Sifariz Səbzəliyev
23
standartların unifikasiya edilən dəstinin hazırlanmasında milli standartların
yaradırması zərurətinə ehtiyac qalmır.Vahid standartların tətbiqinə gəldikdə
isə, buna qanunvericilik yolu ilə deyil, ölkələrin peşə təşkilatlarının könüllü
razılığı əsasında nail olmaq mümkündür.
MHBS üzrə Komitə 2000-ci ilədək harmonizasiya və standartlaşdırma
məsələlərinin həllini qarşıya qoymuşdu. Bu
prosesdə Komitə uçot məsə-
lələrinin keyfiyyətcə yeni həllini nəzərdə tuturdu və alınan nəticə milli
standartların unifikasiyası üçün əsas götürülməli idi.
2001-ci ildə MHBS üzrə Komitə tərəfindən
konvergensiya prosesini
nəzərdə tutan yeni Nizamnamə qüvvəyə mindi.
Konvergensiya
dedikdə, Komitə və uçotu tənzimləyən milli orqanlarla
birlikdə hesabatlarda daha effektiv və keyfiyyətli informasiyaların
veril-
məsinin təmin edilməsi nəzərdə tutulur. Başqa sözlə, harmonizasiyadan
fərqli olaraq, konvergensiya MHBS üzrə Komitənin
və uçotu tənzimləyən
milli orqanların daha dəqiq və effektiv qərarların tapılması və qəbulu üçün
birgə fəaliyyəti kimi başa duşulməlidir. Konvergensiya prosesi MHBS
Komitəsinin Nizamnaməsində və prosedurlarda nəzərdə tutulan bir sıra
konkret tədbirlərin həyata keçirilməsi ilə səciyyələnir. Onların arasında olan
ən mühümləri aşagıdakılardır: Komitənin partnyoru qismində bir sıra milli
tənzimlzyici orqanların
müəyyənləşdirilməsi; Komitənin İdarə Heyətinin
müntəzəm surətdə (üç ildə bir dəfədən az olmamaq şərtilə)
milli tənzim-
ləyici orqanlarla görüşməsi; iş planlarının koordinasiyası;
konkret milli
tənzimləyici orqanlarla əlaqələrə məsuliyyət daşıyan İdarə Heyəti üzvlərinin
təyin edilməsi; Standartların qəbulu proseslərinin razılaşdırılması; birgə işçi
qruplarının yaradırması.
2002-ci ildən sonra aparılan tədqiqatlar maliyyə hesabatlarının vahid
dünya dilinin formalaşmasında əhəmiyyətli tərəqqiyə gətirib çıxartdı. Vahid
dünya dili Səhmləri fond birjalarında kotirovka olunan şirkətlər üçün daha
vacibdir. Konvergensiya prosesində gələcək addımlar
müxtəlif ölkələrin
milli uçot sistemlərinin səylərini birləşdirməyi və onlarla daha sıx əmək-
daşlığı nəzərdə tutur. Prosesin başlıca vəzifələrinə aşağıdakılar aiddir:
Dostları ilə paylaş: