Sanitar-feldşer ixtisası üzrə nümunəvi test sualları Bölmə Epidemiologiya


) Vərəmin yayılmasında hansı amillər iştirak edir?



Yüklə 2,12 Mb.
səhifə3/23
tarix26.11.2016
ölçüsü2,12 Mb.
#177
1   2   3   4   5   6   7   8   9   ...   23

123) Vərəmin yayılmasında hansı amillər iştirak edir?
A) Həşəratlar

B) İnyeksiya alətləri

C) Öd

D) Selik hissəcikləri, toz



E) Qan
Vərəmin yayılmasında əsasən selik hissəcikləri, toz iştirak edir.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 316
124) Vərəm xəstəliyinə kimlər daha çox yoluxur?
A) Uşaqlar

B) Zərərli adəti olanlar, ağ ciyərin xroniki xəstəliyi olan xəstələr

C) Yaşlı şəxslər

D) Sağlam həyat tərzi keçirənlər

E) Xidmət sahəsində işləyənlər
Vərəm xəstəliyinə daha çox zərərli adəti olanlar, ağ ciyərin xroniki xəstəliyi olan xastələr və s. şəxslər tutulur.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 321
125) Mantu sınağı nə məqsədlə qoyulur ?
A) Diaqnostik məqsədlə qocalara

B) Diaqnostik məqsədlə böyüklərə

C) Epidemioloji əhəmiyyəti olan obyektlərə işə qəbul olunanlara

D) Diaqnostik məqsədlə 12 yaşına qədər olan uşaqlara

E) Diaqnostik məqsədlə 15 yaşdan yuxarı uşaqlara
Xəstələri tez aşkar etmək üçün diaqnostik məqsədlə 12 yaşına qədər olan uşaqlara Mantu sınağı qoyulur.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 322
126) Vərəm əleyhinə vaksini nə vaxt yeridilir?
A) Uşağın həyatının 4 - 7 günü

B) 1 ayında

C) Uşağın həyatının 1 - 3 günü

D) Uşağın həyatının ilk 24 saatında

E) 1 ayında
Vərəm əleyhinə vaksini uşağın həyatının 4 - 7 günü doğum evində vururlar.
Ədəbiyyat: “Təcrübədə İmmunlaşdırma”. Modul 2 – Vaksinlər. 2007, səh 22
127) Vərəm xəstəliyinin törədicisi aşağıdakılardan hansıdır?

A) Spiroxeta

B) Virus

C) Mikobakteriya

D) İbtidai

E) Vibrion


Vərəm xəstəliyinin törədiciləri mikobakteriyalardır.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 314
128) Vərəm infeksiyasının yoluxma mexanizmi necədir?
A) Parenteral

B) Transmissiv

C) Təmas

D) Hava - damcı, hava - toz

E) Torpaq
Vərəm infeksiyasının yoluxma mexanizmi hava - damcı, hava - toz vasitəsilədir.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006,səh 316
129) Vərəm ocağında hansı tədbirlər aparılır?
A) Nəm üsulla təmizləmə

B) Evdə izolyasiya

C) Dezinfeksiya

D) Dezinseksiya

E) Deratizasiya
Vərəm ocağında dezinfeksiya tədbirlər aparılır.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 313
130) Qızılca xəstəliyində infeksiya mənbəyi kimdir?
A) Virusgəzdirici

B) İnkubasiya və prodromal dövrdə olan xəstə

C) Xəstə xəstəliyin şiddətlənmə dövründə

D) Rekonvalessent

E) Tranzitor gəzdirici
Qızılca xəstəliyində infeksiya mənbəyi inkubasiya və prodromal dövrdə olan xəstə sayılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 127
131) Qızılca ilə xəstələnmiş şəxs ətrafdakılar üçün nə vaxt təhlükəlidir?
A) Rekonvalessensiyadan sonra

B) Ancaq prodronal dövründə

C) Bütün inkubasiya dövrü ərzində

D) Klinik əlamətlərin yaranmasından 1gün əvvəl, prodromal dövründə, səpkilər başlayandan 4 günə qədər

E) Rekonvalessensiya dövründə
Qızılcaya tutulmuş xəstə xəstəliyə 1 gün qalmış, prodromal dövründə, səpkilər əmələ gəlməsinin 4 günü ərzində ətrafdakılar üçün təhlükəlidir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 127
132) Qızılca zamanı əsas profilaktik tədbir nədir?
A) Keyfiyyətli içməli sudan istifadə edilməsi

B) Rasional qidalanma

C) Keyfiyyətli əksepidemik xidmət

D) Sanitar - maarifi işi

E) Vaksinoprofilaktika
Qızılca xəstəliyində əsas profilaktik tədbir vaksinoprofilaktikadır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 132
133) Qızılcanın yayılma yolu hansıdır?
A) Hava - toz

B) Məişət - təmas

C) Hava - damcı

D) Transmissiv

E) Fekal – oral
Qızılca xəstəliyi hava - damcı yolla yayılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 128
134) Qızılca zamanı uşaq müəssisələrində karantinin müddəti nə qədərdir?
A) 7 gün

B) 27 gün

C) 45 gün

D) 21 gün

E) 14 gün
Qızılca xəstəliyi zamanı uşaq müəssisələrində karantinin müddəti 21 gündür.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 131
135) Diri parotit vaksini planlı qaydada uşağa nə vaxt vurulur?
A) 2, 3, 4 ayında

B) 10 yaşda

C) 12 aylıqda

D) 18 ayında

E) Uşağın həyatının ilk 24 saatında
Diri parotit vaksini planlı qaydada uşağa 12 aylıqda vurulur.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 112
136) Epidemik parotitdə infeksiya mənbəyi aşağıdakılardan hansıdır?
A) Hava

B) Xəstə quşlar

C) Xəstə heyvan

D) Pişik, it

E) Xəstə insan
Epidemik parotitdə infeksiya mənbəyi xəstə insandır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 156
137) Su çiçəyi ilə ən çox kimlər xəstələnir?
A) Yeniyetmələr

B) 5 - 9 yaşlı uşaqlar

C) 30-40 yaşlı şəxslər

D) Qocalar

E) 12 - 14 yaşlı uşaqlar
Su çiçəyi xəstəliyi ilə ən çox 5 yaşdan 9 yaşa qədər olan uşaqlar xəstələnir.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 363
138) Su çiçəyinin hansı yolla yayılır?
A) Məişət - təmas

B) Torpaq

C) Hava - toz

D) Su


E) Hava – damcı
Su çiçəyi hava - damcı yolu ilə yayılır.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 360
139) Məxmərəyin yoluxma yolu hansıdır?
A) Ciftlə

B) Torpaqla

C) Suyla

D) Transmissiv

E) Qida ilə
Məxmərək xəstəliyi hava - damcı, cift yolu ilə yayılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 152
140) Məxmərəyin törədicisi nədir?
A) Rikketsiya

B) Bakteriya

C) Virus

D) İbtidailər

E) Vibrion
Məxmərək xəstəliyinin törədicisi virusdur.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 152
141) Qrip xəstəliyində inkubasiya dövrü nə qədərdir?
A) 1 ilə qədər

B) 10 - 15 gün

C) 1 ay

D) 20 gün



E) 1 neçə saatdan 1 - 2 günə qədər
Qrip xəstəliyində inkubasiya dövrü 1 neçə saatdan 1 - 2 günə qədərdir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 135
142) Qrip ocağında təcili profilaktika məqsədilə nə tətbiq olunur?
A) Bakteriofaq

B) Limonlu çay

C) Vaksin

D) Remantadin, interferon

E) Vitamin
Qrip ocağında təcili profilaktika məqsədi ilə interferon və remantadindən istifadə olunur.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 137
143) Yayılmış epidemiya dövründə qripin profilaktika vasitələri hansıdır?
A) Vaksin

B) Antibiotik

C) Anatoksin

D) Vitamin, immunoqlobulin, interferon

E) Bakteriofaq
Yayılmış epidemiya dövründə qripin profilaktika vasitələrinə vitamin, immunoqlobulin, interferon aiddir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 138
144) Qripdə infeksiya mənbəyi aşağıdakılardan hansıdır?
A) Virus gəzdirici

B) Xəstə insan

C) Gəmiricilər

D) Həşəratlar

E) Xəstə heyvan
Qrip xəstəliyində xəstə insan infeksiya mənbəyi sayılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 134
145) Uşaqlara qrip əleyhinə diri vaksin necə yeridilir?
A) Dəri altı

B) Dəri içi

C) Dəri üstü

D) Əzələ daxili

E) İntranazal
Qrip əleyhinə diri vaksin uşaqlara intranazal yolla verilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 137
146) Legionelyoz xəstəliyi zamanı hansı profilaktik tədbirlər aparılır?
A) İmmunoprofilaktika

B) Şəxsi gigiyena

C) Deratizasiya

D) Havanın mərkəzi kondisioner sisteminin yosunlardan və digər floradan təmizlənməsi

E) Milçəklərlə mübarizə
Legionelyoz xəstəliyi zamanı profilaktika məqsədi ilə havanın mərkəzi kondisionerləşmə sisteminin yosunlardan və digər floradan təmizlənməsi tədbirləri aparılır.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 562
147) Məxmərəyin profilaktikasında nədən istifadə edilir?
A) İnterferon

B) Qammaqlobulin, vaksin

C) Bakteriofaq

D) Antibiotik

E) Dimedrol
Məxmərəyin profilaktikasında qammaqlobulin və vaksindən istifadə edilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 154
148) Məxmərəyin profilaktikası məqsədilə hamilə qadınlara aşağıdakılardan hansı yeridilir?
A) Euvaks

B) AGDT


C) QPM

D) Qammaqlobulin

E) OPV
Məxmərəyin profilaktikasında hamilə qadınlara qammaqlobulin və Rudivak vaksini yeridilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 154
149) Su çiçəyinin törədiciləri başqa hansı xəstəliyi törədir?
A) Kəmərləyici dəmrovu

B) Skarlatinanı

C) Raxiti

D) Anemiyanı

E) Trixosefalyozu
Su çiçəyi xəstəliyinin törədiciləri kəmərləyici dəmrov xəstəliyini törədir.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 359
150) 10 nəfərin difteriyaya görə müayinəsi zamanı material götürmək üçün neçə ədəd tampon sifariş etmək lazımdır?
A) 30 ədəd

B) 20 ədəd

C) 25 ədəd

D) 15 ədəd

E) 10 ədəd
10 nəfərin difteriyaya görə müayinəsi zamanı material götürmək üçün 20 ədəd tampon sifariş etmək lazımdır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 144
151) Oktyabr ayının 20-sində də üzündə səpkilər əmələ gələn uşağa qızılca diaqnozu qoyulub ?İnfeksiya mənbəyi kimi o nə vaxtdan təhlükəli sayılır?
A) Oktyabrın 10 - dan, yəni inkubasiya dövrünün sonuncu günündən

B) Səpki əmələ gələn gündən, yəni 20 oktyabrdan

C) Prodromal və inkubasiya dövrünün sonuncu günü də yoluxucu olduğuna görə oktyabr ayının 15 - dən

D) Səpki keçdikdən sonra

E) Prodromal dövrdən, yəni 18 oktyabrdan
Qızılca xəstəliyində prodromal və inkubasiya dövrünün sonuncu günündə yoluxucu olduğunu nəzərə alsaq xəstə uşaq infeksiya mənbəyi kimi ətrafdakılar üçün oktyabr ayının 15 - dən təhlükəli sayılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 127
152) Qan infeksiyalarının yayılmasında aşağıdakılardan hansı iştirak edir?
A) İnyeksion alətlər

B) Torpaq

C) Baş örtüyü

D) Su


E) Paltar və yataq ağları
Qan infeksiyalarının yayılma amillərinə inyeksiya alətləri aiddir.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 437
153) Qan infeksiyalarının yoluxma mexanizmi hansıdır?
A) Təmas - məişət

B) Fekal - oral

C) Aerogen

D) Məişət əşyaları

E) Transmissiv, parenteral
Qan infeksiyasının yoluxma mexanizmi transmissiv və parenteral yolladır.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 437
154) Səpkili yatalaqlı xəstə infeksiya mənbəyi kimi nə vaxtdan təhlükəlidir?
A) İnkubasiya dövrünün ortasında

B) İnkubasiya dövrü ərzində

C) Rekonvalessent dövr ərzində

D) Temperaturun normalaşdırılmasından 3 gün sonra

E) Bütün qızdırma dövrü ərzində

Səpkili yatalağa tutulmuş xəstə infeksiya mənbəyi kimi bütün qızdırma dövründə ətrafdakılar üçün təhlükəli sayılır.


Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 206
155) Səpkili yatalaq xəstəliyinin törədicisi xəstə insanlardan sağlam şəxsə hansı yolla ötürülür?
A) Bitlərlə

B) Sirkə sürfələri ilə

C) Səpkili yatalaqlı xəstənin bəlğəmi və seliyi ilə

D) Səpkili yatalağa tutulmuş xəstənin nəcisi ilə

E) Səpkili yatalağa tutulmuş xəstənin sidiyi ilə
Səpkili yatalaq xəstəliyinin törədicisi bitlərlə yayılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 206
156) Səpkili yatalaqda infeksiya mənbəyi aşağıdakılardan hansıdır?
A) Bit

B) Birə


C) Gənə

D) Xəstə insan

E) Səpkili yatalaq xəstəliyindən sağalmışlar
Səpkili yatalaq xəstəliyində infeksiya mənbəyi xəstə insan sayılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 206
157) Pedikulyozun profilaktikasında aşağıdakılardan hansı həlledici rol oynayır?
A) Şəxsi gigiyena qaydalarına riayət edilməsi

B) Tərəvəzlərin yuyulması

C) Keyfiyyətli sudan istifadə

D) Qida məhsullarının termiki emalı

E) Gəmiricilərin məhv edilməsi
Pedikulyozun profilaktikasında həlledici tədbir şəxsi gigiyena qaydalarına riayət olunmasıdır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 208
158) Pedikulyoz ocağının (bitlilik) müayinəsi zamanı aşağıdakılardan hansı i müəyyən edlir?
A) Stasionarda müalicə alması

B) Keçmişdə pişiklə təmasda olması

C) Şəxsi gigiyenanın gözlənilməsi, fərdi paltarın, darağın, dəsmalın olması

D) Parenteral müdaxilənin olması

E) Keçmişdə itlə təmasda olması
Bitlilik (pedikulyoz) ocağının müayinəsi zamanı şəxsi gigiyena qaydalarının gözlənməsi, fərdi paltarın, darağın, dəsmalın olması müəyyən edilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 208
159) Malyariya necə xəstəlikdir?
A) Helmintoloji

B) Göbələk

C) Bakterial

D) Virusoloji

E) Parazitar
Malyariya parazitar xəstəlikdir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 209
160) Malyariya xəstəliyi hansı infeksiyalara aiddir?
A) Xarici örtük infeksiyasına

B) Bağırsaq infeksiyasına

C) Qan infeksiyasına

D) Tənəffüs infeksiyasına

E) Sapronoz infeksiyasına
Malyariya xəstəliyi qan infeksiyalarına aiddir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 210
161) Malyariyanın yoluxma mexanizmi hansıdır?
A) Fekal - oral

B) Aerogen

C) Torpaq

D) Təmas


E) Transmissiv
Malyariyanın yoluxma mexanizmi transmissiv yolladır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 211
162) Malyariya xəstəliyi zamanı profilaktik tədbirlər kompleksinə nə daxildir?
A) Deratizasiya

B) Keçiricilər ilə mübarizə

C) Xəstə heyvanların vaxtında aşkar edilməsi və sanasiyası

D) Dezinfeksiya

E) Vaksinoprofilaktika
Malyariya xəstəliyi zamanı profilaktik tədbirlər kompleksinə keçiricilər ilə mübarizə aiddir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 221
163) Malyariyaya görə təhlükəli olan ərazilərə gedən insanların mühafizəsi üçün nə tədbiq edilir?
A) İmmunoqlobulin

B) Bakteriofaq

C) Vaksin

D) Anatoksin

E) Fərdi kimyəvi profilaktika
Malyariyaya görə təhlükəli olan ərazilərə gedən insanların mühafizəsi üçün fərdi kimyəvi profilaktika tətbiq edilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 218
164) Malyariya ocağında hansı tədbirlər aparılır?
A) Təmasda olanların təcrid edilməsi

B) Vaksinasiya

C) Nəm üsulla təmizləmə

D) Otağın havasının dəyişdirilməsi

E) Təcili kimyəvi profilaktika
Malyariyaya görə təhlükəli olan ərazilərə gedən insanların mühafizəsi üçün təcili kimyəvi profilaktika tətbiq edilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 221
165) Gəmidə taun xəstəsi aşkar edildikdə hansı tədbirlər aparılır?
A) 6 günlük karantin, təcili profilaktika və deratizasiya

B) 5 günlük karantin və bakterioloji müayinə

C) Təcili profilaktika

D) Deratizasiya və 5 günlük karantin

E) Bakterioloji müayinə və 6 günlük karantin
Gəmidə taun xəstəsi aşkar edildikdə 6 günlük karantin, təcili profilaktika və deratizasiya tədbirləri aparılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 241
166) Taunlu xəstə ilə təmasda olanlar üzərində nəzarətin müddəti nə qədərdir?
A) 14 gün

B) 21 gün

C) 10 gün

D) 6 gün


E) 35 gün
Taunlu xəstə ilə təmasda olanlar üzərində nəzarətin müddəti 6 gündür.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 241
167) Taun ocağında hansı tədbirlər aparılır?
A) Yalnız deratizasiya

B) Yalnız dezinseksiya

C) Dezinfeksiya, dezinseksiya, deratizasiya

D) Yalnız dezinfeksiya

E) Nəm üsulla təmizləmə, otağın havasının dəyişdirilməsi
Taun ocağında dezinfeksiya, dezinseksiya, deratizasiya tədbirləri aparılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 241
168) Taun xəstəliyi necə yayılır?
A) Cinsi yolla

B) Məişət əşyaları ilə

C) Transmissiv

D) Su ilə

E) Qida ilə
Taun xəstəliyi transmissiv yolla yayılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 237
169) İnsanın tulyaremiya xəstəliyinə yoluxması nə vaxt mümkündür?
A) Ciftlə

B) Tulyaremiyalı xəstənin mənzilində olan məişət əşyaları ilə

C) Yataq əşyaları ilə

D) Qan soran həşəratlar və gənələrlə

E) Cinsi yolla
İnsan tulyaremiya xəstəliyinə qan soran həşəratların və gənələrin hücumuna məruz qaldıqda yoluxa bilər.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 243
170) Taun ocağından qayıdan turistə qarşı aparılan tədbirlər nədən ibarətdir?
A) 6 günə nəzarət altında olmalı

B) Heç bir tədbir aparılmır

C) 6 günə ev şəraitində təcrid etmək

D) Hava limanında tibb məntəqəsində təcrid etmək

E) 6 günə boksda hospitallaşdırılması
Taun ocağından qayıdan turisti 6 günə boksda hospitallaşdırırlar.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 243
171) Diri tulyaremiya vaksini hansı şəxslərə yeridilir?
A) Tulyaremiya cəhətdən ekzotik ərazilərdə işləyən geoloqlara, ovçulara, meşə tədarükçülərinə

B) 18 yaşına qədər şəxslərə

C) Tulyaremiyalı xəstə ilə təmasda olan şəxslərə

D) Bütün əhaliyə

E) 18 yaşdan yuxarı şəxslərə
Diri tulyaremiya vaksinini tulyaremiya cəhətdən ekzotik ərazilərdə işləyən geoloqlara, ovçulara, meşə tədarükçülərinə vururlar.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 246
172) Tulyaremiya xəstəliyində infeksiya mənbəyiaşağıdakılardan hansıdır?
A) Qida məhsulları

B) Xəstə insanlar

C) Qan soran həşəratlar

D) Quşlar

E) Dovşanlar, siçanlar
Tulyaremiya xəstəliyində infeksiya mənbəyi dovşan və siçanlar sayılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 243
173) B hepatitinin yoluxma mexanizmi necədir?
A) Fekal - oral

B) Transmissiv

C) Məişət - təmas

D) Parenteral

E) Aerogen
B hepatitinin yoluxma mexanizmi parenteral yolladır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 201
174) B viruslu hepatitində infeksiya mənbəyi aşağıdakılardan hansıdır?
A) Xəstə heyvanlar

B) Sperma

C) Quşlar

D) Qan


E) Kəskin və xroniki formalı xəstələr və xroniki HBs Ag gəzdiriciləri
B viruslu hepatitində infeksiya mənbəyi kəskin və xroniki formalı xəstələr və xroniki HBs Ag gəzdiriciləri sayılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 201
175) Hansı halda B virus hepatitinə yoluxmaq olar?
A) Qida məhsulları ilə

B) Hovuzda çimən zaman

C) Su vasitəsilə

D) Qan köçürmə zamanı

E) Ağcaqanad dişlədikdə
B virus hepatitinə qan köçürmə zamanı yoluxmaq olar.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 201
176) B hepatitinin immunizasiyasında nədən istifadə edilir?
A) Cansız vaksin

B) Rekombinə edilmiş kimyəvi vaksin

C) Diri (canlı) vaksin

D) Anatoksin

E) İnterferon
B hepatitinin immunizasiyasında rekombinə edilmiş kimyəvi vaksindən istifadə edilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 203
177) Parenteral mexanizmli hepatit ocağının müayinəsi zamanı nəyə fikir verilir?
A) İnyeksiya edilib-edilməməsinə, stomatoloji müdaxilənin, fərdi ülgücün, darağın, diş fırçasıının olmasına

B) Yuyunmanın tezliyinə, hamam, bərbərxana, camaşırxanadan istifadəyə

C) Axırıncı 3 gün ərzində qida menyusu və xəstənin qidalanmasının xarakterinə

D) İstifadə edilən suyun keyfiyyətinə

E) Ocaqda həşəratların olmasına

Parenteral mexanizmli hepatit ocağının müayinəsi zamanı inyeksiya alıb - almamsına, stomatoloji müdaxilənin, fərdi ülgücün, darağın, diş fırçasıının olmasına fikir verilir.


Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 203
178) B hepatiti əleyhinə kompleks profilaktik tədbirlərinə nə aiddir?
A) Müalicə - profilaktik müəssisələrində sterilizasiya rejiminin gözlənməsi

B) İctimai qidalanma müəssisələri üzərində sanitar nəzarəti

C) İçməli suyun qaynadılması

D) Keyfiyyətli qida məhsullarından istifadə edilməsi

E) Əhalinin istifadə etdiyi su təchizatı üzərində nəzarət
B hepatiti əleyhinə kompleks profilaktik tədbirlərinə müalicə - profilaktik müəssisələrində sterilizasiya rejiminin gözlənməsi aiddir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 203
179) Hepatit D - yə kimlər həssasdır?
A) E virus hepatitli xəstələr

B) A virus hepatitli xəstələr

C) Adları çəkilənlərin hamısı

D) HBs Ag gəzdiricisi olmayan sağlam şəxslər

E) B virus hepatitli xəstələr, HBs Ag gəzdiriciləri
Hepatit D - yə B virus hepatitli xəstələr, HBs Ag gəzdiriciləri həssasdır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 204
180) C virus hepatitində infeksiya mənbəyi aşağıdakılardan hansı ola bilər?
A) Həşəratlar

B) Kəskin və xroniki formalı xəstələr

C) Gəmiricilər

D) Quşlar

E) Heyvanlar
C virus hepatitində infeksiya mənbəyi kəskin və xponiki formalı xəstələr sayılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 204
181) Böyrək sindromlu hemorragik qızdırma hansı yolla yayılır?
A) Hava - toz və qida yolu ilə

B) Oyuncaqlarla

C) Əl vermə zamanı

D) Cinsi yolla

E) Su yolu ilə
Böyrək sindromlu hemorragik qızdırma hava - toz və qida yolu ilə yayılır.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 523
182) Böyrək sindromlu hemorragik qızdırmada infeksiya mənbəyi aşağıdakılardan hansıdır?
A) Xəstə insanlar

B) Həşəratlar

C) Quş yumurtaları

D) Gəmiricilər

E) Quşlar
Böyrək sindromlu hemorragik qızdırmada infeksiya mənbəyi gəmiricilərdir
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 522
183) Borreliyoz xəstəliyinin törədicisi nədir?
A) Vibrionlar

B) Helmintlər

C) Viruslar

D) Göbələklər

E) Spiroxeta ( barelia)
Borreliyoz xəstəliyinin törədicisi spiroxeta ( barelia) sayılır.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 538


Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin