Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ


Azərbaycanda və beynəlxalq praktikada mənfəət və zərərlər



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə61/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

4.4. Azərbaycanda və beynəlxalq praktikada mənfəət və zərərlər 
haqqında hesabatın qurulması göstəriciləri 
 
Mənfəət və zərərlər haqqında hesabatda gəlirlər, xərclər və maliyyə 
nəticələri haqqında məlumatlar ilin əvvəlindən hesabat tarixinədək artan 
yekunla təqdim olunur. 


Sifariz Səbzəliyev
 
67 
Müəssisə mənfəət və zərərlər haqqında hesabatda və ya onun qeyd-
lərində müəssisə çərçivəsində xərclərin funksiyalarıına və ya məsrəflərin 
xarakterinə əsaslanan təsnifatından istifadə edərək, xərclərin təhlilini təqdim 
etməlidir. 
Xərc maddələri sabitlik, proqnozlaşdırma və gələcək iqtisadi səmərə 
yaradacaq potensial imkan amilləri kimi biri-birindən fərqlənən kompo-
nentləri ayırmaq məqsədilə yarımmaddələrə bölünür. Bu informasiya iki 
üsuldan birinin istifadəsi ilə təqdim edilir. 
Birinci təhlil metodu 
-
məsrəflərin xarakteri metodu adlanır
. Xərc-
lər, mənfəət və zərərlər haqqında hesabatın xarakterinə (məsələn, tikili və 
avadanlıqların amortizasiyası, istifadə edilmiş materialların dəyəri, nəq-
liyyat xərcləri, əmək ödənişi xərcləri, reklam xərcləri və s.) görə birləşdirilir 
və müəssisənin müxtəlif funksiyaları üzrə bölüşdürülür. 
İkinci təhlil metodu 

xərclərin funksiyaları metodu və ya satışın 
maya dəyəri metodu adlanır. 
Burada xərclər funksiyalarına müvafiq 
olaraq satışın maya dəyəri, kommersiya xərcləri və inzibati xərclər kimi 
təsnifləşdirilir. 
Xərcləri funksiyalarına görə təsnifləşdirən müəssisələr onların xarak-
teri barədə əlavə informasiyaları, o cümlədən maddi və qeyri-maddi aktiv-
lərin amortizasiyası xərclərini və işçi heyətinin saxlanılması üzrə xərcləri 
açıqlamalıdır. 
Adı çəkilən hesabatda və ya onun qeydlərində maliyyə hesabatının 
əhatə etdiyi dövr ərzində elan və ya təklif edilmiş səhmlər üzrə dividend-
lərin məbləği də göstərilməlidir.
Mənfəət və zərərlər haqqında hesabatın xərclərin funksiyaları üzrə 
forması aşağıdakı cədvəldə verilmişdir (cədvəl 4.7). 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin