Maliyyə hesabatı 8
“Maliyyə hesabatının ayrı-ayrı tərkib hissələri” adlanan və 5 fəsildən
ibarət olan ikinci bölmədə mühasibat balansı, mənfəət və zərərlər haqqında
hesabat, kapitalda dəyişikliklər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti
haqqında hesabat və uçot siyasəti, uçot qiymətlərində dəyişikliklər və
səhvlər hər biri bir fəsildə olmaqla şərh edilir.
Üçüncü bölmə 5 fəsildən ibarət olub, burada birləşdirilmiş (konsolidə
edilmiş) maliyyə hesabatlarının, təşkilatların birgə fəaliyyəti haqqında
maliyyə hesabatının, aralıq maliyyə hesabatlarının, hiperinflyasiya şəraitin-
də maliyyə hesabatlarının və əməliyyat seqmentləri üzrə hesabatın hər
birinin mahiyyəti, xarakterik xüsusiyyətləri və tətbiqi məsələləri verilir.
Dərs vəsaitinin sonunda kurs üzrə tövsiyyə olunan ədəbiyyatın siyahısı
və əlavələr verilir. Əlavələrdə “Mühasibat uçotu haqqında” Azərbaycan
Respublikasının Qanunu və Azərbaycan Dövlət Neft Şirkətinin 31 dekabr
2014-cü il tarixinə konsolidasiya olunmuş maliyyə hesabatı verilmişdir.
Bu dərs vəsaitinin mühasibat uçotu və maliyyə hesabatının yeni stan-
dartlarının tələbləri əsasında yazılmış ilk vəsait olduğu üçün onun istifadəsi
prosesində bəzi nöqsanlar aşkar edilə bilər. Oxuculardan xahiş olunur ki,
belə nöqsanlar haqqında rəy və təkliflərini bu ünvana göndərsinlər:
Bakı şəhəri, İstiqlaliyyət küçəsi-6, Azərbaycan Dövlət İqtisad Univer- siteti, “Mühasibat uçotu və audit” kafedrası. Telefon: +994124926054.
Sifariz Səbzəliyev 9
I BÖLMƏ. MALİYYƏ HESABATININ NƏZƏRİ VƏ METODİKİ ƏSASLARI BU BÖLMƏDƏ: I Fəsil. Maliyyə hesabatına giriş II Fəsil. Maliyyə hesabatının beynəlxalq