Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ


Müəssisənin səhmlərinin buraxılması



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə70/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Müəssisənin səhmlərinin buraxılması 
üzrə xərclərdən müvafiq 
mənfəət vergisi çıxıldıqdan sonra qalan məbləğ kapitalın birbaşa azalması 
kimi uçota alınmalıdır. Uğursuz elan edilmiş səhmlərin və digər kapital 
alətlərinin buraxılması ilə bağlı xərclər müvafiq dövrün xərcləri kimi 
tanınmalıdır. 


Maliyyə hesabatı
78 
5.4. Səhmlərin geri alınması və ləğv edilməsi 
 
Müəssisə, 
geri alınmış səhmləri 
sonralar yenidən buraxmaq və tama-
milə ləğv etmək məqsədilə saxlarsa, həmin səhmlər ödənilmiş nizamnamə 
kapitalı və emissiya gəlirlərinin cəminin azalması kimi göstərilir və ayrıca 
uçota alınır. 
Geri alınmış kapital (səhmlər) 
onun geri alınmasına çəkilən pul 
vəsaitləri və onların ekvivalentləri məbləğində qiymətləndirilir

Geri alınmış kapital (səhmlər) sonrakı dövrlərdə yenidən buraxıldıqda 
geri alınmış kapitalın (səhmlərin) tanınması dayandırılır. 
Belə səhmlər onların geri alınması üçün ödənilən məbləğdən baha qiy-
mətə yenidən buraxıldıqda, yaranmış qiymət fərqi emissiya gəlirinin artması 
kimi tanınır. 
Eyni zamanda həmin səhmlər onların geri alınması üçün ödənilən 
məbləğdən aşağı qiymətə yenidən buraxıldıqda yaranmış qiymət fərqi emis-
siya gəlirinin azalması kimi tanınır. 
Müəssisədə emissiya gəliri hesabı olmadıqda, yaxud onun qalığı ya-
ranmış qiymət fərqini ödəmək üçün kifayət etmədikdə, ödənilməmiş məbləğ 
bölüşdürülməmiş mənfəətin azalmasına silinir. 
Emissiya gəliri və bölüşdürülməmiş mənfəətin qalığı kifayət etmə-
dikdə, qiymət fərqinin məbləği kapitalda ödənilməmiş zərər qismində uçota 
alınır. 
Səhmlərin geri alınması və yenidən buraxılması ilə bağlı xərclər 
uçotda səhmlərin buraxılması ilə eyni qaydada əks etdirilməlidir. 

Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin