Sifariz Səbzəliyev 29
II FƏSİL. MALİYYƏ HESABATININ BEYNƏLXALQ VƏ MİLLİ STANDARTLARI, ONLARIN QARŞILIQLI ƏLAQƏLƏRİ 2.1. Maliyyə hesabatının mahiyyəti 2.2. İllik maliyyə hesabatının konseptual əsasları 2.3. Maliyyə hesabatının keyfiyyət xüsusiyyətləri 2.4. Maliyyə hesabatının təqdim olunduğu ünvanlar və müddətlər 2.5. Maliyyə hesabatı formalarında düzəlişlərin aparılması qaydası 2.6. İnventarlaşma maliyyə hesabatının etibarlılığını təmin edən üsullardan biridir 2.1. Maliyyə hesabatının mahiyyəti Maliyyə hesabatı təşkilatın təsərrüfat proseslərinin dərk olunmasının
başlıca informasiya mənbəyidir. Mühasibat uçotu təşkilatın təsərrüfat-
maliyyə proseslərinin maliyyə hesabatının tələblərinə uyğun işlənməsində
özünəməxsus üsullardan istifadə edir və bu üsullar uçotun digər növlərində
tətbiq olunmur. Mühasibat uçotunda təsərrüfat faktlarının qeydə alınmasının
və ümumiləşdirilməsinin məntiqi davamı öz əksini maliyyə hesabatında
tapır. Uçot informasiyalarının işlənilməsinin və maliyyə hesabatının gös-
təricilərinin formalaşması məntiqinin dərk olunması, bütövlükdə maliyyə və
idarəetmə qərarlarının qəbulu üçün çox mühüm şərtdir.
Müxtəlif ölkələrdə maliyyə hesabatları bütövlükdə eyni mahiyyət kəsb
etsə də onların tərtib olunma qaydası müxtəlifdir. Bəzi ölkələrdə hesabatın
tərtib olunma qaydası və prinsipləri, burada uçot informasiyalarının açıqlan-
ması qanunvericilik səviyyəsində tənzimlənir. Digər ölkələrdə isə bu məsələ
ilə bilavasitə hesabatı tərtib edənlər məşğul olurlar. Buna görə də iqtisadi
fəaliyyət subyektləri tərəfindən tərtib olunan hesabatlar həm özünün xarici
görüşünə, həm də daxili məzmununa görə fərqli ola bilər. Mühasibat uçotu
və hesabatın milli sistemlərinin harmonizasiyası üçün bir sıra ölkələrdə
onların Beynəlxalq Standartlara uyğunlaşdırılması istiqamətində çox böyük
işlər görülmüşdür. Şübhə yoxdur ki, hesabatın tərtibinə xaotik yanaşma ilə