Maliyyə hesabatı
78
5.4. Səhmlərin geri alınması və ləğv edilməsi
Müəssisə,
geri alınmış səhmləri
sonralar yenidən buraxmaq və tama-
milə ləğv etmək məqsədilə saxlarsa, həmin səhmlər ödənilmiş nizamnamə
kapitalı və emissiya gəlirlərinin cəminin azalması kimi göstərilir və ayrıca
uçota alınır.
Geri alınmış kapital (səhmlər)
onun geri alınmasına
çəkilən pul
vəsaitləri və onların ekvivalentləri məbləğində qiymətləndirilir
.
Geri alınmış kapital (səhmlər) sonrakı dövrlərdə yenidən buraxıldıqda
geri alınmış kapitalın (səhmlərin) tanınması dayandırılır.
Belə səhmlər onların geri alınması üçün
ödənilən məbləğdən baha qiy-
mətə yenidən buraxıldıqda, yaranmış qiymət fərqi emissiya gəlirinin artması
kimi tanınır.
Eyni zamanda həmin səhmlər onların geri alınması
üçün ödənilən
məbləğdən aşağı qiymətə yenidən buraxıldıqda yaranmış qiymət fərqi emis-
siya gəlirinin azalması kimi tanınır.
Müəssisədə emissiya gəliri hesabı olmadıqda, yaxud onun qalığı ya-
ranmış qiymət fərqini ödəmək üçün kifayət etmədikdə, ödənilməmiş məbləğ
bölüşdürülməmiş mənfəətin azalmasına silinir.
Emissiya gəliri və bölüşdürülməmiş mənfəətin qalığı
kifayət etmə-
dikdə, qiymət fərqinin məbləği kapitalda ödənilməmiş zərər qismində uçota
alınır.
Səhmlərin geri alınması və yenidən buraxılması ilə bağlı
xərclər
uçotda səhmlərin buraxılması ilə eyni qaydada əks etdirilməlidir.
Dostları ilə paylaş: