Sifariz Səbzəliyev 27
Təsnifatın yenidən dəqiqləşdirilməsinin aparılması dövriyyə-saldo
balansının mövqeyinin gələcəkdə detallaşdırılmasının zəruriliyi ilə bağlıdır.
Nizamlayıcı yazılışların məbləğini hesablamaq üçün transformasiya cəd-
vəllərinin dövriyyə-saldo balansında olan icmal məlumatlar adətən kifayət
etmir. Burada ayrı-ayrı obyektlər əsasında məlumatlara diqqət yetirmək
zəruridir. Belə informasiyaların yığılması və işlənilməsi üçün işçi cədvəllər
nəzərdə tutulmuşdur. Həmin cədvəllərin köməyilə aşağıdakı funksiyalar
reallaşdırılır:
-
uçot qeydlərinin qruplaşdılması;
-
uçot məlumatlarının paralel surətdə interpretasiyası;
-
nizamlayıcı yazılışların məbləğlərinin hesablanması;
-
milli uçot sistemində tanınmayan aktivlərin və öhdəliklərin qiymət-
ləndirilməsi.
İşçi cədvəllərin sayının çoxluğu uçot obyektlərinin xüsusiyyətləri ilə,
ilkin məlumatların tərkibindəki fərqlərlə və uçotun müxtəlif sahələri üçün
nizamlayıcı hesablama üsullarındakı fərqlərlə izah olunur.
İşçi cədvələrin sayı təşkilatların spesifikliyindən, mühasibat uçotunun
vəziyyətindən və transformasiya prosesinin təşkilindən asılıdır.
Transformasiya yazılışları jurnalları və xüsusi transformasiya cədvəlləri
işçi cədvəllərlə əlaqələndirilməklə, transformasiya prosesinin təşkilində, iş
sahələrinin icraçılar arasında bölüşdürülməsində, habelə nəticələrin möh-
kəmləndirilməsində və transformasiya metodlarının tətbiqinin ardıcıllığının
təmin edilməsində çox böyük rol oynayır.
Transformasiya yazılışları jurnalı işçi cədvəllərin yekunları əsasında
nizamlayıcı yazılışların formalaşması üçün nəzərdə tutulmuşdur. Jurnalda
debet və kredit üzrə hansı hesablarda transformasiya cədvəllərində nizam-
layıcı məbləğlərin əksini tapması göstərilməlidir.
Transformasiya yazılışları jurnalında qeydlərin aşağıdakı strukturu
mövcuddur:
-