E) 10
Su kranından axan sudan nümunə götürmək üçün nümunə götür - məzdən əvvəl su 10 dəqiqə axıdılmalı və sonra götürməlidir.Çünki əvvəldən su borularında çökmüş asılı maddələr həmçinin bakteriyalar nəticələrə təsir göstərə bilər
Ədəbiyyat: M.A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 113
550) Suyun bakterioloji müayinəsində hansı göstəricilər təyin edilir?
A) Kimyəvi tərkibi

B) Mikroorqanizmlərin forması

C) Orqanoleptik xassələri

D) Koli - titr və koli - indeks

E) Mikroorqanizmlərin patogenliyi
- Koli - titr və koli - indeks

Suyun sanitariya bakterioloji müayinəsində suyun vahid həcmində (1ml) olan mikroorqanizmlərin,ümumi sayı – mikrob ədədi,suyun bağırsaq çöpləri ilə çirklənmə göstəriciləri koli - titr,koli - indeks ,enterekokların


Ədəbiyyat: M.A. Kazımov. Ümumi gigiyena. Bakı 1999
551) Adambaşına düşən sutkalıq su sərfi norması nə qədərdir ?
A) 300 – 500 l

B) 50 – 100 l

C) 10 – 50 l

D) 150 – 200 l

E) 100 – 150 l
300 – 500 l

Əhalinin mədəni məişət və həyat şəraitinin gigiyenik cəhətdən yaxşılaşdırılmasında keyfiyyətli içməli suların əhəmiyyəti böyükdür. Müasir abadlaşdırılmış şəhərlərdə hər bir nəfər üçün gün ərzində 150 - 500 litr su norması müəyyən edilmişdir.


Ədəbiyyat: M.A. Kazımov. Ümumi gigiyena. Bakı 1999
552) İçməli suyun pH - ı nə qədər olmalıdır ?
A) 8,5 – 10

B) 2,0 – 3,0

C) 5,0 – 6,0

D) 3,5 – 4,5

E) 6,5 – 8,5

- 6,5 – 8,5

İcməli və təsərrüfat – məişət əhəmiyyətli suların reaksiyası 6,5 - 8,5 olmalıdır. pH 4 –dən aşağı olduqda suyun reaksiyası turş,10 - dan yuxarı olduqda işə qələvi sayılır.

Ədəbiyyat: M.A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 132


553) PH 3 - ə bərabər olarsa suyun reaksiyası necədir?
A) Turş

B) Qələvi

C) Neytral

D) Qarışıq

E) Zəif qələvi
– Turş

Suyun pH - i 4 dən aşağı olduqda onun reaksiyası turş,7 - dan yüksək olduqda qələvi sayıldığı üçün pH - i 3 olan suyun reaksiyası turş olar.


Ədəbiyyat: M.A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 132
554) Məişət çirkab suları süni üsulla harada təmizlənir ?
A) Su hövzələrində

B) Suvarma tarlalarında

C) Əmələ gəldiyi yerlərdə

D) Assenizasiya maşınlarında

E) Təmizləyici stansiyalarda
Təmizləyici stansiyalarda

Məişət çirkab suları sənaye çirkab suları ilə müqayisədə patogen mikroblarla daha zəngin olur.Ona görə də onların təmizlənməsi və zərərsizləşdirilməsi böyük əhəmiyyətə malikdir.Məişət çirkab suları təbii və sünii üsullarla təmizlənir. Təbii üsulda torpaq sahələrində şırımlarlar açılıb axıdılır.Süni üsulda isə təmizləyici stansiyalarda müxtəlif texnolji proseslərdən istifadə etməklə təmizlənir.


Ədəbiyyat: Н.Ф.Измеров.Общая и коммунальная гигиена.Москва.1985 səh 170 - 182
555) Maye tullantılar təbii üsulla necə təmizlənir ?
A) Xlorlaşdırılır

B) Koaqulyasiya olunur

C) Torpaq sahələrinə axıdılır

D) Çökdürücülərdə çökdürülür

E) Süzgəclərdən keçirilir
- Torpaq sahələrinə axıdılır

Maye tullantılar həm təbii, həm də sünii üsullarla təmizlənir. Təbii üsulda üzvü maddələrin oksigenin iştirakı ilə oksidləşmə baş verir. Bunun üçün torpaq sahə - lərindən istifadə edirlər. Belə ki, maye tullantılar torpağın içərisi ilə axıdıldıqda onda olan asılı və kolloid madələr saxlanılır onlar sonra oksidləşərək mineral gübrə halına keçir.


Ədəbiyyat: Н.Ф.Измеров.Общая и коммунальная гигиена.Москва.1985 стр 172,173
556) Aerotenklər hansı məqsədlə istifadə olunur ?
A) Sənaye çirkab sularını təmizləmək üçün

B) Bərk tullantları zərərsizləşdirmək üçün

C) Havanın çirklənməməsi üçün

D) Məişət çikab sularının təmizlənməsi üçün

E) Havanı oksigenlə zənginləşdirmək üçün
– Məişət çirkab sularının təmizlənməsi üçün

Aerotenklər məişət çirkab suların tərkibindəki üzvi maddələr oksigenin iştitakı ilə oksidləşməyə məruz qalır, bunun üçün qurğuya mütəmadi hava vururlar.


Ədəbiyyat: Н.Ф.Измеров.Общая и коммунальная гигиена.Москва.1985 стр 178
557) Torpağın mexaniki quruluşunu təyin etmək üçün hansı cihaz istifadə edilir ?
A) Aerometr

B) Knopp


C) Snellen

D) Batometr

E) Krotov
Knopp

Torpağın mexaniki quruluşu olaraq torpağa hava və su daxil olduğu üçün öz - özünə təmizləmə prosesini təmin edir. Torpağın mexaniki quruluşu müxtəlif diametrli ələklərlə (Knop cihazı) təyin edilir.


Ədəbiyyat: M.A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 стр 207 - 208
558) Kompostlaşdırma nədir ?
A) Meyvə və tərəvəzlərin konserviləşdirilməsi

B) Tullantıların kənarlaşdırılması

C) Tullantıların utilizasiyası

D) Tullantıların yandırılması

E) Tullantıların torpaq vasitəsilə zərərsizləşdirilməsi
Tullantıların torpaq vasitəsilə zərərsizləşdirilməsi

Kompostlaşdırma tullantıların torpaq vasitəsilə zərərsizləşdirilməsidir.Bu aerob bioloji proses olub istiliyin ayrılması ilə müşayət olunur. Nəticədə tullantılardan mikroorqanizlərin fəaliyyəti ilə əlaqədar bitkilər tərəfindən istifadə olunan həmcins ketlə alınır.


Ədəbiyyat: Н.Ф.Измеров.Общая и коммунальная гигиена.Москва.1985стр 216 - 217
559) Utillizasiya nədir ?
A) Tullantıların torpaq vasitəsi ilə zərərsizləşdirilməsi

B) Tullantılardan mineral gübrə kimi istifadə edilməsi

C) Tullantıların yandırılması

D) Tullantılardan təkrar xammal kimi istifadə edilməsi

E) Tullantıların kənar edilməsi
Tullantılardan təkrar xanmal kimi istifadə edilməsi

Utiləşdirmə tullantıların tərkibində olan bəzi qiymətli əşyalardan (dəmir, şüşə, ka - ğız, parça və s ) təkrar xammal kimi istifadə etmək üçün ayırıb yenidən emal edil - məsi prosesidir.


Ədəbiyyat: Н.Ф.Измеров.Общая и коммунальная гигиена.Москва.1985 стр 215
560) Normaya görə adambaşına düşən minimal mənzil sahəsi nə olmalıdır?
A) 4 m²

B) 9 m²


C) 5 m²

D) 7 m²


E) 3 m²
- 9 m2

Mənzil şəraitinin insanların sağlamlığında böyük rolu var. Mənzillərə dair gigyenik tələblərdən biri də mənzil sahəsinin kifayət qədər olmasıdır. Belə ki,adambaşına düşən mənzil sahəsi otağın həcmi nəzərə alınmaqla 9 m 2 –dən az olmamalıdır. Əks halda mənzildə adamların sayı artdəqda havası tez çirklənir mebelin rahat yer - ləşdirilməsi və təmizlik işlərinin lazımı səviyyədə aparılması çətinləşir, tozun mikroorqanizmlərin toplanması üçün şərait yaradır.


Ədəbiyyat: Н.Ф.Измеров.Общая и коммунальная гигиена.Москва.1985 стр 246 - 249
561) Uzunlğu 4 m, eni 3 m olan ortaqda 3 nəfərdən ibarət ailə yaşayırsa, adambaşına düşən mənzil sahəsi nə qədərdir?
A) 6 m²

B) 7 m²


C) 4 m²

D) 3 m²


E) 5 m²
– 4 m2

Mənzildə adambaşına düşən sahəsi hesablamaq üçün mənzilin ümumi sahəsini mənzildə yaşayanların sayına bölmək lazımdır. 3m x 4m/3 = 4m2


Ədəbiyyat: Н.Ф.Измеров.Общая и коммунальная гигиена.Москва.1985
562) 450 nəfər yaşayan bina üçün həcmi 100 l olan necə zibil qutusu qoyulmalıdır?
A) 6

B) 11


C) 10

D) 5


E) 7
11

Müəyyən edilmişdir ki, il ərzində 1 nəfərə 0,6 m3 zibil əmələ gəlir. 450 nəfərə isə bu 450.06=270m3 gün ərzində isə 270/365 =0,8m3 olar. Nəzərə alsaq ki, zibil qutusu tam ağzına kimi yox, təxminən 0,9 hissəsinə qədər doldurulsa onda 450 nəfər yaşayan bina üçün həcmi 100 l (0,1m3) olan zibil qutularının (əmsal 1,2)

08x1,2/0,1x0,9= 11 olar
Ədəbiyyat: M.A. Kazımov. Ümumi gigiyena. Bakı 1999
563) Mənzildə təbii ventilyasiya necə təmin edilir?
A) Mənzili isitməklə

B) Mənzil sahəsini artirmaqla

C) Qapı, pəncərə və digər hava keçən yollarla

D) Ventilyator və ya kondisoner qoymaqla

E) Mənzili işıqlandırmaqla
- Qapı, pəncərə və digər hava keçən yollarla

İnsanların həyat - məişət fəaliyyəti ilə əlaqədar mənzillərin havası zərərli qazlar, toz və mikroorqanizmlərlə çirklənir.Ona görə də mənzilin havası daim dəyişməlidir. Mənzildə havanın dəyişdirilməsi ventilyasiya adlanır, Ventilyasiya 2 cür olur. Təbii və sünii ventelyasiya.Təbii ventelyasiya heç bir əlavə mexaniki vasitələrdən istifadə edilmədən otağın havasının öz - özünə dəyişməsidir. Bu zaman havanın daxil və xaric olması üçün hava keçən yollar; pəncərə qapı,nəfəslik ventelyasiya boruları və s. Istifadə edilir. Təbii ventelyasiyanın baş vermə səbəbi otaq daxilində və xaricdə havanın temperaturlarının müxtəlif olması nəticəsində əmələ gələn təz - yiqlər fərqidir


Ədəbiyyat: Р.Д.Габович , С.С. Рознански «Гигиена» Маариф 1987 cтр 162 - 164
564) Mənzildə süni ventilyasiya necə təmin edilir?
A) Mənzilin düzgün yerləşdirilməsi yolu ilə

B) Mənzili qızdırmaqla

C) Qapı pəncərə və digər hava keçən yollarla

D) Ventilyator və ya kondisioner vasitəsilə

E) Mənzil sahəsini artırmaqla
Ventilyator və ya kondisioner vasitəsilə

Mənzillərin havasını dəyişmək üçün həm də süni ventelyasıyadan istifadə edilir. Sünii ventelyasıyada müxtəlif qurğulardan, mexaniki vasitələrdən və s. Tətbiq olunur. Bu məqsədlə ventelyator kondisioner aspirator, hava çıxaran və gətirən digər vasitələrdən istifadə edilir.


Ədəbiyyat: Р.Д.Габович , С.С. Рознански «Гигиена» Маариф 1987 cтр 164 - 166
565) Hava mübadiləsi sayı nədir?
A) 1saat ərzində otaqda havanın temperaturunun dəyişilmə sayı

B) 1saat ərzində havanın hərəkət sürətinin dəyişilmə sayı

C) 1saat ərzində otağa daxil olan havanın həcmi

D) 1saat ərzində otaqdan xaric olan havanın həcmi

E) 1saat ərzində otaqdakı havanın xaricdəki hava ilə əvəz olunması sayı
1saat ərzində otaqdakı havanın xaricdəki hava ilə əvəz olunması sayına

Vüntelyasıyanı gigiyenik cəhətdən qiymətləndirmədikdə hava mübadiləsi sayı mühüm əhəmiyyət kəsb edir. 1 saat ərzində otağın havasının xaricdəki hava ilə əvəz olunması sayı deyilir. Hava mübadiləsi sayı 3 - dürsə deməli otağın havası 1 saat ərzində 3 dəfə xaricdəki hava ilə əvəz olunur.


Ədəbiyyat: M.A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 266 - 267.
566) Sahəsi 18 m² hündürlüyü 3 m olan otaqda 81m³ hava xaric olursa, hava mübadiləsi sayı necə olur?
A) 2,0

B) 3,0


C) 1,0

D) 1‚5


E) 2,5
1‚5

Sahəsi 18m2, hündürlüyü 3 m olan otağın həcmi 54 m3 olar.Hava mübadiləsi sayın təyin etmək üçün 1 saat ərzində dəyişilən havanın hıcmini otağın həcminə bölmək lazımdır. 81:54=1,5


Ədəbiyyat: M.A. Kazımov. Ümumi gigiyena. Bakı 1999
567) Yerli ventilyasiyanın əhəmiyyəti nədir?
A) Otağın havasını təmizləyir

B) Otağın havasının öz - özünə təmizlənməsini təmin edir

C) Toz və zərərli qazların otağın havasına qarışmasının qarşısını alır

D) Otaqda ikitərəfli hava cərəyanı yaradır

E) Otaqda mikroiqlimi yaxşılaşdırır
- Toz və zərərli qazların otağın havasına qarışmasının qarşısını alır

Sünii ventelyasiya ümumi və yerli olur. Yerli ventelyasiya mənzildə hər hansı bir sahənin havasini təmizləyir. Yerli ventilyasiyanın əhəmiyyəti odur ki, toz və zərər - li qazlar otağın ümumi havasına qarışmır və bir başa xaric edilir


Ədəbiyyat: M.A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 270
568) Sorucu şkaflarda hansı növ ventilyasiya tətbiq olunur?
A) Yerli

B) Təbii


C) Ümumi

D) Qarışıq

E) Gətirici
Yerli

Sorucu şkaflar əmələ gələn zərərli maddələri yerindəcə toplayıb bir başa xaric etmək üçündür. Bu zaman həmin qazlar otağın havasına qarışmır. Odur ki, sorucu şkaflarda tətbiq olunan ventelyasiya yerli ventelyasiyaya aiddir.


Ədəbiyyat: M.A. Kazımov. Ümumi gigiyena. Bakı 1999
569) Aşağıdakılardan hansı mənzillərin işıqlanmasına dair gigiyenik tələblərə aid deyil?
A) Mənzilin hər yeri eyni səviyyədə işıqlandırılmalıdır

B) Mənzildə lüminesent lampalardan istifadə olunmalıdır

C) Mənzilin işıqlanma səviyyəsi normada olmalıdır

D) İşıq mənbəyindən çıxan düz şüalar güzə düşməməlidir

E) Mənzillərə günəş şüası düşməlidir
- Mənzildə lüminesent lampalardan istifadə olunmalıdır

Görmə üzvünün normal funksiyası üçün mənzildə işıqlanma kifayət qədər və eyni bərabərdə ilmalı gözləri qamaşdırmamalı, spektr tərkibinə görə günəş işığına yaxın olmalı, işıq gözə düşməməli və mənzilə günəş işığı düşməlidir


Ədəbiyyat: Р.Д.Габович , С.С. Рознански «Гигиена» Маариф 1987 cтр 156
570) Otaqda işıqlanma hansı nöqtələrdə təyin edilir?
A) Otağın mərkəzində və kənar nöqtələrdə

B) Otağın kənar nöqtəsində

C) Otağın mərkəzində

D) Divarların səthində

E) Pəncərə qarşısında

Otağın mərkəzində və kənar nöqtələrdə

İşıq mənbəyindən olan məsafədən asılı olaraq otağın müxtəlif yerlərində işıqlanma səviyyəsində fərq ola bilər. Buna görə də otaqda işıqlanmanı təyin etdikdə kənar nöqtələrdə və mərkəzdə ölçüb orta rəqəmi hesablayırlar

Ədəbiyyat: M.A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 263


571) İşıq əmsalına görə hansı otaqda təbii işıqlanma daha yüksəkdir?
A) 1 : 5

B) 1 : 6


C) 1 : 2

D) 1 : 8


E) 1 : 4
1 : 2

İşıq əmsalı döşəmənin sahəsi ilə düşən səthlərin sahəsi arasındakı nisbəti göstərir. Bu nisbətin qitməti artdıqca otağa düşən təbii işığın da səviyyəsi yüksək olur. Ve - rilmiş nisbətlərdən ən böyüyü 1: 2 nisbətidir. Ona görə də belə vəziyyətdəotağın təbii işıqlanması digərlərindən daha yüksəkdir.


Ədəbiyyat: M.A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 255 - 256
572) Normaya görə mənzillərdə işıq əmsalı nə qədər olmalıdır?
A) 1 : 6

B) 1 : 2


C) 1 : 8

D) 1 : 4


E) 1 : 10
1:6

Mənzillərin kifayət qədər təbii işıqlanması üçün pənsərə şüşələrinin sahəsi kifayət qədər olmalıdır. Normaya görə mənzillərdə işıq əmsalı 1:8;1:10 nisbətində xəstə - xanalar və məktəblərdə 1:5;1:7 uzun müddət aydın görməyə eytiyac olan yerlərdə (cərrahiyyə otaqları, saat zavodları və s) 1:3,1:4 nisbətində olmalıdır.


Ədəbiyyat: M.A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 255
573) Normaya görə mənzillərdə təbii işıqlanma əmsalının minimal qiyməti nə qədər olmalıdır ?
A) 0.3 – 0,5 %

B) 0,8 – 1,0%

C) 0.1 – 0,3%

D) 0,5 – 0,8%

E) 1,5% - dən çox
1,5% - dən çox

Mənzillərdə təbii işıqlanma əmsalı 1‚5%-dən çox olmalıdır.Mənzilin ən qaranlıq yerində təbii işıqlanma əmsalı TİƏ 0,5 - 0,7% olduqda otağın işıqlanması kifayətləndirici sayılır. Kitabxana, qiraətxana, sinif otaqları, laboratoriya və s. Yerlərdə TİƏ - 1,25% - doğuş və diş həkimi otaqlarında 1,5% - dən cərrahiyyə otaqlarında 2% - dən az olmamalıdır.


Ədəbiyyat: M.A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 258
574) Otağın daxilində işıqlanma səviyyəsi 30 lk xaricdəki işıqlanma səviyyəsi isə 1500 lk olarsa təbii işıqlanma əmsalı nə qədərdir?
A) 6%

B) 3%


C) 4%

D) 2%


E) 1%
2%

Təbii işıqlanma əmsalı TİƏ otaq daxilindəki işıqlanmanın səviyyəsinin bayırdakı işıqlanmanın səviyyəsinə faizlə olan nisbətidir. TİƏ=30/1500 100 = 2%


Ədəbiyyat: M.A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 sh 259
575) Normaya görə həm təbii‚həm də süni işıqlanmada mənzilin ümumi işıqlanma səviyyəsi nə qədər olmalıdır?
A) 150 lk

B) 100 lk

C) 200 lk

D) 500 lk

E) 50 lk
500 lk

Mənzillərin işıqlanmasına dair gigiyenik tələblərdən biri də işıqlanmanın səviyyəsinin normada olmasıdır, yəni nə zəif, nə də həddindən artıq güclü parlaq olmamalıdır.Normada həm təbii, həm sünii işıqlanmada mənzildə işıqlanma səviyyəsi, 500 lk,kiçik ölçülü cisimləri,ayırd edən zaman iş yerində 1000 lk olmalıdır

Ədəbiyyat: M.A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 260
576) Epidemioloji cəhətdən yataqxanalar yaşayış binalarından nə ilə fərqlənir?
A) Mənzil sahəsinin normaya uyğun olmaması ilə

B) Mikroiqlim göstəriciləri normadan aşağı olması ilə

C) Yataqxana ərazisində yaşıllıqların az olması ilə

D) Yataqxanalarda izolyatorun olması ilə

E) Yoluxucu xəstəliklərin yayılma ehtimalının çox olması ilə

- Yoluxucu xəstəliklərin yayılma ehtimalı çoxdur.Mənzillərdən fərqli olaraq yataqxanalarda yaşayış sahəsinin az olması, ümumi xidmət otaqlarının olması orada yaşayanların sıx kontaktda olmasına və buna görə də yoluxucu xəstəliklərin yayılma ehtimalının artmasına səbəb olur.


Ədəbiyyat: Н.Ф.Измеров.Общая и коммунальная гигиена.Москва.1985 стр 250 - 251
577) Xəstəxanaların yoluxucu şöbəsində hər çarpayıya düşən sahə nə qədərdir?
A) 8 m²

B) 4 m²


C) 6 m²

D) 7 m²


E) 5 m²

- 7 m 2

Xəstəxanaların yoluxucu şöbələrində xəstəxanadaxili infeksiyanın qeyri - spesifik profilaktikası bokslar və yarımbokslar təşkil edilir. Onlarda çarpayıların sayı 2 - dən artıq olmamalıdır. 1 çarpayılıq boksun sahəsi 22m2, 2 çarpayılıq boksun sahəsi 27m2 olmalıdır.

Yoluxucu xəstəxanalarda hər çarpayıya düşən sahə 7,5m2 - dan olmamalıdır.


Ədəbiyyat: Н.Ф.Измеров.Общая и коммунальная гигиена.Москва.1985 стр 316 - 318
578) Müalicə - profilaktika müəssisələrinin sanitar müayinəsi zamanı yuyuntu materialı hansı məqsədlə götürülür?
A) Radioloji müayinə üçün

B) Bakterioloji müayinə üçün

C) Orqanoleptik müayinə üçün

D) Fiziki müayinə üçün

E) Kimyəvi müayinə üçün
- Bakterioloji müayinə üçün

Müalicə - profilaktika müəssisələrinin sanitar - gigiyenik müayinəsi zamanı daha dəqiqi nəticələr əldə etmək üçün laborator müayinələr aparılır. Onlardan biri də baktetioloji müayinələrdir. Bu zaman otaqların havasının müxtəlif əşyaların, tibbi inventarların istifadə olunana qab - qacağın, tibb işçilərinin əlləri və geyimləri və s. mühitlərdən yuyuntu materialı götürülüb mikroorqanizmlərlə xüsusən bağırsaq çöpləri və stafilakoklarla çirklənməsi təyin edilir.


Ədəbiyyat: Н.Ф.Измеров.Общая и коммунальная гигиена.Москва.1985 стр 333 - 334
579) Mənzil fondunun sıxlığı nəyə deyilir?
A) Adambaşına düşən mənzil sahəsinə

B) Ərazidə yaşayan əhalinin sayına

C) 1 ha əraziyə düşən mənzil sahəsinə

D) 1 ha ərazidə yerləşən yaşayış binalarının sayına

E) Ərazinin ümumi sahəsinə
1 ha əraziyə düşən mənzil sahəsi

Mənzil fondunun sıxlığı yaşayış yerlərində 1 ha ərazidə olan ümumi mənzil sahə - sinə deyilir. Binaların mərtəbəliyi artdıqca mənzil fondunun sıxlığı da artır.


Ədəbiyyat: Н.Ф.Измеров.Общая и коммунальная гигиена.Москва.1985 стр 342
580) Hamamlarda sanitar qaydaların pozulması hansı xəstəliklərə səbəb ola bilər?
A) Vərəm, revmatizm

B) Poliomielit, bronxial astma

C) Botkin xəstəliyi, dizenteriya

D) Epidermofitiya‚səpgili yatalaq

E) Malyariya, nefrit
Epidermofitiya səpgili yatalaq

Hamamlar sanitar profilaktik müəssisələrdən olub əhalinin sağlamlığında mühüm əhəmiyyətə malikdir. Hamamaların istifadəsinə dair əsas tələblərdən biri də otaqların gündəlik təmizliyinə riayət edilməsidir. Bu tələbə riayət olunmadıqda səpkili yatalaq, epidermofitiya və s kimi yoluxucu xəstəliklərin yayılmasına səbəb ola bilər.


Ədəbiyyat: Н.Ф.Измеров. Общая и коммуналъная гигиена.Москва . «Медицина» 1985 стр 281
581) Bərbərxanalarda təmiz alət və vasitələr neçə dəfə istifadə olunmalıdır?
A) 5

B) 3


C) 4

D) 1


E) 2
– 1

Bərbərxana və gözəllik salonlarında sanitar qaydalardan biri də ondan ibarətdir ki, hər bir vasitə 1 müştəriyə istifadı olunduqdan sonra dezinfeksiya olunmalı və təmizlənmiş halda istifadə olunmalıdır.


Ədəbiyyat: Н.Ф.Измеров. Общая и коммуналъная гигиена.Москва . «Медицина» 1985 стр 291
582) Bərbərxanalarda alətlər hansı üsulla dezinfeksiy edilir?
A) Yumaqla

B) Qaynatmaqla

C) Dezinfeksiya edici məhlulla

D) Günəş altında qurutmaqla

E) Yaş dəsmalla silməklə
- Dezinfeksiya edici məhlulla

Bərbərxanada istifadə olunan alətlər hər istifadən sonra dezinfeksiya olunmalıdır.Ona görə də alətlər bir neçə komplekt olmalı və hər istifadən sonra dezinfeksiya edici məhlul kimi karbol, lizol,spirt və s məhlullardan istifadə etmək olar.


Ədəbiyyat: Н.Ф.Измеров. Общая и коммуналъная гигиена.Москва . «Медицина» 1985 стр 291
583) Hamamlar yaşayış binaları və uşaq müəssisələrindən ən azı nə qədər aralı yerləşdirilməlidir?
A) 10 m

B) 20 m


C) 20 m

D) 50 m


E) 100 m
- 50 m

Hamamlar əsasən yaşayış məntəqələri ərazisində yerləşdiyindən istafadə zamanı onun zərərli təsirlərindən (havanın çirk - lənməsi səs - küy və s) qorunmaq üçün yaşayış binaları, uşaq və müalicə müəssisələrindən ən azı 50 m aralı yerləşdirilməlidir.


Ədəbiyyat: Н.Ф.Измеров. Общая и коммуналъная гигиена.Москва . «Медицина» 1985 cтр 276
584) Bərbərxanalarda təmiz vasitələrin minimal miqdarı nə qədər olmalıdır ?
A) Müştərilərin sayı qədər

B) 10


C) 50

D) 20


E) 30
Müştərilərin sayı qədər

Bərbərxanalarda təmiz vasitələr yalnız bir dəfə istifadə olunmalı və yenidən isti - fadə üçün dezinfeksiya olunmalı, ütülənməlidir. Və s. Ona görə də təmiz vasitələr müştərilərin sayından az olmamalıdır.


Ədəbiyyat: Н.Ф.Измеров. Общая и коммуналъная гигиена.Москва . «Медицина» 1985 стр 291
585) Üzgüçülük hovuzuna daxil olma ardıcıllığı necədir ?
A) Qarderob, soyunma otağı, duş, hovuz

B) Soyunma otağı, duş

C) Soyunma otağı, hovuz

D) Qarderob, duş, hovuz

E) Qarderob, hovuz
- Qarderob, soyunma otağı, duş, hovuz

Üzgüçülük hovuzlarının binası elə planlaşdırılır ki, əsas zala ancaq qarderob, soyunma otağı və duş otağından keçib getsinlər.


Ədəbiyyat: R. D. Qaboviç. Gigiyena. Maarif 1987. стр 173
1   ...   7   8   9   10   11   12   13   14   ...   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə