Sifariz Səbzəliyev 77
bölüşdürülməmiş mənfəətin qalığı kifayət qədər olmazsa, ödənilmə-
miş qalan məbləğ hesabat dövrünün ödənilməmiş zərəri kimi tanınmalıdır
və hökmən açıqlanmalıdır.
Cari və keçmiş hesabat dövrləri üzrə yığılmış
bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər ) kapitalın komponentlərindən biri kimi
tanınmalıdır. Cari hesabat dövrünün bölüşdürülməmiş mənfəəti (ödənilmə-
miş zərəri) cari hesabat dövrü üzrə mənfəət və zərər haqqında hesabat tərtib
olunduqdan sonra müəyyənləşdirilir. Həmin ilin bölüşdürülməmiş mənfəəti
(ödənilməmiş zərəri) kapital ehtiyatlarından köçürmələr nəzərə alınmaqla və
hesabat dövrunun xalis mənfəətindən dividendlər çıxılmaqla yekun
məbləğlə qiymətləndirilir.
Yığılmış bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) əvvəlki
dövrlərin bölüşdürülməmiş mənfəətinin (ödənilməmiş zərərlərinin) cəmini
əks etdirir. Bölüşdürülməmiş mənfəət mülkiyyətçilər (səhmdarlar) arasında
bölüşdürülə bilər. Yığılmış mənfəət maliyyə hesabatında
kapitalın ayrıca komponenti kimi təsnifləşdirilir.
Kapital ehtiyatları müəssisənin müəyyən məqsədləri üçün saxlanılan,
o cümlədən sair gəlirlərdən sair xərclər çıxıldıqdan sonra kapitalın istifadə
edilməmiş məbləğini əks etdirir. Eyni zamanda mülkiyyətçilər arasında
bölüşdürülməsi mümkün olmayan qazanılmış kapitalın bir hissəsi də kapital
ehtiyatlarının tərkib ünsürüdür. Kapital ehtiyatları qanunvericiliyin tələb-
lərinə, müəssisənin nizamnaməsinə və rəhbərliyinin qərarına uyğun olaraq
xalis mənfəətdən ayırmalar şəklində yaradılır. Belə bir məqsəd üçün
yaradılan ehtiyatlar digər məqsədlər üçün istifadə edilə bilməz. Müəssisə
ehtiyatların yaradılması ilə bağlı məqsədlərə nail olduqda və bəzən bu
məqsədlər dəyişdirildikdə həmin ehtiyatlar xalis mənfəətə əlavə edilməlidir.