Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə9/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Sifariz Səbzəliyev
 
11 
Mühasibat uçotunun əsrlər ərzində bir neçə qarışıq fənlərə bölünməsi 
mühasibat hesabatları ilə eyni olan, lakin qarşıq fənləri əhatə edən hesa-
batların tərtib edilməsi imkanlarını meydana gətirmişdir. Bütün bunlar, –
statistika, audit, iqtisadi təhlil, hamısı özlüyündə informatik iqtisadi sistemi 
əhatə edir. Buna görə də həmin fənlərin məlumatları əsasında hesabatların 
formalaşması mahiyyət etibarilə mühasibat hesabatlarının formalaşmasından 
fərqlənmir. Belə hesabatlara misal olaraq statistik, auditor və başqa hesa-
batları qeyd edə bilərik. Əgər uçotun maliyyə və idarəetmə uçotuna bölün-
məsi qəbul etsək, onda dövri hesabatları maliyyə hesabatlarına, daxili istifa-
də üçün nəzərdə tutulan hesabatları isə idarəetmə hesabatlarına aid edil-
məlidir. 
Hesabatın tərtibi müəyyən vaxt kəsiyi
ərzində (ay, rüb, altı ay, il) müəs-
sisənin təsərrüfat fəaliyyətinin son mərhələsi, eyni zamanda mühasibat uço-
tunun yekunu hesab olunur. Maliyyə hesabatının göstəriciləri müəssisənin 
fəaliyyətinin təkcə cari vəziyyətini deyil, həmçinin onun keçmiş hesabat 
dövrlərinə aid olan informasiyaları əks etdirir. Ona görə də hesabatdan isti-
fadə edən şəxs cari informasiyaları keçmiş hesabat dövrünün informasi-
yaları ilə müqayisə etmək imkanlarına malik olur. 
Hər bir istifadəçi maliyyə hesabatında bilavasitə onu maraqlandıran 
müəyyən məlumatları tapa bilir. Daha konkret desək, kimisə müəssisənin 
mənfəətlə və ya zərərlə işləməsi, kimisə onun kreditorlara nə qədər bor-
cunun olması və s. maraqlandırır. Hesabatda belə informasiyaların istifadəçi 
tərəfindən tapılaraq, mövcud şəraitə uyğun qiymətləndirilməsinə hesabatın 
“oxunması” deyilir. Hesabatı müxtəlif şəkildə “oxumaq” olar.
Bütün hallarda burada verilən rəqəmlərin izahı müəyyən çətinliklər ya-
radır. Müəssisənin təsərrüfat fəaliyyəti haqqında tam açıqlanmış mənzərəyə 
nail olmaq üçün iqtisadi təhlilin instrumentariyasından istifadə edə bilmək 
çox vacibdir. 
Maliyyə hesabatı istifadəçiləri faydalı informasiyalarla həqiqətən təmin 
edə bilmək üçün keyfiyyətli tərtib olunmalı, onda bütün zəruri informa-
siyalar verilməlidir. Aydın məsələdir ki, istifadəçilərə verilən informasiya-
ların qaneedici olmaması biznes üçün çox ciddi əngəllər törədir. Müasir 
dövrdə müəssisənin maliyyə hesabatında hansı informasiyaların verilməsi 
mühasibat uçotu və maliyyə hesabatının standartları ilə tənzimlənir.



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin